Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 68,19 Kb.
səhifə4/6
tarix23.12.2023
ölçüsü68,19 Kb.
#155595
1   2   3   4   5   6
Tarix

3.Mustye mədəniyyəti
Azıx mağarasında beşinci təbəqə ilə üçüncü təbəqə arasında heç bir material verməyən dördüncü təbəqənin olması tədqiqatçıların fikrinə görə yaşayışın kəsilməsi ilə bağlı olmuşdur. Azıxantroplar təqribən 200 min il bundan əvvəl mağaranı tərk etmiş, 150-120 min il bundan əvvəl isə yenidən qayıtmışlar. İnsanların mağaraya dönməsi havaların soyuması ilə bağlı olmuşdur. Fauna qalıqları içərisində istiliksevən heyvanların qalıqlarının olmaması da bunu təsdiq edir. Мustye təbəqəsində 2000-dən artıq daş məmulatı, minlərlə heyvan sümüklərinin qalıqları aşkar olunmuşdur. Əmək alətlərinin hazırlanması üçün felzit, çaxmaqdaşı, bazalt, bəzən isə roqovik, yaşma, xalsedon və digər daş cinslərindən istifadə edilmişdir. İstifadə olunan daş cinslərinin arasında ilk dəfə obsidiana da rastlanmışdır. Belə ehtimal edilir ki, obsidian Kəlbəcər dağlarından sel suları vasitəsi ilə Quruçay vadisinə gətirilmişdir. Əks halda azıxantroplar Kəlbəcər dağlarındakı yataqlara çatmaq üçün yüksək dağ silsilələri ilə (1400-3000 m) 150 km məsafəni qət etməli idilər. Bu isə o dövrdə mümkün deyildi.
Daş məmulatının hazırlanmasında istifadə olunan xammalın tərkibi göstərir ki, Мustye insanlarının həyat tərzində və daş işləmə texnikasında xeyli dəyişikliklər olmuşdur. Bu dövrdə piramidal nukleuslardan, levallua itiuclarından və nazik bıçaqşəkilli lövhələrdən istifadə edilmişdir. Əmək alətlərinin hazırlanmasında yeni üsullarla bərabər Aşel dövrünə aid ənənələrdən də istifadə olunmuşdur. Aşel tipli əl çapacaqları, mişartipli daşlar, üzlənmiş nukleuslar, kobud ərsin tipli alətlər, arxaik tipli qəlpələr buna aid ola bilər. Мustye insanları Kiçik Qafqazın cənub ətəklərinə, Мil düzündən Ceyrançölədək geniş bir ərazidə yayılmışdır. Bu dövrə aid insan məskənləri Azərbaycanın müxtəlif yerlərindən aşkar edilmişdir. Bu abidələr sırasına Damcılı, Zar, Buzeyir, Qazma mağarası və digərləri aiddir.
Hazırda respublikamızın ərazisində mustye mədəniyyətinə aid ən möhtəşəm və zəngin maddi mədəniyyət qalıqlarına malik qədim insan düşərgəsi Tağlar mağarasıdır. Tağlar düşərgəsi Dağlıq Qarabağın ən mənzərəli və səfalı guşələrinin birində olub, hadrut rayonunun Tağlar kəndi yaxınlığında yerləşir. Mağaranın birinci təbəqəsindən eneolit, tunc dövrlərinə və orta əsrlərə aid gil qab qırıqları aşkar olundu. Tağlar mağarasının qədim sakinləri əmək alətlərini əsasən düşərgədə hazırlamışlar. Əmək alətləri içərisində əsas yeri levallua və mustye itiucluları tutur. Bütün Zaqafqaziya və Yaxın Şərq abidələri içərisində Tağlar mustye düşərgəsi yeganə abidədir və buradan tapılan əmək alətləri olduqca zəngin tarixə malikdi.
Düşərgənin çöküntülərində 6 mədəni təbəqə qeydə alınmışdır. Birinci təbəqədən orta əsrlər, tunc və eneolit dövrlərinə aid gil qab qırıqları tapılmışdır. İkinci və bütün aşağı təbəqələrdə aparılan arxeoloji tədqiqatlar zamanı mustye mədəniyyətinə aid maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Maraqlıdır ki, Tağlar mağara düşərgəsindən aşkar olunmuş əmək alətlərinin əksəriyyəti çaxmaq daşından hazırlanmışdır. Çaxmaq daşları bir neçə rənglidir. Bu da xüsusi maraq doğurur. Onların içərisində qırmızı, sarı, yaşıl və başqa rənglilər vardır.
Əmək alətləri içərisində əsas yeri itiuclu və qaşov tipli alətlər tutur. Daş alətləri içərisində tək-tək bıçaq, kəsici, biz, dişli və gözlü alətlər də qeydə alınmışdır (şəkil 25—28). Tağlar mustye düşərgəsi daş məmulatının texniki-tipoloji tədqiq zamanı paleolit dövrü üçün Tağlar əmək alətləri adı verilmişdir. Həmin alətlər olduqca zərif hazırlanmış və bir neçə işlək malik olan əmək alətlərindən ibarətdir. Maraqlı ki, Azıx paleolit düşərgəsinin üçüncü təbəqəsinin daş alətləri içərisində də bir neçə ədəd Tağlar tipli əmək alətləri qeydə alınmışdır.
Əmək alətlərinin hazırlanmasında levallua, diskşəkilli-radial, Üst Paleolit qoparma texnikasından istifadə edilmişdir. Araşdırma levallua texnikasının üstünlük təşkil etdiyini göstərir. Diskşəkilli nukleusların çoxluq təşkil etməsi şübhəsiz ki, levallua nukleuslarının istifadə olunması nəticəsində yaranmışdır. Üst Paleolit texnikası yalnız mağaranın üst qatlarında, xüsusilə 2-ci və 3-cü 24 təbəqələrdə meydana çıxmışdır. Мağaranın 4 a və 4 b təbəqələrində xeyli kül təbəqəsinin yığılması əhalinin müəyyən dərəcədə oturaq həyatından xəbər verir. Araşdırmalar daşın ilk dəfə mağaradan kənarda işləndiyini və tədarük edildiyini göstərir. Мağarada daş ikinci dəfə işlənmiş və müxtəlif üsullarla retuşlanmışdır. Əmək alətlərinin üc hissəsinin nazıkləndirilməsi və saplaqlarının düzəldilməsi üçün xüsusi texniki üsullardan istifadə edilmişdir. İtiuclular və ərsinlər əmək alətləri içərisində üstünlük təşkil edir. Tağlar mağarasında təbəqələrin ardıcıl yerləşməsi daşın işlənmə texnikasındakı dəyişiklikləri və yenilikləri izləməyə imkan verir.
Tağlar mağarasının sakinləri olduqca müxtəlif daş cinslərindən istifadə etmişlər. Başlıca olaraq şist, çaxmaqdaşı və obsidiandan istifadə olunmuşdur. Əmək alətlərinin 92 %-i çaxmaqdaşından hazırlanmışdır. Nukleuslar başlıca olaraq diskşəkilli formada olub bir, iki, bəzən isə bir neçə vurma səthinə malikdir. Onlar arasında prizmatik nukleuslar da vardır. Nukleuslar olduqca müxtəlif daşqoparma üsullarının tətbiq edildiyini təsdiq edir. Qədim Tağlar sakinləri qəlpə qoparmanın diskşəkilli, levallua və prizmatik üsullarından istifadə etmişlər. Radial qoparma üsulundan paralel, levallua üsulundan protoprizmatik üsula keçilmişdir. Qəlpələr nukleuslardan başlıca olaraq levallua və qeyrilevallua üsulu ilə qoparılmışdır. Onlar sayca bərabərdir. Qəlpələr arasında 20 üçbucaqşəkillilər üstünlük təşkil edir ki, bu da levallua texnikasının inkişaf etməsi ilə bağlı olmuşdur.
Retuşlanmış levallua itiucluları formaca levallua itiucluları ilə eynidir. Fərq ondan ibarətdir ki, onların yanları yüngül retuşla işlənmiş və əmək alətlərinə daha bitkin və simmetrik forma verilmişdir. Ağız tərəfdən tətbiq edilən retuş alətlərin kənarlarının və ucunun müəyyən hissələrini düzəldərək onları itiləşdirmişdir. Retuş bəzən alətlərin bütün səthini əhatə etmiş, adətən qoparılmış qəlpələrin ilkin formasını dəyişməmişdir. Lakin bəzi hallarda qəlpələrin ilkin 22 forması dəyişmişdir. Bu daha çox saplaqlı itiucluların hazırlanmasında özünü biruzə verir. Tapıntılar göstərir ki, Мustye dövrünün son mərhələsində mağarada retuşlanmış, saplaqlı levallua itiucluları hazırlanmışdır.
Tağlar mağarasının mədəni təbəqələrindən eyni zamanda çoxlu ovlanmış heyvan sümükləri də aşkar olunmuşdur. Bu göstərir ki, mustye mədəniyyəti dövründə Tağlar mağarasında yaşayan qədim insanların əsas fəaliyyəti ovçuluq olmuşdur. Sümüklər arasında maral, mağara ayısı, ibtidai at sümüklərinin qırıqları çoxdu.
Tağlar mağarasında çoxlu ocaq layları aşkar olunmuşdur. Bu göstərir ki, qədim insanların həyatında ocaq mühüm yer tutmuşdur. Çünki sümük məmulatının əksəriyyəti ocaqda yandırılmışdır. Azıx mağarasında yaşayan Мustye insanları dairəvi formalı iri həcmli ocaqlar hazırlamış, ocaqların döşəməsinə və ətrafına əhəngdaşı döşəmişlər. Çox maraqlıdır ki, Мustye dövründə ocaqlar əvvəlkilərlə eyni sahələrdə salınmışdır. Aşkar edilmiş əmək alətlərinin qəlpə qoparma texnikası və tipoloji tərkibi Мustye dövrünün erkən mərhələsinə aiddir. Bu təbəqədə Spelaearctos spelaeus, Vrsus aff., Arctos, Sus Scrofa, Capreolus Capreolus, Cervus (Dama) cf. Мesopotamica, Мegaloceros giganteus, Cervus elaphus, Capra aegagrus, Eguus hidruntinus, Dicerorhinus mercki heyvan cinsləri aşkar olunmuşdur.
Arxeoloji tədqiqat işləri nəticəsində Tağlar mustye düşərgəsində qədim insanların 90 min il bundan əvvəldən 35 min ilə qədər yaşadıqları müəyyən olunmuşdur. Eyni zamanda bütün Yaxın Şərq ərazisində Tağlar düşərgəsinin əsas mədəniyyət mərkəzi olması və Tağlarda hazırlanmış əmək alətlərinin hələ mustye mədəniyyəti dövründə Yaxın Şərq ölkələri ərazisinə yayılması aydın olmuşdur.
Мağaranın dibinin düz olması, girişdən başlayaraq arxa divara doğru mağara dibinin yüksəlməsi, müxtəlif dövrlərdə onda olan çöküntülərin və yaşayış sahəsinin dəyişməsinə səbəb olmuşdur. Мəsələn 2-ci təbəqə 40 kv.m, 6-cı təbəqə isə 15 kv.m. sahə tədqiq edilmişdir.

Yüklə 68,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə