Azərbaycan RespublİkasINIn Aİlə Məcəlləsİ
MÜNDƏRİCAT
(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin adının üzərində sol düyməni basın)
BÖLMƏLƏR (Fəsillər)
1. ÜMUMİ MÜDDƏALAR (1-2)
2. NİKAHIN BAĞLANMASI VƏ NİKAHA XİTAM VERİLMƏSİ (3-5)
3. ƏR-ARVADIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ (6-9)
4. VALİDEYNLƏRİN VƏ UŞAQLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ (10-12)
5. AİLƏ ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ (13-17)
6. VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARI TƏRBİYƏ FORMALARI (18-20)
7. AİLƏ QANUNVERİCİLİYİNİN ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ AİLƏ MÜNASİBƏTLƏRİNƏ TƏTBİQİ
8. VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARI (21-26)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
Azərbaycan RespublİkasINIn Aİlə Məcəlləsİ
Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ
MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
28 dekabr 1999-cu il tarixli 779-IQ nömrəli “Azərbaycan Respublikasi Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağli hüquqi tənzimləmə məsələləri haqqinda” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasinin qanunvericilik toplusu, 2000-ci il, № 3, maddə 126) ilə təsdiq edilmişdir.
Bİrİncİ bölmə
Ümumİ müddəalar
1-ci fəsil
Aİlə qanunverİcİlİyİ
2-ci fəsil
Aİlə hüquqlarının həyata keçİrİlməsİ və müdafİəsİ
İkİncİ bölmə
Nİkahın bağlanması və nİkaha xİtam verİlməsİ
3-cü fəsil
Nİkahın bağlanma qaydası və şərtlərİ
4-cü fəsil
Nİkaha xİtam verİlməsİ
5-ci fəsil
Nİkahın etİbarsızlığı
Üçüncü bölmə
Ər-arvadın hüquq və vəzİfələrİ
Ər-arvadın şəxsİ hüquq və vəzİfələrİ
7-ci fəsil
Ər-arvadın əmlakının qanunİ rejİmİ
8-ci fəsil
Ər-arvadın mülkİyyətİnİn müqavİlə rejİmİ
9-cu fəsil
Ər-arvadın öhdəlİklərİ üzrə məsulİyyət
Dördüncü bölmə
Valİdeynlərİn və uşaqların hüquq və vəzİfələrİ
10-cu fəsil
Uşaqların mənşəyİnİn müəyyən olunması
11-ci fəsil
Aİlədə uşaqların hüquqları
12-ci fəsil
Valİdeynlərİn hüquq və vəzİfələrİ
Beşİncİ bölmə
Aİlə üzvlərİnİn alİment öhdəlİklərİ
13-cü fəsil
Valİdeynlərİn və uşaqların alİment öhdəlİklərİ
14-cü fəsil
Ər-arvadın və keçmİş ər-arvadın alİment öhdəlİklərİ
15-ci fəsil
Aİlənİn başqa üzvlərİnİn alİment öhdəlİklərİ
16-ci fəsil
Alİmentİn ödənİlməsİ barədə sazİş
17-ci fəsil
Alİmentİn ödənİlməsİ və tutulması qaydası
Altıncı bölmə
Valİdeyn hİmayəsİndən məhrum olan uşaqları tərbİyə formaları
18-ci fəsil
Valİdeyn hİmayəsİndən məhrum olan uşaqların
aşkar olunması və yerləşdİrİlməsİ
19-cu fəsil
Övladlığa götürmə
20-ci fəsil
Uşaqlar üzərİndə qəyyumluq və hİmayə
Yeddİncİ bölmə
Aİlə qanunverİcİlİyİnİn əcnəbİlərİn və vətəndaşlığı olmayan şəxslərİn İştİrakı İlə aİlə münasİbətlərİnə tətbİqİ
Səkkİzİncİ bölmə
Vətəndaşlıq vəzİyyətİ aktları
21-ci fəsil
Ümumİ qaydalar
22-ci fəsil
Doğumun qeydə alınması
23-ci fəsil
Nİkahın qeydə alınması
24-ci fəsil
Övladlığa götürmənİn qeydə alınması
25-ci fəsil
Nİkahın pozulmasının qeydə alınması
26-ci fəsil
Atalığın müəyyən edİlməsİnİn qeydə alınması
27-ci fəsil
Adın, ata adının və soyadın dəyİşdİrİlməsİnİn qeydə alınması
28-ci fəsil
Ölümün qeydə alınması
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
28 dekabr 1999-cu il tarixli 781-IQ nömrəli “Azərbaycan Respublikasi Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağli hüquqi tənzimləmə məsələləri haqqinda” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasinin qanunvericilik toplusu, 2000-ci il, № 3, maddə 126) ilə təsdiq edilmişdir.
1.22 oktyabr 2002-ci il tarixli 374-IIQD nömrəli “Azərbaycan Respublikasinin Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqinda” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasinin qanunvericilik toplusu, 2002-ci il, № 12, Maddə 702)
Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ 1
Bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir.
Bİrİncİ bölmə Ümumİ müddəalar 1-ci fəsil Aİlə qanunverİcİlİyİ
Maddə 1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi və onun əsasları
1.1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
1.2. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.
1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
1.5. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir.
Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər
2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.
2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.
2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
2.4. Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır.
2.5. Ailənin başqa üzvlərinin və digər vətəndaşların mənəviyyatının, sağlamlığının, hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədi ilə vətəndaşların ailədəki hüquqları yalnız qanun əsasında məhdudlaşdırıla bilər.
Maddə 3. Bu Məcəllənin vəzifələri
3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır:
3.0.1. ailənin ümumbəşəri prinsiplər əsasında qurulması;
3.0.2. ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması;
3.0.3. ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi;
3.0.4. ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi;
3.0.5. ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması;
3.0.6. uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi.
Maddə 4. Ailə münasibətlərinə mülki qanunvericiliyin tətbiqi
Bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir.
Maddə 5. Ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ailə münasibətlərinə analogiya üzrə tətbiqi
Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir.
2-ci fəsil
Dostları ilə paylaş: |