Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə31/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   27   28   29   30   31   32   33   34   ...   84

də  bütün  səviyyələrdə  leqitim  regional  hakimiyyət  orqanlarının 
formalaşması  vasitəsi yolu ilə, nəzarət edilməyən ərazilərin əha­
lisini təşkil edən icmalar  üçün dövlət  işlərinin idarə edilməsində 
bərabər  iştirakçılığa  onlarm  hüquqlarının  effektiv  realizasiyası 
məqsədilə,  zəruri  şərtləri  təmin  edəcək  özünüidarəetmə  statusu 
müstəsna  olaraq  qanuni  və  demokratik  proses  çərçivəsində 
müəyyən edilə bilər.
Faktiki,  burada erməni-azərbaycan,  dağlıq  qarabağ  münaqi­
şəsi  daxil  olmaqla,  postsovet  məkanda  regional  münaqişələrin 
nizamlanmasının əsas elementləri və prinsipləri müəyyən edilir.
Bəyannamədə həmdə qeyd olunur ki, bir sıra QU AM ölkələ­
rinin  ərazisində  nizamlanmamış  münaqişələr  bu  ölkələrdə  de­
mokratik  islahatların  tammiqyaslı  həyata  keçirilməsini  çətinləş­
dirir.  Sizim  fikrimizcə,  bu  hala  diqqətin  cəlb  edilməsi  xüsusilə 
vacibdir.
Qeyd  etmək  maraqlıdır ki,  bu  müddəa 24  iyul  2008-ci  il  ta­
rixli  AŞPA-nm  1614  nömrəli  ”Azərbaycanda  demokratik  insti­
tutların  fəaliyyəti  haqqında”  adlı  qətnaməsinin  25.1  bəndində 
[34J  və 25  iyun 2008-ci  il  tarixli  AŞPA-nın  1619 nömrəli  “Avro­
pada  demokratiyanın  vəziyyəti.  Avropada  demokratik  institut­
ların  fəaliyyəti  və  Assambleya  tərəfindən  monitorinq  prosedu­
runun  keçirilməsi”  adlı  qətnaməsinin  10.1  bəndində  öz  əksini 
tapmış  müddəa  ilə  eyni  səslənir.  (,?#j  (AŞPA-nın  bu  qətnamələ­
rində qeyd olunur ki,  Azərbaycanda, Gürcüstanda və  Moldovada 
bıı  ölkələrin  ərazi  bütövlüyü  bərpa  olunmayana  qədər  demok­
ratik dəyişiklikləri  möhkəmləndirmək mümkün olmayacaq).
2007-ci  ildə  Azərbaycan,  Gürcüstan  və  Ukrayna  Prezident­
lərinin,  Moldovanın  Baş  nazirinin  iştirakı  ilə  Bakıda  keçirilmiş 
QIJAM  sammitində  “QUAM:  Qitələri  birləşdirərək”  adlı  Bakı 
Bəyannaməsi  qəbul  olunmuşdur.  (Bu  sammitdə  -  xüsusi  qonaq
122
qismində  Polşa,  Litva  və  Rumıniya  Prezidentləri,  Bolqarıstanın 
Vise-Prezidenti,  Estoniyanın  Vise-Spikeri,  Latviyanın  iqtisadiy­
yat naziri, ABŞ-nın,  Yaponiyanın, ATƏT-in, Qara dəniz iqtisadi 
əməkdaşlıq  təşkilatının,  YUNESKOnun  yüksək  səviyyəli  nü­
mayəndələri, Azərbaycanda akkreditə edilmiş diplomatik nüma- 
vəndiklərin  başçıları  iştirak  edirdilər).  Bəyannamədə  ölkələrin 
suverenliyi,  ərazi  bütövlüyü  və  beynəlxalq  tanınmış  sərhədlərin 
sarsılmazlığı  prinsiplərinə  riayət  edilməsi  əsasında  və  2006-cı 
ildə  münaqişələrin  nizamlanması  məsələsi  üzrə  QUAM  ölkələri 
başçıları  tərəfindən  qəbul  olunmuş  birgə  Bəyannamənin  müd­
dəalarına  uyğun olaraq  QUAM  regionunda uzanan  münaqişə-lə- 
rin  nizamlanması  üzrə birgə  fəal  hərəkətləri davam etmək zəruri­
liyi  təsdiq  edilir.  Bununla  yanaşı,  Bakı  Bəyannaməsində  belə 
münaqişələrin  həll  edilməsi  üçün  beynəlxalq  birlik  tərəfindən 
dəstəklənməsinə  səfərbərliyin  vacibliyi  haqqında  müddəa  əks 
olunub.  Bakı  Bəyannaməsində,  Kiev  Bəyannaməsində  olduğu 
kimi,  onların  toxunduğu  ərazilərin  dövlətin  siyasi,  hüquqi  və 
sosial-iqtisadi  sisteminə  rcinleqrasiyası, onların  tam  reabilitasiya 
olması,  köçürülmüş əhalinin  daimi yaşayış yerlərinə qaytarılma­
sı,  nəqliyyat  yollarının  bərpa olunması  və  bu  ərazilərdə  icmalar 
arasında  dinc yaşayışın  və  əməkdaşlığın  təmin  edilməsi  yolu  ilə 
münaqişələrin  nizamlanmasının  allernativsizliyinə,  ədalətliliyinə 
və möhkəmliliyinə inam  ifadə olunur \6Ц
2007-ci  ildə  QUAM-ın yubiley  Vilnyus sammiti  keçirilmiş­
dir.  Bu  sammitin  işində  Azərbaycan,  Gürcüstan.  Ukrayna  Prezi­
dentləri,  Moldova nümayəndə heyətinin  başçısı  və həmdə qonaq 
qismində  -  Latviya,  Litva,  Polşa  Prezidentləri,  ABŞ  Energetika 
nazirinin  müavini  iştirak  edirdilər.  Sammitin  nəticələrinə  görə 
bəyanat qəbul  olunmuşdur.  Bəyanatda böyük narahatçılıqla qeyd 
olunur ki,  bizim  dövlətlərin  inkişafı və inteqrasiya olunması  pro­
123


r*WV,lı
sesi  hələm  də  bir  çox  həll  olunmamış  problemlərlə  bağlıdır. 
Bunların  içində  Azərbaycanın,  Gürcüstanın  və  Moldovanın  əra­
zilərində  həll  olunmamış münaqişələr də  var.  Bununla bağlı,  bu 
münaqişələrin həllini  dövlətlərin  suverenliyi, ərazi  bütövlüyü və 
beynəlxalq tanınmış sərhədləri  əsasında axtarmaq  öhdəliyini  ye­
nidən  təsdiqləmişlər.  Bundan  əlavə.  Bəyanatda  aqressiv  millət­
çiliyin,  hərbi  separatizmin  və  dezinteqrasiyanın  bizim  regionda 
heç bir gələcəyinin olmamasına dair qəti  inam ifadə olunub.  [62]
1  iyul  2008-ci  ildə  Gürcüstanda,  Batumi  şəhərində QUAM- 
ın  üçüncü  sammiti  keçirilmişdir.  Bu  sammitdə  Azərbaycanın, 
Gürcüstanın,  Ukraynanın  Prezidentləri,  Moldova  Respublikası­
nın  xarici  işlər  naziri,  qonaq  qismində  isə  -  Polşa  və  Litva  Pre­
zidentləri,  Çexiya  Respublikasının  xarici  işlər naziri,  Qazaxısta­
nın  nəqliyyat  və  rabitə  naziri,  ABŞ-nın,  Yaponiyanın,  Rusiya 
Federasiyasının,  Rumıniyanın,  Slovakiya  Respublikasının,  Tür­
kiyənin,  Finlandiyanın  (ATöT-in  Fəaliyyətdə  olan  Sədrinin  nü­
mayəndəsi  qismində),  Fransız  Respublikasının  (AB  sədrlik  edən 
dövlətin  nümayəndəsi  qismində),  Müstəqil  Dövlətlər  Birliyi, 
Ərəb  Dövlətləri  Liqası  beynəlxalq  təşkilatlarının  yüksək  sə­
viyyəli  nümayəndələri,  Gürcüstanda  akkreditə  edilmiş  diploma­
tik  nümayəndiklərin  başçıları  iştirak  edirdilər.  [6.?]  Dövlət  baş­
çıları  uzanan  münaqişələrdən,  aqressiv  separatizm  və  ekstre­
mizmdən, beynəlxalq  terrorçuluq və digər cinayətlərdən doğulan 
təhlükələrlə bağlı öz dərin  narahat)ıqlannı  bildirdilər və QUAM- 
ın  beynəlxalq  strukturlar  ilə  sıx  əməkdaşlıqda  bu  təhlükələrə 
qarşı birgə çıxış etməyə hazır olmasını təsdiqlədilər.
Sammitin  nəticələri  üzrə  "QUAM -- Şərqi  Avropanı  inteqra­
siya  edərək”  adlı  Batum  Bəyannaməsi  imzalanmışdır.  Bəyan­
namənin  8  bəndində  15-16  aprel  2008-ci  ildə  Bakı  şəhərində 
keçirilmiş  “QUAM  dövlətlərinin  ərazisində  münaqişələrin  ni-
124
zamlanmasmın  prinsipial  əsasları”  adlı  beynəlxalq  konfransın 
tövsiyələri  nəzərə alınmaqla suverenlik, ərazi  bütövlüyü və  döv­
lətlərin beynəlxalq  hüquqi  sərhədlərinin toxunulmamazlığı  prin­
siplərinə  riayət  edilməsi  əsasında  nəzarət  olunmayan  ərazilərin 
onlann  bir  hissəsi  olan  dövlətlərə  reinteqrasiyasi,  məcburi  köç­
künlərin onların daimi yaşayış yerlərinə qayıtması və dövlətlərin 
beynəlxalq  hüquqi  sərhədlərinin  çərçivəsində  müxtəlif  etnik 
qrupların  birgə  dinc  yaşayışının  təmin  edilməsi,  vətəndaş  cə­
miyyətinin  inkişafı, bu ərazilərdə dağıdılmış infrastrukturun bər­
pa edilməsi  və  həmdə  bütün tərəflərin faydası  üçün kommunika­
siyaların  istifadə  edilməsi  yolu  ilə  QUAM  regionunda  mü­
naqişələrin  dinc  nizamlanmasına  tərəfdarlığını  yenidən  təsdiq 
edilir. [64]
Qeyd  etmək  lazımdır  ki,  QUAM  ölkələri  beynəlxalq  təşki­
latlar,  o  cümlədən  BMT  və  ATƏT  çərçəvəsində  əməkdaşlıq 
edirlər.  24  may  2000-ci  il  tarixində  keçirilmiş  QUAM  ölkələri 
xarici  işlər  nazirlərinin  birgə  kommünikesi  belə  əməkdaşlığa 
əhəmiyyətli  dərəcədə  təkan  verdi.  Bu  sənəddə  beynəlxalq  təşki­
lat və  forumlar çərçivəsində, xüsusən  BMT-də, ЛТОТ-də,  Avro­
pa  Şurasında,  MDB-ə,  ümumi  maraqların  irəlilənməsi  üçün 
əməkdaşlığın  möhkəmləndirilməsinin  zəruriliyi  bəyan  edilmiş­
dir.  Həmdə  QUAM  ölkələri  adından  ümumi  təşəbbüslərin  irəli 
sürülməsi  və  çıxışlardan  fəal  istifadə  edilməsi  zərurəti  qeyd 
olunmuşdur.  Oııənəvi  olaraq.  Nyu-Yorkda BMT-nin  Baş  Məcli­
sinin  işində  iştirak  etmə  çərçivəsində  QUAM  ölkələrinin  xarici 
işlər nazirləri  Şurasının  iclasları  keçirilir.  Mütəmadi  əsasda  həm 
BMT  və  ATƏT  yanında  QUAM-a  üzv  olan  ölkələrin  daimi 
nümayəndələri  səviyyəsində,  həmdə  ekspertlər  səviyyəsində 
görüşlər  keçirilir.  QUAM-da  BMT,  ATƏT  və  digər  beynəlxalq 
təşkilatların  iclaslarında  ümumi  çıxışların  həyata  keçirilməsi
125


Yüklə

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə