7
bir qütbündə məhsulların, əmtəələrin və nemətlərin şəxsi istehlakı durursa, digər
qütbündə təkrar istehsalın inkişafı, iqlim şəraiti,demoqrafik amillər və s. durur.
Həyat səviyyəsinin yüksəldilməsi, onun amilləri və resurslarının artırılması və
bölgüsünün təşkili, idarəetmə və tənzimləmə obyekti olaraq sosial-iqtisadi effekt kimi
qiymətləndirilir. Mürəkkəb məsələ olan həyat səviyyəsi, onun dinamikası və
diferensasiyası konkret ölkədə və ya ayrı-ayrı ərazidə məhsuldar qüvvələrin inkişaf
səviyyəsi, milli sərvətin həcmi və quruluşu, ümumi daxili məhsulun və milli gəlirin
istehsalı və bölüşdürülməsi ilə bilavasitə əlaqədardır.
Щяйат сявиййяси илк нювбядя ящалинин зярури мадди немят вя хидмятлярля
тямин едилмяси, онларын истещлакынын лазыми сявиййяси вя тялабатларын сямяряли
юдянилмяси дяряжяси кими мцяййян едилир.
“Həyat səviyyəsi” anlayışı mürəkkəb olmaqla əhalinin öz maddi və mədəni
tələbatını ödəməsi imkanlarını səciyyələndirir. Bura əhalinin həyatının müxtəlif sosial
aspekti: əmək və məişət şəraiti, əhalinin gəlirləri və xərclərinin səviyyəsi və quruluşu,
asudə vaxtın istifadə formaları, səhiyyənin, incəsənətin, mədəniyyətin və s. inkişaf
səviyyəsi daxildir. Cəmiyyət həyatının bu cəhətlərinin müxtəlif sosial-iqtisadi
indikatorların köməyi ilə miqdar səciyyəsi əhalinin həyat səviyyəsi və sosial inkişafı
statistikasının öyrənmə predmetidir.
Dünya əhalisinin rifahının müxtəlif cəhətlərini əks etdirən statistika
göstəricilərinin işlənib hazırlanması sahəsində böyük təcrübə toplanmışdır.Burada biz
ə
halinin həyat səviyyəsini öyrənmək üçün hazırda istifadə olunan əsas sosial-iqtisadi
indikatorları nəzərdən keçirəcəyik:
1)
əhalinin həyat səviyyəsinin və sosial inkişafının ümumi (inteqral) indikatorları;
2)
əhalinin şəxsi gəlirlərini səciyyələndirən göstəricilər;
3)
əhalinin xərcləri və istehlakı göstəriciləri;
4)
həyat səviyyəsinə görə əhalinin diferensiyası göstəriciləri.
Ə
halinin həyat şəraitini səciyyələndirmək üçün dörd səviyyə fərqləndirilir:
1)
bolluq (adamların hərtərəfli inkişafını təmin edən nemətlərdən istifadə)
8
2)
normal səviyyə (adamların fiziki və intellektual qüvvəsinin bərpasını təmin
edən, elmi cəhətdən əsaslandırılmış normalar üzrə nemətlərin səmərəli
istehlakı);
3)
kasıblıq (işçı qüvvəsinin təkrar istehsalı üçün iş qabiliyyətinin saxlanması
səviyyəsində nemətlərin istehlakı);
4)
dilənçilik (adamların yaşamaq qabiliyyətini saxlamağa imkan verən nemətlərin
və xidmətlərin minimal istehlakı).
Həyat səviyyəsi statistikasının əsas vəzifəsi əhalinin həyat səviyyəsi
göstəricilərinin hesablanması və təhlili metodologiyasını və habelə həyat səviyyəsinə
təsir edən amillərin öyrənilməsi metodlarını işləyib hazırlamaqdan ibarətdir [17].
ctimai-iqtisadi kateqoriya kimi əhalinin həyat səviyyəsi insanların maddi,
mənəvi və məişət ehtiyaclarının təmin olunmasını təşkil edir. Maddi ehtiyaclar
dedikdə buraya qida məhsulları, geyim, ayaqqabı, mədəni və məişət xidmətləri və s.
aiddir. Məişət xidmətlərinə isə geniş mənada kommunal xidmətlər, həmçinin
nəqliyyat və rabitə xidmətləri, tibbi xidmətlər aiddir.
Əhalinin rifahının xarakteristikası kimi "həyat tərzi" həyat səviyyəsi
anlayışının ən əhəmiyyətli elementidir.
Əhalinin həyat səviyyəsinin statistik öyrənilməsinin (tədqiqatının) əsas
istiqamətləri aşağıdakılardır :
1)
əhalinin ictimai-iqtisadi rifahının ümumi və hərtərəfli xarakteristikası;
2)
əhalinin həyat səviyyəsinə müxtəlif ictimai-iqtisadi amillərin təsirinin
dərəcələrinin, onların tərkibi və dinamikasının öyrənilməsi;
3)
ictimai-iqtisadi dəstəyə ehtiyac duyan və əhalinin az təmin olunmuş
səviyyələrinin xarakteristikası.
Həyat səviyyəsi və onun dinamikası önəmli ölçüdə məhsuldar qüvvələrin
inkişaf səviyyəsi və həcmi ilə, gəlirlərin yenidən bölüşdürülməsiylə, milli sərvətin
strukturuyla, istehsalla və ümumi milli məhsuldan istifadəylə təyin edilir.
9
Həyat səviyyəsi sosial-iqtisadi kateqoriya kimi əhalinin rifahını istehlak
baxımından səciyyələndirir. Mürəkkəb kateqoriya olan həyat səviyyəsi bir çox
amillərin təsiri altında formalaşır:
1. Ölkənin iqtisadi ehtiyatlarının (həcmi) kəmiyyəti və keyfiyyəti, onların inkişaf
səviyyəsi;
2. Ölkədə adambaşına ÜMM-un istehsalı;
3. Adambaşına düşən pul gəlirləri;
4. Yaşayış dəyərinin indeksləşdirilməsi, yəni qiymətlərin dəyişməsinə müvafiq olaraq
ümumi və aylıq gəlirin ona uyğun olaraq dəyişməsi;
5. Əmtəə və xidmətlərin həcmi və quruluşu;
6. Ölkədə xidmət sahələrinin inkişafı və səmərəli yerləşdirilməsi də həyat
səviyyəsinin yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
Bazar iqtisadiyyatı şəraitində əhalinin həyat səviyyəsinin yüksəldilməsinə təsir
edən amillərdənən mühümü minimum əmək haqqının artmasıdır. Əhalinin həyat
səviyyəsi real gəlirlərin miqdarından asılıdır.Əhalinin gəlirlərə görə qruplara bölgüsü,
hər birinin öz rasional büdcəsi olan ailələr- aşağı, orta və yüksək gəlirləri olan ailələr
qrupuna ayrılır. Buna uyğun olaraq, yəni əhalinin aşağı gəlirlər qrupunun xərclərinin
miqdarının və quruluşunun təhlili əsasında yaşayış minimumu və yoxsulluq həddi
hesablanır.
Beynəlxalq statistika təcrübəsində əhalinin yaşayış səviyyəsi ifadəsi deyil, həyat
şə
raiti (Living condition) ifadəsi işlədilir. Bu anlayışa nəzəri-metodoloji materiallarda
müxtəlif təriflər verilir. Məsələn, Kennet Lanal klassik ədəbiyyatda bu göstəricini
ə
sas sosial göstərici hesab edir. Erik statistik araşdırmalarda bu göstəricini əhalinin
pifahı, xoşbəxtlik göstəricisi adlandıraraq, yaşayış standartlarının əsas göstəricisi
hesab edir.
Yaşayış şəraitinin öyrənilməsinə belə yanaşma nəinki iqtisadi, sosial, hətta ətraf
Dostları ilə paylaş: |