Dünya iqtisadiyyatının tarixi
137
Şə
kil 4.12. Tarixi prosesin dinamik hiperbolik modeli
§ 4.14. Tarixi dövrlə
nmə
: nə
zə
ri ümumiləş
dirmə
və
problemlə
r
Tarixin dövrlənməsi ifrat dərəcədə mürəkkəb, prosessual, inkişaf
etməkdə olan müvəqqəti (keçici) tipə malik hadisələrin araşdırılması ilə
birbaşa bağlılıqdadır. Tarixi gerçəkliyin qeyd edilən mürəkkəblik
keyfiyyətinə söykənməklə üzə çıxarılması, bu aspektdən əldə edilən
biliklərə elmi status verilməsi son dərəcə müşkül məsələdir. Buna görə
də, konseptual yanaşmaların əksəriyyətində tarixi gerçəkliyin
bəsitləşdirilməsi, yüksək səviyyəli təxminilik və s. labüd olaraq yer
almaqdadır. Ola bilsin ki, məhz buna görə də tədqiqatçıların
129
bir qrupu
129
Shanks M.,C.Tilley., Sosial Theory and Archeology Cambridge. Polite Press.
•
• •
• •
•
• •
•
•
•
•
2000
2000
-
•
•
•
2000
1800
1600
1400
1200
1000
800
600
400
200
0
-
50000
-200
-400
38000 8000 1430
-40000 -3000 -20000 -10000
• • •
•
1955
Dünya iqtisadiyyatının tarixi
138
dövrlənmə prosedurlarının rolunu kiçiltməyə, bəzi hallarda isə proses →
mərhələ əksliyinə istinad etməyə cəhd göstərirlər.
R.Korneyro
130
tamamilə haqlı olaraq göstərir ki, proses və
mərhələni üz-üzə qoymaq yalançı dixotomiyadır. Belə ki, mərhələ -
fasiləsiz davam edən prosesin epizodlarıdır və proses anlayışı mərhələ
anlayışını dərk etmənin çıxış nöqtəsidir.
Qeyd etmək lazımdır ki, tarixin dövrlənməsi ilə bu və ya digər
dərəcədə bağlı olan əksər yanaşmalar birtərəflidir və reallığın adekvat
təsvirini verə bilməkdə acizlik nümayiş etdirir. Ümumiyyətlə, dövrlənmə
- eyniyyət halında olan əsaslandırmadan çıxış etməli, yaxud dövrlərin
ayrılması eyni kriterilərə söykənməlidir.
Problemin qaynaqlandığı mənbə məhz buradadır. Dövrlənmə üzrə
yanaşmaların böyük əksəriyyətinin dəqiq kriteriləri yoxdur. Bir qayda
olaraq, ya eklektik əsaslandırmaya, ya da bəsit sxemə: Qədim dövr→
Orta əsrlər →Yeni dövr istinad edilir.
Dövrlənmə probleminin ikinci mühüm məqamı əsaslandırma tipinin
gerçəklik dərəcəsi və onun ümumkonseptual baxışla, eləcə də
dövrlənmənin təyinatı ilə bağlılığı məsələsidir. Belə ki, dövrlənmə
kriteriləri çox geniş diapazonda dəyişir: ideya və təfəkkürün
xarakterindən
131
tutmuş ekoloji transformasiya
132
və mədəniyyətlərarası
qarşılıqlı təsirə
133
qədər. XVIII əsrdən başlayaraq (Tyurqo, Barnav, Smit)
müasir postindustrializmə qədər (Bell, Toffler) çox saylı tədqiqatçılar
iqtisadi-istehsal kriterisini əsas kimi götürmüşlər.
Kriteri seçimində iki ifrat kənar mövqe müşahidə edilir. Bəzi
hallarda seçilən kriteri mütləqləşdirilir və nəticədə də, P.Sorokinin
134
qeyd etdiyi kimi, onlar qismən haqlı, eyni zamanda birtərəfli qaydada
haqsız olurlar. Eyni zamanda, bəzi tədqiqatlarda dövrlənmə və
konsepsiya arasında əlaqələrə ümumiyyətlə, fikir verilmir.
Tarixi prosesin dövrlənməsi və ümumiyyətlə, xronologiyasının
tədqiqi təkcə faktiki materialların eynicinsli olmamasından deyil, həm də
bu və ya digər tarixi hadisələrin qarşılıqlı müqayisəsi prinsipinin
130
Carneiro R.L. A false Dichotomy in Tracing the Rise of the state. Proccess vs. Strag-
es. Vladivostok. FEBRAS, 2000
131
Ясперс К. Смысл и назначение истории. М.,Республика, 1994.
132
Goudsblom J.Human History and Long-Term Social Processes. Toward a Synthesis
of Chronbology and Phaseology. New York., N4; Sharpe. 1996
133
Bentley J.H. Cross- Cultural Interaction and Periodization in World History
.American Historical Review (June) 1996.
134
Сорокин П.А. Так называемых факторах социальной эволюции. М., Политиз-
дат., 1992.