83
3 Mart - Yazıçı Manaf Süleymanovun anadan olmasının 105 illiyi, (1912-2001)
Manaf Süleymanov İsmayıllı rayonunun Lahıc
qəsəbəsində anadan olmuşdur. 18 saylı Bakı şəhər orta
məktəbini bitirmiş (1930), sonra M.Əzizbəyov adına
Azərbaycan Neft-Kimya İnstitutunun geoloji kəşfiyyat
fakültəsində təhsil almışdır (1932-1937). O, elmi işlə də
məşğul olmuş, geologiya-mineralogiya elmləri namizədi
alimlik dərəcəsi almış, uzun illər Azərbaycan Neft-Kimya
İnstitutunda dərs demişdir. Ədəbi yaradıcılığa 1947-ci
ildə ―Azərbaycan‖ jurnalında dərc olunan ―Yerin sirri‖
romanı ilə başlamışdır. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda
məqalələrlə də çıxış etmiş, bəzən onları ―Fərəcoğlu‖ imzası ilə çap etdirmişdir.
Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen,
A. Qrasi, Oqoto, Aleks La Çuma, Y.A. Makmani, Piter Abrahams, R. Riv, A.
Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri
ilə tanış olmuşlar. Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı
milyonçuları
və
qoçularından, 1918-1920-ci
illərində Azərbaycan
Xalq
Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirmişdir.
Manaf müəllim ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb
yaratmışdır. M.Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer
tutur. Məqalə, hekayə və təsviri sənədləri, fotoşəkilləri də şəxsi fondunda olan
maraqlı sənədlərdəndir. ―Şagirdlik illərim‖ adlı xatirəsi daha maraqlıdır.
―Azərbaycan diyarı. Lahıc‖ ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir. Onun
636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin
Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin
atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir
Hacıbəyovun məktubunun surəti və s. arxiv sənədləri də qorunur. Romanları,
povestləri, ssenariləri oçerk, hekayə, xatirə və tərcümələri müəllifin arxivdəki 2-ci
elmi siyahısında rəsmiləşdirilmişdir.
Manaf Süleymanov 2001-ci il mayın 24-də Bakıda vəfat etmişdir.
Kitabları: ‖Yerin sirri‖ (1948), ‖Yerin sirri‖ (1956),
―Fırtına‖ (1960),
―Yerin sirri‖
(1967), ―Fırtına‖ (1969), ―Zirvələrdə‖ (1973), ―Dalğalar qoynunda‖ (1977), ―Yerin
sirri‖ (1980), ―Dalğalar qoynunda‖ (1984), ―Zirvələrdə‖ (1988), ―Eşitdiklərim,
oxuduqlarım, gördüklərim‖ (1996), ―Son bahara çatdıq‖ (1996), ―Neft
milyonçusu‖ (1996), ―Şərqdə ilk demokratik cumhüriyyət‖ (1999), ―Şagirdlik
illərim‖ (2001) və s.
İnternetdə: www.az.wikipedia.orq
84
5 Mart - Şair Sabir Almazovun anadan olmasının 80 illiyi, (1937-1976)
Sabir Almazov Qazıməmməd şəhərində, fəhlə ailəsində doğulmuşdur. Atası
Əliabbas Yaqub oğlu 1942-ci ildə cəbhədə həlak olmuşdur. S.Almazov 1945-1955-
ci illərdə 15 saylı Hacıqabul dəmiryol məktəbində təhsil almışdır. 1955-1957-ci
illərdə Bakı dəmir-beton zavodunda usta köməkçisi və usta vəzifələrində
işləmişdir. 1957-ci ildə APİ-yə daxil olmuş, ikinci kursdan sonra, 1959-cu ilin
yayında Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Moskvaya, M.Qorki adına
Ədəbiyyat İnstitutuna göndərilmişdir. Oranı müvəffəqiyyətlə bitirib Azərbaycan
Dövlət Nəşriyyatında bədii ədəbiyyatın tərcüməsi şöbəsində işləmişdir. Burada o,
şeir və tərcümə kitablarını redaktə etmiş, vaxtaşırı radio və televiziyada öz
şeirlərini, tərcümələrini oxumuşdur. Gənc şair ədəbi aləmə 1957-ci ildə
―Azərbaycan gəncləri‖ qəzetində çap etdirdiyi ―Mərmər daş‖ şeirilə gəlmişdir.
Bundan sonra ―Gəncliyin səsi‖ almanaxında, dövri mətbuatda tez-tez çıxış
etmişdir. Onun tərcüməsində oxucular dünya yazıçılarının (Afrika, Hind, Suriya,
Kuba‖, çex və b.) əsərləri ilə tanış olmuşlar.
Sabir Almazov 1976- cı il iyunun 4- də Bakıda vəfat etmişdir.
Kitabları: ―Fikir‖ (1967), ―Baharla görüş‖ (1977), ―Mənim səsim‖ (1978) və s.
Tərcümələri: V.V.Bianki. ―Qarışqa yuvasına tələsirdi‖ (1966), V.Kolin. ―Qonur
ayı‖ (1966), A.L.Barto. ―İpatdı‖ (1970), N.Tixonov. ―Altı sütun‖ (1981) və s.
Ədəbiyyat: Əhmədov Teymur -“Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
85
5 Mart - Ədəbiyyatşünas, tənqidçı, tərcüməçi Vaqif Arzumanlının anadan
olmasının 70 illiyi, (1947-2014)
Vaqif Arzumanlı Quba rayonunda anadan olub.
Onbirillik məktəbi qızıl medalla bitirdikdən sonra 1964-
1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya
fakültəsində təhsil almışdır. 1969-1972-ci illərdə AMEA-
nın, M.Qorki adına Dünya Ədəbiyytı İnstitutunun və Litva
EA-nın aspiranturalarında oxumuşdur. 1973-cü ildən
Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləmiş,
1980-1991-ci illərdə AMEA SSRİ XDRS-da şöbə müdiri
vəzifəsində çalışmışdır. V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan EA Milli
Münasibətlər İnstitunun direktoru işləmişdir. 2002-ci ildən AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun ―Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr‖ şöbəsinə
rəhbərlik etmişdir. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
beynəlxalq əlaqələr üzrə direktor müşaviri işləmişdir. V.Arzumanlı 1973-cü ildə
namizədlik, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1991-ci ildən
professor adı almışdır, Beynəlxalq Eko-İnformasiya Akademiyasının akademikidir
(1996), ―Alman-Azərbaycan Cəmiyyəti‖ İdarə Heyətinin üzvü (1992), Beynəlxalq
―Soydaş‖ Assosiasiyasının vitse-prezidenti (1994), Dünya Azərbaycanlıları
Mədəniyyət Mərkəzinin vitse-prezidenti (1996),‖Quba Xeyriyyə Cəmiyyəti‖nin
sədri (1996), Türkiyəni və S.Dəmirəli Sevərlər Cəmiyyətinin həmsədri (1999),
İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi Araşdırmalar Mərkəzinin
Prezidenti (2002) seçilmişdir. V.Arzumanlı 35 kitab və monoqrafiyanın, həmçinin
1500-dən artıq elmi və publisistik məqalənin, müsahibənin müəllifidir. 60-dan artıq
elmi əsərin redaktoru və ön sözün müəllifidir. Ədəbi əlaqələr və milli münasibətlər
sahəsində gənc alimlərin və mütəxəssislərin yetişdirilməsində fəal iştirak etmişdir,
30-dan artıq aspirant, dissertant və doktorantın elmi rəhbəri, elmi məsləhətçisi
olmuşdur.
2014-cü ilin iyul ayında ağır xəstəlikdən sonra dünyasını dəyişmişdir.
Kitabları: ―Ürəklər qovuşanda‖ (1989), ―Azərbaycan ünvanlı‖ (1994), ―1918-ci il
qırğınları‖ (1995), ―Tarixin qara səhifələri‖ (1998), ―Keçmişimiz və gələcəyimiz‖
(2000), ―Bölünmüş vətənin bütövlük rəmzi‖ (2006), ―Dünya Azərbaycanlıları
Konqresi‖ (2007), ―Azərbaycanın ən qədim şəhəri-Dəmirqapı Dərbənd‖ (2009),
―Dəyərli ustad‖ (2010), ―Dədə Qorqudun qəbrinin izi ilə‖ (2012), ―Mirzə Fətəli
Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri‖ (2012) və s.
İnternetdə: www.az.wikipedia.orq