Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   39   40   41   42   43   44   45   46   ...   163

 
 
 
87 
İlk dəfə olaraq Azərbaycanın təbii qısa gün şəraitində (11-13 saat) buğda bitkisinin fotoperiod 
xüsusiyyətinin  genetik  mexanizminin  öyrənilməsi  istiqamətində  30  ildən  artıq  dövrü  əhatə  edən 
geniş tədqiqat işləri aparılmış, bu sahədə elm üçün bir sıra praktiki və nəzəri əhəmiyyət kəsb edən 
nəticələr alınmışdır. 
Çoxillik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, payız əkini zamanı yumşaq buğdalarda 
təbii  qısa  fotoperiod  rejiminə  həssaslıq  xüsusiyyətinə  görə  kontras  sortlar  arasındakı  fərq  orta 
hesabla 40 gün, bərk buğdalarda isə 30 gün təşkil edir.  
Genofondu  təşkil  edən  çoxlu  sayda  sortların  qısa  günə  həssaslıq  səviyyəsi 
müəyyənləşdirilmiş,  bu  əlamətə  görə  onların  genotipləri  aşkar  edilmiş  və  ilk  dəfə  olaraq  bu 
xüsusiyyətə görə sortlar, tərəfimizdən tərtib edilən və 5 sinifdən ibarət olan təsnifata alınmış, hər bir 
sinifə daxil olan sortda bu xüsusiyyəti idarə edən dominant Ppd- fotoperiodizm genlərinin sayı təyin 
edilmişdir.  
F
2
,  F
3
  və  daha  yüksək  hibrid  nəsillərdə  aparılan  genetik  analizlərin  nəticələri  əsasında 
məlum  olmuşdur  ki,  yumşaq  buğdalarda  fotoperiodizmə  reaksiya  xüsusiyyətinin  genetik  idarə 
olunmasında 4, bərk buğdalarda isə 3 dominant Ppd geni iştirak edir. 
Tədqiqatlar nəticəsində qısa fotoperiod rejiminə müxtələf dərəcədə reaksiya göstərən sortların 
gen sistemi təyin edilmiş və onların əsasında işlək “model” yaradılmışdir ki, bu da mənşəyindən və 
həssaslıq səviyyəsindən asılı olmayaraq hər bir sortun genetik formulunu fotoperiodizm əlamətinə 
görə aşkar etməyə imkan vermişdir. 
Tədqiqatların  hər  bir  növbəti  mərhələsində  yeni  genotiplərin  aşkarlanması  “modelin” 
təkmilləşməsini  bir  qədər  də  artırmışdır  ki,  bu  da  əvvəllər  genotipləri  Ppd  gen  sisteminə  görə 
məlum  olmayan  bütün  sort  və  xətlərin  həmən  əlamətə  görə  “genetik  pasportlarının”  müəyyən 
edilməsinə şərait yaratmışdır.  
İlk  dəfə  olaraq  hər  bir  dominant  Ppd  geninin  ekspressiyası,  yəni  gücü  təyin  edilmiş  və 
eksperimentlərlə təsdiq olunmuşdur ki, onların ayrı-ayrılıqda hər birinin effektivliyi  Azərbaycanın 
təbii qısa gün şəraitində orta hesabla 10 gün təşkil edir. 
Tədqiqatlar nəticəsində bütün Ppd lokusların resessiv allellərini daşıyan, təbii qısa günə supergüclü 
həssaslıq  göstərən  unikal  test-  Warden  yumşaq  buğda  sortu  müəyyən  edilmişdir  ki,  bu  da  əsl 
resipyent  forma  kimi  mənşəyindən  və  həyat  tərzindən  asılı  olmayaraq  bütün  sortlarda  Ppd 
genlərinin sayını təyin etməyə imkan verirmişdir.  
İnstitutun  nəzdində  fəaliyyət  göstərən  seleksiya  kompleksinin  idarə  olunan  kamera  və 
istixanalarının  imkanlarından  istifadə edərək  ilk  dəfə müxtəlif  –  yumşaq  və  bərk  buğda  növlərinə 
aid  olan  tezyetişən  sortlar  arasında  qısa  günün  təsirindən  yaranan  fərqin  səbəbi  aşkar  edilmişdir. 
Məlum  olmuşdur  ki,  yumşaq  buğda  novünə  mənsub  olan  tezyetişən  sortların  qisa  gün  şəraitində 
bərk  buğdaların  müvafiq  sortlarına  nisbətən  orta  hesabla  10  gün  tez  sünbülləməsi  onlarda  D 
genomunun və bu genomun 2D xromosomunda yerləşən Ppd1 geninin fəaliyyəti, bərk buğdalarda 
isə həmən genomun və genin olmaması səbəbindən irəli gəlir.  
Məqsədyönlü  tədqiqatlar  nəticəsində  100  dən  artıq  supertezyetişən,  fotoneytral  yumşaq 
buğda xətləri yaradılmışdır ki, onlardan bir çoxları yaz əkinində vegetasiya dövrünü 56 günə başa 
vuraraq qənaətbəxş məhsul formalaşdırmışdır. Yeni ultratezyetişən, fotoneytral, Dövlət Sort Sınağı 
və  Seleksiya  Nailiyyətlərinin  Mühafizəsi  Komisiyasinda  qeydiyyatdan  keçən  yüksək  təsərrüfat 
qiymətli  göstəricilərə  malik  Leukurum  3601  bərk  buğda  sortu  da  bilavasitə  aparılan  tədqiqat 
işlərinin məntiqi məhsuludur. 
İlk  dəfə  olaraq  aparılan  eksperimentlərin  nəticələrinə  görə  Azərbaycanda  yaradılan  bütün 
yerli seleksiya sortlarının və müasir seleksiya proqramında geniş istifadə edilən gətirilmə sortların 
təbii  qısa  günə  həssaslıq  səviyyəsi  aşkar  edilmiş  və  tərəfimizdən  hazırlanmış  təsnifat  cədvəlində 
onların yerləri müəyyənləşdirilmişdir. 
Həyata  keçirilən  təcrübələr  əsasında  Azərbaycanın  bütün  yerli  seleksiya  sortlarının  və 
seleksiya proqramında geniş istifadə edilən introduksiya olunmuş müxtəlif mənşəli sortların “həyat 
tərzi” öyrənilmiş, onların yazlıq – payızlıq xüsusiyyətləri təyin edilmişdir. 
Genetik analizlər nəticəsində çoxlu sayda sortlarda sünbülün və dənin rəngini, qılçıqsızlığı, 
müxtəlif  orqanlarda  mum  örtüyünü,  hibrid  nekrozunu  və  xlorozunu,  hibrid  cırtdanlığını, 


 
 
 
88 
cücərtilərin, gövdənin və erkəkciklərin antesian rəngini, qılçıqların rəngini, sünbülcüklərin sünbüldə 
sayını, yelkən yarpağın enini, məhsuldar gövdələrin sayını, sünbülün və gövdənin uzunluğunu idarə 
edən  dominant  və  resessiv  genlərin  sayını  təyin  etmək  və  test  sortların  köməyi  ilə  onların  hansı 
xromosomda yerləşdiyini müəyyən etmək mümkün olmuşdur.  
Tədqiqatlar  nəticəsində  məlum  olmuşdur  ki,  Azərbaycan  Respublikasının  ərazisi,  qismən 
Abşeron rayonu, fotoperiodizm xüsusiyyətini nəinki təbii qısa gün şəraitində, (payız əkini zamanı 
11-13  saat  fotoperiod  rejimində),  hətta  təbii  uzun  gün  rejimində  də  (yaz  əkini  zamanı  15-16  saat 
fotiperiod rejimində də) öyrənmək üçün əlverişli təbii təcrübə fonu sayıla bilər ki, bu da son dərəcə 
baha  başa  gələn  süni  nəzarət  kameralarından  və  istsxanalardan  istifadə  etmədən  müvafiq 
eksperimentləri aparmağa imkan yaradır. 
 Aparılan  tədqiqatların  nəticələri  Azərbaycan  ərazisində  fotoperiodizm  amilinin  buğda 
bitkisinin  vegetasiya  dövrünün  uzunluğuna,  onunla  bağlı  digər  təsərrüfat  qiymətli  əlamətlərin 
formalaşmasına əhəmiyyətli dərəcədə təsiri müəyyənləşdirildi.  
Bu xüsusiyyətin genetik əsaslarının araşdırılması, onun idarə olunmasında iştirak edən Ppd 
genlərinin təyin edilməsi və ekspressiyasının qiymətləndirilməsi, genotiplərin həssaslıq səviyyəsinə 
görə təsnifata alınması, işlək “modelin” köməkliyi ilə mənşəyindən asılı olmayaraq digər sortlarda 
Ppd gen sisteminin aşkar edilməsi və beləliklə, bu genlərin perspektiv sort və xətlərə köçürülməsi, 
müasir global istiləşmə fonunda vegetasiya dövrünü qısaltmaqla, bir tərəfdən bitkilərin stres istilik 
amilinin təsirindən  qaçmasını  təmin etməyə,  digər  tərəfdən, əkin  sahələrini  xeyli  tez  boşaltmaqla, 
bir  əkin  ərazisindən  ildə  iki  məhsul  almaq  kimi  mühüm  məsələnin  həllinə  imkan  yaradır.  Çoxlu 
sayda  sortlarda  Ppd  genləri  ilə  yanaşı  ən  müxtəlif  keyfiyyət  və  kəmiyyət  əlamətlərini  idarə  edən 
genlərin aşkarlanmasi və müvafiq xromosomlarda onların  yerinin təyin edilməsi, həmən sortların 
test  formalar  qismində,  genotipləri  məlum  olmayan  digər  sortların  gen  sisteminin 
müəyyənləşdirilməsinə  imkan  yaradır  və  eyni  zamanda  buğda  bitkisinin  genetik  xəritəsinin  yeni 
genlərlə zənginləşdirilməsinə xidmət göstərir.  
Məqsədyönlü  tədqiqatların  nəticəsində  əldə  edilən  100  –  dən  artıq  sabit  genotiplərə  malik 
fotoneytral,  ultratezyetişən  hibrid  buğda  xətləri,  həm  payız  və  həm  də  yaz  əkinləri  zamanı  (yaz 
əkinində vegetasiya dövrünü 56 günə başa vuraraq) qənaətbəxş məhsuldarlıqları ilə səciyyələniblər 
ki, bu da onların gələcəkdə bir əkin sahəsindən iki məhsul almaq kimi mühüm problemin həllinin 
reallaşmasında istifadəsi üçün böyük zəmin yaradır. 
Bu  istiqamətdə  yaradılan  yeni  ultratezyetişən,  fotoneytral,  Dövlət    Sort  Sınağı    və  Seleksiya 
Nailiyyətlərinin  Mühafizəsi  Komissiyasinda  qeydiyyatdan  keçən  yüksək  təsərrüfat  qiymətli 
göstəricilərə malik Leukurum 3601 bərk buğda sortu da bilavasitə aparılan tədqiqat işlərinin bariz 
nümunəsidir.  
Genetik  analizlər  əsasında  müxtəlif  əlamətlərə  görə  təyin  olunmuş  genlər  və  onların 
xromosom  lokalizasiyası  hazırda  Beynəlxalq  səviyyədə  qəbul  olunmuş  Buğda  Bitkisinin  Gen 
Kataloquna  salınaraq,  bu  istiqamətdə  fəaliyyət  göstərən  mütəxəssislər  tərəfindən  uğurla  geniş 
istifadə  edilir.  Bu  sahədə  əldə  edilən  nəticələr  nəzəri  genetikanın  inkişafına  xidmət  göstərməklə 
yanaşı ali təhsil ocaqları üçün müvafiq proqramlar üzrə əyani tədris vasitəsi kimi geniş istifadə edilə 
bilərlər. 
Aparılan  tədqiqatlarla  təbii  qısa  günə  neytral  və  zəif  həssaslıq  göstərən  genotiplərin 
yaradılması bir neçə praktik əhəmiyyətli məsələlərin həllinə xidmət göstərmişdir. Belə ki; 
-  payiz  əkinləri  zamanı  əlverişsiz  hava  şəraiti  ilə  bağlı  səpin  işlərinin  gecikdiyi  illərdə  taxıl 
sahələrini təbii qısa günə neytral və zəif həssaslıq göstərən sortlarla becərib, zamanında qənaətbəxş 
məhsul əldə etmək mümkündür
-  müxtəlif  səbəblərdən,  o  cümlədən  mexaniki  zədələnmədən  payız  əkinlərindən  sonra  cücərtilər 
məhv olarsa, bu zaman yaz aylarında təbii qısa günə neytral və zəif həssaslıq göstərən genotiplərlə 
taxıl  sahələrini  “təmir”  edərək  kifayət  qədər  yüksək  keyfiyyətli  məhsulun  formalaşmasına  nail 
olmaq mümkündür; 
-  payız  aylarında  bu  qəbildən  olan  genotiplərin  əkilməsi  erkən  yazda  bəzi  stres  faktorların,  o 
cümlədən,  temperatur  amilinin,  xəstəlik  və  ziyanvericilərin  təsirindən  vaxtında,  tez  bir  zamanda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə