89
qurtulmasına imkan verirki, bu da son nəticədə məhsul itkisinin xeyli aşağı düşməsinin qarşısını
almağa imkan yaradır;
- nəhayət, bu tip genotiplərin mövcudluğu və onların xüsusən nəmliklə təmin olunmayan quraq
zonalarda istifadəsi buğda bitkisinin ümumi vegetasiya dövrünün xeyli qısaldılması deməkdir ki, bu
da mədəni bitkilərin becərilmə strategiyasının təməlini təşkil edən ən mühüm problemlərdən biri -
hər əkin sahəsindən bir ildə iki və üç məhsul almaq kimi məsələnin həlli üçün geniş imkanlar
yaradır.
Tədqiqatlar nəticəsində yaradılan Leukurum 3601 bərk buğda sortu yuxarıda sadalanan
şərtlərin
demək olar ki, hər birinə cavab verməklə hazırda təsərrüfatlarda böyük sahələrdə becərilir.
Əldə edilən nəticələrin elmi nəzəri əhəmiyyətinə gəlincə ilk növbədə onu geyd etmək lazımdır
ki, tərəfimizdən ayrı-ayrı sortlarda və genotiplərdə ən müxtəlf keyfiyyət və kəmiyyət əlamətlərini
idarə edən genlərin (məsələn: Ppd, Rht, B1, R2, Rg və s.) tapılması və konkret xromosomda yerinin
müəyyən edilməsi, bəzi genlərin, məsələn Rg – gen sisteminin çoxallelilik xüsusiyyətinə malik
olması faktının aşkarlanması, sonralar çoxlu sayda mütəxəssislərin tədqiqat işləri ilə təsdiq olundu
və həmən genləri daşıyan genotiplər bu gün də alimlər tərəfindən həyata keçirilən müxtəlif səpgili
genetik tədqiqatlarda uğurla tətbiq və istifadə edilir.
Tədqiqatlar əsasında bütün Ppd lokusların resessiv allellərini daşıyan, təbii qısa günə
supergüclü həssaslıq göstərən unikal test- Warden yumşaq buğda sortunun əsl resipyent forma kimi
müəyyən edilməsi, mənşəyindən və həyat tərzindən asılı olmayaraq bütün sortlarda Ppd genlərinin
sayını təyin etməyə imkan verirmişdir ki, bu da uzun müddət mütəxəssislər tərəfindən genetik
analizlərə cəlb olunan resipyent valideyn formalarının seçiminin düzgün aparılması ilə bağlı
mövcud olan metodik səhvlərin aradan qaldırılmasına xidmət edəcək. Gələcəkdə bu qəbildən olan
eksperimentlərdə yalnız Warden sortu və qısa fotoperioda həssaslıq səviyyəsinə görə ona oxşar olan
sortlar ilkin resipyent valideyn formalar kimi dəqiq müəyyən edilərək genetik analizlərdə tətbiq
oluna bilərlər.
Nəhayət, Azərbaycanın bütün yerli seleksiya yumşaq və bərk buğda sortlarının “həyat
tərzinin” tədqiqi ilə bağlı onların yazlıq və payızlıq xüsusiyyətlərinə görə qruplaşdırılması əsasında
alınan nəticələr payız əkini müddətinin düzgün təyin edilməsində, yaz əkininə ehtiyac duyulan
regionlarda isə, genotiplərin düzgün seçiminin aparılmasında tətbiq oluna bilər.
ƏDƏBİYYAT
1. Мошков В. С., Фотопериодизм растений, Л. – М., 1961;
2. Keim D.L., Welsh J.R. McConnel R.L. Inheritanse of photoperiodic heading response in winter
and spring cultivars of bread wheat // Can. J. Plant Sci. -1973.V.53. P.247-250.
3. Pirasteh B., Welsh J. Monosomic analysis of photoperiodic response in wheat. Crop. Sci., 1975,
vol.15, p.503-505.
4. Law C.N., Sutca J., Worland A.J. A genetic study of day eugth response in wheat. Heredi-ty,
1978, vol.41, part 2, p.185-191.
5. Scarth R., Law C.N. The control of the day-length response in wheat by the group 2 chromo-
somes. J.
of Plant breeding, 1984, vol.92, N 2, p.140-150.
6. Welsh J.R., Keim D.L., Pirasteh, Ricards. Genetic control of photoperiodic response in wheat. –
In.: Proc. 4-th Intern. Wheat genet. Symp. (Missouri), 1973, p.879-884.
7. Алиев Э.Б. Некоторые итоги, связанные с исследованием генетического механизма
фотопериодической особенности пшеницы. Сборник научн.трудов АзНИИЗ, том ХХ1, 2005,
стр.19-22.
8. Алиев Э.Б. Гены фотопериодической реакции Ppd на службе повышения
засухоустойчивости сортов мягкой пшеницы. Аzərbaycan Aqrar Elmi jurnalı, № 6-7, Бакы-
2007.
90
Э.Б.Алиев
ИССЛЕДОВАНИЕ ГЕНЕТИЧЕСКОГО МЕХАНИЗМА ОСОБЕННОСТИ
ФОТОПЕРИОДИЗМА И ДРУГИХ ПРИЗНАКОВ ПШЕНИЦЫ В УСЛОВИЯХ
АЗЕРБАЙДЖАНА
Азербайджанский Научно Исследовательский Институт Земледелия
Cтатье приведены итоговые результаты 30 летних исследований генетического
механизма особенности фотопериодизма и других признаков пшеницы в условиях
Азербайджана.
Ключевы слова: пшеница, фотопериодизм, признак, генетический механизм
E.B.Aliyev
STUDY OF GENETIC PHOTOPERIODICAL AND OTHER CHARACTERISTICS OF
WHEAT IN AZERBAIJAN CONDITIONS
Azerbaijan Research Institute of Crop Husbandry
Article, presents results of more than thirty year research work connected with the study of
genetic control, photoperiodical and other characteristics of wheat in natural short daytime
conditions of Azerbaijan.
Key words: wheat, photoperiod, character, genetic mechanizm
UOT 633.1
BEYNƏLXALQ SELEKSİYA MƏRKƏZLƏRİNDƏN İNTRODUKSİYA OLUNMUŞ
BUĞDA SORT NÜMUNƏLƏRİNİN İLKİN TƏDQİQİ
F.Ə.ƏHMƏDOVA
Biologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Elmi- Tədqiqat Əkinçilik İnstitutu, Sovxoz № 2, Bakı, Azərbaycan,
Tel.:5516130, 4974931
Təqdim edilən məqalə 2011-2012 –ci illərdə Beynəlxalq Mərkəzlərdən alınmış, buğda sort
nümunələrinin ilkin tədqiqinin yekunlarına həsr edilmişdir. Tədqiqat nəticəsində optimal boya və
sünbülləmə müddətinə malik, xəstəliklərə davamlı, yüksək məhsuldar 98 nümunə daha geniş
morfofizioloji tədqiqatlar üçün seçilmişdir.
Açar sözlər: yumşaq buğda,
bərk buğda, sünbülləmə, sarı pas, qonur pas,
introduksiya,
məhsuldarlıq
Dənli taxıl bitkiləri bəşəriyyətin özü qədər qədimdir. Arxeoloji qazıntılar nəticəsində e.ə.
əvvəl 3-4-cü minilliklərə aid olan qəim insan məskənlərində buğda dənlərinin qalıqıarı tapımışdır.
Əkinçilik mədəniyyətinin yaranması və inkişafı da elə dənli taxıl bitkilərinin əkilib-becərilməsi ilə