nizamlamanın əldə edilməsini daha çətinləşdirə biləcəyi hər hansı bir
hərəkətin edilməsindən çəkinməyi israr edir.
71.0,
öz ölkəsinin m üdafiəsi üçün Azərbaycan hökum əti və
xalqı tərəfindən edilən səylərinə özünün tam h əm rəyliyin i və
dəstəklədiyini b ir daha təsdiqləyir.
O, köçkünlərə və qaçqınlara
təhlükəsiz şəraitində, şərəf və ləyaqətlə öz evlərinə qayıtmaqda imkan
yaratmağa çağırır. O, Azərbaycan Respublikasının ərazisində bir
milyondan çox köçkün və qaçqınların olması ilə əlaqədar humanitar
problemlərin kəskinləşməsindən öz narahatlığını ifadə edir və üzv-
dövlətləri, İslam İnkişaf Baııkı və digər İslam institutlarından
Azərbaycan Respublikasına təcili maliyyə və humanitar yardım
etmələrini xahiş edir.
Kasablankada dərc olunub.
6.1.1.2.“Ermənistan və Azərbaycan arasında münaqişə haqqında”
adlı 11/7- P(IS) nömrəli Qətnamə
İKT ölkələrinin dövlət başçılarının Mərakeş Krallığının Ka
sablanka şəhərində hicri tarixi ilə 1415-ci il rəcəb ayının 11-13-də,
miladi tarixi ilə 1994-cü il dekabrın 13-15-də keçirilən VII Zirvə
Görüşü İKT Bəyannaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı
təcavüzü nəticəsində hərbi münaqişənin kəskinləşməsi və Azərbaycan
ərazisinin 20 faizdən artığının işğalından dərindən narahat olaraq;
Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azər
baycanlının qaçqın vəziyyətinə düşməsi və humanitar problemlərin
dözülməzliyindən təsirlənərək;
1992-
ci ilin iyun ayında İstanbulda keçirilmiş V və 1994-cü ilin
sentyabrında İslamabadda keçirilən İKT Xarici İşlər Nazirlərinin VI!
fövqəladə konfransının prinsipial mövqeyini yada salaraq;
1993-
cü il aprelin 25-29-da Pakistan İslam Respublikasının
Kəraçi şəhərində keçirilən İKT Xarici İşlər Nazirlərinin XXI
konfransında qəbul edilən qətnamənin müddəalarını bir daha təsdiq
edərək;
həmçinin İKT-nin 23 sentyabr 1992-ci ildə və 3 oktyabr 1994-cü
ildə keçirilmiş İKT Xarici İşlər Nazirlərinin koordinasiya iclasının
yekun sənədlərinin müvafiq bəndlərini yada salaraq;
qonşu ölkələr və regional dövlətlərin, xüsusilə İran və Türkiyənin
212
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi
istiqamətində etdikləri cəhdləri nəzərə alaraq;
Ermənistan Respublikasının təcavüzünün beynəlxalq sülh və
təhlükəsizlik üçün maneə yaratdığını dərk edərək;
BMT Nizamnaməsinin və Təhlükəsizlik Şurasının müvafiq qət
namələrinin dönmədən yerinə yetirilməsini bir daha təsdiq edərək;
Ermənistan Respublikasının davam edən təcavüzkar siyasətinin
ATOM çərçivəsində aparılan sülh prosesinə dağıdıcı təsir edə
biləcəyindən xəbərdar olaraq;
1 .Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı
təcavüzünü kəskin şəkildə pisləyir;
2Л əcavüz nəticəsində Azərbaycan ərazisində mülki Azərbaycan
vətəndaşlarına qarşı edilən hərəkətləri bəşəriyyətə qarşı törədilən
cinayət kimi qiymətləndirir;
3.
ВМТ-nin Təhlükəsizlik Şurasının 822, 853. 874 və 884 saylı
qətnamələrinin
dönmədən
yerinə
yetirilməsini,
Ermənistan
Respublikası silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan
ərazisindən, o cümlədən Laçın və Şuşa rayonlarından dərhal, tamamilə
və şərtsiz çıxarılmasım qəti surətdə tələb edir və Ermənistandan
Azərbaycan Respublikasının suverenliyi və ərazi'bütövlüyünə hörmət
bəsləməsini tələb edir,
4.
Təhlükəsizlik Şurası tərəfindən Azərbaycana qarşı edilən
təcavüzün etiraf edilməsinə; BMT Nizamnaməsinin 7-ci fəslinə uyğun
olaraq öz qətnamələrinin yerinə yetirilməsinin təminatı üçün lazımi
addımlar atılmasına; Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyünə qarşı olan təcavüzü pisləyərək təcavüzə son qoyulmasına
çağmr və bu məqsədlə BMT-də koordinasiyalı fəaliyyətdə olmağı
qərara alır,
5.
Bir daha təsdiq edir ki, ərazinin zor tətbiq ctməkiə əldə edilməsi
tanına bilməz;
6.
Ermənistan və Azərbaycan arasındakı münaqişənin dövlətlərin
ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin pozulmazlığı
prinsiplərinə hörmət əsasında ədalətlə və sülh yolu ilə həllinə çağırır;
7.
Həm Ermənistan, həm də Azərbaycandan ATOM-in sülh
prosesində iştirak etməsi və problemin sülh yolu ilə həllini çətinləşdirə
biləcək hər bir əməldən çəkinməsini tələb edir;
8.
Azərbaycan hökuməti və xalqının ölkəsinin müdafiəsi üçün
etdiyi cəhdləri bütünlüklə dəstəklədiyini və onlara tam həmrəy
213
olduğunu bir daha təsdiq edir:
9.
Yaşayış yerlərini tərk etmişlərin öz evlərinə təhlükəsiz, hörmət
və şərəflə dönmələri üçün imkan yaratmağa çağırır;
10.
Azərbaycan Respublikası ərazisində 1 milyondan artıq qaçqm
və
köçkünün
olması
ilə
əlaqədar
humanitar
vəziyyətin
kəskinləşməsindən təşviş keçirir və üzv ölkələr İslam İnkişaf Bankı və
digər İslam institutlarından Azərbaycan Respublikasına təcili maliyyə
və humanitar yardım etmələrini xahiş edir;
11 .Baş katibdən bu qətnamənin yerinə yetirilməsinə nəzarət və bu
barədə İKT Xarici İşlər Nazirlərinin XXIII konfransına məruzə təqdim
etməsini xahiş edir.
6.1.1.3. “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi
haqqında "adlı 16/7-E (İS) nömrəli Qətnamə.
Kasablanka şəhəri, Mərakeş Krallığında hicri tarixi ilə 11-13
Rəcəb 1415H (13-15 dekabr 1994-cü il) tarixdə keçirilmiş VII-ci
İslam Konfransı Təşkilatı dövlət və hökumət başçılarının Zirvə Görüşü
(Qardaşlıq və Dirçəliş Sessiyası);
qonşu Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində
yaranmış vəziyyət üzrə İKT Xarici İşlər Nazirləri konfransları
tərəfindən qəbul olunmuş İKT qətnamələrinə istinad edərək,
ölkə tarixinin bu ağır və çox kritik anında İslam Konfransı
Təşkilatına üzv ölkələrin Azərbaycan hökuməti və xalqı ilə tam
həmrəyliyini təsdiqləyərək;
bu münaqişəyə aid BMT Təhlükəsizlik Şurasının müvafiq
qətnamələrinə istinad edərək;
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni hərbi əmə
liyyatları nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal
olunmasını, təxminən bir milyon azərbaycanlının öz yurdlarını tərk
etməyə məcbur olmasından və bu təcavüz nəticəsində insan
hüquqlarının kobud şəkildə pozulmasından öz təəssüfünü bildirərək;
Azərbaycan hökuməti və xalqı ilə İslam Konfransı Təşkilatına üzv
dövlətlərin həmrəyliyini daha konkret şəkildə nümayiş etdirmək
zərurətini lazım bilərək;
İKT-yə üzv olan bir sıra ölkələrin və İKT-nin müvafiq qurum
larım, BMT qurumları və beynəlxalq təşkilatların Azərbaycana
göstərdiyi yardımı alqışlayaraq;
214
1.
Diinya birliyini Ermənistan silahlı qüvvələri tərəfindən Azər
baycan ərazilərinin işğalına son qoyulmasına, onların Azərbaycan
ərazisindən qeyd-şərtsiz, çıxarılmasına və Azərbaycanın ərazi
bütövlüyünün bərpası üçün ciddi və təsirli tədbirlər görülməsinə israrla
çağırır;
2.
Azərbaycan xalqının iztirab və əzablarını yüngülləşdirmək üçün
Azərbaycan hökumətinə iqtisadi və humanitar yardım göstərilməsi
məqsədilə İK İ üzv dövlətlərinə və İslamqurumlarına müraciət edir;
3.
Beynəlxalq təşkilatlardan Azərbaycana təcili humanitar və
maliyyə yardımın göstərilməsini xahiş edir.
6 ./.2. İslam Konfransı Təşkilatının səkkizinci zirvə görüşü.
(Ləyaqət, Dialoq, İştirak sessiyası, Tehran, İran İslam
Respublikası)
hicri tarixi ilə 9-11 şaban 14I8H (miladi tarixi ilə 9-11 dekabr,
1997)
6.1.2.1.
YEKUN KOMMUNIKE
Ermənistanın Azərbaycana qarşı təcavüzü:
( ç ıx a r ış )
Sİ.Konfrans 1996-cı ildə Lissabonda ATƏT-in zirvə görüşündə
ATƏT-in Sədrinin bəyanatında öz əksini tapmış Ermənistan və
Azərbaycan arasında münaqişənin həll edilməsinin üç prinsipinə öz
dəstəyini bir daha təsdiqləyirsə həmdə ЛТОТ-in Minsk Qrupu
çərçivəsində danışıqların əsası kimi Ermənistan-Azərbaycan lıərbi
münaqişəsinin mərhələli nizamlanma məqsədini güdən A TOT Minsk
Konfransının həmsədrlərinin irəli sürülmüş axirincı təkliflərinə öz
dəstəyini ifadə edir və belə yanaşmanı Azərbaycan Respublikasına
qarşı təcavüzün ən ciddi nəticələrinin dərhal aradan qaldırılmasının
təmin edilməsinə yönəlmiş hesab edir.
2/5
Yüklə Dostları ilə paylaş: |