Azərbaycan Respublikası Maliyyə Nazirliyinin



Yüklə 179,6 Kb.
Pdf görüntüsü
tarix26.10.2017
ölçüsü179,6 Kb.
#6641


 

Azərbaycan Respublikası 

Maliyyə Nazirliyinin 

“06” dekabr 2011-ci il tarixli  

Q-01 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Həyat sığortası və qeyri-həyat sığortası üzrə  

sığorta ehtiyatlarının formalaşdırılması 

 

Q A Y D A L A R I 



 

 

 

 

 

 

 

 

 

Bakı 2011 


1. Ümumi müddəalar 

 

1.1.


 

Bu Qaydalar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası 

Qanununun 81.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və sığorta ehtiyatlarını 

təmin  edən  aktivlərin  diversifikasiya  səviyyəsi,  etibarlılığı,  investisiyaya 

yönəldilməsi,  rentabelliyi,  likvidliyi,  tərkibi  və  digər  keyfiyyət  meyarları  nəzərə 

alınmaqla,  belə  ehtiyatların  tərkibini,  formalaşdırılmasını,  həmçinin  sığorta 

ehtiyatlarında  təkrarsığortaçıların  payının  hesablanmasını,  habelə  bununla  bağlı 

qanunvericilikdə nəzərdə tutulmuş digər məsələləri tənzimləyir. 

1.2.

 

İcbari  sığorta  növləri  üzrə  sığorta  ehtiyatları  icbari  sığorta 



qanunvericiliyinin  tələbləri  nəzərə  alınmaqla  bu  qaydalara  uyğun  olaraq 

hesablanır. 

1.3.

 

Bu  Qaydalarda  istifadə  olunan  «sığortaçı»  anlayışı  sığortaçılarla 



yanaşı,  «Sığorta  fəaliyyəti  haqqında»  Azərbaycan  Respublikasının  Qanununun 

1.2-ci maddəsinə uyğun olaraq, təkrarsığortaçıları da əhatə edir. 

1.4.

 

Bu  Qaydaların  məqsədləri  üçün  aşağıdakı  anlayışlardan  istifadə 



edilir: 

1.4.1. aktuar metodları - sığorta ehtiyatlarının hesablanması zamanı aktuari 

tərəfindən tətbiq edilən iqtisadi-riyazi hesablama metodları; 

1.4.2. hesabat tarixi – sığortaçının müvafiq hesabatının tərtib edildiyi tarix; 

1.4.3. hesabat dövrü - hesabat tarixindən əvvəlki 12 ay; 

1.4.4.  sığorta  (təkrarsığorta)  müqavilələri  –  sığorta  müqavilələri  və 

təkrarsığortaya qəbul edilmiş risklər üzrə təkrarsığorta müqavilələri;  

1.4.5.  baza  sığorta  haqqı  –  sığorta  müqaviləsi  üzrə  hesablanmış  sığorta 

haqqından həmin müqavilənin bağlanması üzrə göstərilən vasitəçilik xidməti üçün 

komisyon  muzdu  (hesablanmış  sığorta  haqqının  15%-dən  çox  olmamaqla) 

çıxıldıqdan sonra qalan məbləğ; 

1.4.6. baza təkrarsığorta haqqı – təkrarsığorta müqaviləsi üzrə hesablanmış 

təkrarsığorta  haqqından  həmin  müqavilə  üzrə  təkrarsığortalıya  və  (və  ya) 

vasitəçilik xidməti üçün hesablanmış komisyon muzd (qəbul edilən risklərlə bağlı 

təkrarsığorta müqavilələri üçün  hesablanmış təkrarsığorta haqqının 15%-dən çox 

olmamaqla) çıxıldıqdan sonra qalan məbləğ.; 

1.4.7.  qazanılmamış  sığorta  haqqı  -  sığorta  haqqının  sığorta  təminatının 

qüvvədə olma müddətinin hesablama tarixindən sonrakı dövrünə aid olan hissəsi

1.4.8.  qazanılmamış  təkrarsığorta  haqqı  -  təkrarsığorta  haqqının 

təkrarsığorta müqaviləsi üzrə təkrarsığorta təminatının qüvvədə olma müddətinin 

hesablama tarixindən sonrakı dövrünə aid olan hissəsi; 

1.4.9. qazanılmış məcmu sığorta haqları - hesabat dövrü ərzində bağlanmış 

sığorta  (təkrarsığorta)  müqavilələri  üzrə  hesablanmış  məcmu  baza  sığorta 

haqlarının və hesabat dövrünün əvvəlinə qazanılmamış sığorta haqları ehtiyatının 

baza  hissəsinin  cəmindən  həmin  dövrün  sonuna  qazanılmamış  sığorta  haqları 

ehtiyatının baza hissəsini çıxdıqdan sonra qalan məbləğ; 

1.4.10.  minimum  depozit  təkrarsığorta  haqqı  –  qeyri-mütənasib 

təkrarsığorta  üzrə  obliqator  formada  bağlanan  təkrarsığorta  müqavilələrində 




 

təkrarsığortalının  gözlənilən  sığorta  portfelinə  uyğun  olaraq  müəyyən  edilən, 



müqavilə ilinin əvvəlində ödənilən ilkin təkrarsığorta haqqı; 

1.4.11.  tənzimlənməmiş  tələb  -  sığorta  və  ya  təkrarsığorta  müqaviləsinə 

müvafiq olaraq sığorta ödənişinin həyata keçirilməsi üçün sığortaçıya bildirilmiş 

elə  sığorta  və  ya  təkrarsığorta  tələbidir  ki,  onunla  əlaqədar  sığorta  ödənişi 

verilməmişdir və ya tam məbləğdə verilməmişdir; 

1.4.12.  gətirilmiş  gözlənilən  dəyər  -  faiz  dərəcəsi  və  hesabat  tarixi  ilə 

sığorta haqlarının və ya sığorta ödənişlərinin verilməsi  tarixləri arasındakı müddət 

nəzərə  alınmaqla  hesablanan  (diskontlaşdırılan)  sığorta  haqlarının  və  ya  sığorta 

ödənişlərinin, yaxud da xərclərin gözlənilən (ehtimal olunan) dəyəri; 

1.4.13.  bildirilmiş,  lakin  tənzimlənməmiş  zərərlər  ehtiyatı  -  baş  verməsi 

haqqında  qanunla  və  ya  sığorta  və  ya  təkrarsığorta  müqaviləsi  ilə  müəyyən 

olunmuş  qaydada  hesabat  tarixinə  qədər  sığortaçıya  bildirilmiş,  lakin  sığorta 

ödənişləri  verilməmiş,  yaxud  tam  verilməmiş  sığorta  hadisələri  üzrə  sığorta 

ödənişlərinin verilməsi ilə bağlı sığortaçının öhdəliyi; 

1.4.14. uzunmüddətli öhdəliklər ehtiyatı (riyazi ehtiyatlar) - hesabat tarixinə 

qədər  baş  verməmiş,  lakin  sığorta  (təkrarsığorta)  müqaviləsinin  qüvvədə  olma 

müddətində  gələcəkdə  baş  verməsi  mümkün  ola  bilən  sığorta  hadisələri  üzrə 

sığorta ödənişlərinin verilməsi ilə bağlı sığortaçının (təkrarsığortaçının) öhdəliyi; 

1.4.15.  baş  vermiş,  lakin  bildirilməmiş  zərərlər  ehtiyatı  -  baş  verməsi 

haqqında  qanunla  və  ya  sığorta  (təkrarsığorta)  müqaviləsi  ilə  müəyyən  olunmuş 

qaydada  hesabat  tarixinə  qədər  sığortaçıya  bildirilməmiş,  sığorta  hadisələri  üzrə 

sığorta ödənişlərinin verilməsi ilə bağlı sığortaçının (təkrarsığortaçının) öhdəliyi; 

1.4.16.  həyatın  qeyri-yığım  sığortası  –  həyatın  yığım  sığortasına  aid 

olmayan həyat sığortası sinifləri; 

1.4.17.  xalis  sığorta  ehtiyatları  –  sığorta  ehtiyatlarından  bu  ehtiyatlarda 

təkrarsığortaçıların payı çıxıldıqdan sonra qalan məbləğ. 

 

 

2. Sığorta ehtiyatlarının tərkibi 



 

2.1. Sığortaçı aşağıdakı tərkibdə sığorta ehtiyatları formalaşdırmalıdır: 

2.1.1  qazanılmamış  sığorta  haqları  ehtiyatı  (bundan  sonra  QSHE 

adlandırılacaq)  -  sığortaçı  tərəfindən  qeyri-həyat  sığortası  sahəsindəki,  hesabat 

tarixinə qüvvədə olan sığorta (təkrarsığorta) müqavilələri üzrə formalaşdırılır; 

2.1.2. uzunmüddətli öhdəliklər ehtiyatı (riyazi ehtiyatlar) (bundan sonra RE 

adlandırılacaq) – sığortaçı tərəfindən həyat sığortası sahəsindəki, hesabat tarixinə 

qüvvədə olan sığorta (təkrarsığorta) müqavilələri üzrə yaradılır; 

2.1.3. zərərlər ehtiyatı: 

-  baş  vermiş,  lakin  bildirilməmiş  zərərlər  ehtiyatı  (bundan  sonra  BVBZE 

adlandırılacaq); 

-  bildirilmiş,  lakin  tənzimlənməmiş  zərərlər  ehtiyatı  (bundan  sonra  BTZE 

adlandırılacaq). 

2.1.4. 


sığorta 

nəzarəti 

orqanının 

qeyri-həyat 

sığortası 

üzrə 


formalaşdırılmasını tələb etdiyi əlavə ehtiyatlar. 


 

2.2.  Sığorta  ehtiyatlarının  bu  Qaydalara  əsasən  hesablanmış  məbləği  onun 



minimum  məbləğidir.  Sığortaçı  sığorta  ehtiyatlarını  bu  Qaydalara  əsasən 

hesablanmış minimum məbləğdən artıq məbləğdə formalaşdıra bilər.  

2.3.  Sığorta  ehtiyatlarının  bu  Qaydalara  əsasən  hesablanmış  minimum 

məbləğindən artıq məbləği və əlavə ehtiyatlar üzrə təkrarsığortaçıların payı sıfıra 

bərabər qəbul edilir. 

 

 



3. Sığorta ehtiyatlarının hesablanmasına  

aid ümumi tələblər 

 

3.1.  Qüvvədə  olan  sığorta  (təkrarsığorta)  müqavilələri  üzrə  qəbul  edilmiş 



öhdəliklərin icrasını təmin etmək üçün sığortaçı bu Qaydalara əsasən hesablanmış 

məbləğdən  az  olmayan  məbləğdə  formalaşdırılmış  sığorta  ehtiyatlarına  malik 

olmalıdır. 

3.2.  Sığorta  ehtiyatları  sığortaçı  tərəfindən  sığortanın  hər  bir  sinfiüzrə 

ayrılıqda formalaşdırılır. 

3.3.  Sığorta  ehtiyatlarının  hesablanması  sığortaçı  tərəfindən  bağlanmış 

bütün  sığorta  (təkrarsığorta)  müqavilələri  üzrə  qəbul  edilən  öhdəliklər  nəzərə 

alınmaqla risklərin sonrakı təkrarsığortasından asılı olmayaraq aparılır. 

3.4.  Sığorta  ehtiyatlarının  hesablanması  zamanı  onun  hər  bir  növü  (bu 

Qaydaların  2.1-ci  bəndində  göstərilən  tərkib  hissəsi)  nəzərə  alınmaqla  bu 

Qaydaların 

6-cı 


bölməsinə 

müvafiq 


olaraq 

sığorta 


ehtiyatlarında 

təkrarsığortaçıların payı müəyyən edilir. 

 

3.5. Əgər icbari sığorta (təkrarsığorta) müqaviləsi və ya qanunvericilik aktı 



ilə  sığorta  təminatının  müddəti  dəqiq  təyin  olunmamışdırsa,  onda  sığorta 

ehtiyatlarının  hesablanması  üçün  sığorta  və  ya  təkrarsığorta  müqaviləsinin 

qüvvədə olma müddəti qəbul edilir. 

 

3.7.  Sığortaçı  sığorta  ehtiyatlarının  hesablanması  üçün  zəruri  olan 



məlumatları  əks  etdirən  sənədləri  (sığorta  və  təkrarsığorta  müqavilələri,  sığorta 

müqavilələrinə  vaxtından  əvvəl  xitam  verilməsi  və  ya  sığorta  hadisələrinin  baş 

verməsi  haqqında  daxil  olmuş  ərizələr,  bildirilmiş  zərərin  ehtimal  olunan  ilkin 

məbləğini  əks  etdirən  sənəd,  hesablanmış  komisyon  muzdlar,  sığorta  haqlarının 

ödənilməsi,  hesablanmış  sığorta  ödənişləri,  sığorta  ödənişlərinin  verilməsi  və 

qaytarılan  sığorta  haqları  barədə  mühasibat  sənədləri)  sığorta  (təkrarsığorta) 

müqavilələri  üzrə  öhdəliklərin  tam  yerinə  yetirildiyi  tarixdən  ən  azı  5  il 

müddətində saxlamalıdır. 

 

3.8.  Sığortaçı  həyat  və  qeyri-həyat  sığortaları  üzrə  sığorta  ehtiyatlarının 



hesablanması  üçün  zəruri  olan  məlumatların  ayrılıqda  aşağıdakı  jurnallarda 

qeydiyyatını (kağız və elektron daşıyıcılarında) aparmalıdır: 

 

3.8.1. Sığorta (təkrarsığorta) müqavilələrinin uçotu jurnalı; 



 

3.8.2. Zərərlərin uçotu jurnalı. 

 

3.9. Sığorta ehtiyatlarının hesablanması ilə əlaqədar «Sığorta  (təkrarsığorta) 



müqavilələrinin  uçotu»  və  «Zərərlərin  uçotu»  jurnallarının  formaları  bu 

Qaydaların  müvafiq  olaraq  1  və  2  №-li  Əlavələrində  göstərilmişdir.  Sığortaçı  




 

(təkrarsığortaçı) həmin jurnallarda (axırıncı sütundan sonra) sığorta (təkrarsığorta) 



müqavilələri və zərərlərlə bağlı digər məlumatları da göstərə bilər.  

3.10.  Sığorta  nəzarəti  orqanı  sığorta  ehtiyatlarının  hesablanmasının 

düzgünlüyünü yoxlamaq üçün bu Qaydaların 3.8-ci bəndində göstərilən jurnalları 

sığortaçıdan (təkrarsığortaçıdan) tələb etmək hüququna malikdir. 



 

 

4. Qeyri-həyat sığortası sahəsi  

üzrə sığorta ehtiyatları 

 

4.1. Qazanılmamış sığorta haqları ehtiyatı 

4.1.1. Qazanılmamış sığorta haqları ehtiyatı iki hissədən ibarətdir: 

4.1.1.1. qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsi (bundan sonra 

QSHEB adlandırılacaq);  

4.1.1.2. qazanılmamış sığorta haqları ehtiyatının əlavə hissəsi (bundan sonra 

QSHEƏ adlandırılacaq). 

4.1.2. Qazanılmamış sığorta haqqı hər bir sığorta müqaviləsi üzrə aşağıdakı 

düsturla hesablanır: 

 

QSH = BSH x (T



1

 - T


2

)/T


1

burada:  



QSH - sığorta müqaviləsi üzrə qazanılmamış sığorta haqqıdır; 

BSH - sığorta müqaviləsi üzrə baza sığorta haqqıdır; 

T

1

 - sığorta təminatının müddətinin günlərlə sayıdır; 



T

2

  -  sığorta  təminatının  başlandığı  andan  hesabat  tarixinə  qədər  onun 



qüvvədə olduğu günlərin sayıdır. 

4.1.3. Baxılan sığorta sinfinə aid olan bütün sığorta müqavilələri üzrə ayrı-

ayrılıqda  hesablanmış  qazanılmamış  sığorta  haqlarının  cəmi  sığortaçının  həmin 

sinif üzrə qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsini təşkil edir. 

4.1.4. Qazanılmamış sığorta haqları ehtiyatının əlavə hissəsi bu Qaydaların 

6.2.3-cü bəndinə müvafiq olaraq hesablanır. 



 

 

4.2. Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı 

4.2.1.  BTZE  sığortaçıya  bildirilmiş,  lakin  hesabat  tarixinə  qədər 

tənzimlənməmiş hər bir tələb üzrə hesablanır. Bildirilmiş tələb sığorta hadisəsinin 

baş verməsi barədə sığortalı tərəfindən onun üçün əlverişli olan istənilən üsulla və 

ya  sığorta  qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada  sığortaçıya  bildirildiyi 

andan  zərər  məbləği  göstərilməklə  sığortaçının  zərərlərin  uçotu  jurnalında  qeyd 

olunur. 

 

4.2.2. BTZE aşağıdakı kimi hesablanır: 



 

 

BTZE = SÖ + QSH + ZTX, 



burada: 


 

SÖ  -  sığorta  (təkrarsığorta)  müqavilələri  üzrə  bildirilmiş  tələblərlə  bağlı 



verilməli olan sığorta ödənişləridir; 

QSH  -  sığorta  (təkrarsığorta)  müqavilələrinə  vaxtından  əvvəl  xitam 

verilməsi  (şərtlərinin  dəyişdirilməsi)  ilə  əlaqədar  hesabat  tarixinə  sığortalılara  

(təkrarsığortalılara) qaytarılmalı olan sığorta (təkrarsığorta) haqlarıdır; 

ZTX  -  sığorta  (təkrarsığorta)  müqavilələri  üzrə  bildirilmiş  tələblərlə  bağlı 

zərərlərin  tənzimlənməsi,  o  cümlədən  sığorta  ödənişlərinin  məbləğlərinin 

müəyyən  edilməsi,  həmçinin  sığorta  (təkrarsığorta)  müqavilələrinə  vaxtından 

əvvəl  xitam  verilməsi  (şərtlərinin  dəyişdirilməsi)  ilə  əlaqədar  hesabat  tarixinə 

sığortalılara (təkrarsığortalılara) qaytarılmalı olan sığorta (təkrarsığorta) haqlarının 

hesablanması  zamanı  sığortaçının  çəkməli  olduğu  xərclərdir  (zərərlərin 

tənzimlənməsi xərcləri). 

ZTX  sığorta  müqavilələri  üzrə  bildirilmiş  tələblərlə  bağlı  verilməli  olan 

sığorta  ödənişlərinin  və  sığorta  (təkrarsığorta)  müqavilələrinə  vaxtından  əvvəl 

xitam  verilməsi  (şərtlərinin  dəyişdirilməsi)  ilə  əlaqədar  hesabat  tarixinə 

sığortalılara (təkrarsığortalılara) qaytarılmalı olan sığorta (təkrarsığorta) haqlarının 

3 faizi məbləğində qəbul edilir. 

4.2.3.  Əgər  verilməli  olan  sığorta  ödənişinin  məbləği  müəyyən 

edilməmişdirsə,  onda  BTZE-nin  hesablanması  üçün  sığorta  ödənişinin  sığorta 

hadisəsi  barədə  sığortaçı  tərəfindən  ilkin  olaraq  alınmış  məlumatlar  əsasında 

qiymətləndirilmiş  mümkün  ola  bilən  maksimum  qiyməti  istifadə  edilir  (sığorta 

məbləğindən böyük olmamaqla). 

4.2.4.  BTZE-nin  məbləği  sığorta  haqlarının  ödənilməsi  üzrə  sığortalının 

(təkrarsığortalının) hesabat tarixinə sığortaçıya olan borcları qədər azaldıla bilər. 

 

4.2.5.  Sığortaçı  BTZE-ni,  hansının  birinci  baş  verməsindən  asılı  olaraq, 



sığorta ödənişinin verildiyi və ya sığorta ödənişinin verilməsindən imtina edilməsi 

barədə  sığortaçının  qərar  qəbul  etdiyi  anadək,  yaxud  sığorta  ödənişinin 

alınmasından sığortalının yazılı şəkildə imtina etməsi anınadək formalaşdırır. 

 

4.3. Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı 

4.3.1. BVBZE-nin hesablanması hər bir sığorta sinfi üzrə ayrılıqda aparılır. 

4.3.2.  Baxılan  sığorta  sinfiüzrə  BVBZE  aşağıdakı  üç  məbləğdən  böyük 

olanıdır: 

4.3.2.1.  verilmiş  sığorta  ödənişlərinə  əsasən  hesabat  tarixinə  üçbucaq 

metodu ilə hesablanmış BVBZE; 

4.3.2.2. hesabat tarixinə hesablanmış BTZE-nin 25 faizi; 

4.3.2.3  hesabat tarixindən  əvvəlki  4  rüb  ərzində qazanılmış  məcmu  sığorta 

haqlarının  5 faizi. 

4.3.3.  Üçbucaq  metodundan  istifadə  edərkən  hesablamada  istifadə  olunan 

sığorta  ödənişlərinin  aid  olduğu  dövr  kimi  «Sığorta  fəaliyyəti  haqqında» 

Azərbaycan  Respublikasının  Qanununun  14.3.1.1-14.3.2.7-ci  maddələrində 

nəzərdə tutulmuş sığorta sinifləri üçün hesabat tarixindən əvvəlki 12 rüb, 14.3.3.1-

14.3.5.2-ci maddələrində nəzərdə tutulmuş sığorta sinifləri üçün isə 20 rüb qəbul 




 

edilir. Rüblərin sayı N ilə işarə olunur. Hesabat tarixi isə N-ci rübün sonu ilə üst-



üstə düşür. 

Hesablama üçün istifadə olunan ilkin məlumatlar aşağıdakılardır: 

4.3.3.1.  baxılan  sığorta  -sinfinin  bütün  müqavilələri  üzrə  i-ci  rübdə  baş 

vermiş  sığorta  hadisələri  ilə  əlaqədar  ilk  j  rüb  ərzində  verilmiş  sığorta 

ödənişlərinin  (subroqasiya  hüququndan  istifadə  etməklə  alınan  məbləğlər 

çıxılmaqla) cəmi (bu göstərici x(ij)

 

ilə işarə edilir); 



4.3.3.2.  baxılan  sığorta  sinfininbütün  müqavilələri  üzrə  i-ci  rübdə 

qazanılmış məcmu sığorta haqları (bu göstərici QMSH(i) ilə işarə edilir); 

4.3.3.3.  baxılan  sığorta  sinfininbütün  müqavilələri  üzrə  i-ci  rübdə  baş 

vermiş  sığorta  hadisələri  üzrə  bildirilmiş,  lakin  hesabat  tarixinə  qədər 

tənzimlənməmiş zərərlərin məbləği (bu göstərici BTZ(i) ilə işarə edilir). 

 

4.3.4. 



BVBZE-nin 

üçbucaq  metodu  ilə  hesablanması  aşağıdakı 

mərhələlərdən ibarətdir: 

 

4.3.4.1.  Bütün  rüblər  (i=1,2,…,N)  ərzində  baş  vermiş  sığorta  hadisələri  ilə 

əlaqədar  j-ci  rübün  sonunadək  ödənilmiş  zərərlərin  ümumi  məbləğinin 

hesablanması. Bu göstərici y(j) ilə işarə edilir və aşağıdakı düsturla hesablanır: 

 

  N-j+1 


y(j) = x(1,j) + x(2,j) + … + x(N-j+1,j) =   x(k,j), j=1,2,…,N. 

  k=1 


 

4.3.4.2. Zərərlərin inkişafı əmsallarının hesablanması. Bu əmsallar C(j,j+1) 

ilə işarə edilir və sonunda zərərlərin ödənilməsinin baş verdiyi j-ci rübdən (j+1)-ci 

rübə  keçdikdə  ümumi  sığorta  ödənişinin  dəyişməsini  göstərir.  Qeyd  olunan 

əmsallar aşağıdakı düsturla hesablanır: 

 

C(j,j+1) = y(j+1)/(y(j) - x(N-j+1,j)), əgər y(j) - x(N-j+1,j) ≠ 0 və j=1,2,…,N-1. 



 

C(j,j+1) = C(j+1,j+2), əgər y(j) - x(N-j+1, j) = 0 və j=1,2,…,N-1. 

 

C(N,N+1) = 1. 



 

4.3.4.3.  Zərərlərin  inkişafı  amillərinin  qiymətlərinin  hesablanması.  Bu 

göstərici  H(j)  ilə  işarə  edilir  və  j-ci  rübdən  N-ci  rübə  (hesabat  və  ya  zərərlərin 

ödənilməsi  rübünə)  keçdikdə  ümumi  sığorta  ödənişinin  məbləğinin  məcmu 

dəyişmə tempini göstərir. Onun qiymətləri aşağıdakı düsturla hesablanır: 

 

                                                                                                              N 



H(j) = C(j,j+1) x C(j+1,j+2) x … x C(N,N+1) =  C(k,k+1), j=1,2,…,N. 

 

 



 

 

 



 

       k=j 

 

 

4.3.4.4. Gecikmə amillərinin hesablanması. Bu göstərici L(j) ilə işarə edilir 



və aşağıdakı düsturla hesablanır: 


 

L(j) = 1/H(j), j=1,2,…,N. 



 

4.3.4.5.  Ödənilmiş  zərərlər  əmsalının  (i-ci  rübdə  baş  vermiş  sığorta 

hadisələri üzrə hesablama zərərliliyinin) hesablanması. Bu göstərici U(i) ilə işarə 

edilir və aşağıdakı düsturla hesablanır: 

 

U(i) = x(i,N-i+1) x H(N-i+1)/QMSH(i), i=1,2,…,N. 



 

4.3.4.6. Ödənilmiş zərərlər əmsalının orta qiymətinin hesablanması. Bu göstərici 

U ilə işarə edilir və aşağıdakı düsturla hesablanır: 

m

k

U

m

k

U

k

U

k

U

U

m

i

i

m

1

2



1

)

(



/

))

(



...

)

(



)

(

(



 

burada: 


m

– bu Qaydalara 3 №-li Əlavənin Forma № 8-8, 8-12 və 4 №-li Əlavənin Forma 

№ 9-11 və 9-15-də əks olunmuş qazanılmış məcmu sığorta (təkrarsığorta) haqları 

sütununda sıfır olmayan sətirlərin sayıdır; 

)

...,


,

2

,



1

(

m



i

k

i

  –  bu  Qaydalara  3  №-li  Əlavənin  Forma  №  8-8,  8-12  və  4  №-li 

Əlavənin  Forma  №  9-11  və  9-15-də  əks  olunmuş  qazanılmış  məcmu  sığorta 

(təkrarsığorta) haqlarının sütununda sıfır olmayan sətirlərin sıra nömrələridir; 

)

(

i



k

U

 – 


i

k

 nömrəli sətir üzrə ödənilmiş zərər əmsalıdır. 

Müəyyən sığorta  sinfinə aid olan sığorta müqavilələri üzrə BVBZE-nin üçbucaq 

metodu ilə hesablanması zamanı bir və ya bir neçə sətir tamamilə sıfırlardan ibarət 

ola bilər. Belə halda, müvafiq sığorta sinfi üzrə ödənilmiş zərərlər əmsalının orta 

qiyməti  vahiddən  kiçik  olarsa,  hesablama  məqsədi  ilə  həmin  əmsalın  qiyməti 

vahidə bərabər qəbul edilir. 

4.3.4.7.  i-ci  rübdə  baş  vermiş  sığorta  hadisələri  üzrə  bütün  (ödənilmiş  və 

ödənilməmiş)  zərərlərin  N-ci  rübün  sonuna  gözlənilən  (proqnozlaşdırılan) 

qiymətinin  hesablanması.  Bu  göstərici  V(i)  ilə  işarə  edilir  və  aşağıdakı  düsturla 

hesablanır:   

 

 



       

V(i) =  U x QMSH(i), i=1,2,…,N. 



 

4.3.4.8.  i-ci  rübdə  baş  vermiş  sığorta  hadisələri  üzrə  bütün  ödənilməmiş 

zərərlərin  N-ci  rübün  sonuna  gözlənilən  (proqnozlaşdırılan)  qiymətinin 

hesablanması. Bu göstərici R(i) ilə işarə edilir və aşağıdakı düsturla hesablanır: 

 

R(i) = (1-L(N-i+1)) x V(i), i=1,2,…,N. 



 

4.3.4.9.  i-ci  rübdə  baş  vermiş  sığorta  hadisələri  üzrə  baş  vermiş,  lakin 

bildirilməmiş  zərərlərin  N-ci  rübün  sonuna  gözlənilən  (proqnozlaşdırılan) 

qiymətinin  hesablanması.  Bu  göstərici  BVBZ(i)  ilə  işarə  edilir  və  aşağıdakı 

düsturla hesablanır: 

 

BVBZ(i) = max{R(i) - BTZ(i), 0}, i=1,2,…,N. 




 

 



4.3.4.10. Sığorta hadisələrinin baş verdiyi bütün rüblər üzrə baxılan sığorta 

sinfininbütün  müqavilələri  üçün  baş  vermiş,  lakin  bildirilməmiş  zərərlərin  N-ci 

rübün  sonuna  gözlənilən  (proqnozlaşdırılan)  qiymətinin  hesablanması.  Bu 

göstərici BVBZ ilə işarə edilir və aşağıdakı düsturla hesablanır: 

 

                                                                                             N 



BVBZ = BVBZ(1) + BVBZ(2) +… + BVBZ(N) =   BVBZ(i). 

                                                                                             i=1 

 

4.3.4.11.  Zərərlərin  tənzimlənməsi  xərcləri  də  nəzərə  alınmaqla,  sığorta 



hadisələrinin  baş  verdiyi  bütün  rüblər  üzrə  baxılan  sığorta  sinfininbütün  sığorta 

müqavilələri üçün baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatının N-ci rübün 

sonuna  gözlənilən  (proqnozlaşdırılan)  qiymətinin  hesablanması.  Bu  göstərici 

aşağıdakı düsturla hesablanır: 

 

BVBZE = 1,03 x BVBZ. 



 

 

4.3.4.12. Bütün sığorta portfeli üzrə BVBZE-nin hesablanması. Bu məbləğ 



hər  bir  sığorta  sinfi  üzrə  hesablanmış  baş  vermiş,  lakin  bildirilməmiş  zərərlər 

ehtiyatını toplamaqla müəyyən edilir. 



 

 

5. Həyat sığortası üzrə sığorta ehtiyatları 

 

5.1.  Həyat  sığortası  üzrə  sığorta  ehtiyatlarının  hesablanması  göstərilən 



sığorta siniflərinə aid olan hər bir sığorta müqaviləsi üzrə ayrılıqda aparılır: 

 

5.1.1.  həyatın  qeyri-yığım  sığortası  («Sığorta  fəaliyyəti  haqqında» 



Azərbaycan  Respublikası  Qanununun  14.2.1-ci,  14.2.4-cü  və  14.2.5-ci 

maddələrində nəzərdə tutulmuş sığorta sinifləri); 

5.1.2. həyatın yaşam sığortası; 

5.1.3. annuitet sığortası, o cümlədən: 

5.1.3.1.  sığorta  ödənişlərinin  verilməsinin  başlanğıc  tarixi  hesabat 

tarixindən sonra gələn annuitet sığortası; 

5.1.3.2.  sığorta  ödənişlərinin  verilməsinin  başlanğıc  tarixi  hesabat 

tarixindən əvvəl gələn annuitet sığortası. 



 

5.3. Riyazi ehtiyatlar 

5.3.1. Riyazi ehtiyatlar iki hissədən ibarətdir: 

5.3.1.1. riyazi ehtiyatların baza hissəsi (bundan sonra – REB adlandırılacq); 

5.3.1.2.  riyazi  ehtiyatların  əlavə  hissəsi  (bundan  sonra  –  REƏ 

adlandırılacaq).  

5.3.2.  REB-in  hesablanması  zamanı  sığortaçı  həmin  ehtiyatların  təmin 

edilməsi  üçün  qəbul  edilən  aktivlərin  investisiya  portfeli  üzrə  gəlirliliyin 



 

10 


proqnozlaşdırılan səviyyəsinə bərabər olan və aşağıdakı hədləri aşmayan illik faiz 

dərəcəsindən istifadə etməlidir: 

 

5.3.2.1. əgər sığortanın valyutası xarici valyutadırsa, 5 %; 



 

5.3.2.2. əgər sığortanın valyutası milli valyutadırsa, 8 %. 

 

5.3.3.  Annuitet  sığortası  istisna  olmaqla,  digər  həyat  sığortası  sinifləri 

üzrə riyazi ehtiyatların baza hissəsi 

5.3.3.1.  Annuitet  sığortası  istisna  olmaqla,  digər  həyat  sığortası  siniflərinə 

aid  olan  sığorta  (təkrarsığorta)  müqaviləsi  üzrə  riyazi  ehtiyatların  baza  hissəsi 

aşağıdakı düsturla hesablanır: 

 

REB = SÖ


g. g.d

 + ZTX


g. g.d

 + İAX


g. g.d

 - SH


g. g.d

 



burada: 

g.g.d



  –  sığorta  (təkrarsığorta)  müqaviləsinin  şərtlərində  nəzərdə  tutulan 

sığorta ödənişlərinin gətirilmiş gözlənilən dəyəridir; 

ZTX

g.g.d


  -  sığorta  (təkrarsığorta)  müqaviləsi  üzrə  sığorta  hadisələrinin 

tənzimlənməsi, o cümlədən sığorta ödənişlərinin məbləğlərinin müəyyən edilməsi 

ilə bağlı sığortaçının bilavasitə xərclərinin gətirilmiş gözlənilən dəyəridir; 

İAX


g.g.d

  -  sığorta  (təkrarsığorta)  müqaviləsi  üzrə  sığortaçının  işlərin 

aparılması xərclərinin gətirilmiş gözlənilən dəyəridir; 

SH

g.g.d



  -  sığorta  (təkrarsığorta)  müqaviləsi  üzrə  hesabat  (hesablama) 

tarixindən  sonra  sığortaçının  almalı  olduğu  sığorta  (təkrarsığorta)  haqlarının 

gətirilmiş gözlənilən dəyəridir. 

 

5.3.3.2.  Annuitet  sığortası  istisna  olmaqla,  digər  həyat  sığortası  siniflərinə 



aid olan sığorta (təkrarsığorta) müqavilələri üzrə ayrı-ayrılıqda hesablanmış riyazi 

ehtiyatların  baza  hissələrinin  cəmi  həmin  sinif  üzrə  riyazi  ehtiyatların  baza 

hissəsini təşkil edir. 

 

5.3.4. Annuitet sığortası üzrə riyazi ehtiyatların baza hissəsi 

5.3.4.1. Annuitet sığortası sinfinəaid olan sığorta (təkrarsığorta) müqaviləsi 

üzrə  müntəzəm  sığorta ödənişlərinin  məbləği  artmadıqda  riyazi  ehtiyatların baza 

hissəsi aşağıdakı düsturla hesablanır:  

 

REB = SÖ


g. g.d

 + İAX


g. g.d

 - SH


g. g.d

 , 


burada:  

g.g.d



  -  sığorta  (təkrarsığorta)  müqaviləsinin  şərtlərində  nəzərdə  tutulan 

sığorta ödənişlərinin gətirilmiş gözlənilən dəyəridir; 

İAX

g.g.d


 

sığorta  (təkrarsığorta)  müqaviləsi  üzrə  sığortaçının 



(təkrarsığortaçının) işlərin aparılması xərclərinin gətirilmiş gözlənilən dəyəridir; 


 

11 


SH

g.g.d 


-  annuitet  sığortası  (təkrarsığortası)  müqaviləsi  üzrə  sığortaçının 

(təkrarsığortaçının) hesabat tarixindən sonra almalı olduğu sığorta (təkrarsığorta) 

haqlarının gətirilmiş gözlənilən dəyəridir.  

Sığorta  (təkrarsığorta)  müqaviləsi  üzrə  sığorta  ödənişlərinin  verilməsinin 

başlanğıc tarixi hesabat tarixindən əvvəl gəldikdə SH

g. g.d


 sıfıra bərabər olur. 

5.3.4.2.  Sığorta  (təkrarsığorta)  müqaviləsi  üzrə  müntəzəm  sığorta 

ödənişlərinin  məbləği  artdıqda  riyazi  ehtiyatların  baza  hissəsi  aşağıdakı  kimi 

müəyyən edilir: 

5.3.4.2.1.  sığorta  ödənişləri  dövründə  bu  Qaydaların  5.3.4.1-ci  bəndində 

nəzərdə  tutulmuş  qaydada.  Sığorta  ödənişlərinin  gətirilmiş  gözlənilən  dəyərinin 

hesablanması sığorta ödənişlərindəki artım nəzərə alınmaqla aparılır.  

5.3.4.2.2. yığım dövründə aşağıdakı məbləğlərin böyük olanı :  

5.3.4.2.2.1.  sığorta  ödənişlərinin  gətirilmiş  gözlənilən  dəyəri  ilə  bu 

Qaydaların 5.3.4.1-ci bəndinə müvafiq olaraq hesablanmış riyazi ehtiyatların baza 

hissələrinin  cəmi  (sığorta  ödənişlərinin  məbləğini  artırmadan).  Sığorta 

ödənişlərinin  gətirilmiş  gözlənilən  dəyəri  annuitet  sığortası  müqaviləsi  üzrə 

hesablanan və bölüşdürülən əlavə gəlirlərin məbləğinə bərabərdir

5.3.4.2.2.2.  Riyazi  ehtiyatların  baza  hissəsinin  bu  Qaydaların  5.3.4.1-ci 

bəndinə müvafiq olaraq müəyyən edilmiş məbləği (sığorta müqaviləsi üzrə sığorta 

ödənişləri  məbləğlərinin  sığortaçının  əlavə  gəlirləri  hesabına  artırılması  nəzərə 

alınmaqla). 

5.3.4.3.  Annuitet  sığortası  sinifinə  aid  olan  sığorta  (təkrarsığorta) 

müqavilələri  üzrə  ayrı-ayrılıqda  hesablanmış  riyazi  ehtiyatların  baza  hissələrinin 

cəmi həmin sinif üzrə riyazi ehtiyatların baza hissəsini təşkil edir. 



 

5.4. Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı 

5.4.1. Annuitet sığortası istisna olmaqla, digər həyat sığortası sinifləri üzrə 

BTZE sığortaçıya bildirilmiş, lakin hesabat tarixinə qədər tənzimlənməmiş hər bir 

tələb üzrə hesablanır.  

5.4.2. BTZE aşağıdakı düsturla hesablanır: 

 

BTZE = SÖ



g.d

 + QM


g.d

 + X


g.d

burada:  



g.d


  -  tənzimlənməmiş  tələblər  üzrə  sığorta  ödənişlərinin  gözlənilən 

dəyəridir; 

QM

g.d


  -  sığorta  (təkrarsığorta)  müqavilələrinə  vaxtından  əvvəl  xitam 

verilməsi ilə əlaqədar hesabat tarixinə sığortalılara (təkrarsığortalılara) qaytarılan 

məbləğlərin  və  ya  qaytarılmalı  olan  sığorta  (təkrarsığorta)  haqlarının  gözlənilən 

dəyəridir; 

X

g.d


  –  sığorta  hadisələrinin  tənzimlənməsi,  sığorta  ödənişlərinin 

məbləğlərinin müəyyən edilməsi, həmçinin sığorta (təkrarsığorta) müqavilələrinə 

vaxtından  əvvəl  xitam  verilməsi  ilə  əlaqədar  hesabat  tarixinə  sığortalılara 

(təkrarsığortalılara)  qaytarılan  məbləğlərin  və  ya  qaytarılmalı  olan  sığorta 




 

12 


(təkrarsığorta)  haqlarının  hesablanması  üzrə  sığortaçının  xərclərinin  gözlənilən 

dəyəridir. 

Sığortaçının  xərclərinin  gözlənilən  dəyəri  bildirilmiş  tələblərlə  bağlı 

verilməli  olan  sığorta  ödənişlərinin  və  sığorta  (təkrarsığorta)  müqavilələrinə 

vaxtından  əvvəl  xitam  verilməsi  ilə  əlaqədar  hesabat  tarixinə  sığortalılara 

(təkrarsığortalılara)  qaytarılan  məbləğlərin  və  ya  qaytarılmalı  olan  sığorta 

(təkrarsığorta) haqlarının 3 faizi məbləğində qəbul edilir. 

5.4.3. 


BTZE-nin 

məbləği  sığortalının  (təkrarsığortalının)  sığorta 

(təkrarsığorta)  haqlarının  ödənilməsi  üzrə  hesabat  tarixinə  sığortaçıya 

(təkrarsığortaçıya) olan borcları qədər azaldıla bilər. 

5.4.4.  Sığortaçı  BTZE-ni,  hansının  birinci  baş  verməsindən  asılı  olaraq, 

sığorta ödənişinin verildiyi və ya sığorta ödənişinin verilməsindən imtina barədə 

sığortaçının  qərar  qəbul  etdiyi  anadək,  yaxud  sığorta  ödənişinin  alınmasından 

sığortalının yazılı şəkildə imtina etməsi anınadək formalaşdırır. 

5.4.5. Annuitet sığortası üzrə BTZE sıfıra bərabərdir. 

 

5.5. Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı 

5.5.1. Həyatın qeyri-yığım sığortası sinfiüzrə BVBZE bu Qaydaların 4.3.2-

ci bəndinə müvafiq olaraq hesablanır. 

5.5.2.  Həyatın  yaşam  sığortası  və  annuitet  sığortası  üzrə  BVBZE  sıfıra 

bərabərdir. 

 

 

6. Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı 

 

6.1.  Sığorta  ehtiyatlarında  təkrarsığortaçıların  payı  təkrarsığortanın 



mütənasib və ya qeyri-mütənasib olmasından asılı olaraq müəyyən edilir. 

 

6.2. Qeyri-həyat sığortası sahəsində mütənasib təkrarsığorta 

6.2.1.  Qazanılmamış  təkrarsığorta  haqqı  təkrarsığortaya  verilmiş  risklərlə 

bağlı hər bir təkrarsığorta müqaviləsi üzrə aşağıdakı düsturla hesablanır: 

 

QTSH = BTSH x (T



1

 - T


2

)/T


1



burada:  

 

QTSH – qazanılmamış təkrarsığorta haqqıdır; 



BTSH - təkrarsığorta müqaviləsi üzrə baza təkrarsığorta haqqıdır; 

T

1



 - təkrarsığorta təminatının müddətinin günlərlə sayıdır; 

T

2



 - təkrarsığorta təminatının başlandığı andan hesabat tarixinə qədər onun 

qüvvədə olduğu günlərin sayıdır.  

6.2.2.  Baxılan  sığorta  sinfinə  aid  olan,  təkrarsığortaya  verilmiş  risklərlə 

bağlı  bütün  təkrarsığorta  müqavilələri  üzrə  ayrı-ayrılıqda  hesablanmış 




 

13 


qazanılmamış təkrarsığorta haqlarının cəmi həmin sinif üzrə qazanılmamış sığorta 

haqları ehtiyatının baza hissəsində təkrarsığortaçıların payını təşkil edir. 

6.2.3.  Qazanılmamış  sığorta  haqları  ehtiyatının  əlavə  hissəsi 

təkrarsığortaçıların reytinqlərinə əsasən müəyyən edilən qruplarından asılı olaraq 

qazanılmamış  sığorta  haqları  ehtiyatının  baza  hissəsində  onların  paylarına 

aşağıdakı cədvəldə göstərilən müvafiq əmsalların tətbiq edilməsindən sonra alınan 

məbləğlərin cəminə bərabərdir: 

 

Sıra 



sayı 

Reytinq 

agentliklərinin 

adları 

Təkrarsığortaçıların 

maliyyə etibarlılığı 

reytinqləri 

Qazanılmamış sığorta 

haqları ehtiyatının baza 

hissəsində 

təkrarsığortaçıların 

paylarına tətbiq olunan 

əmsallar 

1. 

I qrup təkrarsığortaçılar 

1.1 


Standard and 

Poor’s Corporation 

«A-» və ya yuxarı 

0 % 


1.2. 

Moody’s Investor 

Services 

«A3» və ya yuxarı 

1.3.  Fitch, Inc 

«A-» və ya yuxarı 

1.4. 

A.M.Best 



company, Inc 

«A-» və ya yuxarı 

1.5.  Yerli sığortaçılar 

istənilən 



2. 

II qrup təkrarsığortaçılar 

2.1. 


Standard and 

Poor’s Corporation 

«BBB+»-dan «BB-»-

dək 


15 % 

2.2. 


Moody’s Investor 

Services 

«Baa1»-dən «Ba3»-

dək 


2.3.  Fitch, Inc 

«BBB+»-dan «BB-»-

dək 

2.4. 


A.M.Best 

company, Inc 

«B++»-dan «C-»-dək 

3. 

III qrup təkrarsığortaçılar 

3.1. 


Standard and 

Poor’s Corporation 

«B+»-dan «CCC-»-

dək 


25 % 

3.2. 


Moody’s Investor 

Services 

«B1»-dən «Caa3»-

dək 


3.3.  Fitch, Inc 

«B+»-dan «CCC-»-

dək 

3.4. 


A.M.Best 

company, Inc 

«D»-dən «F»-dək 



 

14 


4. 

IV qrup təkrarsığortaçılar 

4.1. 


I, II və III qruplara 

daxil olmayan 

təkrarsığortaçılar 

 

 



50%  

 

6.2.4.  Qazanılmamış  sığorta  haqları  ehtiyatının  əlavə  hissəsində 



təkrarsığortaçıların payı sıfıra bərabər qəbul edilir. 

6.2.5.  BTZE-də  təkrarsığortaçıların  payı  təkrarsığortaya  verilmiş  hər  bir 

sığorta  (təkrarsığorta)  müqaviləsi  üzrə  bildirilmiş  tələbə  əsasən  hesablanır  və 

bildirilmiş  zərərlə  sığorta  (təkrarsığorta)  müqaviləsi  üzrə  məsuliyyətin 

təkrarsığortaya verilmiş hissəsinin hasilinə bərabərdir. 

Bildirilmiş  zərərin  aid  olduğu  sığorta  müqaviləsinin  şərtləri  təkrarsığorta 

müqaviləsinin şərtlərinə uyğun olmadıqda BTZE-də təkrarsığortaçıların payı sıfıra 

bərabər olur.  

6.2.6.  BVBZE-də  təkrarsığortaçıların  payı  baxılan  sığorta  sinfi  üzrə 

təkrarsığortaya  verilmiş  sığorta  (təkrarsığorta)  müqavilələri  üzrə  sığorta 

ödənişlərində  təkrarsığortaçıların  payı  nəzərə  alınmaqla  bu  Qaydaların  4.3.2-ci 

bəndinə müvafq olaraq hər bir sığorta sinfi üzrə ayrılıqda müəyyən edilir. 

 

6.3. Qeyri-həyat sığortası sahəsində qeyri-mütənasib təkrarsığorta 

6.3.1. Qeyri-mütənasib növlü  və  obliqator  formalı  təkrarsığorta  müqaviləsi 

üzrə  QSHEB-də  təkrarsığortaçıların  payı  minimum  depozit  təkrarsığorta  haqqı 

nəzərə  alınmaqla  bu  Qaydaların  6.2.1-ci  və  6.2.2-ci  bəndlərinə  müvafiq  olaraq 

müəyyən edilir. 

Qeyri-mütənasib  növlü  və  fakultativ  formalı  təkrasığorta  müqaviləsi  üzrə 

QSHEB-də təkrarsığortaçıların payı bu Qaydaların 6.2.1-ci və 6.2.2-ci bəndlərinə 

müvafiq olaraq müəyyən edilir. 

6.3.2.  BTZE-də  təkrarsığortaçıların  payı  təkrarsığortaya  verilmiş  hər  bir 

sığorta  (təkrarsığorta)  müqaviləsi  üzrə  bildirilmiş  tələbə  əsasən  hesablanır  və 

sığorta  (təkrarsığorta)  müqaviləsi  üzrə  bildirilmiş  zərərlə  bu  zərərdə  sığortaçının 

payının fərqinə bərabərdir.  

Bildirilmiş  zərərin  aid  olduğu  sığorta  müqaviləsinin  şərtləri  təkrarsığorta 

müqaviləsinin şərtlərinə uyğun olmadıqda BTZE-də təkrarsığortaçıların payı sıfıra 

bərabər olur.  

6.3.3.  BVBZE-də  təkrarsığortaçıların  payı  baxılan  sığorta  sinfiüzrə 

təkrarsığortaya  verilmiş  sığorta  (təkrarsığorta)  müqavilələri  üzrə  sığorta 

ödənişlərində  təkrarsığortaçıların  payı  nəzərə  alınmaqla  bu  Qaydaların  4.3.2-ci 

bəndinə müvafq olaraq hər bir sığorta sinfiüzrə ayrılıqda müəyyən edilir. 

 

6.4. Həyat sığortası sahəsində mütənasib təkrarsığorta 



6.4.1. 

Təkrarsığortaya  verilmiş  həyatın  qeyri-yığım  sığortası 

(təkrarsığortası) müqavilələri üzrə sığorta ehtiyatları 


 

15 


6.4.1.1. 

Təkrarsığortaya 

verilmiş 

həyatın 


qeyri-yığım 

sığortası 

(təkrarsığortası)  müqavilələri  üzrə  sığorta  ehtiyatlarında  təkrarsığortaçıların 

payının hesablanması aşağıdakı qaydada aparılır: 

6.4.1.1.1.  Həyatın  qeyri-yığım  sığortası  (təkrarsığortası)  müqavilələri  üzrə 

riyazi ehtiyatların baza hissəsində təkrarsığortaçıların payı bu Qaydaların 6.2.2-ci 

bəndinə müvafiq olaraq müəyyən edilir. 

6.4.1.1.2.  Həyatın  qeyri-yığım  sığortası  (təkrarsığortası)  müqavilələri  üzrə 

riyazi  ehtiyatların  əlavə  hissəsi  təkrarsığortaçıların  reytinqlərinə  əsasən  bu 

Qaydalarda  müəyyən  edilən  qruplarından  asılı  olaraq  riyazi  ehtiyatların  baza 

hissəsində  onların  paylarına  bu  Qaydaların  6.2.3-cü  bəndində  göstərilən 

cədvəldəki  müvafiq  əmsalların  tətbiq  edilməsindən  sonra  alınan  məbləğlərin 

cəminə bərabərdir. 

6.4.1.1.3.  Həyatın  qeyri-yığım  sığortası  (təkrarsığortası)  müqavilələri  üzrə 

riyazi  ehtiyatların  əlavə  hissəsində  təkrarsığortaçıların  payı  sıfıra  bərabər  qəbul 

edilir. 


6.4.1.1.4.  Həyatın  qeyri-yığım  sığortası  (təkrarsığortası)  müqavilələri  üzrə 

BTZE-də  təkrarsığortaçıların  payı  bu  Qaydaların  6.2.5-ci  bəndinə  müvafiq 

müəyyən edilir. 

6.4.1.1.5.  Həyatın  qeyri-yığım  sığortası  (təkrarsığortası)  müqavilələri  üzrə 

BVBZE-də  təkrarsığortaçıların  payı  bu  Qaydaların  6.2.6-cı  bəndinə  müvafiq 

olaraq müəyyən edilir. 



6.4.2. 

Təkrarsığortaya 

verilmiş 

həyatın 

yaşam 

sığortası 

(təkrarsığortası) müqavilələri üzrə sığorta ehtiyatları 

6.4.2.1.  Təkrarsığortaya  verilmiş  həyatın  yaşam  sığortası  (təkrarsığortası) 

müqaviləsi  üzrə  riyazi  ehtiyatların  baza  hissəsində  təkrarsığortaçıların  payı 

aşağıdakı düsturla hesablanır: 

 

 

REBTP = TSÖ



g. g.d

 + TZTX


g. g.d

 + TİAX


g. g.d

 - TSH


g. g.d

 , 


 

burada:  

TSÖ

g.g.d


  –  təkrarsığortaya  verilmiş  həyatın  yaşam  sığortası  (təkrarsığortası) 

müqaviləsinin şərtlərində nəzərdə tutulan sığorta ödənişlərində təkrarsığortaçıların 

payının gətirilmiş gözlənilən dəyəridir; 

TZTX


g.g.d

 - təkrarsığortaya verilmiş həyatın yaşam sığortası (təkrarsığortası) 

müqaviləsi  üzrə  sığorta  hadisələrinin  tənzimlənməsi,  o  cümlədən  sığorta 

ödənişlərinin  məbləğlərinin  müəyyən  edilməsi  ilə  bağlı  təkrarsığortaçıların 

bilavasitə xərclərinin gətirilmiş gözlənilən dəyəridir; 

TİAX


g.g.d

 - təkrarsığortaya verilmiş həyatın yaşam sığortası (təkrarsığortası) 

müqaviləsi  üzrə  təkrarsığortaçıların  işlərin  aparılması  xərclərinin  gətirilmiş 

gözlənilən dəyəridir; 

TSH

g.g.d


  -  təkrarsığortaya  verilmiş  həyatın  yaşam  sığortası  (təkrarsığortası) 

müqaviləsi  üzrə  hesabat  tarixindən  sonra  təkrarsığortaçıların  almalı  olduqları 

təkrarsığorta haqlarının gətirilmiş gözlənilən dəyəridir. 



 

16 


 

6.4.2.2.  Təkrarsığortaya  verilmiş  həyatın  yaşam  sığortası  (təkrarsığortası) 

müqavilələri  üzrə  ayrı-ayrılıqda  hesablanmış  riyazi  ehtiyatların  baza  hissəsində 

təkrarsığortaçıların  paylarının  cəmi  həmin  sinif  üzrə  riyazi  ehtiyatların  baza 

hissəsində təkrarsığortaçıların payını təşkil edir. 

6.4.2.3.Təkrarsığortaya  verilmiş  həyatın  yaşam  sığortası  (təkrarsığortası) 

müqavilələri  üzrə  riyazi  ehtiyatların  əlavə  hissəsi  bu  Qaydaların  6.4.1.1.2-ci 

bəndinə müvafiq olaraq müəyyən edilir. 

6.4.2.4.  Həyatın  yaşam  sığortası  (təkrarsığortası)  müqavilələri  üzrə  riyazi 

ehtiyatların əlavə hissəsində təkrarsığortaçıların payı sıfıra bərabər qəbul edilir. 

6.4.2.5. Həyatın yaşam sığortası (təkrarsığortası) müqavilələri üzrə BTZE-

də  təkrarsığortaçıların  payı  bu  Qaydaların  6.2.5-ci  bəndinə  müvafiq  olaraq 

müəyyən edilir.  

 

6.4.3.  Təkrarsığortaya  verilmiş  annuitet  sığortası  (təkrarsığortası) 



müqavilələri üzrə sığorta ehtiyatları 

6.4.3.1.  Təkrarsığortaya  verilmiş  annuitet  sığortası  (təkrarsığortası) 

müqaviləsi  üzrə  riyazi  ehtiyatların  baza  hissəsində    təkrarsığortaçıların  payı 

aşağıdakı düsturla hesablanır:  

 

REBTP = TSÖ



g. g.d

 + TİAX


g. g.d

 - TSH


g. g.d

 , 


 

burada:  

TSÖ

g.  g.d


  –  təkrarsığortaya  verilmiş  annuitet  sığortası  (təkrarsığortası) 

müqaviləsinin şərtlərində nəzərdə tutulan sığorta ödənişlərində təkrarsığortaçıların 

payının gətirilmiş gözlənilən dəyəridir; 

TİAX


g.g.d

  -  təkrarsığortaya  verilmiş  annuitet  sığortası  (təkrarsığortası) 

müqaviləsi  üzrə  təkrarsığortaçıların  işlərin  aparılması  xərclərinin  gətirilmiş 

gözlənilən dəyəridir; 

TSH

g.g.d


  -  təkrarsığortaya  verilmiş  annuitet  sığortası  (təkrarsığortası) 

müqaviləsi  üzrə  hesabat  tarixindən  sonra  təkrarsığortaçıların  almalı  olduqları 

təkrarsığorta haqlarının gətirilmiş gözlənilən dəyəridir.  

 

6.4.3.2.  Təkrarsığortaya  verilmiş  annuitet  sığortası  (təkrarsığortası) 



müqaviləsi  üzrə  sığorta  ödənişlərinin  verilməsinin  başlanğıc  tarixi  hesabat 

tarixindən əvvəl gəldikdə TSH

g. g.d

 sıfıra bərabər olur. 



6.4.3.3.  Təkrarsığortaya  verilmiş  annuitet  sığortası  (təkrarsığortası) 

müqaviləsi  üzrə  müntəzəm  sığorta  ödənişlərində  təkrarsığortaçıların  payının 

məbləği  artdıqda  riyazi  ehtiyatların  baza  hissəsində  təkrarsığortaçıların  payı 

aşağıdakı kimi müəyyən edilir: 

6.4.3.3.1.  sığorta  ödənişləri  dövründə  bu  Qaydaların  6.4.3.1-ci  bəndinə 

müvafiq  olaraq.  Sığorta  ödənişlərində  təkrarsığortaçıların  payının  gətirilmiş 

gözlənilən  dəyərinin  hesablanması  sığorta  ödənişlərində  təkrarsığortaçıların 

payının həyata keçirilmiş artımı nəzərə alınmaqla aparılır. 




 

17 


6.4.3.3.2. yığım dövründə aşağıdakı məbləğlərdən böyük olanı:  

6.4.3.3.2.1.  sığorta  ödənişlərində  təkrarsığortaçıların  payının  gətirilmiş 

gözlənilən dəyəri ilə riyazi ehtiyatların baza hissəsində təkrarsığortaçıların payının 

bu  Qaydaların  6.4.3.1-ci  bəndinə  müvafiq  olaraq  hesablanmış  məbləğinin  cəmi 

(sığorta  ödənişlərində  təkrarsığortaçıların  payının  məbləğini  artırmadan).  Sığorta 

ödənişlərində  təkrarsığortaçıların  payının  gətirilmiş  gözlənilən  dəyəri 

təkrarsığortaya  verilmiş  annuitet  sığortası  müqaviləsi  üzrə  hesablanan  və 

bölüşdürülən əlavə gəlirlərdə təkrarsığortaçıların payının məbləğinə bərabərdir; 

6.4.3.3.2.2.  riyazi  ehtiyatların  baza  hissəsində  təkrarsığortaçıların  payının 

bu  Qaydaların  6.4.3.1-ci  bəndinə  müvafiq  olaraq  müəyyən  edilmiş  məbləği 

(təkrarsığortaya  verilmiş  annuitet  sığortası  (təkrarsığortası)  müqaviləsi  üzrə 

sığorta  ödənişlərində  təkrarsığortaçıların  payının  sığortaçının  əlavə  gəlirlərində 

təkrarsığortaçıların payı hesabına artırılması nəzərə alınmaqla). 

6.4.3.4.  Təkrarsığortaya  verilmiş  annuitet  sığortası  (təkrarsığortası) 

müqavilələri  üzrə  ayrı-ayrılıqda  hesablanmış  riyazi  ehtiyatların  baza  hissəsində 

təkrarsığortaçıların  paylarının  cəmi  həmin  sinif  üzrə  riyazi  ehtiyatların  baza 

hissəsində təkrarsığortaçıların payını təşkil edir. 

6.4.3.5.  Təkrarsığortaya  verilmiş  annuitet  sığortası  (təkrarsığortası) 

müqavilələri  üzrə  riyazi  ehtiyatların  əlavə  hissəsi  bu  Qaydaların  6.4.1.1.2-ci 

bəndinə müvafiq olaraq müəyyən edilir. 

6.4.3.6.  Annuitet  sığortası  (təkrarsığortası)  müqavilələri  üzrə  riyazi 

ehtiyatların əlavə hissəsində təkrarsığortaçıların payı sıfıra bərabər qəbul edilir. 



 

6.5. Həyat sığortası sahəsində qeyri-mütənasib təkrarsığorta 

6.5.1.  Həyatın  qeyri-yığım  sığortası  (təkrarsığortası)  müqavilələri  üzrə 

riyazi ehtiyatların baza hissəsində təkrarsığortaçıların payı bu Qaydaların 6.2.2-ci 

bəndinə müvafiq olaraq müəyyən edilir. 

6.5.2.  Həyatın  qeyri-yığım  sığortası  (təkrarsığortası)  müqavilələri  üzrə 

riyazi ehtiyatların əlavə hissəsi bu Qaydaların 6.4.1.1.2-ci bəndinə müvafiq olaraq 

müəyyən edilir. 

6.5.3.  Həyatın  qeyri-yığım  sığortası  (təkrarsığortası)  müqavilələri  üzrə 

riyazi  ehtiyatların  əlavə  hissəsində  təkrarsığortaçıların  payı  sıfıra  bərabər  qəbul 

edilir. 


6.5.4.  Həyatın  qeyri-yığım  sığortası  (təkrarsığortası)  müqavilələri  üzrə 

BTZE-də təkrarsığortaçıların payı bu Qaydaların 6.3.2-ci bəndinə müvafiq olaraq 

müəyyən edilir. 

6.3.5.  Həyatın  qeyri-yığım  sığortası  (təkrarsığortası)  müqavilələri  üzrə 

BVBZE-də  təkrarsığortaçıların  payı  bu  Qaydaların  6.3.3-cü  bəndinə  müvafiq 

olaraq müəyyən edilir. 

6.3.6.  Həyatın  yaşam  sığortası  (təkrarsığortası)  və  annuitet  sığortası 

(təkrarsığortası)  müqavilələri  üzrə  riyazi  ehtiyatların  baza  hissəsində 

təkrarsığortaçıların  payı  bu  Qaydaların  6.4.2-6.4.3-cü  bəndlərinə  müvafiq  olaraq 

müəyyən edilir. 




 

18 


6.3.7.  Həyatın  yaşam  sığortası  (təkrarsığortası)  və  annuitet  sığortası 

(təkrarsığortası)  müqavilələri  üzrə  riyazi  ehtiyatların  baza  hissəsində 

təkrarsığortaçıların  payı  həyatın  yaşam  sığortası  (təkrarsığortası)  və  annuitet 

sığortası  (təkrarsığortası)  müqavilələri  üzrə  riyazi  ehtiyatların  baza  hissəsinin 

məbləğini aşmamalıdır. 

6.3.8.  Həyatın  yaşam  sığortası  (təkrarsığortası)  və  annuitet  sığortası 

(təkrarsığortası)  müqavilələri üzrə  riyazi ehtiyatların  əlavə hissəsi bu  Qaydaların 

6.4.1.1.2-ci bəndinə müvafiq olaraq müəyyən edilir. 

6.3.9.  Həyatın  yaşam  sığortası  (təkrarsığortası)  və  annuitet  sığortası 

(təkrarsığortası)  müqavilələri  üzrə  riyazi  ehtiyatların  əlavə  hissəsində 

təkrarsığortaçıların payı sıfıra bərabər qəbul edilir. 

6.3.10. Həyatın yaşam sığortası (təkrarsığortası) müqavilələri üzrə BTZE-də 

təkrarsığortaçıların payı bu Qaydaların 6.3.2-ci bəndinə müvafiq olaraq müəyyən 

edilir.  



 

7. Sığorta ehtiyatları ilə bağlı məlumatlar və hesabatlar 

 

7.1.  Sığorta  ehtiyatları  ilə  bağlı  hesabatlar  sığortaçılar  tərəfindən  bu 



Qaydaların  3  və  4  nömrəli  Əlavələrində  müəyyən  edilmiş  müvafiq  formalarda 

aşağıdakı tələblərə riayət olunmaqla rüblük olaraq tərtib edilməli və təqvim ilinin 

hər  rübü  başa  çatdıqdan  20  gün  müddətində  həm  kağız,  həm  də  elektron 

daşıyıcılarda  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinə  təqdim 

olunmalıdır: 

7.1.1.  hesabatlarda  tələb  olunan  göstəricilər  müvafiq  hesabat  formasına 

uyğun olaraq tam və düzgün əks etdirilməlidir; 

7.1.2. hesabatlar sığortaçının İdarə Heyətinin sədri (və ya onun vəzifələrini 

müvəqqəti  icra  edən  şəxs)  və  baş  mühasibi  tərəfindən  imzalanmalı  və  həmin 

sığortaçının möhürü ilə təsdiq edilməlidir

7.1.3. hesabatlarda müvafiq məbləğlər manatla ifadə olunmalıdır;  

7.1.4. hesabatlarda göstərilən məbləğlər əlli qəpikdən az olduqda sıfır, əlli 

qəpiyə bərabər və ya ondan böyük olduqda isə bir manat kimi qeyd edilməlidir; 

7.1.5.  hesabatlarda  hər  hansı  formada  düzəliş  edilməsinə  və  ya  pozulmuş, 

yaxud tam və ya qismən oxunmayan məlumatların mövcudluğuna yol verilmir. 

7.2.  Bu  Qaydaların  7.1-ci  bəndində  müəyyən  edilmiş  tələblərə  uyğun 

gəlməyən hesabatlar təhlil edilmədən geri qaytarılır. 

7.3.  Həyat  sığortası  üzrə  kağız  və  elektron  daşıyıcılarında  təqdim  olunan 

hesabatlara sığorta ehtiyatlarının və həmin ehtiyatlarda təkrarsığortaçıların payının 

hesablanması  ilə  bağlı  bu  Qaydalarda  göstərilmiş  düsturların  sağ  tərəfindəki 

məbləğlərin hesablanmasını əks etdirən hesablamalar da əlavə edilməlidir. 

7.4.  Sığortaçı  həyat  sığortası  üzrə  sığorta  ehtiyatlarının  hesablanması  üçün 

istifadə  olunmuş  ölüm  cədvəlini  və  riyazi  modellərin  əsaslandırmasını  illik 

hesabatlarla birgə təqdim etməlidir. Riyazi modellərin əsaslandırması hər bir sinif 



üzrə olmalı və aktuarinin imzası ilə təsdiq olunmalıdır. 

 

Yüklə 179,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə