Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə4/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   2   3   4   5   6   7   8   9   ...   148

 

 



 

     21 Yanvar - Beynəlxalq Qucaqlaşma Günü, (1986) 

Yanvarın 21-də bütün dünyada ən qeyri-adi bayramlardan biri – Beynəlxalq 

Qucaqlaşma Günü qeyd olunur (İnternational Hug Day). Bu bayramın əsası 1986-

cı  ildə  ABŞ-da  qoyulmuş,  sonradan  bütün  dünyada  yayılmışdır.  Bayramın 

ənənəsinə görə, həmin gün hətta tanımadığın insanlarla belə dostcasına qucaqlaşa 

bilərsən.  

Bu bayramın çox gənc olmasına baxmayaraq, onun müəllifinin kimliyi və nə 

üçün  məhz  bu  günü  seçməsi  müəyyənləşdirilməyib.  Belə  hesab  olunur  ki, 

bayramın təşəbbüskarı tələbələr olmuşlar.  

Son  illərdə  gənclər  bu  bayramı  geniş  qeyd  edirlər.  Bayramın  tərəfdarları 

hesab  edirlər  ki,  insanlar  qucaqlaşan  zaman  bir-birlərinə  müsbət  enerjilərini,  

qəlblərindən gələn istiliyi ötürürlər. 

Psixoloqlar  belə  hesab  edirlər  ki,  sizi  qucaqlamaq  istəyən  insanlar 

təhlükəsizlik,  komfort  və  sevgi  hisslərini  yaşamaq  istəyirlər.  Qucaqlaşma  bizi 

bütün  ömrümüz  boyu  müşayiət  edir.  Biz  görüşdüyümüz  zaman  və  ya  uzun 

ayrılıqdan  sonra  doğmalarımızı  və  dostlarımızı  qucaqlayırıq,  öz  sevincimizi  və 

minnətdarlığımızı bildirmək istəyərkən də qucaqlaşırıq. Bu bayram heç bir maddi 

xərcə  səbəb  olmur.  Siz  sevdiklərinizi  yalnız  qəlbinizin  hərarəti  ilə,  ürəkdən 

qucaqlaşaraq, sevginizi ifadə edərək təbrik edirsiniz, mükafatlandırırsınız.  

 

İnternetdə:

 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 



10 

 

 



23 Yanvar - Əl Yazısı (xətt) Günü  

Dövrümüzdə  kompüterlərin,  elektron 

poçtların,  elektron  bloknotların,  SMS-lərin  və 

digər  sürətli  ünsiyyət  vasitələrinin  ildən-ilə 

populyarlıq  qazanması  müasir  insanı  öz 

fikirlərini  əli  ilə  yazaraq  ifadə  etməkdən 

uzaqlaşdırır.  Bəlkə  də  yaxın  gələcəkdə  əl  ilə 

yazılmış  məktub  və  ya  açıqca  arzu  olunan 

hədiyyə olacaq. 

 

Hər il yanvarın 23-ü Xətt Günü və ya daha gözəl deyimlə, Əl  Yazısı Günü 



(National  Handwriting  Day)  qeyd  olunur.  Bu  günün  qeyd  olunmasında  əsas 

məqsəd  insanlara  əl  yazısının  unikallığını,  hər  bir  insanın  əl  yazısının 

özünəməxsusluğunu, əl ilə yazı yazmağın vacibliyini xatırlatmaqdır.  

Bu  bayramın  qeyd  olunması  ABŞ-nın  WIMA  təşkilatı  tərəfindən  təklif 

olunub.  WIMA  ABŞ-nın  yazı  ləvazimatları  istehsalçılarının  assosiasiyasıdır. 

Təşkilatın  məqsədi  əl  yazısının  dəyərini  xatırlatmaq  və  onun  populyarlığını 

artırmaq  olmuşdur.  Bu  məqsədlə  qeyd  olunacaq  bayramın  tarixi  məşhur  ABŞ 

dövlət  xadimi  Con  Xenkokun  anadan  olduğu  gün  seçilmişdir.  C.Xenkok  ABŞ-ın 

Müstəqillik Bəyannaməsinə ilk imza atan şəxs olmuşdur.  

Çində, Yaponiyada və bir çox digər Asiya ölkələrində gözəl yazmaq bacarığı 

incəsənət  hesab  olunur  və  bu  gün  hətta  kalliqrafiya  ustaları  çox  yüksək 

qiymətləndirilir. Başqa ölkələrdə gözəl əl yazısı çox yüksək qiymətləndirilməsə də, 

yaxşı  xətt,  gözəl  əl  yazısı  hər  yerdə  hörmətə  layiq  görülür.  Odur  ki,  belə  bir 

bayramın qeyd olunması çox mənalıdır.  



 

İnternetdə:www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


11 

 

 



29 Yanvar - Gömrük İşçiləri Günü, (1992) 

 

Azərbaycan    dövlət  müstəqilliyini  bərpa 

etdikdən  az  sonra  -  1992-ci  il  yanvarın  29-da 

müstəqil  gömrük  sisteminin  əsası  qoyuldu.   

Gömrük  dövlət  xəzinəsini  gəlirlə  təmin  edən  ən 

mühüm dövlət atributlarından biridir.  Bu sistemi 

həm  də  ölkəyə  qeyri-qanuni  yolla  müxtəlif 

malların  gətirilməsinin,  habelə  ölkənin  ən 

mühüm  strateji  sərvətlərinin  aparılmasının 

qarşısını  alır.  Azərbaycanda  gömrük  sisteminin 

təşkili  tarixi  çox  qədimdir.  Tarix  boyu  mövcud  olmuş  bütün  Azərbaycan 

dövlətlərində  gömrük  xidməti  ilə  məşğul  olan  xüsusi  təsisatlar  fəaliyyət 

göstərmişlər.  Lakin  gömrük  sisteminin  elmi-hüquqi  əsaslarla  təşkili  ilk  dəfə 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə olmuşdur. 

Azərbaycan  ərazisini  qeyri-qanuni  ticarətdən  və  qaçaqmalçılıqdan  qorumaq 

məqsədilə hökumətin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı və 

Şıxlı kəndlərində, Poylu dəmir yolu stansiyasında ilk gömrük postları yaradılmışdı. 

Azərbaycan hökuməti gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənədi 

1918-ci il avqustun 10-da qəbul etmişdi. 

Azərbaycan  parlamentinin  1918-ci  il  18  avqust  tarixli  qanununa  əsasən, 

qaçaqmalçılıqla  mübarizə,  ölkənin  ərazisini  qeyri-qanuni  ticarətdən  qorumaq 

məqsədilə  Azərbaycanın  sərhədlərində  99  gömrük  postu  yaradılmışdı  və  burada 

992 gömrük işçisi keşik çəkirdi. Aprel işğalı, digər sahələrdə olduğu kimi, gömrük 

sistemində də işlərin başa çatdırılmasına imkan vermədi. 

SSRİ  dövründə  Azərbaycanda  gömrük  sistemi  mövcud  olmamışdır.  Bu  iş 

yalnız  ittifaq  orqanları  tərəfindən  həyata  keçirilirdi.  Azərbaycan  Respublikası 

Prezidenti  Heydər  Əliyevin  sərəncamı  ilə  29  yanvar  gömrük  işçilərinin  peşə 

bayramı günü elan olunmuşdur. 

 

 

İnternetdə:



 

www.books.google.com 

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə