Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Yanvar - Ümumdünya Bitlz Günü (The Beatles), (2001)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə3/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   2   3   4   5   6   7   8   9   ...   148

 

 

 

16 Yanvar - Ümumdünya Bitlz Günü (The Beatles), (2001) 

  

   


 

 

 



 

 

 



 

 

 



2001-ci  ildən  YUNESKO-nun  qərarı  ilə  hər  il  yanvarın  16-sı  Ümumdünya 

Bitlz  Günü  kimi  qeyd  olunur.  Bu  tarix  təsadüfi  olaraq  seçilməyib.  1957-ci  il 

yanvarın 16-da  Böyük Britaniyanın Liverpul şəhərində ―The Cavern‖ klubu açılıb. 

Məhz  bu  klubda    hələ  o  zaman  heç  kəsin  tanımadığı  gənc  musiqiçilər  -  Con 

Lennon, Pol Makkartni və Corc Harrison şöhrətə doğru ilk addımlarını atıblar. Bir 

neçə il sonra Rinqo Starr da onlara qoşulub. 

 

İnternetdə:

  www.books.google.com 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



17 Yanvar - Ümumdünya Uşaq İxtirası Günü  

 

Hər il 17 yanvar dünyada Uşaq İxtirası Günü kimi qeyd 

edilir.  Maraqlıdır  ki,  bu  tarix  məşhur  amerikalı  siyasətçi 

Benjamin  Franklinin  doğum  günü  tarixi  ilə  eyni  təyin 

edilmişdir.  1718-ci  ildə  12  yaşlı  Benjamin  balıq  üzgəclərini 

xatırladan  iki  qəribə  əşya  ilə  çimərlikdə  peyda  olur. 

Ətrafdakıların  istehzalı  gülüşlərinə  baxmayaraq  Benjamin  o 

gün hamıdan daha sürətlə üzür. Beləliklə, üzgüçülük üçün ilk 

lazımi  əşya  yaranmış  olur.  Franklin  15  yaşında  olarkən 

dünyaya növbəti bir yenilik – yellənən kürsünü bəxş edib.  

 

  

1824-cü ildə isə fransız çəkməçinin 15 yaşlı oğlu Lui 



Brayl görmə qabiliyyəti olmayan  insanlar üçün xüsusi şrift 

yaradıb və bu hərflər onun şərəfinə Brayl şrifti adlandırılıb. 

Qeyd  edək  ki,  Lui  atasının  emalatxanasında  çəkməçi 

bıcağına ilişərək  yıxılmış  və 5  yaşında görmə  qabiliyyətini 

itirmişdir.  Lakin  Lui  öz  ixtirasının  köməkliyi  ilə  oxumağı 

öyrənmişdi. Dünya hələ də bu ixtiradan istifadə edir.  

 

 

  



Amerikalı  Frenk  Epperson  isə 

qışda  küçədə  qalmış  1  stəkan  limonadın 

onu  milyonçuya çevirəcəyini  ağlına  belə 

gətirməmişdi. 

Səhər  limonad  buza 

çevrilmişdi  və  beləliklə  11  yaşlı 

Epperson ―meyvəli buzun‖ ixtiraçısı olur. 

O,  ilk  vaxtlarda  öz  ixtirasını  kütləvi 

istehsalata çevirməyi düşünmürdü və onu 

yalnız  18  ildən  sonra,  yəni  1923-cü  ildə 

donmuş limonad istehsalı ilə məşğul olan 

zavodu yaratdıqda xatırlayır. 1928-ci ildə 

isə  patenti  satmış  və  mütəmadi  olaraq 

yaxşı gəlir əldə etmişdir. 



İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 


 

 



20  Yanvar - Ümumxalq Hüzn Günü, (1990)

  

 

 

“Azərbaycan  xalqı  bu  günü  heç  vaxt  yaddan  çıxarmayacaq  və  gələcəkdə 

də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda özlərini qurban 

verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab 

edirəm  ki,  bugünkü  müstəqil,  qüdrətli  Azərbaycan  xalqımızın  ən  böyük 

sərvətidir.  Şəhidlərimizin,  canlarını  qurban  vermiş  insanların  bu  işdə  böyük 

xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.”            

                                                                                                   

İlham Əliyev,

 

        Azərbaycan Respublikasının Prezidenti 

20  Yanvar  faciəsi  1990-cı  il  yanvarın  19-dan 

20-nə  keçən  gecə sovet  ordusunun  erməni  quldur 

dəstələri  ilə  birgə Azərbaycan  xalqına  qarşı  həyata 

keçirdiyi terror aktıdır.

 

  



Yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən 

fövqəladə  vəziyyət  elan  edilmədən,  sovet  ordusu 

Azərbaycana qarşı 

hərbi əməlliyatlara başlayıb. Faciə 

zamanı  137  insan öldürülüb,  744    nəfər ağır  xəsarət 

alıb,  841  nəfər  isə  qanunsuz  həbs  edilib.  17  yanvar 

1992-ci  ildə  Ali  Sovetin  Milli  Şurası  (1991-1992-ci  illərdə    qanunverici  orqan 

funksiyasını  yerinə  yetirən  orqan)  ―20  Yanvarın  Şəhidlər  Günü  elan  olunması 

haqqında" qanun qəbul edib. Qanuna əsasən, yanvarın 20-si ölkə ərazisində qeyri-

iş  günü  elan  olunub.  1994-cü  ildə  Qanlı  Yanvar  hadisələrinə  tam    siyasi-hüquqi 

qiymət verilib, faciənin  günahkarlarının adları açıqlanıb.  

 Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən 

və  keçmiş SSRİ rəhbərliyinin  onlara  havadarlığından  hiddətlənən,   küçələrə  və 

meydanlara  çıxaraq  qəti  etirazını  bildirən  xalq  kütlələrinə  qarşı  Azərbaycan 

ərazisinə  ordu  hissələrinin  yeridilməsi  1990-cı  ilin  20  yanvarında  misli 

görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının 

azadlığını,  şərəf  və  ləyaqətini  hər  şeydən  uca  tutan  mərd  vətən  övladları 

canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar. 

 

Kitablar:  R.Səməndər    ‖Şəhidlər‖  (1990),  V.Babanlı  ‖  Hoydı,  dəlilərim,  hoydı!‖  

(1993),  M.Ələkbərli    ―Ağlama  şəhidlərə‖  (2002),  Hidayət  ‖Azərbaycan  harayı‖ 

(2002),  N.Kəsəmənli  ―20 Yanvar ; Qar yağır Şəhidlər xiyabanına‖ (2002),  Qabil. 

‖Çalsın  Azərbaycan  haray  zəngini‖  (2002),    B.Vahabzadə    ―Şəhidlər‖  (2002),  

B.Eyyubova.  ―20  Yanvar‖  (2003),  A.Kamal.    ―Şəhidlər  xiyabanı‖  (2003),  

N.Əyyub    ―Qanlı  Yanvar‖  (2004),  M.Gülgün    ―Şəhid  balaları‖,  O.Hacıyeva  

―Şəhidliyə  qovuşaq‖  (2004),  Y.Hüseyn    ―Şəhidlər‖  (2004),      İ.Allahverdiyev   

―Şəhidlər  xiyabanı‖  (2005),    M.Aslan  ―Ağla,  qərənfil,  ağla‖  (2006),    Aslan  M. 

―Məzarsız  şəhidə  ağı‖  (2006),    R.Buzovnalı    ―Şəhidlər‖  (2007),    Z.Dəmirçi    ―20 

Yanvar‖ (2008) və s.  



Filmoqrafiya: ―Azadlığa gedən yollar” (1990),  “20 yanvar‖ (1990), ―Matəm‖ 

(1990) və s. 



İnternetdə: 

www.az.wikipedia.orq

;

  

www.books.google.com 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə