Ц
VÜ.IM
**JÜ«1**wii
yönəlib. Çox maraqlidir ki, NATO tərəfindən qəbul edilmiş
qərarlarda Azərbaycanın ərazi bütövlüyünə heç bir qeyd-şərt ol
madan dəstək verilir, və bununla yanaşı, ümümiyyətlə, Ermənis
tan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına
yönəlmiş prinsiplərin sırasında xalqların öz müqəddaratını
təyinetmə prinsipinin heç adı belə çəkilmir. NATO Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını
ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi prinsipləri
əsasında görür və bu prinsiplər nəzərə alınmaqla bu reqional
münaqişələrin sülh yolu ilə nizama salınmasına yönəlmiş
tədbirləri dəstəkləyir.
Heç də təsadüfi deyil ki, məhs bu səbəbdən Ermənistan Pre
zidenti S. Sarqsyan NATO-nun Lissabon Summitinə qəlməsin-
dən boyun qaçırdı. “ATƏT tərəfindən bəyan edilmiş prinsip
lərdən təkcə birinə istinad edilən cənubi-qavkaz münaqişələrin
həllinin əvvəlki unifikasiya edilmiş ifadələrin NATO-nun Lissa
bon sammitinin qətnamə layihəsində saxlanılması pis əsas ola
bilər və Qarabağ münaqişəsinin sülh nizamlanmasına dair danı
şıqlar prosesində əlavə çətinliklə yarada bilər” - Ermənistan
Prezidenti mətbuat xidməti nümayəndəsi A. Arzumanyanın bu
sözlərini BBC iqtibas gətirir. [28; 115] Və bunun nəticəsi olaraq
Ermənistan Prezidenti S. Sarqsyan NATO-nun Lissabon sammi
tinə getməmək qərarına gəldi. Təbii ki, bu bir bəhanədir. Ermə
nistan prezidenti dünya dövlətləri qarşısında öz sifətini tamamilə
itirməmək üçün müxtəlif vasitələrə əl atmağa çalışir. Lakin, çox
çətin ki Ermənistan Prezidentinin bu addımı НАТО-ya və onun
qərarlarına hər hansı bir təsir etsin.
НАГО tərəfindən qəbul olunmuş sənədlər bir daha sübut
edir ki, NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermə
nistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlan
114
masını Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dəstəkləyir.
NATO-nun Baş Katibi Yaap de Hoop Sheffer NATO-nun bu
mövqeyini bir daha təsdiqlədi. O Azərbaycan prezidenti ilə
görüşün nəticələrinə dair 29 aprel 2009-cu ildə keçirilən mətbuat
konfransında bəyan etdi ki, NATO-nun üzvü olan 28 ölkə hesab
edir ki, Dağlıq Qarabağ probleminin həlli ’’suverenlik və ərazi
bütövlüyü prinsipinə əməl edilmək əsasında tapılmalıdır” [50].
Yaap de Hoop qeyd etmişdir ki, “NATO Dağlıq Qarabağ
münaqişəsində birbaşa iştirak etməsədə, lakin hesab edir ki,
onun nizamlanmasında ərazi bütövlüyü prinsipi sual altına alın
mamalıdır”. [68|
Beləliklə, belə bir
nəticəyə kəlmək olar ki, NATO tərəfindən
qəbul olunmuş qərarlarda Ermənistan-Azərbaycan, Dağlıq Qa
rabağ münaqişəsinə ədalətli beynəlxalq hüquqi qiymət verilir və
bu münaqişənin nizamlanmasının beynəlxalq hüquqi əsasını
təşkil edən prinsiplər müəyyən edilir. Bu prinsiplər ölkələrin
ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, o cümlədən Azər
baycanın ərazi bütövlüyü prinsipləridir.
115