Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   38   39   40   41   42   43   44   45   ...   163

 
 
 
85 
 
SOME RESULTS OF BARLEY BREEDING IN RAINFED CONDITIONS OF GOBUSTAN 
REGION OF MOUNTAINOUS SHIRVAN 
 
Research Institute of Crop Husbandry 
 
 Investigation  was  carried  out  in  rainfed  condition  of  Mountainous  Shirvan  in  territory  of  
Gobustan RES.  865 varietysamples, lines and varieties in various breeding nurseries have studied 
during 2006-2209 years.  At this  period among studied accessions of genefond  have selected two 
varieties  by  name  Gudratli-48  and  Dayanatli.  These  varieties  have  transferred  to  the  State 
Commission for testing and regionalization. 
 
Key words: berley, variety, productivity, quality, disease, rainfed 
 
UOT 
AZƏRBAYCAN ŞƏRAİTİNDƏ BUĞDA BİTKİSİNİN FOTOPERİODİZM 
XÜSUSİYYƏTİNİN VƏ DİQƏR ƏLAMƏTLƏRİN GENETİK MEXANİZMİNİN TƏDQİQİ  
E.B.ƏLİYEV 
Elmi-Tədqiqat Əkinçilik İnstitutu, Sovxoz №2, Bakı, Azərbaycan 
Tel.: 55161304974931 
Məqalədə  buğda  bitkisinin  Azərbaycanın  təbii  qısa  gün  şəraitində  fotoperiodizm 
xüsusiyyətinin və  digər  əlamətlərin  genetik  idarə  olunmasının  öyrənilməsi ilə  bağlı  30  ildən  artıq 
aparılan tədiqat işlərinin yekun nəticələri verilmişdir.  
Açar sözlər: buğda, fotoperiodizm, əlamət, genetik mexanizm 
Azərbaycan  Respublikasının  ərazisi  coğrafi  cəhətdən  təbii  qısa  gün,  yəni  qısa  fotoperiod 
regionlarına təsadüf etdiyindən, bu ərazidə yayılan və becərilən bitkilərdə təkamül prosesi zamanı 
fotoperiodizmin  təsirinə  qarşı  müvafiq  genetik  uyğunlaşma  mexanizmi  formalaşmışdır.  Mühüm 
abiotik amillərdən sayılan fotoperiodizmin bitki orqanizmlərinin inkişafında müstəsna rolunun elmi 
əsaslarla kəşfindən 90 ildən artıq vaxt keçməsinə baxmayaraq  [1], Azərbaycan şəraitində bu amilin 
müxtəlif  bitkilərin,  o  cümlədən  buğda  bitkisinin  inkişafına  təsirinin  öyrənilməsi  ilə  bağlı  tədqiqat 
işləri  kifayət  qədər  aparılmamış,  əlamətin  genetik  mexanizmi  demək  olar  ki  araşdırılmamışdır. 
Halbuki, fotoperiodizmlə əlaqədar mövcud olan problemlərin həlli region üçün son dərəcə mühüm 
elmi  nəzəri  və  praktiki  əhəmiyyət  kəsb  etməklə,  bu  amilin  genetik  əsaslara  söykənən  təlimini 
yaratmağa və ondan səmərəli istifadə etməyə geniş imkanlar açır.   
Tədqiqat obyektimiz olan buğda bitkisinin yaranma mənşəyi cənub regionlar hesab olunsada, 
fotoperiodizm baxımından o uzungünlü bitkilərə aid edilir və qısa fotoperiod rejimində bu bitkinin 
ümumi  vegetasiya  dövrü  xeyli  uzanır,  ayrı-ayrı  inkişaf  mərhələlərinin  sürəti  isə  nəzərə  çarpacaq 
dərəcədə  aşağı  düşür.  Bu  amil  bir  çox  bitkilərin,  o  cümlədən  buğdanın  inkişafı  üçün  mühüm 
əhəmiyyətə  malik  olmaqla  onun  məhsuldarlıq  elementlərinin  və  müxtəlif  təsərrüfat  qiymətli 
əlamətlərinin formalaşmasında xüsusi rol oynayır. 
Azərbaycan şəraitində keçən əsrin 70 ci illərinin sonunda (1977-1979), tərəfimizdən aparılan 
ilk  sitogenetik  tədqiqatlar  buğda  bitkisi  sortlarında  fotoperiodizm  xüsusiyyətini  idarə  edən  iki 


 
 
 
86 
dominant  Ppd1  və  Ppd2  genlərinin  təyin  edilməsinə,  onların  hansı  xromosomda  yerləşməsinin 
aşkarlanmasına və digər gen sistemləri ilə əlaqəsini müəyyənləşdirməyə imkan vermişdir. Lakin, o 
zamanlar  eksperimentlərə  cəlb  edilən  valideyn  formalar  Ppd  genlərinin  düzgün  sayını  və 
ekspressiyasını  təyin  etməyə,  sortların  fotoperioda  həssaslıq  səviyyəsinə  görə  təsnifata  alınmasına 
və fotoperiodizmlə bağlı çoxlu sayda məsələlərin həllinə aydınlıq gətirmirdi. 
Digər  tərəfdən  müxtəlif  ədəbiyyat  mənbələrində  Ppd  genlərinin  sayı,  ekspressiyası  və  xromosom 
lokalizasiyası  ilə  bağlı  mütəxəssislərin  fikir  ayrılığı,  tədqiqatları  apardıqları  zaman  metodik 
cəhətdən  yol  verdikləri  xətalar  və  əldə  etdikləri  nəticələrin  bir-birlərini  təkzib  etməsi  faktı  açıq 
qalan sualları cavablandırmaqda əngəllər törədirdi [2-7].  
Mövcud vəziyyətə başqa bir prizmadan-qlobal iqlim dəyişiklikləri fonunda yaranan neqativ 
fəsadların təsiri baxımından yanaşanda problemin aktuallığı daha kəskin xarakter alır. Belə ki, son 
illər  Planetdə  baş  verən  qlobal  iqlim  dəyişiklikləri  bir  sıra  mədəni  bitkilərin,  o  cümlədən  buğda 
bitkisinin təsərrüfat qiymətli əlamətlərinin, istər kəmiyyət, istərsə də keyfiyyət göstəricilərinin xeyli 
aşağı  düşməsinə  və  pisləşməsinə  səbəb  olmuşdur.  Qlobal  istiləşmə  ilə  bağlı  iqlim  dəyişiklikləri 
Azərbaycandan da yan keçməmiş və son illərin proqnozuna görə ölkə ərazisində temperatur çoxillik 
orta  göstəricilərlə  müqayisədə  06 
0
C  artmışdır.  Belə  bir  şəraitdə  buğda  bitkisi  sortlarının  istilik 
amilinin  təsirindən  qaçmasını  təmin  etmək  üçün  məhz  Ppd  genlərinin  xidmətinə  böyük  ehtiyac 
duyulacaq [8]. 
Bütün  yuxarıda  qeyd  olunanların əhəmiyyətini  və  aktuallığıni  nəzərə  alıb,  tədqiqat  işlərində 
aşağıdakı məqsəd və vəzifələr qarşıya qoyulmuşdu. 
Tədqiqatın  əsas  məqsədi  Azərbaycanın  təbii  qısa  gün  şəraitində  buğda  bitkisinin 
fotoperiodizm  xüsusiyyətinin  genetik  mexanizminin  geniş  tədqiqindən,  bu  əlaməti  idarə  edən  Ppd 
gen  sisteminin  təyin  edilməsindən  və  həmən  genlərin  ekspressiyasının  müyyənləşdirilməsindən, 
öyrənilən  genotiplərin  bu  xüsusiyyətə  görə  təsnifatlaşdırılmasından,  sortların  mənşəyindən  asılı 
olmayaraq  Ppd  genlərinə  əsasən  genotiplərini  aşkarlayan  işlək  “modelin”  yaradılmasından  və 
ümumiyyətlə,  fotoperiodizmlə  bağlı  digər  problemlərin  həllindən,  eləcə  də  buğda  bitkisində  ən 
müxtəlif  keyfiyyət  və  kəmiyyət  əlamətlərini  idarə  edən  genlərin  təyin  edilib,  sortların  həmən 
əlamətlərə görə genetik pasportlarının tərtib edilməsindən ibarətdir. 
Tədqiqatlarla  bağlı  qarşıya  qoyulan  məqsədə  çatmaq  üçün  aşağıdakı  vəzifələr  yerinə 
yetirilmişdir: 
-  hər  iki  buğda  növünə  mənsub  olan  çoxlu  sayda  Dünya  kolleksiyası  sort  və  sortnümunələrinin, 
eləcədə  Azərbaycan  seleksiyaçılarının  ayrı-ayrı  illərdə  yaratdıqları  bütün  yerli  sortların  təbii  qisa 
fotoperiod  rejiminə  reaksiya  xüsusiyyətinin  öyrənilməsi,  bu  əlamətə  görə  müxtəlif  həssaslıq 
səviyyəsi ilə səciyyələnən genotiplərin secilərək genetik analizlərə cəlb edilməsi;  
- fotoperiodizmə kontras həssaslıq göstərən, həmçinin qısa günə müxtəlif səviyyədə reaksiyaları ilə 
xarakterizə olunan sortlar arasında Ppd genlərinin sayını və ekspressiyasını təyin etmək məqsədi ilə 
F
1
, F
2
, F
3
 və daha yuxarı nəsillərdə genetik analizlərin aparılması; 
-  buğda  bitkisi  sort  və  sortnümunələrinin  fotoperioda  həssaslıq  dərəcəsini  dəqiq  və  düzgün  əks 
etdirən  təsnifatın  yaradılması,  genotipləri  Ppd  genlərinə  əsasən  təyin  edilmiş  sortların  bu 
xüsusiyyətə görə təsnifata alınması; 
-  mənşəyindən  asılı  olmayaraq  bütün  sortların  genotiplərini  təyin  edə  bilən  işlək  “modelin” 
yaradılması və vaxtaşırı olaraq onun yeni sortlarla təkmilləşdirilməsi; 
-  bərk  və  yumşaq  buğda  növlərinin  ultratezyetişən  sortları  arasında  təbii  qısa  günün  təsiri  zamanı 
sünbülləmə vaxtına görə yaranan fərqin elmi əsaslarla araşdırılması; 
-  Azərbaycan  seleksiyaçılarının  ayrı-ayrı  illərdə  yaratdıqları  bütün  yerli  sortların  “həyat  tərzinin” 
öyrənilməsi və onların yazlıq – payızlıq xüsusiyyətlərinin təyin edilməsi
-  genetik  analizlərin  köməyi  ilə  buğda  bitkisində  ən  müxtəlif  keyfiyyət  və  kəmiyyət  əlamətlərini 
idarə edən genlərin müəyyənləşdirilməsi, genotiplərin həmən əlamətlərə görə genetik pasportlarının 
tərtib edilməsi; 
-  məqsədyönlü  tədqiqatlarla  supertezyetişən,  fotoneytral  yumşaq  buğda  xətlərinin  genofondunun 
yaradılması və praktiki tətbiqinin təmin edilməsi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə