Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 68,19 Kb.
səhifə3/6
tarix23.12.2023
ölçüsü68,19 Kb.
#155595
1   2   3   4   5   6
Tarix

2.Aşel mədəniyyəti

Azıx mağarasında Quruçay mədəniyyəti dövrü özünün uzun müddət inkişafından sonra qədim aşel mədəniyyəti ilə əvəz olunmuşdur. Azıx qədim insan məskənində qədim aşel dövrünə aid maddi mədəniyyət qalıqları yeddinci təbəqənin üstündə olan altınca təbəqədən aşkar olunmuşdur. Azıx mağarasında qədim aşel dövrü altıncı təbəqənin materialları ilə meydana çıxmaqla yanaşı, yerli çay daşı alətləri Quruçay mədəniyyəti əsası üzərində inkişafa başlamışdır.


Qədim aşel mədəniyyəti əsasən bəsit formada hazırlanmış əl çapacaqları, kobud çapma alətləri, qalın qəlpələr üzərində hazırlanmış əmək alətləri və disk şəkilli nukleuslarla (nüvələr) xarakterizə olunur. Azıxın altıncı təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı ilk dəfə olaraq əl çapacaqları tapılmışdır.Əl çapacaqlarının meydana çıxması ibtidai insanların həyatında mühüm rol oynamışdır. Bununla əlaqədar olaraq ovçuluq təsərrüfatını daha da inkişaf etdirməyə başlamışlar.
Düşərgənin altıncı təbəqəsində aparılan arxeoloji tədqiqatlar zamanı cəmi 2 minə qədər daş məmulatı tapılmışdır. Aşkar olunmuş daş məmulatı içərisində 526 ədəd əmək alətləri qeydə alınmışdır. Daş məmulatının yerdə qalan hissəsi isə istehsal tullantılarından, nukleuslardan və təbii çay daşlarından ibarətdir. Qədim aşel dövrünə aid təbəqədən tapılmış əmək alətləri içərisində əsas yeri kobud çapma alətləri, əl çapacaqları və qaşov tipli alətlər tutur. Təbəqədən əmək alətləri ilə birlikdə istehsal tullantılarının aşkar olunması qədim aşel dövründə düşərgədə qədim insanların əmək alətləri hazırladıqlarını göstərir. Məhz altıncı təbəqədən aşkar olunmuş əmək alətlərinin texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların qədim aşel dövründə hazırlandıqlarını söyləmək olur.
Bəşəriyyət tarixində qədim aşel mədəniyyəti 650—450 min illər arasında mövcud olmuş və 200 min ildən bir qədər artıq davam etmişdir. Tapılmış sümüklər əsasında təyin edilmiş heyvanat aləminin növləri göstərir ki, qədim aşel dövründə Azərbaycan ərazisində soyuqlaşmaya doğru dəyişikliklər baş vermişdir. Düşərgənin qədim aşel mədəniyyətinə aid olan fauna qalıqları Bakı çöküntülərinin yaranma dövrünə uyğun gəlir. Ona görə də abidənin altıncı təbəqəsi tədqiqatçıların əksəriyyətn tərəfindən mindel buzlağı dövrünə aid edilir. Qeyd olunan fauna qalıqları ilə yanaşı, qədim aşel təbəqəsindən tiraspol kompleksi nümayəndələrindən Şoteizak bizonu, Merka kərgədanı və s. fauna qalıqlarının aşkar olunması təbəqənin Bakı dövrünə (mindeldən əvvəlki dövrə) aid olduğunu göstərir.
Uzun illər ərzində Azıx mağarasının altıncı təbəqəsində aparılan elmi tədqiqatlar zamanı aşkar olunmuş fauna qalıqlarının xüsusi elmi əhəmiyyəti vardı. Fauna qalıqları içərisində ayrı-ayrı çənələr, kəllə sümükləri çoxluq təşkil edir. sümük məmulatının təyinatı əsasında qədim aşel adamlarının ovçuluq fəaliyyətində əsas yeri mağara ayıları və nəhəng marallar tutmuşdur. Bu, eyni zamanda qədim aşel dövründə Quruçay dərəsinin meşəliklərində mağara ayıları və nəhəng maralların mövcud olduğunu göstərir.
Azıx qədim insan düşərgəsinin beşinci təbəqəsində aparılan arxeoloji tədqiqatlar zamanı orta aşel mədəniyyətinə aid maddi mədəniyyət nümunələri tapılmışdır. Bu, Azıxda qədim aşel dövrünün sonralar orta aşel mədəniyyəti ilə əvəz olunduğunu göstərir. Arxeoloji qazıntılar vasitəsilə beşinci təbəqədən tapılmış daş alətlərin əsasını kobud çapma alətləri və əl çapacaqları təşkil edir. Daş məmulatı arasında müxtəlif klekton tipli əmək alətləri və kobud hazırlanmış itiuclu alətlər də qeydə alınmışdır. Beşinci təbəqənin daş məmulatı texniki-tipoloji xüsusiyyətlərinə görə özündən aşağıda yerləşən altıncı təbəqənin materialları ilə yaxınlıq təşkil edir. Lakin beşinci təbəqənin əmək alətləri qədim aşel dövrü daş məmulatının bəzi oxşar xüsusiyyətlərini özündə birləşdirir.
Azıx düşərgəsinin mədəni təbəqələrində ocaq yerlərinin aşkar edilməsi xüsusi maraq doğurur. Maraqlıdır ki, qədim insan əmək alətləri hazırlayarkən süni od almaqla çox təsadüfi olaraq tanış olmuşdur. Ova getmək üçün qədim insanlar Quruçaydan topladıqları bazalt, andezit və çaxmaqdaşlarından əmək alətləri hazırlayırdılar.
Qədim Azıx sakinləri torpaqda qazma üsulu ilə süni ocaqlar qururdular. Maraqlıdır ki, orta aşel təbəqəsindən üç oçaq yeri qeydə alınmışdır. Ocaqlardan biri 4 m2 sahəni tutur. Ocağın hər tərəfinə yandırılmış ağac gülündən qalın sədd çəkilmişdir. Əi maraqlı cəhət ocağın yanında əhəng daşlarından qurulmuş divar qalığının qeydə alınmasıdır. Divar qalığının hündürlüyü 30 sm-dən bir qədər artıq idi. Bu divarın yanında daha bir kiçik ocaq yeri aşkar olunmuşdur. Ocağın hər iki tərəfi yastı əhəng daşları ilə əhatə edilmişdir. Orta aşel dövrünə aid olan təbəqədən ocaq yerlərinin aşkar olunması ocağın qədim insanların həyatında mühüm rol oynadığını göstərir.



Yüklə 68,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə