Katibinin xüsusi nümayəndəsi Robert Simmonsun sözlərinə
görə, artıq imzalanıb və yaxın zamanda təsdiqlənəcəkdir. Bu sə
nəd növbəti iki il üçün Azərbaycanın NATO ilə yeni əməkdaşlıq
perspektivlərini və prioritetlərini müəyyən edir. [27]
Ümumiyyətlə, Azərbaycan NATO-nun tədbirlərində və
proqramlarında fəal iştirak edir. Təkcə 2008-ci ildə bizim ölkə
NATO/SNT tədbirlərinin 200 tədbirində iştirak etmiş [42],
2009-cu ildən isə bu iştirakı bir qədər də artırmaq niyyətindədir.
2006-cı ildə SNT üçün ayrılan vəsait 300 000 ABŞ dollarından
850 000 ABŞ dollarına qədər artırılmışdır. 2007-c ildə bu rəqəm
1.8 milyon ABŞ dollarına qədər artırılmışdır. 2008 və 2009-cu
illər üçün ayrılan məbləğ eyni olmuşdur - təxminən 2 milyon
ABŞ dollan.
Azərbaycanın NATO ilə əməkdaşlığının digər bir istiqaməti
BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırıl-
mış, NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyat
larında iştirak etməsidir.
Azərbaycan 1999-2008-ci illərdə NATO-nun Serbiyanın
Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak etmiş, 2008-
ci ildə bu əyalətin öz müstəqilliyini birtərəfli şəkildə elan et
məsindən sonra öz qüvvələrini oradan çıxarmışdır.
Azərbaycan NATO-nun Əfqanıstanda apardığı NATO/ Bey
nəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatına
hərbi və mülki sahədə töhfə verməkdədir. 20 noyabr 2002-ci il
tarixindən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sülh
məramlı taborunun 22 nəfərlik heyəti Əfqanıstandakı əməliyyata
cəlb olunmuşdur. 15 yanvar 2008-ci il tarixində Əfqanıstanda
xidmət edən Azərbaycan hərbçilərinin sayı 45 nəfər çatdırılmış
və 19 fevral 2009-cu il tarixində isə bu rəqəm daha iki dəfə
artırılmışdır. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nələr
110
dən ibarət bir taboru İSAF tərkibində xidmət edir.
Tərəfdaşlığın gələcəyi və NATO-nun regiona siyasəti ilə
bağlı, Avro-Atlantika təhlükəsizliyi böhranların idarəolunması
sahəsində imkanların artırılması, etibarlı nəqliyyat dəhlizlərinin
yaradılması və enerji təhlükəsizliyi kimi sahələrin inkişaf etdiril
məsindən asılıdır. Bütün bunlar Tərəfdaşlığın bir institut kimi
daha da inkişaf etdirilməsini tələb edir. Tərəfdaşlığın inkişaf et
dirilməsi NATO ilə 3 pilləyə əsaslanan təhlükəsizlik əməkdaş
lığının inkişaf etdirilməsinə şərait yaratmalıdır: siyasi yekdillik
(political unanimity), hüquqi ahəngdarlıq (legal harmony) və
əməli uyarlılıq (practical interoperability). Belə inkişaf NATO
nun hazırda artan qlobal rolu çərçivəsində və Sülh Naminə
Tərəfdaşlıq proqramının Çərçivə Sənədində əks olunmuş
prinsiplər əsasında fəal, Avropa dəyərlərini bölüşən və bey
nəlxalq hüquqa hörmətlə yanaşan tərəfdaşlara təhlükəsizlik qa
rantiyalarının verilməsini ehtiva etməlidir. Təhlükəsizlik qaran
tiyalarının verilməsi beynəlxalq hüququn pozulmasının qarşısını
alar və beynəlxalq münasibətlərdə sabitliyi təşviq edərdi.
Təəssüflər olsun ki, ölkə hüquq ədəbiyyatında Hrınənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid NATO çərçivə
sində qəbul olunmuş beynəlxalq hüquqi sənədlərin təhlilinə
həsr olunmuş işlər, bir neçə istisna çixmaqla [43; 44], yoxdur.
Flalbuki. NATO tərəfindən bu konfliktə dair bir sira qərarlar və
qətnamələr qəbul olunub.
2006-cı ilin noyabrında Riqada keçirilmiş NATO-ya üzv
olan ölkələrin dövlət və hökumət başçıları summitinin (zirvə
görüşünün) yekun kommünikesinin 43-cü bəndində postsovet
ölkələrində mövcud olan münaqişələrə münasibət bildirilmiş
dir. Sənəddə Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Mol
dovanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə
111
dəstək verilir. (45) Bu çox vacib bir müddəadır. Avropa ölkələ
ri və Avrasiya üzrə ABŞ dövlət katibinin müavini Daniel Frid
qeyd edir ki, “NATO bu haqda ilk dəfə bəyan edir və bu, bu öl
kədə olan dövlətlər üçün vacib siqnaldır ”. [46]
NATO-nun bu mövqeyi NATO-nun 2008-ci ilin aprel ayın
da Buxarestə keçirilmiş NATO-ya üzv olan ölkələrin dövlət və
hökumət başçılarının summitində (zirvə görüşündə) bir daha oz
təsdiqini tapmışdır. Buxarest zirvə görüşünün yekunu üzrə 3
aprel 2008-ci ildə qəbul olunmuş Bəyannamənin 43 bəndində
deyilir ki, "NATO Cənubi Kavkazda və Moldovada regional
münaqişələrin saxlanılmasından öz narahatlığını bildirir. Bizim
xalqlar Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldo
vanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə öz
dəstəyini verirlər. Biz, bu prinsiplər nəzərə alinrnaqla, bu regio
nal münaqişələrin dinc yolla nizamlanmasına yönəlmiş tədbir
lərə dəstək verilməsini davam edəcəyik”. [47] Riqada qəbul
olunmuş sənədə nisbətən Buxarestə qəbul olunmuş sənəddə çox
vacib bir əlavə var. Sənəddə Cənubi Kavkazda və Moldovada
regional münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının prinsipləri
müəyyən edilir. Bunlar Azərbaycanın və Ermənistanın ərazi
bütövlüyü, müstəqilliyi və suverenliyi prinsipləridir. Ermə
nistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair nəzərə
almaq lazımdır ki, Azərbaycan rəsmi olaraq hal-hazırda Ermə
nistanın ərazisinə iddia etmir və heç bir iddia tələbi irəli sürmür.
Əksinə olaraq, Ermənistan Azərbaycanın torpağlarını işğal
altında saxlayır və Azərbaycanın ərazi bütövlüyünü pozur.
Deməli, NATO-nun Buxarest Bəyannaməsinin 43-cü bəndinin
mahiyyəti faktiki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mü
naqişəsinə dair Azərbaycanın ərazi bütövlüyünə dəstək verilməsi
112
və bu münaqişənin yanlız Azərbaycanın ərazi bütövlüyü çər-
çəvəsində nizama salınmasından ibarətdir. NATO-nun eyni
mövqesi 3 dekabr 2008-ci ildə Brüsseldə NATO-nun baş gərar-
gahmda NATO-nun Xarici İşlər Nazirləri səviyyəsində keçiril
miş görüşün yekun kommünikesinin 35 bəndində [48] və 4 Ap
rel 2009-ci ildə Strastburqda-Kelledə NATO ölkələrinin dövlət
və hökumət başçılarının summitinin (zirvə görüşünün) yekun bə
yannaməsinin 58-ci bəndində öz əksini tapmışdır. Bəyannamədə
qeyd olunur ki, NATO Cənubi Kavkaz ölkələrinin və Moldova
nın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək
verməsini davam edir və bu prinsiplər nəzərə alınmaqla bu
reqional münaqişələrin sülh yolu ilə nizama salınmasına yönəl
miş tədbirlərin dəstəklənməsinə davam edəcəkdir. [49]
19-20 noyabr 2010-cu ildə Lissabonda NATO-nun növbəti
sammiti baş tutdu. Bu sammitdə də Azərbaycanın ərazi bütövlü
yü yenidən dəstəkləndi. Belə ki, NATO-ya üzv olan ölkələrin
dövlət və hökumət başçılarının Lissabon Summitində (zirvə
görüşündə) qəbul olunmuş Bəyannamənin 35-ci bəndində Ermə
nistanın, Azərbaycanın, Gürcüstanın və Moldova Respublikası
nın ərazi bütövlüyünə, müstəqlliyinə və suverenliyinə dəstək
verilir və bu prinsiplər nəzərə alınmaqla bu reqional münaqi
şələrin sülh yolu ilə nizama salınmasına yönəlmiş tədbirlər dəs
təklənir. [114] Cənubi Qavkaz və Orta Aziya ölkələri üzrə
NATO Baş Katibinin xüsusi nümayəndəsi Robert Simmons
qeyd edir ki, NATO regionda bu münaqişələrin nizamlanmasın
da maraqlıdır və bu istiqamətdə siyasi danışıqları dəstəkləyir.
Onun sözlərinə görə, Cənubi Qavkazda olan münaqişələrin döv
lətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməsi NATO-nun
Lissabon sammitində qeyd olunmuşdur. (27J Faktiki olaraq,
NATO-nun bu mövqeyi bir daha Azərbaycanın dəstəklənməsinə
113
Yüklə Dostları ilə paylaş: |