Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti nəzdində



Yüklə 11,23 Kb.
səhifə1/2
tarix30.12.2023
ölçüsü11,23 Kb.
#164272
  1   2
Abbaslı Rail 28.11


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti nəzdində
Sumqayıt Dövlət Texniki Kolleci
Sərbəst iş
Şöbə: İnformasiya texnologiyaları və kimya
İxtisas: Kompüter şəbəkələrin avadanlıqlarının təmiri və servisi
Qrup: 533-9-21
Kurs: 3
Fənn: Kompüter şəbəkələrin qurulma və işləmə prinsipləri
Mövzu: İntellektual şəbəkə texnologiyaları
Müəllimə: Gözəlova Mehriban
Tələbə: Abbaslı Rail
Tarix: 28.11.2023
Geniş mənada intellektual şəbəkə ideyası xidmətlərin göstərilməsi funksiyalarının kommunikasiya funksiyalarından ayrılmasından ibarətdir, yəni kommunikasiya funksiyaları baza əlaqə şəbəkəsində “qalır”, idarəetmə, xidmətlərin yaradılması və gətirilməsi funksiyaları isə baza şəbəkəsindən ayrı yaradılan “intellektual” üstquruma daxil edilir. Baza əlaqə şəbəkəsi və “intellektual” üstqurum arasında qarşılıqlı əlaqə standartlaşdırılmış interfeyslər vasitəsi ilə həyata keçirilir. Bu cür yanaşma rabitə operatorlarına “intellektual” hssəni ayrı-ayrı (çox zaman mərkəzləşdirilmiş) qovşaqlarda cəmləşdirməyə və “intellektin” bütün şəbəkə elementlərində paylanmasının qarşısını almağa imkan verir (çünki bu həmişə mümkün deyil və çox zaman iqtisadi cəhətdən əlverişli olmur). Baza şəbəkədən ancaq “intellektual” şəbəkə resurslarına girişin təmin edilməsi tələb olunur.
İntellektual şəbəkə texnologiyası ancaq kommutasiya sisteminin modernləşdirilməsi ilə bütöv bölgənin və hətta bir neçə bölgənin abunəçilərinə köklü şəkildə yeni növ xidmətlərin verilməsinə imkan verir. Bu zaman onlarda müxtəlif avadanlıqalrın istifadə edilməsi o qədər də əhəmiyyət kəsb etmir, çünki intellektual şəbəkələrin arxitekturası rabitə şəbəkəsinin növündən asılı deyil. Lakin onların istifadəsinin effektivliyinə xidmətlərə giriş üsulları, siqnallaşma sistemləri, marşrutlama üsulları və digər faktorlar təsir edir.
İntellektual şəbəkə xidmətlərini müxtəlif sistemlərin əsasında həyata keçirmək olar. Ümumi istifadə şəbəkələri üçün adətən ITU (International Telecommunication Union) və ETSI (European
Telecommunications Standards Institute) spesifikasiyalarına uyğn olan arxitektur istifadə edilir. Bu arxitektura uyğun olaraq xidmətlərin göstərilməsi üçün kommutasiya sistemi əsasında xidmətlərin kommutasiyası qovşaqları (SSP - service switching point) və xidmətlərin idarə edilməsi qovşaqları (SCP - service control point) daxil edilməlidir
SSP qovşağı əsas xidmətlərin verilməsi prosesinin idarə edilməsi üzrə funksiyaları özündə saxlayan və əlavə proqram təminatı ilə təchiz edilmiş kommutasiya sistemidir. O, intellektual şəbəkəyə aid olan çağrışlara xidmətin göstərilməsinin müxtəlif alqoritmlərinin işə salınmasını təmin edir, xidmətlərin idarə edilməsi qovşağından (SCP) daxil olmuş göstərişləri yerinə yetirir, intellektual şəbəkə çağrışlarına xidmət prosesinə nəzarət edir və çağrışlar prosesindəki müvafiq dəyişikliklər haqqında xidmətlərin idarə edilməsi qovşağına (SCP) məlumat verir.
Xidmətlərin kommutasiyası qovşağı (SSP) xidmət istifadəçisi tərəfindən yığılan nömrəyə uyğun oalaq xidmətlərin idarə edilməsi qovşağına (SCP) sorğu göndərir. Bu qovşaqda telefon nömrəsi təyin olunmuş alqoritm üzrə yığılır və xidmətlərin kommutasiyası qovşağına bu nömrəyə müvafiq birləşmə yaratmaq üçün göstəriş verilir və birləşmə yarandıqdan sonra istifadəçi ona lazım olan informasiyanı alır.
Xidmətlər yaradılan qovşaq (SCEP - (service creation environment point) xidmətin parametrlərinə nəzarət və idarəetmə, həmçinin onlara dəyişikliklər edilməsi və testləşdirilməsi imkanlarını həyata keçirir.
Xidmətlərin menecmenti qovşağı (SMP - service management point) intellektual şəbəkənin xidmətlərinə çağrışlar haqqında informasiyanın toplanmasını və müəyyən xidmətlərin göstərilməsi üçün lazım olan verilənlərin modifikasiyasını təmin edir. Operatorlar SMP qovşağını xidmətlərin tənzimləmələri haqqında informasiyanı saxlayan verilənlər bazasının monitorinqi və idarə edilməsi üçün istifadə edir, statistikanı və həyəcan siqnallarını toplayır, çağırışlar və hadisələr haqqında statistikanı yadda saxlayır.
Daha aşağı səviyyənin vəzifəsi verilənləri qəbul etmək, öz informasiyasını (məsələn: başqa kompüterdəki uyğun səviyyə ilə düzgün qarşılıqlı əlaqədə olmaq üçün formatlama və ya ünvan) əlavə etmək və verilənləri sonrakı səviyyəyə ötürməkdir. İnformasiya yalnız şəbəkə modelinin ən aşağı səviyyəsinə — fiziki səviyyəyə çatdıqdan sonra ötürmə mühitinə düşür və alan kompüterə çatır.
İnformasiya göndərildiyi səviyyəyə alan kompüterdə çatanadək onun bütün səviyyələrini əks ardıcıllıqla keçir.Göründüyü kimi, şəbəkədə proqramların "ünsiyyəti" sizin tanışınızla poçt vasitəsilə ünsiyyətinizə çox bənzəyir. Mətni yazdığınız kağız vərəqi yuxarı səviyyədən bir sıra zəruri mərhələni keçərək aşağıya ötürülür. Bu zaman o, xidməti informasiya (müəyyən növ zərf, zərfin üzərində ünvan, poçt indeksi) ilə "örtülür" və müəyyən emala məruz qalır (poçt şöbəsindəki poçtalyon məktubu götürür, zərfin üzərinə markalar yapışdırır, ştempel vurulur, çeşidləmədən sonra isə məktub başqa şəhərə göndərilmək üçün poçt konteynerinə düşür). Bu qayda ilə sizin informasiya ən aşağı səviyyəyə — poçt nəqliyyatına çatır ki, oradan da təyinat məntəqəsinə daşınır. Orada əks proses baş verir: konteyner açılır, məktub çıxarılır, ünvan oxunur və poçtalyon məktubu tanışınıza çatdırır. Sonra isə tanışınız zərfi açıb məktubu çıxarır və mətni oxuyaraq sizin ona vermək istədiyiniz ilkin informasiyanı alır.

Yüklə 11,23 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə