Gürcüstan - xüsusi qonaq statusuna malikdirlər və Avropa Şurasının
tam üzvlüyə üçün müraciət etmişlər. Assambleya hesab edir ki, bütün
tərəflərin bu münaqişələri həll etmək üçün həqiqi siyasi iradəsi qəbul
prosedurlanm sürətləndirməyə kömək edəcək.
4. Assambleya bu münaqişələrə bilavasitə və ya dolayı yolla cəlb
olunmuş bütün tərəfləri, xüsusilə Birləşmiş Millətlər Təşkilatı,
Müstəqil Dövlətlər Birliyi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatının həyata keçirdiyi vasitəçilik işində konstruktiv şəkildə
iştirak etməyə çağırır.
5. Bu iki münaqişənin xarakterinə görə fərqli olmasına
baxmayaraq, Assambleya vurğulayır ki, cəlb olunan bütün tərəflər
onların siyasi həllinə dair danışıqlan, xüsusilə 1975-ci il Helsinki
Yekun Aktı və 1990-cı il Paris Xartiyasına əsaslanan aşağıdakı
prinsiplər üzərində aparmalıdırlar:
i. sərhədlərin pozulmazlığı;
ii. aidiyyatı ərazilərdə bütün xalqların, xüsusilə çoxmillətli
sülhməramlı qüvvələr vasitəsilə təmin olunmuş təhlükəsizliyi;
iii. Abxaziya və Dağlıq Qarabağ üçün bütün maraqlı tərəflərin
razılaşdırdığı geniş muxtariyyət statusu;
iv. qaçqın və məcburi köçkünlərin geri dönmək hüququ və insan
hüquqlarına hörmət kimi onların vətəndaşlığının bərpa olunması.
6. Assambleya hesab edir ki, Zakavqaziya ölkələrində qanunun
aliliyi, plüralist demokratiya, insan hüquqlarının müdafiəsi və ictimai
bazar iqtisadiyyatının yaradılmasında Avropa Şurası həqiqi töhvə
verməlidir.
A. Abxaziya ilə əlaqədar,
7. Assambleya Tbilisi və Suxuıninin mövqeləri arasında xoş
münasibətlərin bərpa olunmasının müəyyən əlamətlərini qeyd etməkdə
maraqlıdır və ümid edir ki, yuxarıda qeyd olunmuş prinsiplər əsasında
məsələnin danışıqlar vasitəsilə əldə olunmuş siyasi həllinə tezliklə nail
olunacaq.
8. O ümid edir ki, maraqlı tərəflər, həmçinin Birləşmiş Millətlər
Təşkilatı, ATƏT və Rusiya Federasiyasının səyləri tezliklə Tbilisi və
Suxumi üçün əlverişli təsisatı' balansın yaradılmasına aparacaq ki.
qaçqınlar yüksək təhlükəsiz şəraitdə geri dönə və region əhalisi sülh və
iqtisadi çiçəklənməyə qayıda bilsin.
B. Dağlıq Qarabağa münasibətdə,
9.
Assambleya
Ermənistan
və
Azərbaycan
parlamenf
188
nümayəndələri arasında, xüsusilə onun Avropanın Qeyri-üzv Ölkələri
ilə Əlaqələr Üzrə Komitəsinin 26 yanvar 1997-ci ildə təşkil etdiyi
Zakavqaziyada münaqişələrə dair seminarının bir hissəsi kimi davam
edən dialoqu və bununla əlaqədar münaqişənin erkən həllinin təmin
edilməsi məqsədilə danışıqları davam etdirməyə həvəsləndirən Dağlıq
Qarabağ üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpa
edilməsini alqışlayır.
10. O, işğal edilmiş ərazilərin qaytarılması və qaçqın və
köçkünlərin geri qayıtmasını. Dağlıq Qarabağın əlverişli alternativ
statusu, həmçinin onun təhlükəsizliyinə təminat verən münaqişənin
siyasi həllinə nail olmaq məqsədilə bütün münaqişə tərəflərini birbaşa
danışıqları gücləndirməyə çağırır.
11. Nəhayət o, üç Zakavqaziya ölkəsi - Ermənistan, Azərbaycan
və Gürcüstanın - nəticə etibarı ilə Zakavqaziya dövlətləri birliyinin
yaradılması və birgə parlament assambleyasının təsis edilməsini
nəzərdən keçirəcəyinə dair arzusunu ifadə edir. 1
2
1. 22 Aprel 1997-ci ildə Assambleyanın müzakirəsi (10 və 11-ci
iclas) (bax Sənəd 7793, Avropanın Qeyri-üzv Ölkələri ilə Əlaqələr
üzrə Komitənin məruzəsi, məruzəçi: cənab Sietlinger)
Qətnamənin mətni 22 aprel 1997-cı ildə Assambleya tərəfindən
qəbul edilmişdir (11-ci iclas).
3.2.6.
ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq
Qarabağ bölgəsi üzərində münaqişəyə dair 1416 (2005) saylı
Qətnamə'
1. Parlament Assambleyası silahlı əməliyyatların başlamasından
on ildən artıq bir müddətin keçməsinə baxmayaraq, Dağlıq Qarabağ
bölgəsi
üzərində
münaqişənin
həll olunmamış qalmasından
təəssüflənir. Yüz. minlərlə insan hələ də köçkündür və acınacaqlı
şəraitdə yaşayır. Azerbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də
Erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr
hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər.
2 .
Assam bleya hərbi əməliyyatların və bundan əvvəl başlamış
kütləvi etnik düşmənçiliyin qorxunc etnik təmizləmə anlayışını
xatırladan genişmiqyaslı etnik qovulmaya və mono-etnik ərazilərin
yaranmasına gətirib çıxarması ilə bağlı öz narahatlığını ifadə edir.
189
Assambleya bir daha təsdiq edir ki, bir dövlətin ərazisindən regional
ərazinin ayrılması və müstəqilliyi etnik qovulmaya və bu cür ərazinin
digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı
münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik
dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər.
Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin
dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü
öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır və
münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə
təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir.
3.
Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasının 822
(1993), 853 (1993),
874
(1993)
və 884
(1993)
saylı
Qətnamələrini xatırladır və əlaqədar tərəflərin, xüsusilə silahlı
əməliyyatlardan çəkinməklə və istənilən
işğal olunmuş ərazilərdən
silahlı qüvvələri çıxarmaqla,
onlara riayət etməsini təkid edir.
Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının
853
(1993)
saylı Qətnaməsində ifadə olunmuş tələbə tərəfdar çıxır və
beləliklə, bütün üzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və
ya ərazinin işğalının davam etməsinə gətirib çıxara bilən silah və
sursat təchizatından çəkinməsini təkid edir.
4. Assambleya xatırladır ki, həm Ermənistan, həm də Azərbaycan
2001-ci ilin yanvarında Avropa Şurasına daxil olarkən öz qonşularına
qarşı zor tətbiq etmək hədəsindən çəkinməklə münaqişəni yalnız dinc
vasitələrlə həll etmək öhdəliyini götünnüşlər. Eyni zamanda,
Ermənistan münaqişənin həllini təşviq etmək üçün Dağlıq Qarabağ
üzərində
əhəmiyyətli
təsirindən
istifadə
etməyi
öz
üzərinə
götürmüşdür. Assambleya hər iki Hökumətin bu öhdəliklərə əməl
etməsini, eləcə də bir-birinə qarşı silahlı qüvvələrdən istifadə
etməkdən və hərbi əməliyyatları təbliğ etməkdən çəkinməsini təkid
edir.
5.
Assambleya
Avropada
Təhlükəsizlik
və
Əməkdaşlıq
Müşavirəsinin (ATƏM) Nazirlər Şurasının 1992-ci ilin mart ayında
Helsinkidə münaqişənin dinc yolla həlli üzrə danışıqlar forumunun
təmin edilməsi məqsədilə Minskdə konfrans keçirmək barədə razılıq
əldə etdiyini xatırladır. Ermənistan, Azərbaycan, Belarus, keçmiş Çex
və Slovak Federal Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya
Federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatlan həmin vaxt
Konfransda iştirak etməyə razılıq vermişdirlər. Assambleya bu
190
dövlətləri münaqişənin dinc yolla həllinə nail olmaq üçün öz səylərini
artırmağa çağırır və onların Assambleyadakı miili nümayəndə heyət
lərini bununla əlaqədar öz hökumətlərinin gördüyü tədbirlər barədə hər
il Assambleyaya məruzə etməyə dəvət edir. Bu məqsədlə, Assambleya
öz Bürosundan bu milli nümayəndə heyətlərinin başçılarının da daxil
olduğu ad hoc Komitə yaratmağı xahiş edir.
6. Assambleya, xüsusilə də 1994-cü ilin may ayında atəşkəsə nail
olunmasına və həmin vaxtdan etibarən atəşkəsə riayət olunmasının
monitorinqinə görə, Minsk Qrupunun Həmsədrlərinin və A'l’ƏT-in
Fəaliyyətdə olan Sədrinin Şəxsi nümayəndəsinin yorulmaq biimədəıı
göstərdikləri səylərini yüksək qiymətləndirir. Assambleya ATƏT-in
Minsk Qrupu Həmsədrlərini silahlı münaqişənin dayandırılması
barədə, həyata keçirilməsi münaqişənin bütün tərəflər üçün başlıca
nəticələrini aradan qaldıracaq və Minsk Konfransının çağırılmasına
imkan
verəcək
siyasi
sazişin
bağlanılması
üzrə
danışıqları
sürətləndirmək üçün təcili addımlar atmağa çağırır. Assambleya və
Ermənistanı Azərbaycan A'l’ƏT-in Minsk Prosesindən faydalanmağa
və Minsk Qrupu vasitəsilə münaqişənin beynəlxalq hüququn müvafiq
rıorma və prinsiplərinə uyğun oiaraq dinc yolla həlli üçün öz
konstruktiv təkliflərini bir-birinə fəal surətdə təqdim etməyə çağırır.
7. Assambleya Azərbaycan və Ermənistanın Birləşmiş Millətlər
Təşkilatının Nizamnaməsini imzalamalarını və Nizamnamənin 93-cü
Maddəsinin l-ci bəndinə uyğun olaraq, ipso facto Beynəlxalq Odalət
Məhkəməsinin Statutuna tərəfdar çıxmalarını xatırladır. Bununla
əlaqədar olaraq. Assambleya Minsk Qrupunun Həmsədrlərinin
himayəsi altında keçirilən danışıqların uğursuzluqla nəticələnəcəyi
təqdirdə, Azərbaycan və Ermənistanı Məhkəmənin Slatulunurı 36-cı
Maddəsinin l-ci bəndinə uyğun olaraq, Beynəlxalq Odalət Məhkəmə
sindən faydalanmağı nəzərdən keçirmələrini təklif'edir.
8. Assambleya Azərbaycan və Ermənistanı Assambleya daxilində,
eləcə də Qafqaz. Dördlüyünün Parlament Spikerlərinin görüşləri kimi
digər forumlarda ikitərəfli parlamentlərarası əməkdaşlığı gücləndir
məklə özləri arasında siyasi barışığı təşviq etməyə çağırır. O, hər iki
nümayəndə heyətinin bu cür barışıq istiqamətində tərəqqini nəzərdən
keçirmək üçün Assambleyanın hər hissəvi-sessiyasında görüşməsini
tövsiyə edir.
9. Assambleya Azərbaycan Hökumətini bölgənin gələcək statusu
ilə bağlı Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının siyasi
191
Yüklə Dostları ilə paylaş: |