Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə2/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   2   3   4   5   6   7   8   9   ...   148

 

  



Yanvar 

  Əlamətdar və tarixi günlər 

1 Yanvar - Yeni il 

16 Yanvar - Ümumdünya Bitlz Günü, (2001)  

17 Yanvar - Umumdünya Uşaq İxtirası Günü  

20 Yanvar - Ümumxalq Hüzn Günü, (1990)  

 21 Yanvar Beynəlxalq Qucaqlaşma Günü, (1986) 

23 Yanvar - Əl Yazısı (xətt) Günü 

29 Yanvar - Gömrük İşçiləri Günü, (1992) 

Yanvar ayının bazar günlərindən birində- Ümumdünya Qar Günü. Beynəlxalq Qış 

İdman Növləri Günü, (2012) 

Azərbaycanın görkəmli şəxsiyyətləri 

Akademik Mirəli Qaşqayın 110 illiyi,  (7.01.1907 - 23.04.1977) 

Tarixçi  Əlisöhbət Sumbatzadənin 110 illiyi,  (21.01.1907-  28.01.1992) 

Yubilyar yazıçı və şairlər 

Şair Ramiz Məmmədzadənin 80 illiyi, (01.01.1937)                   

Yazıçı Əlfi Qasımovun 90 illiyi,  (05.01.1927 - 12.03.1985) 

Yazıçı Vidadi Babanlının 90 illiyi, (05. 01. 1927) 

Şair Ələmdar Quluzadənin 65 illiyi, ( 07.01.1952) 

Şair  Əli Saləddinin 85 illiyi, (10.01.1937 - 18.11.2003) 

Yazıçı  Heydər Qasımlının 75 illiyi, (18.01.1942) 

Şair Bədri Seyidzadənin 135 illiyi, (20.01.1882  - 1945) 

Şair İbrahim Zakirin 125 illiyi, (25.01.1892 - 27.10.1971) 

Yazıçı Əzizə Əhmədovanın 85 illiyi, (26.01.1932 - 24.08.2003) 



Xarici ədəbiyyat 

İngilis yazıçısı Alan Aleksandr Milnin 135 illiyi, (18.01.1882 - 31.01.1956) 

Türk şairi Nazim Hikmətin 115 illiyi,  (20.01.1902 - 03.06.1963) 

İngilis yazıçısı Lyuis Kerrolun 185 illiyi, (27.01.1832 - 14.01.1898) 



İncəsənət 

Xalq artisti Mikayıl Mirzənin 70 illiyi,  (01.01.1947- 03.06.2006) 

Xalq artisti İsmayıl Dağıstanlının 110 illiyi, (06. 01.1907 - 01.04.1980) 

Xalq artisti Afaq Məlikovanın 70 illiyi,  (18.01.1947) 

Xalq artisti Kamal Abdullayevin 90 illiyi,  (18.01.1927 - 1997) 

Rəssam Bəhruz Kəngərlinin 125 illiyi, (22.01.1892 - 07.02.1922) 

Xalq artisti Böyükağa Məmmədovun 90 illiyi, (23.01.1927) 

Baletmeyster Leyla Vəkilovanın 90 illiyi, (29. 01. 1927 - 20.02.1999) 



Milli qəhrəmanlar zirvəsi 

Səfərov Cəlil Əziz oğlunun 55 illiyi, (28.01.1962 - 15.05.1992) 

 

 

 



 

 



 

Əlamətdar tarixi günlər, bayramlar 



 

1Yanvar - Yeni il            

 



Yeni ildə sizə uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram. Mən arzulayıram ki, 

yeni ildə bizim bütün balalarımız yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər, 

savadlı olsunlar, müxtəlif biliklərə yiyələnsinlər. Çünki hər bir insanın 

gələcəyini, gələcək taleyini onun biliyi, savadı, təhsili təmin edir. Ona görə, əziz 

uşaqlar, sizin bugünkü vəzifəniz məhz yaxşı oxumaq, bilikli olmaqdır. Mən arzu 

edirəm ki, bizim bütün balalarımız Azərbaycana, Vətənə bağlı olsunlar, Vətəni 

sevsinlər, vətənpərvər böyüsünlər. Azərbaycan kimi ölkədə yaşamaq böyük 

xoşbəxtlikdir. Azərbaycanın təkrarolunmaz təbiəti, qədim və zəngin mədəniyyəti, 

istedadlı xalqı vardır.” 

                                                                                            Mehriban Əliyeva

                                                                               Heydər Əliyev Fondunun prezidenti  

    

       

Yeni  il  Yer  kürəsinin  bütün  guşələrində, 

dini etiqadlarından asılı olmayaraq,     müxtəlif 

xalqlar 


tərəfindən 

geniş 


qeyd 

olunan 


bayramlardandır. 

Yeni ilin  yanvarın 1-dən  hesab olunması 

xristianlığın  tarixi  ilə  bağlıdır.  Rəvayətə  görə, 

xristian  dininin  yaradıcısı  İsa  peyğəmbər 

dekabrın  24-də  anadan  olmuşdur.  Ona  görə  də 

xristianlar bu günü İsa peyğəmbərin doğulması 

şərəfinə  Milad  bayramı  kimi  qeyd  edirlər.  Bu  bayram  431-ci  ildə 

qanuniləşdirilmişdir.  Bizim  istifadə  etdiyimiz  təqvim  də  məhz  miladi  təqvim 

adlanır.  Bu  təqvimə  əsasən  yeni  il  yanvarın  1-dən  başlanır.  Yeni  il 

bayramı dünyanın  müxtəlif  xalqları  üçün  ənənəvi  bayrama  çevrildiyi 

kimi, Azərbaycanda da  insanların  məişətinə  daxil  olub.  Bəzi  fərziyyələrə  görə, 

Yeni  ili  ilk  dəfə  qədim  çinlilər  qeyd  ediblər.  Bu  bayramın  yaranmasının  azı  25 

əsrlik  tarixi  var.  İlin  dəyişməsini  bayram  etmək  adəti  ilk  dəfə  qədim 

Mesopotamiyada  yaranıb.  Eramızdan  əvvəl  IV  minilliyin  sonunda Şumer, 

Babilistan, Assuriya kimi  bu  günümüzə  qədər  gəlib  çatan  mədəni  irsiylə  hələ  də 

bizi  heyrətləndirən  mədəniyyət  mərkəzləri  burada  təşəkkül  tapıb.  Tarixçilərin 

fikrincə, məhz həmin dövrdə ərazilərdə bu bayram edilib. Martın   axırında   Dəclə 

və 


Fərat 

çaylarında 

suyun 

səviyyəsi 



yüksələndə 

əkin-biçin 

işləri 

başlayarmış.   İnsanlar   yeni    ilin   gəlişini    də  elə  o zaman  qeyd  etmişlər. 12  gün 



ərzində  təntənəli  mərasimlər  davam  edərmiş.  Beləcə,  bu  bayram  həm  yeni  ilin 

gəlişini,  həm  həyatın  ölüm  üzərində  qələbəsini,  həm  də Milad gününü  özündə 

birləşdirmişdir. Yeni  il  bayramını  al-əlvan,  bərli-bəzəkli  küknar  ağacsız  təsəvvür 

etmək  çətindir.  Əlbəttə,  bu,  təbii  küknar  ağacından  olsa  və  yarpaqları  ətir  saçsa 

daha gözəl olardı. Amma təbiəti qorumaq naminə süni küknarla da keçinmək olar.

 

     İnternetdə: www.books.google.com 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə