Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3.73 Mb.

səhifə1/148
tarix13.11.2017
ölçüsü3.73 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   148


 

                 



Azərbaycan Respublikası  

                    Mədəniyyət və Turizm Nazirliyi 

               



F.Köçərli adına Respublika Uşaq Kitabxanası 

 

                                                             



 

                    



 

 

 



 

 

 

 

      2017-ci il üçün əlamətdar və tarixi günlər təqvimi  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                               B A K I – 2 0 16 




 

                                                    Tərtibçidən 



  

Ötən  əsrin  yetmişinci  illərində  F.Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasında elmi-metodik fəaliyyəti kitabxanaşünaslıq fikrinin son nailiyyətləri 

zəminində təşkil etmək məqsədilə zəngin metodik nəşrlər fondu yaradılıb. Fondda 

uşaqlara  kitabxana  xidmətinin  bütün  nəzəri,  metodik-təcrübi  nailiyyətlərini  və 

qabaqcıl  təcrübəni  əks  etdirən  ədəbiyyat  toplanılıb.  Hazırda  buradan  yalnız 

kitabxananın  öz  işçiləri  deyil,  həmçinin  respublikada  fəaliyyət  göstərən  uşaq 

kitabxanalarının  əməkdaşları  da  geniş  istifadə  edirlər.  Elmi  metodika  şöbəsinin 

tərtib  etdiyi  metodik  məktub  və  tövsiyələrdən  respublikamızın  uşaq  kitabxanaları 

və uşaq mütaliəsinə rəhbərlik edənlər bəhrələnirlər.   

F.Köçərli adına Respublika Uşaq Kitabxanası bir çox dünya kitabxanaları ilə 

əlaqə yaradıb və onların iş təcrübələrindən istifadə etməklə, bu sahədə ən müasir 

metod və formaları tətbiq edib.   

Elmi  metodika  şöbəsi  son  illər  metodiki  vəsaitlərlə  yanaşı,  əlamətdar  və 

tarixi günlər təqvimi də hazırlayır. İllər ötdükcə təqvim daha da təkmilləşir, həcmi 

genişlənir,  mövzu  üzrə  bölmələrinin  sayı  artır  və  geniş  məlumat  mənbəyi  kimi 

formalaşır. Təqvim mədəniyyət işçiləri, müəllimlər, kütləvi informasiya vasitələri 

və  daha  çox  kitabxana  işçiləri  üçün  nəzərdə  tutulub.  Təqvimi  hazırlamaqda  əsas 

məqsəd  geniş  oxucu  kütləsinə  və  mütəxəssislərə  respublikamızın  ictimai-siyasi, 

iqtisadi,  mədəni,  elmi  həyatında  baş  verən  ən  mühüm  hadisələri,  kitabxana  işi 

haqqında  və  başqa  dəqiqləşdirilmiş  məlumatları  çatdırmaqdır.  Təqvimə  milli  və 

dünya ədəbiyyatı, incəsənət, elm, texnika və müxtəlif elm sahələrinin ən görkəmli 

nümayəndələri,  eləcə  də  tarixi  hadisələr  haqqında  məlumatlar  daxil  edilir.  Ümid 

edirik  ki,  yubilyarlar,  əlamətdar  və  tarixi  günlər  haqqında  təqvimdə  verilən 

materiallar kütləvi tədbirlərin keçirilməsində kitabxanaçılar üçün  gərəkli olacaq.  

İstifadəçilərdən  xahiş  edirik  ki,  təqvimlə  bağlı  rəy  və  təkliflərini 

kitabxanamızın elmi metodika şöbəsinə çatdırsınlar.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 


 

                       



Xoruz ili 

Xoruz  ili    28  yanvarda  Meymun  ilini 

əvəz  edəcək.  İşıq  və  oyanış  xüsusiyyətlərini 

daşıyan  Xoruz  ili  2017-ci  ildə  də  orjinal  və 

enerji  dolu  olacaq.  Bu  günə  qədər  düzgün  və 

dəqiq idarə 

olunan layihələr 

ən 


böyük 

mükafatlarını məhz bu il qazanacaqlar. 

Xoruz  ev  heyvanlarının   lideri  olduğu 

üçün,  bu  ildə  doğulan  insanlar  çox  qürurlu, 

özündən  əmin və təkəbbürlüdürlər.  Şüarları 

Sədaqətlikdir.  Səmimidirlər.  Hər  zaman 

həqiqəti  deyər  və  verdikləri  sözləri  tutarlar. 

Daim  qarşılıqlı  hörmət  gözləyən  bu  ilin 

sahibləri mənfi cəhətlərinin ortaya çıxmasından utanar və çəkinərlər. 

Xoruz ilində doğulan insanın ən güclü xüsusiyyəti müşahidə qabiliyyətidir. Bir işin 

hər detalını incələyərlər. Hətta onlar haqında ―çiynində də gözləri var‖ deyilir. Heç 

bir  şey  diqqətindən  qaçmaz.  Sosialdırlar  və  iddialı  işləri  bacarmaq  qabiliyyətinə 

malikdirlər. 

Diqqət  mərkəzində  olmağı,  təqdir  edilməyi,  təriflənməyi  sevən  bu  ilin 

sahibləri  zövqlüdürlər  və  yaxşı  geyinməyi  bacarırlar.  Başqalarının  görünüşünü 

davamlı  tənqid  etməyi  sevərlər.  Səyahətlərində  yaxşı  pul  xərcləyərlər.  Yeni 

tanışlıqlara  daim  meyillidirlər.  Həddindən  artıq  göstərişli  davranışları  onları 

ehtiraslı  olmağa  doğru  aparar.  Cəsur  insanlardırlar  və  birinin  köməyə  ehtiyacı 

olduğunda dərhal ora qaçarlar. 

Tövsiyə  almaqda  çətinlik  çəkərlər.  Müstəqil  təbiəti, iş  həyatında  davamlı 

olaraq  öz  inkişafını  təmin  etməsini  və  öz  mənfəətini  qorumasını  təmin  edər.  Öz 

fikirlərinə,  tənqidlərinə  və  seçimlərinə güvənərlər.  Bəzən  inadçılığı  tuta  bilər.  İş 

həyatında  yorulmaz  və  haqqları  üçün  sonuna  qədər  mübarizə  apararlar.  Xoruz 

ilində doğulan insanlar bəzən çox eqoist və öz fikirlərini qəbul etdirməyi sevsələr 

də,  güvənilən  və  yaxşı  vaxt  keçirilən  bir  yoldaş  olmağı  da  bacarırlar.  Xoruz  çox 

romantikdir. Hədiyyələri sevərlər, xüsusilə də bahalı brendləri isə xüsusi ilə. Daim 

əsl sevgini axtarar və sevdiyi insanlara sadiq olarlar. 

İnternetdə: 

www.books.google.com 

 

 



 

 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   148


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə