10
mühit amilini də nəzərə alır. Çünki ətraf mühit insanların iqtisadi və sosial
yaşayışının bazisi hesab edilir. Dünya təsərrüfat sisteminin inkişafının müasir
səviyyəsində insan-təbiət münasibətlərinin hərtərəfli öyrənilməsi və lazımi siyasətin
hazırlanması dövrün aktual problemi hesab olunur. Ətraf mühitin bərpası və
mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə bəşəriyyəti narahat edən, cəmiyyətin
ə
ldə etdiyi nailiyyətlərin qorunması, harmonik inkişafi (təbiət və cəmiyyətin)
istiqamətində zəruri tədbirlərin yerinə yetirilməsi deməkdir.
Ə
vvəlki
statistik
tədqiqatlarda
ə
halinin
həyat
səraitinin
statistik
araşdırılmasında ətraf mühit (ekoloji) amili nəzərə alınmırdı. Ona görə də,
iqtisadiyyat sektorlara bölünməmişdi (ev təsərrüfatı, real, maliyyə sektoru) və
statistik təhlil də sektorlar üzrə aparılmırdı. Ekoloji problemlərin aktuallaşması ev
təsərrüfatı sektorunun daha dərindən öyrənilməsinə və sektorun inkişafına diqqəti
daha da artırmışdır. Ev təsərrüfatı sektorunda istehsal, istehlak və bölgü
qanunlarının statistik tədqiqi daha da aktual olaraq qalır. Ev təsərrüfatı sektoru aşağı
həcmli investisiya ilə aktivləşir, iqtisadi, sosial və ekoloji problemlər yerində həll
olunur. Həyat səraitinin tədqiqi ücün ev təsərrüfatında istehsal münasibətlərini
öyrənmək bəzi tədqiqatçılar tərəfindən ön plana çəkilir. Ev təsərrüfatına həm
ekoloji, həm iqtisadi və həm də sosial vahid kimi baxılır. Məsələyə bu cür yanaşma
yaşayış yerlərinin (şəhər, kənd, icma, “Community”) inkişafının öyrənilməsinə
imkan yaradır. lkin yaşayış yerlərinə (ərazilərə) ev təsərrüfatlarının toplusu kimi
baxılır.
Ev təsərrüfatlarının, yaşayış yerlərinin həyat səraitinin araşdırılması birtərəfli
aparılmamalı, ekoloji və insan amili ön plana çəkilməlidir. Gələcək tədqiqatlar öz
istiqamətini sosial-iqtisadi sahədən sosial-ekoloji sahəyə yönəltməlidir. Çünki əldə
edilmiş qisamüddətli sosial-iqtisadi müvəffəqiyyətlər sosial-ekoloji sahədə
uzunmüddətli müvəffəqiyyətsizliyə səbəb ola bilər.
Müasir elmi-texniki məlumatların ümumiləşməsi göstərir ki, ətraf mühitin
çirklənməsinin əsas mənbəyinin 45%-i sənaye və energetika və 40%-i kənd
təsərrüfatı fəaliyyətidır. Ətraf mühitin vəziyyəti daha çox iqtisadiyyatın sənaye
11
sektorunun inkişafı ilə müəyyən olunur. Sənaye müəssisələrinin fəaliyyəti zamanı
atmosferə çirklənmiş maddələr atılır. Sənaye istehsalı, nəqliyyat, su obyektlərinin
çirklənməsi, meşə yanğınları ətraf mühitə təsir göstərir. Sənaye, məişət, kənd
təsərrüfatı tullantılarının zibillikləri nəticəsində torpağın çirklənməsi təhlükəli
xarakter daşıyır. Meşə yanğınları təbii mühitə əhəmiyyətli dərəcədə ziyan vurur.
Beləliklə, təbiət və cəmiyyətin qarşılıqlı münasibəti mahiyyətcə dəyişərək
mürəkkəbləşmiş, daha geniş məna kəsb etmiş, qlobal planetar əhəmiyyət almışdır.
Deyilənlərdən belə nəticəyə gəlirik ki, iqtisadi artım ekoloji amilin nəzərə alınması
şə
rti ilə həyata keçirilməlidir.
Müasir şəraitdə əhalinin gəlir mənbələri aşağıdakılardır:
1. Əmək haqqı və işçilərin öz əməyi üçün aldığı digər ödənişlər;
2. Fərdi əmək fəaliyyətindən əldə edilən gəlirlər;
3. ctimai istehlak fondundan, xüsusi fondlardan ödənilən ödənişlər və
güzəştlər, həyatın sığortası üzrə illik ödənişlər;
4. Mülkiyyətdən alınan gəlirlər (maliyyə aktivləri, torpaq və müəlliflik
hüququ, patent və istifadə üçün);
5. Fərdi həyətyanı təsərrüfatdan, bağ-bağçadan və s. əldə olunan gəlirlər (xalis
məhsulun dəyəri);
6. Sair gəlir mənbələri (lotereya uduşları, müsabiqələr və yarışlarda qalib
gəldiyinə görə).
Hüquqi baxımdan qanuni və kölgə iqtisadiyyatı çərçivəsində qeyri-
qanuni gəlirləri fərqləndirirlər. Sonuncuya müəyyən edilmiş qaydada qeydiyyatdan
keçməyərək vergidən və nəzarətdən gizlənmək yolu ilə əldə edilmiş gəlirlər
aiddir.
Real gəlirlərin səviyyəsi müxtəlif ölkələr üzrə müqayisə edilərkən onu
həmin ölkədə mövcud olan sosial-iqtisadi şəraitlə əlaqələndirmək lazımdır.
12
Gəlirlərin səviyyəsi müqayisə olunarkən hər ölkədə həyata keçirilən sosial
tədbirlər də nəzərə alınmalıdır. Sosial tədbirlərin (səhiyyənin, təhsilin və s.)
dövlət büdcəsindən maliyyələşdirmə dərəcəsi yaşayış səviyyəsinə bilavasitə təsir
edən amillərdəndir.
Gəlirlərə (əmək haqqına) dair məlumatlar müqayisə olunarkən nəzərə almaq
lazımdır ki, nominal və real gəlirlər (əmək haqqı) göstəricisi yalnız məşğul əhali
üzrə hesablanır. Bu göstərici işsizlərin yaşayış səviyyəsini əks etdirmir. Real
gəlirlər (əmək haqqı) hesablanarkən nominal gəlirlər (əmək haqqı), inflyasiya,
vergilər, manatın alıcılıq qabiliyyəti və başqa iqtisadi göstəricilər nəzərə
alınmalıdır. BƏT-in tövsiyələrinə əsasən, real gəlirlər (əmək haqqı) hesablanarkən
nominal gəlirləri (əmək haqqından) istehlak qiymətləri indeksinə bölmək lazimdır.
Real gəlirin təhlili zamanı qiymət indekslərinin düzgün hesablanması da mühüm
problemlərdən biridir.
Milli statistikada ilkin uçot və statistikanın beynəlxalq standartlara uyğun
qurulması, MHS-in tətbiqi, ümumi orta kəmiyyətlərdən qrup orta kəmiyyətlərə
keçilməsi vacib məsələlərdəndir.
§1.2. Statistik registrlə rin Azə rbaycanda aparılması və onun statistik
vahidlə rin Dövlə t registri ilə qarş ılıqlı ə laqə si
Dövlət statistika xidməti modelində statistik məlumat sektoru mühüm
yerlərdən birini tutur. Statistik məlumat sektorunun əsas vəzifəsi informasiya
istehlakçılarını keyfiyyətli və operativ statistik məlumatlarla təmin etməkdən
ibarətdir. Bu vəzifəni yerinə yetirmək üçün regional və inzibati informasiya sistemləri
və şəbəkələri yaradılmalı, inzibati registr əsasında statistik registr formalaşdırılmalı,
bu informasiya resurslarının vahid informasiya məkanına inteqrasiyası təmin
edilməlidir.
nteqrasiya məsələsi əvvəlcə həmin sistemlərin göstəricilərinin
uzlaşdırılmasını, beynəlxalq təsnifatlardan istifadə edilməsini, bu sistemlərin birgə
fəaliyyət prinsiplərinin hazırlanmasını tələb edir.
Dostları ilə paylaş: |