Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə39/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   35   36   37   38   39   40   41   42   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



105

                                                            

Həmin  müxtəliflik  “tamamlama”  prinsipinə  uyğun  şəkildə 

ümumiləşdirilir  və  öyrənilən  konkret  hadisənin  ümumdünya  tarixi 

prosesində  yeri  və  rolu  haqqında  yekun  təsəvvür  yaradılır.  Çoxxətli 

yanaşma  ideyasına  ilk  dəfə  Ş.Monteskye  müraciət  etmiş,  lakin  ilk 

konseptual baxış K.Marksın iqtisadi əlyazmalarında (1857-1861) ortalığa 

qoyulmuşdur.  Ümumiyyətlə,  ilkin  nəzəri  ümumiləşdirmə  K.Marks  və 

F.Engelsin  Asiya  istehsal  üsulu  ilə  bağlı  formalaşdırdıqları  mövqedə  öz 

əksini tapmışdır. 

K.Marks  kapitalizməqədərki  dövrü  (sözügedən  əsərində)  üç 

mərhələyə:  Asiya,  antik  və  alman-bölmüşdür  ki,  hər  bir  mərhələni  də 

dövlətçiliyə keçidin müstəqil modeli kimi qəbul etmək olar.  kinci ideya 

F.Engelsin  “Anti-Dürinq”  əsərində  formalaşdırılmışdır  ki,  burada  da 

dövlətin təşəkkülünün iki yolundan bəhs olunur: 

Şərq və antik. Yanaşma çoxluğu içərisində ən geniş yayılmışlardan 

biri  K.Vittfoqelin  ikixətli  nəzəriyyəsidir.  Bu  yanaşma  birmənalı  olaraq 

Şərq→Qərb  fərqliliyinə  söykənir.  “Asiya  istehsal  üsulunun”  digər 

tərəfdarları  da  bu  mövqeni  dəstəkləmişlər.

114


  XX  əsrin  sonlarına  yaxın 

siyasi  antropologiyadan  yararlanan  tədqiqatçılar,  hətta  “Asiya”  yerinə 

“dövlət  istehsal  üsulu”  termini  işlətməyi  məqsədəuyğun  hesab  etməyə 

başladılar.  Antik  model  isə  daha  çox  “xüsusi  mülkiyyət  istehsal  üsulu” 

kimi  qəbul  edilirdi.  Eyni  zamanda,  Asiya,  antik  və  alman  modellərinin 

vahidliyin  hissələri  və  tarixi  inkişafın  mütəqil  xətləri  kimi 

interpretasiyasına 

söykənməklə 

daha 

mürəkkəb 



modellər 

formalaşdırılmağa  başlandı.  Fursovun

115

  fikrincə,  ümumdünya  tarixi 



proses iki müstəvidə gedir: Asiya modeli (dalana aparıb çıxarır və sistem 

fərd üzərində hökmran mövqedə olur) və Qərb modeli (tərəqqiyə aparan 

yol).  M.Qodelyerin

116


  mövqeyi  isə  belədir  ki,  həm  Asiya,  həm  də  antik 

modellər  çıxılmazlıq  yaradır  (dalana  aparır),  belə  ki,  müvafiq  olaraq 

yalnız asiya və yalnız quldarlıq istehsal üsulları ilə nəticələnirlər. Yalnız 

alman  modeli  feodalizmə  və  məntiqi  bağlılıqla  kapitalizmə  gətirib 

çıxarır.  O  qeyd  edir  ki,  hətta  Yaponiya  kapitalizmi  Qərbdən  “idxal” 

edibdir.  K.Melloti

117

  isə  təkamül  variantlarının  sayını  5-ə  çatdırır: 



                                                 

114


 Текен Ф.К теории общественных формаций. М.: Прогресс, 1975. 

115


 Фурсов А.И. Восток, Запад, капитализм. Капитализм на Востоке во второй по-

ловине XX века. М; Восточная литература.- С. 16-131 

116

 Godelier M. La notion de “production asiatique” et les schemas Marxistes devolution 



des societes. Paris; 1969., p.7-100  

117


 Melotti K.D. Mark and the Third World. London; Macmillan., 1977  


Dünya iqtisadiyyatının tarixi 

 

 



106

                                                            

bürokratik  sosializmə  aparan  “rus”  yolu  və  yapon  kapitalizmini 

formalaşdıran arxaik alman modeli. 

Eyni  zamanda,  Qərb  və  Şərq  arasındaki  fərqliliyin  heç  də  əsas  rol 

oynamadığı  fikrində  olan  tədqiqatçılar  isə  “Monteskye  qanununa” 

əsaslanmaqla göstərirlər ki, cəmiyyətin ölçüsü ilə (iriliyi, yaxud kiçikliyi) 

siyasi rejimin tipi arasında korrelyasiya əlaqəsi mövcuddur. Bu anlamda 

ki, kiçik cəmiyyətlərə republika, orta səviyyəli cəmiyyətlərə - monarxiya, 

böyük cəmiyyətlərə isə - despotizm xasdır. 

Bu yönündə aparılan tədqiqatların əsas obyekti kimi dağlı xalqların 

tarixi  inkişaf  prosesi  çıxış  edir.  Yanaşmanın  xüsusi  olaraq  vurğuladığı 

məqam  sosial  təkamülün  ikixətli  olduğunu  qabartmaqla  bağlıdır.  Yəni 

iyerarxik  strukturla  yanaşı  idarəetmənin,  yaxud  cəmiyyətin  qeyri-

iyerarxik struktura malikliyi də tarixi fakt kimi ortalığa qoyulur. Bir sıra 

tədqiqatçılar

118

 

qeyd 



edilənləri 

iyerarxiya→heterarxiya, 

şəbəkə 

→korporativ strategiya tipli dixotomiyalar kimi nəzərdən keçirirlər. 



Çoxxətli  yanaşmanın  bu  gün  üçün  kifayət  qədər  önəmli  xarakter 

daşıyan  müddəalarından  biri  qədim  yunan  və  Roma  cəmiyyətlərinin 

dövləti olmayan cəmiyyətlər kimi səciyyələndirilmələridir. 

Bu məntiqlə yanaşsaq onda belə alınır ki, polis (şəhər) dövlət deyil, 

buna  görə  də  dövlətsiz  cəmiyyəti  ibtidai  icma  dövrünə  aid  etmək 

yanlışlıqdır.  Deməli,  sivilizasiyanın  mövcudluğu  öz-özlüyündə  dövlətin 

mövcudluğu  anlamına  gəlmir.  Tezisin  empirik  təsdiqi  isə  yalnız  köçəri-

maldar tayfalarının tarixində yer almaqdadır. 

 

§ 4.10. Tarixi dövrlənmədə müxtəlif konsepsiyaların xülasəsi 

 

Tarixi  prosesin  ilk  ciddi  dövrlənməsi  məhz  L.Morqanın  (1818-



1881)  konsepsiyasında  öz  əksini  tapmışdır.  Yanaşmanın  əsas  nöqsan 

cəhəti  kimi,  dövrlənmə  kriterisinin  yalnız  texniki,  istehsal  amilləri  ilə 

məhdudlaşdırılmasında,  bütövlükdə  iqtisadiyyatın  prosesdən  sərf-nəzər 

edilməsindədir (şəkil 4.4). 

V.Oyken  (1891-1950)  tarixi  dövrlənmədə  əsas  kriteri  kimi 

təsərrüfatın idarəedilməsi formasını götürməyi təklif edirdi. Bu yanaşma 

öz  məntiqi  köklərini  “Təsərrüfatın  ideal  tipləri”  konsepsiyasından 

götürmüşdür.  darəetmə baxımından V.Oyken iki növü fərqləndirir: 

                                                 

118


 Bondarenko D.M. Homoarchy: A principle of Cultures Organizatiom. The 13-th – 

19-th Centuries Benin Kingdom as a Nonstate Supercamplex Society. M., KomKniqa/ 

URSS., 2006. 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə