Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə63/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   59   60   61   62   63   64   65   66   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



173

                                                            

Aralıq  dənizi  zonası  tarixi  mərkəz,  Yaxın  Şərq  zonası  isə  daxili  əyalət 

keyfiyyətində çıxış etməyə başladılar. 

Mərkəzi  tarixi  məkanın  sərhədlərindən  kənarda  xarici  əyalət 

yerləşirdi.  Qədim  Şərq  epoxasından  fərqli  olaraq,  antik  epoxada  xarici 

əyalət  keyfiyyətində  çıxış  edən  tarixi  arenalar  arasında  müxtəlif 

istiqamətli əlaqələr mövcud olmuşdur. 

Beləliklə,  köhnə  dünyada  Şərqi  Asiya,  ndoneziya,  Hind,  Mərkəzi 

Asiya və böyük çöl (türk imperiyaları) arenaları formalaşmışdır. B.e.ə. I 

minillikdə  isə  (yeni  dünya)  and  və  mezoamerikan  tarixi  arenaları 

meydana  çıxmışdır.  Antik  cəmiyyətə  keçid  məhsuldar  qüvvələrin 

əhəmiyyətli inkişafı ilə müşayiət olunurdu. 

Lakin,  qeyd  edilən  yüksəlişin  əsasında  texniki  amillər  deyil, 

demoqrafik  situasiya  ilə,  işçi  qüvvəsinin  ümuməhalinin  sayında  xüsusi 

çəkisinin  artması  dayanırdı.  ndistrializməqədərki  epoxada  sosiotarixi 

orqanizmin  daxilində  əhalinin  ümumi  sayının  artmadığı  şəraitdə  işçi 

qüvvəsinin  xüsusi  çəkisinin  yüksəlməsi  yalnız  bir  amilin  – 

immiqrantların  hesabına  ola  bilərdi.  ctimai  istehsalın  məhsuldarlığının 

qeyd  edilən  üsulu  birmənalı  olaraq  ekzogen  xarakter  daşıyırdı.  Yəni, 

söhbət  kənardan  gətirilən  qulların  say  artımından  gedir.  Qul  əməyinə 

əsaslanan istehsal üsulu formalaşırdı. 

Beləliklə,  antik  cəmiyyətin  mövcudluq  şərti  fasiləsiz  olaraq  digər 

sosiotarixi orqanizmlərdən gətirilən insan resursları ilə birbaşa determinə 

olunur. 

Qədim  Şərqdən  fərqli  olaraq  Avropanın  cənubunda  ilk  dövlətlər 

nisbətən gec – b.e.ə. II minillikdə meydana gəlmişlər. Arxeoloji tapıntılar 

göstərir  ki,  Qədim  Yunanıstan  və  Qədim  Roma  hələ  paleolit  dövründə 

yaşayış məskənləri olmuşlar. B.e.ə. VII minillikdə Balkan yarımadasının 

cənubunda  əkinçilik  və  heyvandarlıq  yaranmışdır.  B.e.ə.  IV  minilliyin 

sonlarında  mis  əmək  alətləri,  b.e.ə.  III  minilliyin  başlanğıcında  isə  tunc 

alətlər  yayılmağa başlamışdır. B.e.ə.  II minilliyin sonlarına  yaxın yunan 

iqtisadiyyatında  artıq  dəmirdən  düzəldilmiş  alətlərdən  istifadə 

olunmuşdur. Məhz həmin dövrdən etibarən dulusçuluq inkişaf etmiş, ilk 

şəhərlər yaranmışdır. 

Apennin  yarımadasının  qədim  sakinləri  liqurlar,  italiklər  və 

illiriyclər  olmuşlar.  Neolit  mədəniyyəti  məhz  həmin  tayfalar  tərəfindən 

inkişaf  etdirilmişdir.  Yarımadada  b.e.ə.  IX-VIII  əsrlərdən  etibarən 

dəmirdən  geniş  surətdə  istifadə  edilməyə  başlanmışdır.  B.e.ə.  VIII-VI 

əsrlərdə etruskların mədəniyyəti inkişaf etməyə başlamışdır. 




Dünya iqtisadiyyatının tarixi 

 

 



174

                                                            

Qədim  Yunanıstan  və  Qədim  Roma  iqtisadiyyatında  qul  əməyi 

maddi  istehsalın  əsas  hərəkətverici  qüvvəsi  kimi  çıxış  edirdi.  Bir  qayda 

olaraq, hərbi əsirlər və ələ keçirilmiş yerli sakinlər, qul ailəsində anadan 

olanlar,  digər  tayfaların  satışa  çıxardığı  insanlar  və  s.  qulların  sırasına 

daxil edilirdi. 

 

§ 5.7.1. Qədim Romanın iqtisadiyyatı 



 

Qədim  Roma  respublikası  b.e.ə.  II  minilliyin  ortalarında 

yaranmışdır.  Apennin  yarımadasının  əksər  tayfalarını  özündə 

birləşdirmiş,  b.e.ə.  I  əsrdən  b.e.  II  əsrinə  qədər  bütün  Şimali  Afrikanı, 

Avropanın  xeyli  hissəsini  və  Ön  Asiya  ölkələrini  zəbt  edərək  Aralıq 

dənizi regionunun ən güclü dövlətinə çevrilmişdir. 

Qədim  Romanın  sosial-iqtisadi  və  siyasi  tarixini  aşağıdaki  kimi 

dövrləmə bölmək olar: 

1)

  “Çar  dövrü”  (b.e.ə.  VI  əsr),  yaxud  erkən  Roma  respublikası 



(b.e.ə V-IV əsrlər). 

2)

  “ stehsal” iqtisadiyyatının qərarlaşdığı (quldarlıq) dövr: 



a.

  Birinci dövr: Klassik quldarlıq (b.e.ə. II-I əsrlər) dövrü; 

b.

  kinci dövr: Erkən imperiya dövrü (b.e. I-II əsrləri); 



3)

  Roma imperiyasının ümumi böhranı (b.e. III əsri); 

4)

  Təsərrüfatçılıq  sisteminin  (quldarlıq  istehsal  üsulu)  böhranının 



dərinləşməsi  (b.e.  IV-V  əsrlər),  Qərbi  Roma  imperiyasının 

süqutu. 


Roma  imperiyasında  qul  əməyinə  əsaslanan  antik  təsərrüfatçılıq 

modeli özünün ən yüksək səviyyəsinə çatmışdı.  mperiyanın süqutu antik 

sivilizasiyanın sonu demək idi. 

Qədim Romanın tarixi 12 əsrə yaxın davam etmişdi. B.e.ə. VIII-VI 

əsrlərdə  icma  münasibətləri  dağılmağa  başlamış,  qan  qohumluğu 

əsasında formalaşmış icma ərazi prinsipi ilə  yenidən qərarlaşmış, əmlak 

bərabərsizliyi güclənməyə başlamışdır. 

Qullar da daxil olmaqla böyük patriarxal ailə əsas təsərrüfat vahidi 

kimi  çıxış  edirdi.  Ailənin  başçısı  mütləq  hakimiyyətə  malik  idi.  Hər  bir 

patriarxal  ailə  icma  torpaqlarından  (öz  mülkiyyətinə  keçmə  şərti  ilə)  2 

yuqer  (0.5  hektar)  torpaq  payı  alırdı.  Gəlmələr  yalnız  ticarət  və 

sənətkarlıqla  məşğul  olurdular.  Kənd  təsərrüfatı  –  təsərrüfat  həyatının 

əsasını  təşkil  edirdi.  Ticarət  ləng  inkişaf  edirdi.  B.e.ə  VI  əsrdə 

plebeylərin  patrisilərə  qarşı  uzun  müddət  davam  edən  mübarizəsi  icma 

münasibətlərinin  qalıqlarını  tamamilə  aradan  qaldırdı,  bütün  azad 



Dünya iqtisadiyyatının tarixi 

 

 



175

                                                            

insanların hüquq bərabərliyi və Roma dövlətinin yaranması ilə başa çatdı. 

taliyanın  işğalı,  Karfagen  və  Makedoniya  ilə  100  il  davam  edən 

müharibə  nəticəsində  (b.e.ə.  II  minilliyin  ortalarında)  Roma  güclü 

quldarlıq  dövlətinə  çevrildi:  Qul  əməyi  –  kənd  təsərrüfatı,  tikinti,  dağ-

mədən  sahələrində,  yəni  Roma  dövlətinin  iqtisadiyyatının  əsas 

sferalarında  əsas  məhsuldar  qüvvə  kimi  çıxış  edirdi.  Müharibələr 

təsərrüfat sistemində mühüm dəyişikliklərə səbəb oldu. Şimali Afrika və 

Siciliyadan  gətirilən  ucuz  taxıl  təsərrüfatın  intensiv  inkişaf  tipinə  keçidi 

üçün əlverişli şərait yaratmışdır. 

Təbii  ki,  kəndli  təsərrüfatı  yaranmış  şəraitdən  səmərəli  istifadə 

etmək gücündə deyildir. 

Qrakx  aqrar  islahatları  ilə  kiçik  torpaq  sahiblərini  “xilas”  etmək 

cəhdi  uğursuzluğa  düçar  oldu.  Bizim  eraya  yaxın  dövrdə  Roma 

imperiyaya  çevrildi.  Ərazinin  ifrat  genişliyi  ərazi  əmək  bölgüsünün 

dərinləşməsinə,  ticarətin,  sənətkarlığın,  kənd  təsərrüfatının  inkişafına 

təkan  verdi.  stehsal  vasitələrinin  fasiləsiz  təkmilləşməsi  –  yeni  oraq 

növlərinin,  bağ  qayçılarının,  təkərli  kotanın  yaranması  irəliyə  doğru 

böyük bir addım idi. 

Quldar  təsərrüfatının  əsas  tipi  100-400  yuqer  (25-100  hektar) 

ərazisi  və  qullardan  ibarət  işçi  qüvvəsi  olan  villalar  idi.  Villalarda 

təsərrüfat  sahələrinin  demək  olar  ki,  hamısı  -  əkinçilik,  heyvandarlıq, 

üzümçülük, zeytunçuluq və s. mövcud olmuşdur. 

Villaların kəndli təsərrüfatı ilə müqayisədə üstün cəhətləri vardı: 

1.

  əməyin daha yaxşı təşkili və əmək kooperasiyası; 



2.

  müxtəlif istehsal vasitələrindən istifadə imkanları; 

3.

  qabaqcıl aqronom üsulları və texniki təcrübədən yararlanma. 



Qul  əməyindən  istifadənin  rasional  təşkilinə  baxmayaraq  intensiv 

inkişaf tipini saxlamaq mümkün olmamışdır. 

B.e.ə.  II  əsrdən  etibarən  ekstensiv  inkişaf  tipi  hakim  mövqeyə 

keçdi. 


Bu dövrdə Roma iqtisadiyyatı əsas iki sektora bölünürdü: 

1.

  Quldarlıq təsərrüfat sistemi. 



2.

  Kəndli-icma təsərrüfat sistemi. 

B.e.ə.  II-I  əsrlərdə kənd  təsərrüfatının  güclü inkişafını şərtləndirən 

səbəblərə aşağıdakıları aid etmək olar: 

1. qul əməyindən geniş stifadə; 

2. sadə əmtəə istehsalının təşkili; 

3. kiçik təsərrüfatlardan iri təsərrüfatlara keçid. 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə