68
Korrelyasiya nisbətinin kök altındakı ifadə determinasiya əmsalını
səciyyələndirir. Determinasiya əmsalı nəticə əlamətinin variasiyasında faktor
ə
lamətinin variasiyasının payını göstərir [ 29, 37].
Ümumiyyətlə, reqressiya-korrelyasiya təhlili bir neçə ardıcıl mərhələlərlə
həyata keçirilir. Bu mərhələlərə aşağıdakıları aid etmək olar.
Birinci mərhələni məlumatların toplanması təşkil edir. Məlumdur ki, hər hansı
bir hesablamanı və təhlili həyata keçirmək üçün ilk növbədə zəruri məlumatları
toplamaq lazımdır. Əhalinin həyat səviyyəsinin cari vəziyyətini və onun
yüksəldilməsi istiqamətlərinin statistik təhlil etmək üçün zəruri məlumatlar
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatları və seçmə tədqiqatı əsasında
ə
ldə edilən məlumatlar çıxış edir.
kinci mərhələdə asılılığını aşkar etmək istədiyimiz dəyişənlər sırası vaxt
etibarilə müqayisəyə gətirilir. Bu onunla şərtlənir ki, birincisi, vizual müqayisə
müvafiq düzəlişlərin aparılmasına şərait yaradır, ikincisi trend uyğun əlaqə modelinin
seçilməsinə kömək edir.
Üçüncü mərhələdə kənarlaşma qrafikinin qurulması həyata keçirilir. lk
növbədə nəticə və amil əlamətinin orta qiyməti hesablanır və qrafik təsvirdə onların
kəsişdiyi nöqtə tapılır. Bundan sonra faktiki məlumatlar həmin orta səviyyələrin
kəsişmə nöqtəsindən keçən reqressiya xəttinin ətrafında necə yerləşdiyi öyrənilir.
Dördüncü mərhələ reqressiya xəttinin qiymətləndirilməsini nəzərdə tutur.
Bunun üçün ən kiçik kvadratlar üsulundan istifadə edilir. Bu zaman əsas prinsip
reqressiya modeli üzrə hesablanmış göstəricilərlə faktiki göstəricilər arasındakı fərqin
kvadratlarının cəmi minimum olmasıdır. Reqressiya modelinin parametrləri standart
qayda əsasında qiymətləndirilir və daha sonra nəzəri model formalaşdırılır.
Beşinci mərhələdə reqressiya modeli əsasında hesablanmış məlumatların
faktiki məlumatlarla müqayisə edilməsi həyata keçirilir. Bu zaman nəzəri model
ə
sasında nəticə əlamətinin hesablanmış göstəricilərin faktiki göstəricilərə nə qədər
yaxın və yaxud uzaq olduğu öyrənilir. Hesablanmış göstəricilərin faktiki
69
göstəricilərdən kənarlaşması faktı nəticə əlamətinə öyrənilən amil əlamətindən başqa
digər amillərin də təsir göstərdiyini deməyə əsas verir.
Altıncı mərhələ reqressiya modelinin parametrlərinin şərh edilməsi ilə bağlıdır.
Parametrin müsbət olması əlamətlərin eyni istiqamətdə dəyişməsini göstərir.
Növbəti məsələ nəticə əlamətinin nəzəri səviyyəsinin, yəni model əsasında
hesablanmış qiymətləri nə qədər informasiyalı yaxud dəqiq olmasıdır. Bu suala cavab
vermək üçün reqressiya modelinin qiymətləndirilməsi həyata keçirilir. Sadə xətti
reqressiya təhlilində iki statistik göstəricini hesablamaqla həmin məsələ
cavablandırılır. Bu statistik göstəricilərdən biri qiymətləndirmənin orta kvadratik
xətasıdır, ikincisi, reqressiya əmsalının orta kvadratik xətası, üçüncüsü isə deter-
minasiya əmsalıdır. Qiymətləndirmənin orta kvadratik xətası təsadüfi kəmiyyətin
normal bölgüsünün parametridir və eksperiment aparılan nöqtələrin qiymətləndirilən
reqressiya xəttindən kənarlaşmanı xarakterizə edir. Başqa sözlə desək,
qiymətləndirmənin orta kvadratik xətası statistik əminliyin müxtəlif dərəcələrində
reqressiya modeli əsasında nəticə əlamətinin müəyyənlik intervalıdır.
Reqressiya əmsalının orta kvadratik xətası reqressiya əmsalının etibarlılıq
ölçüsü kimi çıxış edir.
Determinasiya əmsalı reqressiya modelinin asılı dəyişənlərin variasiyasını nə
qədər yaxşı təsvir etdiyini göstərən statistik göstəricidir. Bu göstərici asılı və asılı
olmayan dəyişənlər arasındakı qarşılıqlı asılılığın riyazi ifadəsidir və onun dərəcəsini
xarakterizə edir. Determinasiya əmsalının statistik mənasını şərh etmək üçün ümumi
variasiya, izah edilə bilən və izah edilə bilməyən variasiyalar qiymətləndirilir.
Nəhayət, sonuncu mərhələdə hipotezlərin yoxlanması prosesi aparılır. Qeyd
etdiyimiz kimi, nəzəri modelin nəticələri ilə müşahidə edilən kəmiyyətlər arasında
kənarlaşma vardır. Reqressiya təhlili asılı olmayan dəyişənin qiymətlərindəki sap-
maların məlum olmayan kənarlaşmalar qrupundan təsadüfi seçilənlərdən ibarət
olması fərziyyəsinə əsaslanaraq həyata keçirilir. Bu zaman amil əlamətinin mövcud
hər bir qiyməti üçün kənarlaşmaların bölgüsü haqqında üç əsas fərziyyə qəbul edilir.
70
1.Onların bölgüsü normaldır;
2. Orta qiymətə və sıfıra nisbətən onların bölgüsü təsadüfidir;
3. Hər bir bölgü eyni dispersiyaya və orta kvadratik kənarlaşmaya malikdir. Bu
fərziyyə amil əlamətinin bütün qiymətləri üçün eyni olan qiymətləndirmənin orta
kvadratik xətasını hesablamaq üçün lazımdır. Əgər bu fərziyyə doğru deyilsə onda
reqressiya xəttinin bir nöqtəsində orta kvadratik xəta digər nöqtədə orta kvadratik
xətadan fərqlənəcəkdir. Əgər bu fərziyyələrdən hər hansı biri yerinə yetirilməzsə
reqressiya təhlilinin qanunauyğunluğu şübhə altında olar. Bu qeyd edilənlərdən
görünür ki, reqressiya - korrelyasiya metodu hadisə və proseslər arasındakı səbəb-
nəticə asılılğının öyrənilməsində geniş imkanlara malikdir. Ona görə də bazar
iqtisadiyyatı şəraitində əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində
düzgün idarəetmə qərarları qəbul edilməsi üçün statistik - riyazi metodların im-
kanlarından maksimum istifadə edilməlidir. Azərbaycanda həyata keçirilən sosial
siyasətin nəticələrini, əhalinin həyat səviyyəsini və gəlirlərinin həcmini və dinamika-
sını, ev təsərrüfatlarının gəlirlərinin quruluşunu onların sosial-iqtisadi inkişafa təsir
və perspektiv inkişaf imkanlarını müəyyən edən bir sıra göstəricilərin əlaqəsini və bu
ə
sasda onların formalaşma xüsusiyyətlərini aşkar etmək üçün reqressiya - korrel-
yasiya təhlili həyata keçirilmişdir [36, 37, 40].
Məlumdur ki, əhalinin istehlakının səviyyəsinə təsir edən amillərdən biri
gəlirin həcmidir. Gəlir və istehlak axını iqtisadi dövriyyədə mühüm rol oynayır. Ona
görə də onlar arasındakı əlaqənin müəyyənləşdirilməsi iqtisadi və sosial proqnozların
həyata keçirilməsi prosesində önəmli məsələlərdən hesab edilir. Bunlar arasındakı
ə
laqənin xarakterini və səviyyəsini öyrənmək üçün bir amilli reqressiya modelini
quraq. Bunun üçün zəruri olan məlumatlar 8 saylı cədvəldə əks olunmuşdur.
8 saylı cədvəlin məlumatları əsasında dövlət büdcəsinin gəlirləri ilə əhalinin
gəlirləri arasındakı əlaqənin reqressiya modelini qurmaq üçün zəruri məlumatları 9
saylı cədvəldə verək.
Dostları ilə paylaş: |