Dünya iqtisadiyyatının tarixi
147
son
“_______“
10 min il
əvvəl
“_________“
Matriarxat →
Patriarxata keçir.
Birinci böyük
əmək bölgüsü –
maldarlığın
əkinçilikdən
ayrılması.
M
e
t
a
l
e
p
o
x
a
s
ı
Mis-daş
əsri
Müasir
insan
6 min il
əvvəl
“_________”
Sənətkarlığın
inkişafı;
şəhərlərin
yaranması.
Monoqamiya
Tunc əsri
“_______
__”
Avropada 3
min il əvəl
Asiyada 4-3
min il əvvəl
“_________”
Nəqliyyat
vasitələrinin
təkmilləşməsi,
Sənətkarlığın
əkinçilikdən
ayrılması, ikinci
böyük əmək
bölgüsü. Bazarın
rüşeymlərinin
yaranması.
Dəmir
əsri
“_______
__”
3 min il
əvvəl
“_________”
“_________”
Qeyd edilən dövrdə həm də antropogenez – insanaqədərki “insanın”
homo sapiensə (müasir insana) çevrilməsi prosesi başa çatdı. Mezolit
erasında artıq irqlərin – avropoid, monqolid, neqroid formalaşması
prosesi yekunlaşdı.
Əmək alətlərinin təkmilləşməsi prosesi fasiləsiz olaraq davam
etməkdə idi. Sümükdən istifadə etməklə yaradılan əmək alətlərinin sayca
çoxalmasına istinad edən arxeoloqlar son paleolit dövrünü “sümük əsri”
adlandırmışlar. Bugünkü günə qədər paleolit erasının 150 növ daş və 20
növ sümük alətlərinin olduğu təsbit edilmişdir. Son paleolitdə ibtidai
icma nəsil icmasına çevrilir. Qan qohumluğu əsasında formalaşmış
icmada kollektiv mülkiyyət hakim idi və təsərrüfat fəaliyyəti yaş və cins
üzrə əmək bölgüsünə və sadə kooperasiyaya əsaslanırdı.
Qadınlar üstün rola malik idilər. Nəsil icmasının birinci pilləsi
matriarxat adlanır və o, metal erasına qədər davam etmişdir.
Paleolit dövrünün sonunda “zooloji fəlakət” baş verdi. ri sürülərin
sayı kəskin şəkildə azaldı, bəzi növlər isə ümumiyyətlə, yox oldular. Bu
Dünya iqtisadiyyatının tarixi
148
hal əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına və çox güman ki,
təsərrüfat həyatında müəyyən dəyişikliklərə səbəb olmuşdur.
Mezolit erasında ( 12-8 min il əvvəl) buzlaq geriyə-şimala doğru
çəkilməyə başladı və demək olar ki, müasir epoxa start götürdü. Daş
alətlərin emalında yeni nailiyyətlər əldə edildi. Daş baltalar yarandı. O
dövrün əsas nailiyyəti isə ox və kamanın icadı olmuşdu. Eyni zamanda
qarpun və torların köməyi ilə balıq ovu yeni vüsət almışdı. Heyvanların
əhliləşdirilməsi prosesi başlandı.
Mezolit epoxasında Avrasiyanın tam şəkildə məskunlaşması başa
çatdı.
Neolit epoxası (8-3 min il əvvəl) “mənimsəmə” iqtisadiyyatının
yüksək səviyyəyə çatması və “istehsal” iqtisadiyyatına keçidlə
xarakterizə olunur. Bu epoxada birinci böyük ictimai əmək bölgüsü –
heyvandarlığın əkinçilikdən ayrılması baş verdi.
“Mənimsəmə” iqtisadiyyatının sahə strukturunu ayrı-ayrı sahələr,
yaxud ayrı-ayrı təsərrüfatlar şəklində fərqləndirmək müşkül məsələdir.
Bu təsərrüfatlar qapalı natural təsərrüfat çərçivəsində mövcud olmaqla
avtarkiya səciyyəsi daşıyırdı. Məhz ictimai əmək bölgüsü iqtisadiyyatın
sahə strukturunun formalaşmasında xüsusi rol oynamışdır. Ərazicə
formalaşmanın əsasında isə təbii-iqlim şəraiti və ayrı-ayrı ərazilərin
mənimsənilmə sürəti dayanırdı: qədim əkinçilik sivilizasiyaları daha
əlverişli iqlim şəraiti olan ərazilərdə meydana gəlmişdir. Eyni zamanda,
ərazi ixtisaslaşması birbaşa xammal mənbələri və ticarətin inkişafına
güclü təsir götərmişdir.
Məhz bu dövrdə texnikada, istehsalın formaları və həyat tərzində,
yeni ərazilərin mənimsənilməsi və onlardan daha effektiv istifadə
mahiyyətcə radikal xarakter daşıyırdı. Buna görə də, təsadüfi deyildir ki,
sözügedən dəyişikliklər kompleksi “neolit inqilabı” adlanır.
Neolit inqilabı – “mənimsəmə” iqtisadiyyatından “istehsal”
iqtisadiyyatına keçidi təmin etməklə, izafi məhsulun artımı əhalinin həyat
səviyyəsinin yüksəldilməsi, əhalinin sayca artımı və dövlətin
yaranmasının müqəddəm şərtlərinin formalaşdırılmasında əhəmiyyətli rol
oynamışdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, neolit epoxası
müxtəlif ərazilərdə, müxtəlif xronoloji çərçivədə davam etmişdir. Belə ki,
neolit epoxası Asiyada 8-5 min il əvvəl, Avropada 8-6 min il, Avropanın
şimalında III minilliyə (b.e.ə.) qədər sürmüşdür. Neolit dövrü, həmçinin
köçəri həyat tərzindən oturaq həyat tərzinə keçidlə xarakterizə olunur.
qtisadi fəaliyyət və əmək alətləri mürəkkəbləşir: oraq, kotan və s.
meydana çıxır. Daimi olaraq məhsul əldəetmə imkanının yaranması insan
Dünya iqtisadiyyatının tarixi
149
fəaliyyətinin təşkili formalarını da müəyyən dəyişikliyə məruz qoyur.
Paralel olaraq sosial birliyin mahiyyət dəyişkənliyi baş verir: nəsil icması
qonşular icmasına çevrilir.
“Mənimsəmə” iqtisadiyyatın ərazi strukturunun əsas xüsusiyyəti –
polisentrizmdir (çoxmərkəzçilik).
Məsələn, bugünkü günə qədər arxeoloqlar tərəfindən əkinçiliyin
yarandığı bir neçə ərazi müəyyənləşdirilmişdir:
-
Şimal-Qərbi Tailand (10-6 min il b.e. əvvəl)
-
Ön Asiya və Şərqi Aralıq dənizi regionu (8-6 min il b.e.ə).
-
Hind-Çin yarımadası (7-6 min il b.e.ə.)
-
ran və Orta Asiya (6-5 min il b.e.ə.)
-
Nil vadisi (5-4 min il b.e.ə.)
-
Hindistan (5-3 min il b.e.ə.)
-
ndoneziya, Çin, Mərkəzi Amerika, Peru (4-1 min il b.e.ə.).
btidai dövrün, ibtidai icmanın dağılmağa başladığı zamanı adətən
metal erası ilə bağlayırlar.
Eneolit – mis-daş əsri (6 min il b.e.ə.) yalnız Avropanın ayrı-ayrı
rayonlarında müşahidə edilir. Bu dövr iriölçülü mis əmək alətlərinin
yaranması ilə səciyyələnir. Tunc əsri (Avropada – 3 min il; Asiyada – IV-
III min il b.e.ə.) tunc əmək alətlərinin yayılması ictimai əmək bölgüsünün
ikinci mərhələsi ilə xarakterizə olunur. kinci böyük ictimai əmək
bölgüsü - əməyin fərdiləşməsinə, xüsusi mülkiyyətin yaranması və
inkişafına təkan verdi. Bununla belə, sənətkarlığın müstəqil sahəyə
çevrilməsi prosesi heç də qısa zaman kəsiyində baş verməmişdir.
Prosesin uzanması bir neçə amillə izah edilə bilər:
1.
Sənətkarlıq – texnoloji mürəkkəbliyə malikdir və xüsusi
vərdiş-bacarıq tələb edir. Buna görə də, ilkin olaraq əmək
bölgüsü icma daxili deyil, icmalararası müstəvidə baş
vermişdir ki, bu da icmalararası sərhəd ticarətinin
yaranmasına səbəb olmuşdur.
2.
Sənətkarlıq – mövsumi xarakterli istehsal sferasıdır. Bu
sahə üzrə tam məşğulluq yalnız o yerlərdə ola bilərdi ki,
orada sabitqədəmli artım yönümlü izafi məhsul istehsal
edilsin.
Sənətkarlığın inkişafı ticarəti əhəmiyyətli dərəcədə fəallaşdırmışdır.
Bu da üçüncü böyük ictimai əmək bölgüsünə - ticarətin ayrılmasına və
şəhərlərin yaranmasına səbəb olmuşdur. Tunc əsrində sənətkarlıq
məmulatları ilə yanaşı duz, dəri məmulatları da ticarətin obyekti kimi
çıxış edirdi. Mübadilə vasitəsilə insanlar nadir şeylərin (mis, tunc,qızıl və