Azərbaycan Respublikası Konstitusiya Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2013-cü IL tarixli müraciətində göstərilmiş məsələlərin şəhri ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının dosenti



Yüklə 107,37 Kb.

tarix17.09.2017
ölçüsü107,37 Kb.


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Sosial-

siyasi elmlər seriyası   

 

2013 

 

 

 

 

PSİXOLOGİYA 

 

 

UOT 159.9:316.37 

 

YENİYETMƏLƏRİN ZƏRƏRLİ MADDƏLƏRDƏN  



SUİ-İSTİFADƏSİNİN SƏBƏBLƏRİ VƏ ADDİKTİV DAVRANIŞIN 

SƏCİYYƏSİ 

 

E.İ.ŞƏFİYEVA  



Bakı Dövlət Universiteti 

shafiyeva@mail.ru 

 

Yeniyetmələrdə  narkomanlıq  riski  yaradan  obyektiv,  subyektiv  və  müdafiə  amillərini 



sada

layan müəllif onların hər birinin təhlilinə xüsusi yer ayırmışdır. 

Həmçinin  zərərli  maddələrdən  sui-istifadə  edən  yeniyetmələrinin  diaqnostikasına 

yönəlmiş bi çox praktik tədbirlər də məqalədə öz əksini tapmışdır.  

Ümumilikdə,  məqalə  maraqlı,  aktual  və  praktik  əhəmiyyətə  malik  mövzuda  anlaqlı 

tərzdə yazılmışdır və onun çap olunması məqsədəuyğundur. 

 

Açar sözlər: yeniyetmələrdə narkomanlıq, yeniyetmələrdə alkoqolizm, yeniyetmələrdə 

toksikomaniya, yeniyetmələrdə zərərli maddələrdən istifadə riski yaradan obyektiv, subyektiv 

və müdafiə amilləri, addiktiv davranış 

 

Narkotik madd



ələrdən sui-istifadənin  nəticələri  rəsmi  olaraq  sosial  təh-

lük


əli hesab edilir, çünki onların ilkin qəbulu zamanı cəzbedici psixi vəziyyət 

yaranır, onun sistematik qəbulu zamanı isə bu maddəyə aludəçilik, yəni fiziki 

v

ə psixi asılılıq əmələ gəlir. Səhiyyə Nazirliyinin əmri ilə narkotiklər siyahısına 



daxil 

edilmiş preparatlar narkotik maddə hesab edilirlər.  

Narkomaniya 

elə bir xəstəlikdir ki, bu narkotik maddələr siyahısına daxil 

edilmiş  maddələrin  mütəmadi  qəbulu  nəticəsində  törənib,  özünü  bu  mad-

dələrdən psixi və fiziki asılılıq şəklində büruzə verir. Toksikomaniya – rəsmi 

olaraq  narkotik 

maddələr  siyahısına  daxil  edilməmiş  maddələrdən  psixi  və 

fiziki 

asılılıqla üzə çıxan xəstəlikdir. 



Narkomaniya 

və toksikomaniya arasında kliniki yox,  yalnız tam hüquqi 

fərq vardır.  

Addiktiv 

davranış  anlayışı  altında  müxtəlif  maddələrdən  sui-istifadə 

edilməsi nəzərdə tutulur ki, nəticədə bu maddələrdən fiziki asılılıq yaranmamış 

 

109 



psixi 

vəziyyət dəyişir. Addiktiv davranışın iki inkişaf yolu vardır. I yolda olan  

yeniyet

mələr  müxtəlif  toksiki  maddələrin  təsirini  öz  üzərində  sınaqdan 



keçirirlər və özləri üçün daha cəzbedici olanını seçirlər. Birinci sınaq mərhələsi 

addiktiv 

davranışın  başlanğıcını  qoyur.  Bunun  ardınca  təkrar  sınaqlar  gəlir. 

Belə    axtarış  “polinarkotizm”  mərhələsi  adlanır.  Yeniyetmələr  narkotiklər  də 

daxil olmaqla ya spirtli içki, ya da 

digər toksiki maddələr qəbul edirlər. Onların 

motivi 

isə məlum xoş təəssüratların yaşanması olur. 



Addiktiv  davr

anışın inkişafının II yolunu seçən yeniyetmələr yalnız bir, 

daha asan 

əldə edilən toksiki maddələrdən sui-istifadə edirlər. 

Yeniyet

mələrdə obyektiv və subyektiv amillərin təsiri zərərli maddə 



qəbul etməyə şərait yaradır. 

I. Obyektiv 

amillər   

1)

 



iqtisadi 

və  sosial  uğursuzluq.  Sosial  baxımdan  uğursuz  ailənin 

uşaqları  mühitdən  təcrid  olunur,  yaşayış  şəraiti  pis  olur,  valideynləri 

nüfuzlu 


vəzifədə çalışmır və ya işsiz olur. Belə uşaqlar qanun pozanlar, 

alkoqol 


və narkotik qəbul edənlər arasında çoxluq təşkil edir; 

2)

 



pis 

qonşular  və  ictimai  baxımdan  narahat  yaşayanlar. Cinayətkarlıq 

yüksək  səviyyədə  olan  rayon  və  zonalarda,  sakinləri  tez-tez  dəyişən 

evlərdə yeniyetmələr zərərli maddələrin qəbuluna riskli olurlar; 

3)

 

tez-tez 



yaşayış yerini və məktəbini dəyişənlər zərərli maddə qəbuluna 

daha  meylli  olurlar.  Lakin 

əgər ailə yeni yaşayış yerində tez zamanda 

ünsiyyətdə qonşularla yaxşı münasibət yaratsa, bu risk azalır; 

4)

 

zərərli  maddələrin  qəbuluna  yol  verən  qanun  və  qaydalar.  Yəni 



narkotik 

qəbuluna  icazə  verən  qanunlar  olarsa,  yeniyetmələrin  ondan 

ist

ifadə riski daha da artır; 



5)

 

alkoqol 



və narkotikin əldə olunması nə qədər asan olsa, yeniyetmələ-

rin  ondan  ist

ifadə  ehtimalı  bir  o  qədər  artmış  olur.  Məsələn,  bu 

maddələr daha asan əldə olunan rayonda yerləşən məktəblərdə ondan 

ist

ifadə daha yüksək səviyyədə olur.  



II. Subyektiv 

amillər  

1)

 



ailəvi meyllilik. Narkotik və alkoqol qəbul edənlər arasında doğulub 

və  tərbiyə  alan  uşaqlar  ondan  istifadəyə  daha  meyllidirlər.  Yəni  həm 

genetik 

amillər,  həm  də  mühitin  təsiri  buna  səbəb  olur.  Məsələn,  al-

koqolizm 

xəstəsinin ailəsində doğulan uşaq, hətta başqa ailədə tərbiyə 

olunsa da bu 

xəstəliyə 2-4 dəfə çox düçar olma riskinə malikdir; 

2)

 

t



ərbiyənin  düzgün  aparılmaması.  Əgər  ailədə  uşaq  sərbəst olub öz-

özünə  məxsusdursa,  dəqiq  davranış  norması  yoxdursa  və  ya  tərbiyə 

prakt

ikası həddən artıq sərtdirsə, bu yeniyetmələr qanun pozuntularına 



daha tez-tez yol 

verirlər və narkotik qəbuluna meyllidirlər; 

3)

 

ailədə səmimi qarşılıqlı münasibətlər neqativ halların qarşısını alır; 



4)

 

antisosial 



davranış  və  hiperaktivlik.  Kiçik  məktəb  yaşı  dövründə 

ünsiyyət  çətinliyi  olan  və  yoldaşları  ilə  yaxşı  yola  getməyən, tez-tez 

dalaşan  uşaqlar  yeniyetməlik  dövründə  qanun  pozanlar  və  narkotik 

 

110 




qəbul  edənlər  sırasında  olurlar.  Əgər  bu  uşaqların  aqressivliyi  hiper-

akt


ivliklə müşayiət olunarsa, zərərli maddə qəbulu riski daha da artır; 

5)

 



valideynlərin alkoqol, narkotik qəbul etməsi və bu maddələrə pozitiv 

münasibət  bəsləməsi.  Əgər ailədə  valideynlər özlərini  sakitləşdirmək, 

problemlərdən uzaqlaşmaq məqsədilə qadağan olunmuş zərərli maddə-

lər qəbul edirsə, onda uşaqların da onlardan istifadə ehtimalı artır. Çox 

vaxt 

valideynlər  öz  uşaqlarını  onlardan  istifadəyə  yönəldirlər.  Ailədə 



zərərli  maddə  qəbul  edənlərin  sayı  artdıqca  orada  olan  uşaqların  da 

alkoqol 


və narkotik qəbulu riski artır; 

6)

 



m

əktəbdə  qazanılan  müvəffəqiyyətsizlik. Təxminən  10-11  yaşların-

dan 

başlayaraq dərslərini çatdırmayan uşaqlar zərərli maddə qəbul edən 



və qanun pozanların risk qrupuna daxil olurlar;  

7)

 



məktəbdə  təhsili  davam  etdirmək  arzusunun  olmaması.  Məktəbə 

uşağın  bağlılığına,  ev  tapşırıqlarının  yerinə  yetirilməsinə  sərf  olunan 

vaxta 

əsasən məktəbin onun üçün nə dərəcədə vacib olduğunu bilmək 



olar. 

Məktəbi  sevməyən  və  təhsil  almaqdan  imtina  edən,  peşə 

məktəbinə  daxil  olan  yeniyetmələr,  adətən  alkoqol  və  narkotikdən 

istifa


dəyə meylli hesab edilirlər; 

8)

 



uzaqlaşma və «qiyamçılıq». Məktəbə getmək arzusu olmayan uşaqlar 

adətən özlərini başqaları kimi yox, «yad» və ya «uzaq» bir adam hiss 

edirlər. Nəticədə qiyamçılıq reaksiyası müşahidə olunur. Belə davranış 

zərərli maddələrə alüdəçilik riski yaradır; 

9)

 

içki 



içən və narkotik qəbul edən həmyaşıdları ilə ünsiyyət. Digər risk 

amillərindən  asılı  olmayaraq,  zərərli  maddə  qəbul  edən  həmyaşıd 

varsa, 

həmin  yeniyetmə  onu  sınaqdan  çıxarmağa  meyl  göstərəcək. 



Əgər dostu içirsə, uşağın içki üçün bəhanəsi (arqumenti) olacaq; 

10)


 

yeniyet


mənin  özünün  içkiyə  və  narkotikə  pozitiv  münasibəti.  Əgər 

uşaq alkoqolu zərərli  hesab etmirsə,  alkoqol qəbulu «yaxşı keçirilmiş 

vaxt» 

deməkdirsə,  onda  həmin  yeniyetmə  zərərli  maddələri  qəbul 



edəcək; 

11)


 

 

erkən  yaş  dövrlərində  alkoqol  və  narkotikə  alüdə  olma. 15 yaşına 



qədər  içənlər  və  çəkənlər  iki  dəfə  çox  riskli  hesab  edilirlər.  Yəni 

yeniyet


məlik dövründə onlar mütləq spirtli içkidən istfadə edirlər. 

Əgər bu amillərdən ikisi olarsa, pis davranış riski dörd dəfə artır. Bu risk 

amillərindən  bir  neçəsi  olarsa,  zərərli  maddə  qəbulu  və  pis  davranış  riski  on 

dəfə artır. 



III. 

Elə yeniyetmələr var ki, zərərli maddə qəbulunun risk amillərinə 

rast 

gəldikdə  onlardan  imtina  edirlər.  Müəyyən  müdafiə  amillərinin  ol-

ması onları bu riskdən qoruyur. Bu baxımdan aşağıdakı müdafiə amilləri 

mövcuddur: 

1)

 



yumor hissi;  

2)

 



daxili 

özünənəzarət və uşaqda yüksək məqsədyönlülük; 

 

111 



3)

 

valideynlərdən  başqa  digər  böyüklərə  qarşılıqlı  münasibətlərin 



olması; Məsələn, müəllimlərlə qarşılıqlı münasibət uşağın davranışına 

müsbət təsir göstərə bilər

4)

 

tabeçilik. 



Əgər uşaq cəmiyyətin norma və qanunlarına, məktəbə, ailə 

standart


larına tabedirsə, zərərli maddə qəbulu riski azdır. Başqa sözlə, 

 



sadiqlik 

və yaxınlıq; 

 

sosial qrupun ona 



bəslədiyi ümidlər; 

 



mənəvi dəyərlərə (məktəbə, ailəyə) inam; 

 



məktəbdə,  ailədə, cəmiyyətdə  alkoqol  və  narkotik  qəbulunu 

qadağan edən  norma və qanunlar bu riski azaldır. 

Zərərli  maddələrdən  istifadə  əleyhinə  aparılan  psixoprofilaktik  işi 

müvəffəqiyyətlə  aparmaq  üçün  yeniyetmə  alkoqolizm,  narkomaniya  və 

toksikomaniya 

anlayışları ilə tanış olmalıdır.  

Yeniyet

mələr  arasında  alkoqolizmin  inkişaf  riskini  qiymətləndirərkən 



alkoqola  meylin  t

əkcə  xarici  davranış  yox,  həm  də  daxili  motivləşmiş 

t

əzahürlərinə  əsaslanmaq  vacibdir.  Bunun  nəticəsində  yeniyetmələr  arasında 



alkoqolizm 

xəstəliklərinə  meylliliyi  aşkara  çıxarmaq  məqsədi  ilə  qeydiyyat 

zamanı aşağıdakı əlamətlərə diqqət etmək məqsədəuyğundur. 

Alkoqola  qeyri-patoloji  meyl.  Y

eniyetmələrin  şəxsi tələbatlarının  hələ 

struktur 

cəhətdən  formalaşmaması  zamanı  olur  və  bu  maddələrin  qəbulu  ilə 

bağlı onların yetərli dəlilləri olmur. 

Alkoqola  t

ələbat.  Alkoqola  tələbatın  inkişafı  3  mərhələlidir.  Əlavə, 

rəqabətaparıcı və üstünlük təşkil edən tələbatlar yaranır. 

a) alkoqola 

əlavə tələbat: bu halda alkoqollaşmaya can atılmır. Keflənmə 

yalnız digər şəxsi tələbatların həyata keçirilməsini asanlaşdırır (öz yaşıdlarının 

kampaniyasında ünsiyyəti asanlaşdırır); 

b) 

rəqabət  aparan  alkoqola  tələbat:  bu  halda  şəxsiyyət  strukturu 



saxlanılır,  lakin  alkoqola  olan  tələbat  şəxsiyyətin  digər  tələbatları  ilə  rəqabət 

aparmağa başlayır; 

c) dominant

lıq edən alkoqola tələbat: adından göründüyü kimi spirtli içki 

şəxsiyyətin tələbatlar strukturunda dominantlıq təşkil edir. Alkoqola aludəçilik 

t

əhsilə  marağı,  ixtisas  əldə  etməni,  idmanla  məşğul  olmanı  üstələyir. 



Yeniyet

məlik yaşında tələbatın bu növünə praktiki olaraq rast gəlinmir. 



Psixi 

asılılıq sindromu. 

Bu  sindrom 

keflənmə  vəziyyəti,  spirtli  içkinin  təsiri  ilə  şərtlənən  psixi 

komforta t

ələbat kimi müşahidə olunur. Yeniyetmələr arasında bu meyl bəzən 

şüursuz, zəif differensiallaşmış xarakter daşıyır. 



Qusma 

müdafiə refleksi.  

Bu  refleks 

mədə-bağırsaq  yolundan alkoqol artığını çıxarır.  Onun  yoxa 

çıxması orqanizmin  artıq  böyük  miqdarda  spirtli  içki qəbul  etməyə alışdığını 

göst

ərir.  Lakin  bir  sıra  hallarda  yeniyetmələrdə  hələ  başlanğıcdan  bu  refleks 



olmur. 

 

112 




Dözümlülük.  Bu,  adaptasiya  (

uyğunlaşma) yəni alkoqola alışma əlamə-

tidir. Orqanizm 

növbəti alkoqol qəbuluna getdikcə daha az reaksiya verir. Buna 

görə də, əvvəlki psixofiziki effektə nail olmaq üçün sonrakı qəbullarda spirtli 

içikinin 

dozasını  artırmaq  lazım  gəlir.  Yeniyetmələr  arasında  dözümlülük 

böyüklərə  nisbətən  tez  artır.  Alkoqolun  qəbulunu  bir  neçə  ay  saxladıqda 

dözümlülük özünün 

əvvəlki səviyyəsinə qayıdır. 



Palimpsestlər.  

Palimpsestlər  -  alkoqol  qəbulu  nəticəsində  yaranmış  keflənmə  vəziy-

yətində  öz  hərəkətlərinin  ayrı-ayrı  hallarının  hissə-hissə  şüuraltı  hafizədə 

saxlanılmasıdır. 



Kəmiyyət və situasiyaya nəzarətin itməsi.  

Kəmiyyət  və  situasiyaya  nəzarətin  itməsi  və  ya  yoxa  çıxması  zamanı 

yeniyetm

ələr içməyə başlayarkən özünü saxlaya bilmir və tam keflənənə kimi 

içirlər.  Situasiya  nəzarətinin  yoxa  çıxması  zamanı  isə  onlar  daha  situasiyanı 

hesaba  ala  bilmirlər  və  cəmiyyətdə  sərxoş  vəziyyətdə  peyda  olmaqla 

ətrafdakıların iradını qazanmaq təhlükəsi yaradırlar. 

Abstinentsiya  sindromu.  Abstinentsiya  sindromu  artıq  formalaşmış 

alkoqolizm xəstəliyinin əlamətidir. Küllü miqdarda alkoqol qəbulundan sonra 

qeydə  alınır  və  əhvalın  aşağı  düşməsi,  yuxusuzluq,  zəiflik,  iştahsızlıq, 

susuzluq, əsəbilik və nadir hallarda təşvişlə müşahidə olunur.  

Alkoqol  qəbulu  qaydalarının  özəlliklərinə,  alkoqola  meylliliyin  təzahür 

dərəcəsinə  görə  yeniyetmələr  arasında  alkoqolizmin  inkişaf  riskini  müəyyən 

etm


əйя вя onlarla psixoprofilaktik işi daha dягиг aparmağa imkan yaradır. Bu 

məqsədlə yeniyetmələri aşağıdakı qruplara bölmək məqsədəuyğun olardı.  

1. 

Spirtli içkilərə mənfi yanaşan yeniyetmələr. 



2.  Qeyri-

müəyyən mənşəli alkoqol qəbul edən yeniyetmələr. 

3. 

Alkoqolu qəbuletmə ritualına müsbət yanaşan yeniyetmələr. 



4. 

Alkoqol qəbuluna passiv cəlb olunan yeniyetmələr. 

5. 

Heç  bir  alkoqolizm  xəstəliyi  əlamətlərinin  təzahürü  olmayan 



yeniyetmələrin alkoqola pozitiv münasibəti. 

6.  Alkoqoldan sui-

istifadəyə meylli yeniyetmələr. 

Bu qrupların hər birinə daha ətraflı nəzər yetirək: 

1.

 

Spirtli içki



lərə  mənfi  yanaşan  yeniyetmələr.  Bu qrupa aid olan 

yeniyetmələrin  gələcəkdə  spirtli  içkilərdən  sui-istifadəyə  meylliliyi-

nin yaranma mümkünlüyü istisna edilir. Eyni zamanda bu yeniyet-

mələrin  ümumi  psixoterapevtik  söhbətlərdə  iştirakı  addiktiv  dav-

ranışa meylli yeniyetmələrə pozitiv təsiretmə baxımından müsbət rol 

oynaya  bilər.  Bu  qrupa,  nəinki  spirtli  içkilərə,  hətta  onların  qəbulu 

ritualına mənfi münasibət bəsləyən yeniyetmələr daxil edilir.  

Onlarda alkoqola mənfi münasibət:  

alkoqolla elə ilkin ünsiyyətdə ona qarşı dözümsüzlüklə, ürəkbulanma, 



qusma,  baş  ağrısı,  somatik  və  psixi  narahatlıqla  (diskomfortla) 

səciyyələnir; 

 

113 



spirtli  içkilərin  qəbulu  yeniyetmələr  və  onun  əhatəsinin  mədəni-

məişət  davranış  normalarına  zidd  olarsa,  tərbiyə  şərtlərinin  müəy-

yənləşdirdiyi antialkoqol motivləri ilə şərtləndirilir.  

2.

 

Qeyri-



müəyyən  mənşəli  alkoqol  qəbul  edən  yeniyetmələr.  Bu 

şəxslərə  davamsız,  qeyri-müəyyən,  formalaşmamış  alkoqol  qəbulu 

qaydaları, bir sıra hallarda isə alkoqola ikili münasibət xasdır. Burada 

alkoqol


a münasibətdə aşağıdakı mövqelər üzə çıxır: 

a)  neytral  (qeyri-

müəyyən)  mövqe.  Alkoqolun qəbulunu üzdə pisləyən 

yeniyet


mələr,  hər  halda  onu  sosial  ünsiyyətin  bir  neçə  növünün 

(

bayramların,  ailə  şənliklərinin  və  s.)  atributu  hesab  edirlər.  Eyni 



zamanda 

isə  özlərinin  subyektiv  mövqelərini  müəyyən  etməkdə 

çətinlik çəkirlər;  

b)  “hazirki  an  üçün”  qeyri-

müəyyən  mövqe.  Əvvəlki  mövqedə  olduğu 

kimi  bu 

mövqedə  də  alkoqol  “sosial  ünsiyyətin  bəzi  növlərinin 

atributu”  hesab  edilir,  lakin  burada  yeniyet

mələr  özləri  sosial 

yetkinlik 

yaşına çatdıqda alkoqolun qəbuluna  başlayırlar; 

c)  ikili  mövqe.  Bu 

mövqedə  alkoqolun  qəbuluna  həm  pozitiv,  həm  də 

mənfi  münasibət  bəslənilir.  Müsbət  yanaşmada  valideynlər  və  yeni-

yet

mələr  arasında  qarşılıqlı  münasibətlər  yaxşı  olur  və  valideynlər 



özləri  də  ritual  şəraitdə  (bayramlar,  ailə  şənliklərində  və  s.) 

alkoqoldan  ist

ifadə  edirlər.  Alkoqola  mənfi  münasibət  yeniyet-

mələrdə spirtli içkilərə çox meyl etmə qorxusu ilə şərtlənir. 

3.

 

Alkoqol 



qəbuletmə mərasiminə müsbət yanaşan yeniyetmələr. Bu 

möv


qedə yeniyetmələr alkoqolun qəbulu ritualına müsbət  yanaşırlar, 

lakin  bir 

sıra səbəblər üzündən özləri onu qəbul etmirlər. Burada bir 

neçə  şəxsiyyət  mövqeyini  seçmək  münasib  olardı:  həm 

valideynlərinin  mənfi  münasibəti,  həm  mədəni-məişət  ənənələrinə 

zidd o


lması, həm də valideynlər tərəfindən cəza və tənbeh qorxusu.  

4.  Alkoqola passiv 



cəlb olunan yeniyetmələr. Bu yeniyetmələrə spirtli 

içkilərdən təsadüfi (epizodik) istifadə xasdır, spirtli içkilər onlara pis 

t

əsir  etsə də, həmyaşıdlarının  “təsiri”  altında qəbul  baş  verir.  Lakin 



həmyaşıdları ilə özünü eyniləşdirməyə səy, “müstəqillik” prinsipinin 

t

əhrif olunmuş şəkildə başa düşülməsi və “özünütəsdiq” arzusu spirtli 



içkilərin qəbulunun əsas səbəbidir. Belə şəraitdə həmyaşıdlarının fikri 

onlar  üçün  daha  çox 

əhəmiyyətli  olur.  Alkoqoldan  birlikdə  istifadə 

et

məkdən imtina isə ümumiyyətlə, ünsiyyətdən imtinanın ekvivalenti 



kimi 

başa  düşülür.  Belə  mövqe  qeyri-sabit  və  konform  xarakterli 

yeniyet

mələrə daha çox xasdır. 



5.  Alkoqola  pozitiv 

münasibətli,  lakin  alkoqolizm  xəstəliyinin  əla-

mətləri  olmayan  yeniyetmələr.  Alkoqolizm  xəstəliyinin  əlamətləri 

olmasa da  bu qrupdakı  yeniyetmələrə alkoqolu qəbul etmə qaydası, 

təsadüfi (epizodik) istifadə xasdır. Şəxsi və digər parametrlərdən asılı 

 

114 




olaraq spirtli içkilərin təsiri yeniyetməni stimullaşdıran, aktivləşdirən 

və ya sakitləşdirən vasitə kimi xarakterizə olunur. 

Alkoqolun  yeniyetməni  stimullaşdıran  təsiri  zamanı  sərxoşluğun  klinik 

mənzərəsi  müşahidə  olunur,  yəni  onlarda  nitq  oyanıqlığı,  eyforiya,  ünsiyyətə 

yüksək tələbat yaranır. Bu şəxslərdə sərxoşluq vəziyyətində eyforiya içki içən 

kampaniyanın spesifik mikroatmosferi ilə assosiasiya edilir və içmək “arzusu” 

hissi müvafiq içkilərin olduğu şəraitində yaranır. 

Spirtli  içkinin aktivləşdirici  və sakitləşdirici təsiri zamanı  yeniyetmənin 

psixi vəziyyəti içki içilən kompaniyanın psixoloji mikroatmosferindən az asılı 

olur.  Bu  yeniyetmələrdə  sərxoş  vəziyyətdə  özünüqiymətləndirmə  artır, 

xoşagəlməz həyəcanlar aktuallığını itirir. Sonralar bu şəxslərdə içmək “arzusu” 

hissi emosional gərginliyə, özünüqiymətləndirmənin azalmasına gətirib çıxaran 

mənfi  amillərin  toplanması  zamanı  yaranır.  Bu  şəxslər  təklikdə  sərxoşluğa 

meylli olurlar. 

6. Alkoqoldan sui-

istifadəyə meylli yeniyetmələr. Bu şəxslərə müdafiə, 

qusma  refleksinin  itməsi,  bəzi  hallarda  hətta  situativ  olaraq  nəzarətin  itməsi 

xasdır.  Spirtli  içki  qəbuluna  aludəçilik  şərait  amillərindən  asılı  olmayıb,  öz-

özünə  əmələ  gələ  bilər.  Bu  yeniyetmələr  üçün  alkoqolun  alınması  çətinlik 

törətdikdə  belə  onu  tapıb  qəbul  edirlər.  Onlar  üçün  alkoqolizm  xəstəliyinin 

anozoqnoziyası,  yəni  onun  inkar  edilməsi  (şüurlu  və  şüursuz  şəkildə  alko-

qolizm  xəstəliyinin  əlamətlərinin  olmasının  inkarı)  xasdır.  Belə  yeniyetmələr 

üçün təhsilə marağın azalması, bəzi hallarda cəmiyyətə zidd rəftar, narkotik və 

digər bihuşedici maddələrin qəbul edilməsi xarakterikdir.  

Yeniyetməlik  dövründə  narkomaniyanın  səciyyəvi  xüsusiyyətləri. 

Narkomaniya tədricən artan miqdarda narkotik maddələrdən daimi istifadəsinə 

aludəçilik və nəticədə onlardan ciddi psixi və fiziki asılılığa düşməklə səciyyə-

lənən  xəstəlikdir.  Narkotikdən  istifadə  etmənin  təhrikedici  motivlərindən  ən 

əsası  –  narkotik  maddə  qəbulu  zamanı  yaşanan  xoş  hissləri  təkrar  duymaq 

arzusudur. 

Yeniyetmələri narkotik, yaxud toksiki maddələr qəbul etməyə sövq edən 

səbəblər: 

– maraq; 

– 

həmyaşıdlarının dilə tutmaları; 



– 

narkotik maddələrin zərərli nəticələrini başa düşməmək; 

– 

kimisə təqlid etmə; 



– 

həzz almaq cəhdi; 

– 

asudə vaxtdan səmərəli istifadə edə bilməmək; 



– 

yalan romantika, “sirli” bir şeyə qoşulmaq istəyi; 

– 

sağlam maraqların və həyat məqsədinin olmaması; 



– 

gündəlik problemlərdən uzaqlaşmaq istəyi; 

– 

valideynlərin məşğul olması və nəticədə uşaqlara az diqqət yetirilməsi. 



Yeniyetməlik dövründə toksikomaniyanın ümumi səciyyəsi. Toksikoma-

niya– 


narkotiklərə  aid olmayan dərman vasitələri və digər kimyəvi maddələrin 

 

115 




tibbi məqsəd olmadan qəbul edilməsi ilə şərtlənən xəstəlik halıdır. Bihuşedici 

maddələrdən istifadə edilməsinə həvəs bir qayda olaraq maraqdan, həmyaşıd-

larını təqlid etmə və s.-dən irəli gəlir. Yeniyetmələr ilk əvvəl asılılığın gücünün 

və bu təhlükəli “oyunun” nəticələrinin nə qədər böyük olacağını təsəvvür edə 

bilmirlər. 

Toksikomaniyanı  doğuran  maddələrə  bunlar  aiddir:  trankvilizatorlar 

(seduksen, elenium, tazepam, eunoktin, fenazepam, trioksazin), yuxu dərman-

l

arı  (barbamil,  etaminal  natri),  əsəb  sisteminin  stimulyatorları  (sidnokart, 



sidnofen),  digər  stimulyatorlar  (çay,  kofe),  analgetiklər  (analgin,  amidoprin), 

antiparkinsonik vasitələr (siklodol), antigistamin preparatları (dimedrol, pipol-

fen), uçan aromatik 

maddələr (aseton, benzin, rezin  yapışqanı, uçan  mayelər, 

sənaye və məişət kimyasında istifadə olunan həlledicilər, laklar, nitroboyalar, 

ləkəaparanlar və s.) 

Trankvilizatorların doğurduğu toksikomaniya 

Trankvilizatorların qəbulu ilə şərtlənən kəskin intoksikasiya halı yüksək 

əhval-ruhiyyə, çərənçilik, təngəgətirmə, diqqətin qeyri-sabitliyi ilə xarakterizə 

olunur.  Həmçinin  onlarda  əsəb  pozuntuları  nəticəsində  əllərin  tremoru, 

koordinasiyanın pozulması, qətiyyətsiz  yeriş,  nitq dolaşıqlığı, anlaşılmaz  nitq 

şahidə  olunur...  Bu  qrupun  bütün  toksikomanlarını  çox  oxşar  bir  klinik 



əlamət  birləşdirir.  Trankvilizatorların  sistematik  qəbulu  prosesində  vərdiş 

yaranır, dözüm artır. 

Abstinensiya  halı  –  yuxusuzluq,  ölüm  qorxusu,  qaşqabaqlılıq,  ehtiras, 

əsəb, aqressiya  ilə  müşayiət olunur. Somatik pozğunluq  iştahsızlıq, susuzluq, 

tərləmə, ümumi zəiflik, baş gicəllənmə yaradır. Bəzi hallarda əzələlərdə ağrılar 

ola  bilər.  Trankvilizatorlardan  sistematik  sui-istifadə  nəticəsində  psixikada 

emosional qeyri-

sabitlik, öz halına tənqidi münasibətin azalması, yaddaşın və 

iş qabiliyyətinin zəifləməsi, maraq dairəsinin kəskin daralması ilə xarakterizə 

olunan dəyişikliklər baş verir.  

Barbitur toksikomaniya. Yeniyetmələrin barbiturlardan sui-istifadə etmə-

sinə nisbətən az rast gəlinir. Barbitur sərxoşluğu eyforiya, sifətin hiperemiyası, 

arterial  təzyiqin  enməsi,  seyrək  nəbzlə  müşayiət  olunur.  Eyforiya  tezliklə 

asteniya və yuxu ilə əvəz olunur. Yuxu dərin olur. Oyanandan sonra süstlük, 

əsəbilik, dalğınlıq kimi əlamətlər müşahidə olunur. Baş ağrıları, ürəkbulanma, 

öyümə, susuzluq olur. 

Barbiturlardan sui-

istifadə  yüksək  yorğunluq,  dərketmənin  zəifləməsi, 

maraq  dairəsinin  daralması  ilə  müşayiət  olunan  psixiki  dəyişikliklərə  gətirib 

çıxarır.  Bu  zaman  düşünmək  çətinləşir,  yaddaş  zəifləyir,  nitq  dolaşır,  söz 

ehtiyatı isə kasadlaşır. Barbitur toksikomaniyanın proqnozu pisdir. 

Antiparkinsonik  preparatların  doğurduğu  toksikomaniya.  Siklodol  – 

nevroloji  və  psixiatriya  pratikasında  da  geniş  istifadə  olunan  antiparkinsonik 

preparatdır. 

Yeniyetmələrdə  siklodolla  intoksikasiya  zamanı,  preparatın  qəbulundan 

20-


25  dəqiqə  sonra  bədəndə  ağırlıq  yaranır,  bədənin  ayrı-ayrı  hissələrində 

 

116 




arabir  sancmalar  olur.  Yeniyetmə  eyforiyalı,  dağınıq,  hərəkətlərində  qeyri-

ardıcıldır.  40  dəqiqədən  sonra  yüngül  yuxu  yaranır,  bədən  sanki  özünə  tabe 

olmur. Hərəkət etmək, danışmaq həvəsi itir, tələffüz olunan kəlmələr yarımçıq 

qalır.  Siklodolun  böyük  dozalarla  qəbulu  hallusinasiyalar  yaradır.  Əgər 

yeniyetmə mütəmadi olaraq bu preparatı qəbul edirsə, onda bir neçə aydan son-

ra 


əhval-ruhiyyənin  tez-tez  dəyişməsi,  özündən  çıxma,  aqressivlik  əlamətləri 

müşahidə olunur. Yaddaş pozulur, fəhmi və əmək qabiliyyəti zəifləyir. 

Uçan aromatik maddələrin doğurduğu toksikomaniya. Toksikomaniyanın 

bu növünə daha çox uğursuz ailələrdən olan yeniyetmələr məruz qalır. Kəskin 

sərxoşluq halı ətraf aləmi dərk etmənin pozulması ilə səciyyələnir. Sərxoş olan 

şəxs bədənində yüngüllük, zəiflik hiss edir. Sərxoşluğun yüksək səviyyəsində 

“rəngli“  yalan  qavrayışlar,  hallusinasiyalar  olur.  Bu  hal  sifətin  hiperemiyası, 

tənginəfəslik, ürək döyüntüsü, yerişdə qətiyyətsizlik, ürəkbulanması, öyümə ilə 

müşayiət olunur. Sərxoşluq halı 5 dəqiqədən 30 dəqiqəyədək davam edir. Psixi 

pozğunluqdan  sonra  zəiflik,  süstlük,  möhkəm  başağrıları,  gəyirmə  yaranır. 

Toksiqogenin 

təsadüfi  (epizodik)  qəbulundan  2-3  ay  sonra  sistematik  qəbula 

keçid  müşahidə  olunur.  Uçan  maddələrin  sistematik  qəbulu  psixi  dəyişiklik-

lərin  yaranmasına  gətirib  çıxarır.  Bəzi  hallarda  özünü  saxlaya  bilməmək, 

mübahisəyə  can  atma,  daşürəklilik,  mərhəmətsizlik,  digər  hallarda  biganəlik, 

fəaliyyətsizlik, passiv tabelilik müşahidə olunur. Ətraf aləmin təhlili, qavranıl-

ması qabiliyyəti azalır, yaddaş zəifləyir və şəxsiyyət sürətlə tənəzzül edir. 

İstənilən  zərərli  maddənin  qəbulu  intensiv  inkişafda  olan  yeniyetmə 

orqanizminə,  onun  psixi  inkişafına  və  şəxsiyyətinin  ahəngdar  inkişafına  ağır 

zərbədir. Ona görə də, addiktiv davranışa meylli yeniyetmələr vaxtında araşdı-

rılmalı  və  eyni  zamanda  məktəblərdə  pixoloqlar  tərəfindən  müntəzəm 

profilaktik tədbirlər aparılmalıdır. 

 

ƏDƏBİYYAT 

1.

 



Şəfiyeva E.İ. Anomal inkişafın psixologiyası. Bakı: ADPU, 2012, 400 s.  

2.

 



Почему 

подростки 

начинают 

выпивать 

и 

употреблять 



наркотики 

http://www.narkohelp.ru 

3.

 

Психология подросткового и юношеского возраста. 12-е изд. Спб: Питер, 2011 



 

 

117 




ПРИЧИНЫ ЗЛОУПОТРЕБЛЕНИЙ ПОДРОСТКАМИ ВРЕДНЫХ ВЕЩЕСТВ И 

ХАРАКТЕРИСТИКА АДДИКТИВНОГО ПОВЕДЕНИЯ 

 

Э.И.ШАФИЕВА 

 

РЕЗЮМЕ 

 

В статье определены основные объективные, субъективные и защитные факторы 

риска  возникновения наркомании, алкоголизма и токсикомании у подростков. Далее в 

статье  подчеркивается  важная  роль  психодиагностики  злоупотреблений  вредными  ве-

ществами как  для ее профилактики, так и для лечения разными методами психотерапии. 

 

Ключевые  слова:  подростковая  наркомания,  подростковый  алкоголизм,  под-

ростковая  токсикомания,  объективные,  субъективные  и  защитные  факторы  упот-

ребления вредных веществ, аддиктивное поведение 

 

REASONS OF TEENAGE ABUSE OF HARMFUL SUBSTANCES AND 



CHARACTERISTICS OF ADDICTIVE BEHAVIOR 

 

E.I.SHAFIYEVA 

 

SUMMARY 

 

The article identifies the main objective, subjective and protective risk factors for drug 

abuse, alcoholism and substance abuse in adolescents. The article emphasizes the importance 

of psycho-diagnostics of the abuse for both its prevention and treatment by various methods of 

psychotherapy. 

 

Key  words:  teenage drug addiction, teenage alcoholysis, teen substance abuse, 

objective, subjective and protective factors of the use of harmful substances, addictive behavior 

 

 

 

 

 



118 

: Xeberler%20Jurnali -> Sosial%20%202013%20%204
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 T
Sosial%20%202013%20%204 -> Azərbaycan Respublikası Konstitusiya Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2013-cü IL tarixli müraciətində göstərilmiş məsələlərin şəhri ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının dosenti
Sosial%20%202013%20%204 -> Azərbaycan Respublikası Konstitusiya Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2013-cü IL tarixli müraciətində göstərilmiş məsələlərin şəhri ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının dosenti
Sosial%20%202013%20%204 -> Azərbaycan Respublikası Konstitusiya Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2013-cü IL tarixli müraciətində göstərilmiş məsələlərin şəhri ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının dosenti
Sosial%20%202013%20%204 -> Azərbaycan Respublikası Konstitusiya Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2013-cü IL tarixli müraciətində göstərilmiş məsələlərin şəhri ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının dosenti


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə