Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə30/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   26   27   28   29   30   31   32   33   ...   148

83 

 

3 Mart - Yazıçı Manaf Süleymanovun anadan olmasının 105 illiyi, (1912-2001) 

 

Manaf    Süleymanov      İsmayıllı  rayonunun  Lahıc 



qəsəbəsində  anadan  olmuşdur.  18    saylı  Bakı  şəhər  orta 

məktəbini  bitirmiş  (1930),  sonra  M.Əzizbəyov  adına 

Azərbaycan  Neft-Kimya  İnstitutunun  geoloji  kəşfiyyat 

fakültəsində  təhsil  almışdır  (1932-1937).  O,  elmi  işlə  də 

məşğul  olmuş,  geologiya-mineralogiya  elmləri    namizədi  

alimlik    dərəcəsi    almış,    uzun  illər  Azərbaycan  Neft-Kimya 

İnstitutunda  dərs  demişdir.      Ədəbi  yaradıcılığa   1947-ci 

ildə   ―Azərbaycan‖  jurnalında   dərc    olunan    ―Yerin  sirri‖  

romanı  ilə başlamışdır. İngilis  dilindən  bədii  tərcümələr  etmiş,  dövri mətbuatda 

məqalələrlə  də  çıxış  etmiş,  bəzən  onları  ―Fərəcoğlu‖  imzası  ilə  çap  etdirmişdir. 

Oxucular  onun  tərcüməsində Cek  London, Con  Steynbek, O’Henri,  M.  Kopelen, 

A.  Qrasi,  Oqoto, Aleks  La  Çuma,  Y.A.  Makmani, Piter  Abrahams,  R.  Riv,  A. 

Paton, Fillis  Altman, Somerset  Moem kimi  görkəmli  ingilis  yazıçılarının  əsərləri 

ilə  tanış  olmuşlar.  Manaf  Süleymanov  ilk  dəfə  olaraq  Bakı  tarixindən,  Bakı 

milyonçuları 

və 


qoçularından, 1918-1920-ci 

illərində Azərbaycan 

Xalq 

Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirmişdir. 



Manaf  müəllim  ingilis,  fars,  ərəb  dillərini  bilməklə  yanaşı,  rus  dilində  də  yazıb 

yaratmışdır. M.Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer 

tutur.  Məqalə,  hekayə  və  təsviri  sənədləri,  fotoşəkilləri  də  şəxsi  fondunda  olan 

maraqlı  sənədlərdəndir.  ―Şagirdlik  illərim‖  adlı  xatirəsi  daha  maraqlıdır. 

―Azərbaycan diyarı. Lahıc‖ ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir. Onun 

636  saylı  şəxsi  fondunda  məşhur  Bakı  milyonçusu   Hacı  Zeynalabdin 

Tağıyev   haqqında    topladığı    arxiv  sənədləri,  Azərbaycan  klassik  musiqisinin 

atası,  məşhur  musiqiçi,  bəstəkar,  Şərqdə  ilk  operanın  banisi   Üzeyir 

Hacıbəyovun   məktubunun  surəti  və  s.  arxiv  sənədləri  də  qorunur.  Romanları, 

povestləri, ssenariləri oçerk, hekayə, xatirə və tərcümələri müəllifin arxivdəki 2-ci 

elmi siyahısında rəsmiləşdirilmişdir.  

Manaf  Süleymanov 2001-ci il mayın 24-də Bakıda vəfat etmişdir.  



Kitabları: ‖Yerin sirri‖ (1948), ‖Yerin sirri‖ (1956), ―Fırtına‖ (1960), ―Yerin sirri‖ 

(1967), ―Fırtına‖ (1969), ―Zirvələrdə‖ (1973), ―Dalğalar qoynunda‖ (1977), ―Yerin 

sirri‖  (1980),  ―Dalğalar  qoynunda‖  (1984),  ―Zirvələrdə‖  (1988),  ―Eşitdiklərim, 

oxuduqlarım,  gördüklərim‖  (1996),  ―Son  bahara  çatdıq‖  (1996),  ―Neft 

milyonçusu‖  (1996),  ―Şərqdə  ilk  demokratik  cumhüriyyət‖  (1999),  ―Şagirdlik 

illərim‖ (2001) və s.  



 İnternetdə: www.az.wikipedia.orq 

 

 

 

 

 


84 

 

5 Mart -  Şair Sabir Almazovun anadan olmasının 80 illiyi, (1937-1976) 



 

 

  

 

 

 

 

 

 

 

 

Sabir Almazov Qazıməmməd şəhərində, fəhlə ailəsində doğulmuşdur. Atası 

Əliabbas Yaqub oğlu 1942-ci ildə cəbhədə həlak olmuşdur. S.Almazov 1945-1955-

ci  illərdə  15  saylı  Hacıqabul  dəmiryol  məktəbində  təhsil  almışdır.  1955-1957-ci 

illərdə  Bakı  dəmir-beton  zavodunda  usta  köməkçisi  və  usta  vəzifələrində 

işləmişdir.  1957-ci  ildə  APİ-yə  daxil  olmuş,  ikinci  kursdan  sonra,  1959-cu  ilin 

yayında  Azərbaycan  Yazıçılar  İttifaqının  zəmanəti  ilə  Moskvaya,  M.Qorki  adına 

Ədəbiyyat  İnstitutuna  göndərilmişdir.  Oranı  müvəffəqiyyətlə  bitirib  Azərbaycan 

Dövlət Nəşriyyatında bədii ədəbiyyatın tərcüməsi şöbəsində işləmişdir. Burada o, 

şeir  və  tərcümə  kitablarını  redaktə  etmiş,  vaxtaşırı  radio  və  televiziyada  öz 

şeirlərini,  tərcümələrini    oxumuşdur.  Gənc  şair  ədəbi  aləmə  1957-ci  ildə 

―Azərbaycan  gəncləri‖  qəzetində  çap  etdirdiyi  ―Mərmər  daş‖  şeirilə  gəlmişdir. 

Bundan  sonra  ―Gəncliyin  səsi‖  almanaxında,  dövri  mətbuatda  tez-tez  çıxış 

etmişdir.  Onun  tərcüməsində  oxucular  dünya  yazıçılarının  (Afrika,  Hind,  Suriya, 

Kuba‖, çex və b.) əsərləri ilə tanış olmuşlar.  

Sabir Almazov 1976- cı il iyunun 4- də Bakıda vəfat etmişdir.  

 

Kitabları: ―Fikir‖ (1967), ―Baharla görüş‖ (1977), ―Mənim səsim‖ (1978)  və s. 

Tərcümələri:  V.V.Bianki.  ―Qarışqa  yuvasına  tələsirdi‖  (1966),  V.Kolin.  ―Qonur 

ayı‖ (1966), A.L.Barto. ―İpatdı‖ (1970), N.Tixonov. ―Altı sütun‖ (1981)  və s.  

 

Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 


85 

 

5 Mart -  Ədəbiyyatşünas, tənqidçı, tərcüməçi Vaqif Arzumanlının anadan 



                 olmasının 70 illiyi, (1947-2014) 

 

 

Vaqif  Arzumanlı  Quba   rayonunda  anadan  olub. 



Onbirillik  məktəbi  qızıl  medalla  bitirdikdən  sonra  1964-

1969-cu  illərdə  Bakı  Dövlət  Universitetinin  filologiya 

fakültəsində  təhsil  almışdır.  1969-1972-ci  illərdə  AMEA-

nın, M.Qorki adına Dünya Ədəbiyytı İnstitutunun və Litva 

EA-nın  aspiranturalarında  oxumuşdur.  1973-cü  ildən 

Nizami  adına  Ədəbiyyat  İnstitutunda  elmi  işçi  işləmiş, 

1980-1991-ci  illərdə  AMEA  SSRİ  XDRS-da  şöbə  müdiri 

vəzifəsində  çalışmışdır.  V.Arzumanlı  1991-2002-ci  illərdə  Azərbaycan  EA  Milli 

Münasibətlər İnstitunun  direktoru işləmişdir. 2002-ci ildən AMEA Nizami adına 

Ədəbiyyat  İnstitutunun  ―Xarici  ölkələr  ədəbiyyatı  və  ədəbi  əlaqələr‖  şöbəsinə 

rəhbərlik etmişdir. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun 

beynəlxalq  əlaqələr  üzrə  direktor  müşaviri  işləmişdir.  V.Arzumanlı  1973-cü  ildə 

namizədlik,  1984-cü  ildə  doktorluq  dissertasiyası  müdafiə  etmiş,  1991-ci  ildən 

professor adı almışdır, Beynəlxalq Eko-İnformasiya Akademiyasının akademikidir 

(1996), ―Alman-Azərbaycan Cəmiyyəti‖ İdarə Heyətinin üzvü (1992), Beynəlxalq 

―Soydaş‖  Assosiasiyasının  vitse-prezidenti  (1994),  Dünya  Azərbaycanlıları 

Mədəniyyət  Mərkəzinin  vitse-prezidenti  (1996),‖Quba  Xeyriyyə  Cəmiyyəti‖nin 

sədri  (1996),  Türkiyəni  və  S.Dəmirəli  Sevərlər  Cəmiyyətinin  həmsədri  (1999), 

İctimai-Siyasi  Proseslər  və  Beynəlxalq  Əlaqələr  Elmi  Araşdırmalar  Mərkəzinin 

Prezidenti (2002) seçilmişdir. V.Arzumanlı 35 kitab və monoqrafiyanın, həmçinin 

1500-dən artıq elmi və publisistik məqalənin, müsahibənin müəllifidir. 60-dan artıq 

elmi əsərin redaktoru və ön sözün müəllifidir. Ədəbi əlaqələr və milli münasibətlər 

sahəsində gənc alimlərin və mütəxəssislərin yetişdirilməsində fəal iştirak etmişdir, 

30-dan  artıq  aspirant,  dissertant  və  doktorantın  elmi  rəhbəri,  elmi  məsləhətçisi 

olmuşdur.  

2014-cü ilin iyul ayında  ağır xəstəlikdən sonra dünyasını dəyişmişdir. 



Kitabları: ―Ürəklər qovuşanda‖ (1989), ―Azərbaycan ünvanlı‖ (1994), ―1918-ci il 

qırğınları‖ (1995), ―Tarixin qara səhifələri‖ (1998), ―Keçmişimiz və gələcəyimiz‖ 

(2000),  ―Bölünmüş  vətənin  bütövlük  rəmzi‖  (2006),  ―Dünya  Azərbaycanlıları 

Konqresi‖  (2007),    ―Azərbaycanın  ən  qədim  şəhəri-Dəmirqapı  Dərbənd‖  (2009), 

―Dəyərli  ustad‖  (2010),  ―Dədə  Qorqudun  qəbrinin  izi  ilə‖  (2012),  ―Mirzə  Fətəli 

Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri‖ (2012)  və s.



  

İnternetdə: www.az.wikipedia.orq 

 

 



 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə