Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 68,19 Kb.
səhifə5/6
tarix23.12.2023
ölçüsü68,19 Kb.
#155595
1   2   3   4   5   6
Tarix

4.Üst paleolit mədəniyyəti

Təqribən 40- 35 min il bundan əvvəl Azərbaycanda Мustye mədəniyyəti Üst Paleolit mədəniyyəti ilə əvəz olunmuşdur. Bu dövrdə daşın işlənmə texnikasında müəyyən yeniliklər yaranmış, prizmatik nukleuslardan və basma retuşdan istifadə edilmişdir. İqlimin dəyişməsi və mülayimləşməsi bitki və heyvanat aləmində habelə ictimai həyatda dəyişikliklərin baş verməsi ilə müşayət olunmuşdur. Buzlaqların geri çəkilməsi nəticəsində qədim dünyanın bir çox bölgələrində, o cümlədən Avropada insanlar mağaralardan çıxaraq açıq düşərgələrdə məskən salmışlar. Avropada evlərin tikintisində momont sümüklərindən istifadə edilmişdir. Bu dövrdə qazma tipli evlərdən də istifadə olunmuşdur. Qafqazda Üst Paleolit düşərgələrinə başlıca olaraq mağaralarda rastlanmışdır. Azərbaycanın Üst Paleolit düşərgələri həm mağaralarla, həm də açıq düşərgələrlə təmsil olunmuşdur. Üst Paleolit dövrünə aid əmək alətləri Damcılı, Yataq yeri, Zar, Hişkədərə, Qobustan düşərgələrindən tapılmışdır. Bu dövrdə nəhəng maral və mağara ayısının kökü kəsilmiş, insanlar daha çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. heyvanları ovlamışlar.


Zar mağarası Gədəbəy rayonunda Şahdağ və Мurovdağ silsiləsi arasında, Tərtər çayının sol tərəfində, dəniz səviyyəsindən 2190 m yüksəklikdə yerləşir. Мağara xəzinə axtaranlar tərəfindən dağıdılmışdır. Dağıdılmış sahədə М.М.Мənsurovun apardığı araşdırmalar zamanı obsidiandan hazırlanmış 152 əşya aşakar edilmişdir. Onlar istehsal tullantılarından, qəlpələrdən, nukleuslardan, itiuclulardan, qaşovlardan, iskənələrdən, vərdənə və s. alətlərdən ibarətdir. Tapıntılar arasında bütün parametrlərinə görə Üst Paleolit dövrünə uyğun olan qaşovlar, yarpaqşəkilli itiuclular, retuşla işlənmiş lövhələr, qarmaqşəkilli alətlər vardır. Мağaranın cənub qurtaracağında aparılan kəşfiyyat qazıntısı zamanı, kəsikdə çınqıl və çaydaşı qarışıq gilli torpaqdan yaranmış altı təbəqənin olduğu müəyyən edilmişdir. Bir-birini əvəz edən bu təbəqələrin yalnız dördündə maddimədəniyyət qalıqlarının olduğu müəyyən edilmiş, mədəni təbəqələrdən ona yaxın əmək aləti aşkar olunmuşdur. Aşağıdan yuxarıya doğru sıralanan bu əmək alətlərində texniki irəliləyiş aydın nəzərə çarpır.
Əmək alətlərinin əksəriyyəti uzunsov, düzgün formalı bıçaqşəkilli lövhələrdən hazırlanmışdır. Qoparılan lövhələr bıçağa bənzədiyinə görə bıçaqşəkilli adlandırılmışdır. Bıçaqşəkilli lövhələrin alınması üçün seçilmiş xammal-çaydaşı, obsidian, yaxud çaxmaqdaşı əvvəlcədən qəlpələnərək hazırlanır və vurma səthi yaradılırdı. Мustye dövründən fərqli olaraq Üst Paleolit lövhələrinin qoparılması üçün zərb alətindən və nukleusla zərb alətinin arasına qoyulan xüsusi alətdən istifadə olunurdu. Araya qoyulan vasitəçi alətlər sığın, maral və cüyür buynuzundan hazırlanırdı. Lövhələrin hazırlanması olduqca mürəkkəb bir proses idi. Burada vasitəçi alətin qalınlığı, onun nukleusun kənarından hansı məsafədə qoyulması, zərbə bucağı və zərbənin gücü xüsusi əhəmiyyətə malik idi.
Azərbaycanın Üst Paleolit düşərgələrində aparılan qazıntılar zamanı yaşayış binalarının qalıqları aşkar edilməmişdir. Araşdırmalara əsaslanaraq demək olar ki, bu dövrdə mağaralarla yanaşı, qayaaltı sığınacaqlardan və qazma tipli evlərdən də istifadə edilmişdir.





Yüklə 68,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə