Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi



Yüklə 13,54 Mb.
Pdf görüntüsü
səhifə115/270
tarix01.05.2022
ölçüsü13,54 Mb.
#86364
1   ...   111   112   113   114   115   116   117   118   ...   270
15Kompüter-Texnikasının-əsasları-SAMO (1)

 


 
 
 
108 
İndi  isə  kompüterin  qurğularını  proqram  təhlil  edəcəkdir.  Bir  az  gözlədikdən  sonra 
qarşınıza, Microsoft-un klassik yükləmə ekranı çıxacaqdır. 
 
Daha sonra qarşıya üç menyu çıxacaqdır, hımin menyuları tək-tək nəzərdən keçirək. 
Birinci  menyu  “To  set  up  Windows  XP  now,  press  ENTER”  əgər  sistemi  yazmağa  davam 
etmək istəsənizsə ENTER düyməsini vurmaq tələb olunur. İkinci menyu Əməliyyat sistemini 
bərpa  etmək  üçündür,  bu  zaman  klaviaturadan  R  hərfini  vurmaq  tələb  olunur.  Qeyd  etmək 
lazımdır ki,  bərpa  edərkən  yüklənmiş  sistemdən  istifadə etmək lazımdır.  Üçüncü menyu isə 
bütün  prosesdən  imtina  etmək  üçündür.  F3  düyməsini  vurduqda  kompüterin  sisteminin 
formatından imtina edilir. 
 


 
 
 
109 
İndi  isə  ENTER  düyməsini  vururuq  qarşımıza  lisenziya  şərti  haqqında  sənəd  çıxır. 
Əgər şərt ilə razısınızsa və davam etmək istəyirsizsə onda F8 düyməsini vurmaq lazımdır, əks 
halda ESC düyməsini vurmaq olar 
.
 
Sonda qarşınıza aşağdakı  şəkildə pəncərə çıxacaqdır. Bu pəncərə sizin  sərt diskinizi 
gəstərəcəkdir. Hal-hazırda şəkildə sərt diskiniz bir məntiqi hissəyə bölünübdür. Ola bilər ki 
sərt disk məntiqi olaraq iki yerə bölünsün. İndi diski silmək lazımdır, onun üçün D düyməsini 
vurun.  Qarşıda  çıxan  menyuda  L  düyməsini  vurun.  Qeydedək  ki,  sizin  sərt  diskiniz  iki 
hissəyə bölünübsə onda silməni D diskindən başlamaq lazımdır. Tamdiskləri sildikdən sonra 
məntiqi  olaraq  disk  yaratmaq  lazımdır  onun  üçün  Unpartitioned  space  seçib  C  düyməsəni 
vurursuz  və  hansı  həcmdə  disk  yaratmaq  istəyirsizsə  onu  yazırsınız,  burada  ölçü  kilabayt 
(KB)  ilə  təsvir  olunur.  Diskin  həcmini  verdikdən  sonra  həmin  diskə  sistemi  yazmaq  üçün 
ENTER düyməsini vurmaq lazımdır. 
 


 
 
 
110 
ENTER  düyməsini  vurduqdan  sonra  aşağıdakı  şəkildə  qarşınıza  pəncərə  çıxacaqdır. 
Bu  pəncərə  sizə  fərqli  üsullarla  kompüteri  format  etmək  təklif  edir.  Məsləhətdir  ki,  NTFS 
fayl sistemini seçək. Ancaq format olaraq Quick seçmək məsləhət deyil. Çünki bu tip seçilsə 
müəyyən viruslar və yaxud fayllar kompüterdə qala bilərlər. 
 
Kompüter  formata  başlayacaqdır.  Format  bitdikdən  sonra  diskdən  sistemi  yükləmək 
üçün  vacibfaylları  kompüterə  yazmağa  başlayacaqdır.  Köçürmə  aşağıdakı  şəkildə  davam 
edəcəkdir. 
 


 
 
 
111 
Fayllar  tam  köçürüldükdən  sonra  kompüter  restart  gedəcəkdir.  Restart-ı 
sürətləndirmək üçün ENTER düyməsini vurmaq olar ancaq məsləhətdir ki gözləyəsiniz. 
 
Kompüter  açılanda  artıq  qarşınıza  Windows  XP  pəncərəsı  çıxacaqdır.  Ondan  sonra 
yüklənmə aşağıdakı şəkildə davam edəcəkdir. Bütün addımlar ardıcıl bitməlidir. 
 


 
 
 
112 
Yüklənmənin  ortasında  aşağıdakı  şəkildə  pəncərə  çıxacaqdır.  Bu  pəncərədə  dilləri 
seçmək tələb olunur. 
 
İndi isə kompüterin istifadəçisinin və şirkətin adını yazmaq lazımdır: 
 


 
 
 
113 
İndi  isə  25  simvoldan  ibarət  olan  lisenziya  nömrəsini  daxil  etmək  tələb  olunur.  Bu 
nömrəni diskin arxasından götürmək olar. 
 
Qarşınıza  başqa  bir  pəncərə  çıxacaqdır  bu  pəncərədə  kompüterə  ad  verilir  və 
administrator istifadəçisi üçün şifrə daxil edə bilərsiz. 
 


 
 
 
114 
Sonra isə Date and  Time Settings pəncərəsi  çıxacaqdır.  Bu pəncərədə vaxt  və tarixi 
daxil  edirsiz.  Eyni  anda  yaşadığınız  regionu  Grinvich  saat  qurşağına  uyğun  öz  regionunuzu 
daxil edirsiz. 
 
Sonra aşağıdakı şəkildə pəncərə qarşınıza çıxacaqdır bu pəncərədə Typical settings-i 
seçmək lazımdır. 
 


 
 
 
115 
Daha sonra “domain”  yoxsa “workgroup” sistemindən istifadə edəcəyimiz soruşulur. 
Biz WORKGROUP seçib sonra davam edirik. 
 
Finalizing installation addımı ilə yükləməni bitirmək olar. 
 
 


 
 
 
116 
Sonra isə kompüter restart olur (yenidən başlayır) 
 
Kompüter qurulandan sonra kompüter avtomatik video kartı sazlaşdıracaqdır. Ondan 
sonra isə OK düyməsini vururuq. İnternetə qoşulma istəyəcəkdir, bundan imtina etmək üçün 
Skip düyməsini vurmaq lazımdır. Son olaraq sistemə daxil olma pəncərəsi çıxacaqdır burada 
öz adınızı və şifrənizi daxil etməklə daxil ola bilərsiz. 
 
Bununla format bitir. Bundan sonra isə kompüterin qurğularını sazlamaq tələb olunur. 
 
 



Yüklə 13,54 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   270




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə