Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə38/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   34   35   36   37   38   39   40   41   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



102

                                                            

4.

  Çin; 


5.

  Böyük  çöl  (monqollar  tərəfindən  vahid  makrosiyasi  məkanda 

yaradılan birlik); 

A.Frankın

105

  fikrincə  isə,  dünya-sistemi  cəmi  birdir  və  500  il  yox, 



5000  il  bundan  qabaq  yaranmışdır.  Çıxış  nöqtəsi  kimi  ilkin 

sivilizasiyanın yaranması tarixi götürülür. 

Dünya-sistemlərin  inkişafı  və  süqutuna  (iqtisadi  tsikllərdən  çıxış 

etməklə)  xüsusi  diqqət  yetirilir.  Onun  fikrincə,  industrializmə  qədərki 

epoxada  tsikllərin  uzunluğu  200-500  il  arasında  dəyişirdi.  O,  Qillslə  bir 

yerdə, 4 böyük tsikli fərqləndirir: 

1.

  Klassik dövrə qədərki (b.e.ə. 1700-100/50 illər) 



2.

  Klassik dövr (b.e.ə. 100/50 – b.e. 200-500-cü illər) 

3.

  Orta əsrlər (200/500 – 1450/1500) 



4.

  Müasir (XVI əsrdən etibarən) 

Eyni zamanda hər tsikli iki alttsiklə bölür: yüksəliş (A) və tənəzzül 

(B);  K.Çeyz-Dann  və  T.Xollun

106

  “dünya-sistemlərin”  tarixi  inkişaf 



konsepsiyası  əsaslandırma  tipi  nöqteyi-nəzərindən  hal-hazırda  üstün 

mövqeyə  malikdir.  Bu  konsepsiya  “istehsal  üsulu”  terminini  “yığım 

üsulu”  termini  ilə  əvəz  etməyi  təklif  edir.  Yığım  üsulunun  isə  3  növü 

fərqləndirilir: 

1.

  Qohumluq əlaqələrinə əsaslanan (ovçuların, balıqçıların sinifsiz 



və dövlətsiz əlaqələr sistemi) yığım; 

2.

  Töycüyə  əsaslanan  (ilkin  dövlətlər,  ilkin  imperiyalar,  çoxlu 



mərkəzləri olan dünya-sistemləri və s.) yığım; 

3.

  Kapitalist yığımı; 



Dünya-sistemləri  arasında  qarşlıqlı  əlaqə  4  şəbəkədən  ibarət 

olmaqla formalaşır: 

1.

  Böyükhəcmli mallar şəbəkəsi; 



2.

  Elitar mallar şəbəkəsi; 

3.

  Siyasi və hərbi şəbəkə; 



4.

  nformasiya şəbəkəsi. 

Elitar  mallar  və  informasiya  şəbəkələri  daha  geniş  yayılmış 

şəbəkələrdir. 

                                                 

105


 Gills B., Frank A.G. World System Cycles, Crises and Hegemonal Shifts. 1700 Bc to 

Ad 1700. Review 15/14; 1992., p.621-687 

106

 Чейз-Данн К., Холл Т. Два, три, много миросистем.. Время мира 2. M., 2001.-С. 



424-448 


Dünya iqtisadiyyatının tarixi 

 

 



103

                                                            

Hansı  şəbəkənin  dünya-sistem  dinamikasında  önəmli  yer  tutması 

məsələsi bu gün də açıq qalmaqdadır. Bir sıra tədqiqatçıların 

107

 fikrincə, 



Vallerstayn tərəfindən böyükhəcmli mallar şəbəkəsinə üstünlük verilməsi 

yalnışlıqdır.  Əslində,  qədim  dövrlərdə  də  belə  sivilizasiyalar  arasında 

əlaqələr olmuşdur. 

Məhz  bu  yolla  texnoloji  yeniliklər,  ideoloji  sistemlər,  elitar  mallar 

və  s.  dünyaya  yayılmışdır.  Bu  nöqteyi-nəzərdən  vahid  dünya-sistemin 

formalaşması tarixini industrial epoxa ilə məhdudlaşdıra bilmərik. Onun 

yaranması  qlobal  hadisə  olmaq  etibarı  ilə  bir  neçə  min  il  əvvələ  gedib 

çıxır. 


Yekun  olaraq,  qeyd  edək  ki,  hal-hazırda  irimiqyaslı  tarixi 

proseslərin  interpretasiyasında  dünya-sistem  yanaşması  ən  perspektivli 

metodologiya kimi qəbul edilir. 

 

§ 4.8. Tarixi dövrlənmə: Neoevolyusionizm (Yeni təkamül 

nəzəriyyəsi) 

 

Neoevolyusionizmin marksizm və modernizm nəzəriyyələri ilə əsas 

kəsişmə nöqtəsi bir xətlilik prinsipindən çıxış etməsidir. Bu nəzəriyyəyə 

görə  sosial  təkamül  ardıcıl  diferensasiya  və  inteqrasiya  vasitəsilə  nisbi 

qeyri-müəyyənlik  və  daxili  əlaqələri  olmayan  homogenlikdən  nisbi 

müəyyən  və  daxili  əlaqəli  formalaşmış  heterogenliyə  keçiddir.

108

  lk 


olaraq  L.Uayt  mədəni  təkamüldə  iki  mərhələ:  “primitiv”  cəmiyyət  və 

sivilizasiya,  həmçinin  mərhələli  keçidin  realizasiyasında  3  inqilabı  – 

aqrar,  yanacaq  və  “nüvə  yanacağı”  -  fərqləndirmişdir.  XX  əsrin  60-cı 

illərində bir qrup antropoloq

109

 tərəfindən tarixi dövrlənməyə yanaşmanın 



daha geniş yayılmış sxemi ortalığa qoyuldu. 

Bu yanaşmaya görə insan birliklərinin ilkin forması “lokal qruplar” 

olmuşdur. Bu birliklərin eqalitar (bərabər) ictimai struktura malik olmuş 

“istehsal”  iqtisadiyyatına  (əkinçilik  və  maldarlıq)  keçidlə  bağlı  icma  və 

qəbilələr  yaranmış,  icmalararası  liderlik  institutu  meydana  çıxmışdır. 

Növbəti  mərhələdə  (вождество)  sosial  təbəqələşmə  getmiş,  əsas  insan 

                                                 

107


 Коротаев А.В., Малков А.С., Халтурина Д.А. Законы истории: Математическое 

моделирование развития Мир-системы. Демография, Экономика, Культура. М.: 

Комкнига / URSS., 2007 

108


 Carneiro R. Chiefdom-Level Warfare as Exemplified in Fiji and the Causa vallery, 

Cambridge, UK; 1990,  

p.190-211  

109


 Салинз М. Экономика каменного века. М.: ОГИ, 1999. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



104

                                                            

kütləsi  idarəetmə  sferasından  kənarlaşdırılmışdır.  Sonrakı  mərhələdə 

dövlət  meydana  gəlmişdir.  Qeyd  edilən  konseptual  baxış  dəfələrlə  təftiş 

edilmiş  və  onun  məzmununda  müəyyən  dəyişikliklər  aparılmışdır. 

Məsələn,  bir  qrup  tədqiqatçı

110

  qəbilənin  təkamülün  mərhələsi  olmasını 



şübhə ilə qarşılamış, digərləri

111


 industrializməqədəri epoxanın dövləti ilə 

“industrial”  dövləti  (dövlət-millət)  ayırmağın  zəruriliyi  fikrini  irəli 

sürmüşdür  və  s.  Çox  vaxt  birincini  “arxaik”,  yaxud  “ilkin”  dövlət 

adlandırırlar.  M.Fridin  konsepsiyasında  sosial  təkamülün  4  səviyyəsi 

fərqləndirilir:  eqalitar,  təbəqələşmə,  təbəqələşmiş  cəmiyyət,  dövlət. 

R.Adams


112

  isə  hakimiyyətin  formalarının  təkamülü  prosesinə  enerji 

üzərində nəzarətin artımı aspektində yanaşmış və sosial inteqrasiyanın 6 

səviyyəsini göstərmişdir:  

1)  Lokal  qruplar;  2)  Əyalət  (вождество);  3)  Ştat/  krallıq;  4)  Milli 

səviyyə; 5)Beynəlmillələşmə səviyyəsi; 6) Dünya səviyyəsi. 

Hər  bir  səviyyə  iki  paralel  axına  bölünür  –  mərkəzləşdirilmiş  və 

razılaşdırılmış  vahidlər.  Mərkəzləşdirilmiş  vahidlər  M.Calinzin 

inteqrasiya  səviyyələri  ilə  üst-üstə  düşür.  Razılaşdırılmış  vahidlərə  isə 

qəbilədən  tutmuş  BMT-ə  qədər  inteqrativ  formalar  aid  edilir. 

Ümumiyyətlə, Klassenin bir fikri ilə razılaşmaq olar ki, sosial təkamül – 

cəmiyyətin  bir  struktur  vəziyyətdən  digərinə  keçidinin  keyfiyyətcə 

yenidən təşkilidir. Müasir neoevolyusionizm özünün klassik variantından 

fərqli olaraq sosiomədəni təkamülün çoxxətliliyi ideyasına qəbuledilməz 

bir şey kimi baxmır. 

 

§4.9. Tarixi dövrlənmə: çoxxətli nəzəriyyələ



 

 Bu  nəzəriyyələr  tarixi  prosesin  xətti  interpretasiyası  ilə  diskret 

(sivilizasiyalı yanaşma) şərhi arasında orta mövqe tutur.

113


 Daha konkret 

şəkildə,  bu  o  deməkdir  ki,  çoxxətli  nəzəriyyələr  eyni  vaxt  ərzində  bir 

neçə  müstəvidə  dünya  tarixinin  müxtəlif  məzmunlu  “ölçülməsi”  ilə 

məşğul olur. 

                                                 

110


 Earle T. Chiefdams in Archaelogical and Ethnohistorical Perspective. Annual Re-

view of Anthropology, 1987. p.279-308 

111

 Классен Х.Й.М. Проблемы, парадоксы и перспективы эволюционизма. Аль-



тернативные пути к цивилизации. М; Логос, 2000.- С. 6-23 

112


 Adams R. Energy and Structure. A Theory of Social Poüer. Austin, TX; University 

of texas press; 1975 

113

 Павленко Ю.В. Альтернативные подходы к осмыслению истории и проблема 



их синтеза. Философия и общество 3. Киев., 1997.- С. 93-130 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə