Key words: soil,
fertilizer, plant,
productivity,
protein
UOT 631:631.8
NƏMLİKLƏ TƏMİN OLUNMAMIŞ AÇIQ-ŞABALIDI TORPAQLARDA GÜBRƏLƏRİN
PAYIZLIQ BUĞDANIN İNKİŞAF FAZASINDAN ASILI
OLARAQ AZOTU MƏNİMSƏMƏSİNƏ TƏSİRİ
S.R. VƏLİYEVA
Dissertant
Elmi-Tədqiqat Əkinçilik İnstitutu, Pirşağı qəs., Sovxoz 2, Bakı, Azərbaycan, Tel. 551-61-30
Qobustan BTS-nin nəmliklə təmin olunmamış açıq-şabalıdı torpaqlarında “Qobustan” payızlıq
yumşaq buğda sortunun yerüstü quru biokütlə məhsulunun toplanması və azotun mənimsənilməsi
inkişaf fazasından və qida rejimindən asılıdır. Məhsuldarlıq, dəndə zülalın miqdarı və hektardan
zülal yığımı boruyaçıxmanın sonu sünbülləmə fazasında toplanan yerüstü quru biokütlə məhsulu və
onun tərkibində olan azotdan asılıdır.
Açar sözlər: torpaq, gübrə, bitki, azot
Aqrar islahat nəticəsində yaranan fermer təsərrüfatlarında torpağa olan münasibət, onun
becərilməsi, tamamilə yeniləşmişdir. Tədqiqatçıların məlumatına əsasən [2;3] yüksək və keyfiyyətli
məhsul formalaşmasını təmin etmək üçün torpağın səmərəli münbitliyi yüksəldilməli, verilən üzvi
və mineral gübrələrin illik normaları balans hesablanmasına əsasən müəyyən edilməlidir. Gübrə
normaları müəyyənləşdirilərkən torpaq-iqlim şəraiti, nəmliklə təmin olunma, asas qida
maddələrinin torpaqdan və gübrədən mənimsənilmə əmsalı, bitkinin potensial məhsuldarlığı, hər
sentner dən məhsulunun əmələgəlməsinə qida sərfi və əsas limit amilləri nəzərə alınmalıdır.
Elmi Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının nəmliklə təmin
olunmamış açıq-şabalıdı torpaqlarında karbonatlığı, pH-ı, ümumi humusun, azotun və asan
mənimsənilən fosforun və kaliumun miqdarını müəyyənləşdirmək, bitkinin inkişaf fazasından asılı
olaraq azotun mənimsənilməsini təyin etmək.
Payızlıq buğda bitkisinin inkişaf fazasından asılı olaraq yerüstü quru biokütlənin toplanmasını
və azotun mənimsənilməsini təyin etmək.
Üzvi gübrələrin norma və nisbətlərindən asılı olaraq hektardan zülal yığımını hesablamaq.
Elmi Tədqiqat əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının nəmliklə təmin
olunmamış açıq-şabalıdı torpaqlarında üzvi və mineral gübrələrin norma və nisbətlərinin
“Qobustan” payızlıq yumşaq buğda sortunun ümumi yerüstü quru biokütlə məhsulunun
toplanmasına, azotu mənimsəməsinə, zülal yığımına təsirini müəyyənləşdirmək üçün 8 variantda 4
təkrarda tarla təcrübələri aparılmışdır.
1.
Nəzarət (gübrəsiz); 2. N
60
; 3. N
60
P
60
K
60
; 4. Biohumus (ECO) 1 ton\ha;
5. Biohumus (ECO) 1 ton/ha+N
30
; 6.N
90
P
60
K
60
; 7. Biohumus (ECO) 1 ton/ha+ N
30
P
30
K
30
;;
8. N
120
P
60
K
60
;.
Fosfor, kalium və üzvi gübrələr səpinqabağı mala altına, azotun 25%-i səpinqabağı, qalan
hissəsi isə erkən yazda verilmişdir.
Səpin bölgə üçün tövsiyə olunan vaxtda, oktyabr ayının 2-ci ongünlüyündə və səpin
normasında aparılmışdır.
Təcrübə sahəsinin aqrokimyəvi göstəricilərini müəyyənləşdirmək üçün səpiqabağı sahənin 5
yerindən [4] metodikaya müvafiq olaraq torpaq nümunələri götürülərək analiz aparılmışdır. Analiz
nəticələri göstərmişdir ki, təcrübə sahəsinin pH-ı şum və şumaltı qatlarda 8,5-8,6, karbonatlıq 6,78-
8,2%, ümumi humus 2,21-1,39% ümumi azot 0,16-0,09%, arasında dəyişir. Dənli bitkilərdən yaxşı
keyfiyyətli, iqtisadi cəhətdən səmərəli yüksək məhsul alınması, gübrə normalarının
müəyyənləşdirilməsi üçün torpaqda əsas qida maddələrinin asan mənimsənilən formalarının
miqdarını və ehtiyyatını müəyyənləşdirmək çox vacibdir. Analiz nəticələrindən məlum oldu ki,
təcrübə sahəsi mütəhərrik fosfor və dəyişən kaliumla zəif təmin olunmuşdur. Şum qatında 1 kq
torpaqda mütəhərrik fosfor 21,5 mq, dəyişən kalium 235,7 mq, şumaltı qatda isə göstəricilər
müvafiq olaraq 10,6 və 165,5 mq olunmuşdur.
Qobustan BTS-nın nəmliklə təmin olunmamış açıq-şabalıdı torpqlarında üzvi və mineral
gübrələrin norma və nisbətlərinin “Qobustan” payızlıq buğda sortunun inkişaf fazasından asılı
olaraq yerüstü quru biokütlə məhsulunun toplanmasına təsirini müəyyənləşdirmək üçün bitkinin
müxtəlif inkişaf fazalarında hər variantın 2 təkrarının bir neçə yerindən, metodikaya müvafiq olaraq
[5] iki cərgədən 66,7 sm uzunluğunda yerüstü quru biokütlə məhsulu biçilib götürülmüş , həmin
nümunənin yaş və quru çəkisi müəyyənləşdirilmişdir. Həmin nümunələrdə həm də ümumi azot
təyin olunmuşdur.
Tədqiqat nəticələri göstərdi ki, kollanma fazasının sonuna kimi hər hektarda toplanan quru
biokütlə məhsulu qida rejimindən asılı olaraq 9,5-15,5 sentner arasında dəyişir. Göründüyü kimi
artıq kollanma fazasının sonunda qida çatışmamazlığı özünü göstərir. Belə ki, kollanma fazasının
sonunda gübrəsiz variantda yerüstü quru biokütlə hər hektarda 9,5 sentner, tək biohumus (ECO) 1
ton/ha verilmiş variantda 13,05 sentner olduğu halda, N
90
P
60
K
60
və N
120
P
60
K
60
variantlarında bu
göstəricilər müvafiq olaraq 15,60 və 15,50 sentner təşkil etmişdir.
Boruyaçıxmanın sonundan
mum yetişməyə kimi
Mum yetişmədən
tam yetşməyə kimi