Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə66/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   62   63   64   65   66   67   68   69   ...   84

fəaliyyətdə olmağı qərara alır;
7. 
Bütün  üzv dövlətləri  Ermənistana münaqişəni  şiddətləndirməyə 
və Azərbaycan ərazilərinin işğalını davam etdirməyə təşviq edən, silah 
və  hərbi  sursatla təchiz  etməkdən  imtina  etməyə  çağırır.  İKT-yə  üzv 
dövlətin ərazisi bu kimi yüklərin tranziti üçün istifadə edilməməlidir.
8. 
Üzv  dövlətləri,  həmçinin  beynəlxalq  birliyin  digər  üzvb-rini 
Ermənistanın  təcavüzünə  və  Azərbaycan  ərazilərinin  işğalına  son 
qoymasını  tələb  edən  bütün  təsirli  siyasi  və  iqtisadi  vasitələrdən 
istifadə etməyə çağırır.
9. 
Ermənistan  və  Azərbaycan  arasındakı  münaqişənin  dövlətlərin 
ərazi  bütövlüyü və beynəlxalq tanınmış sərhədlər çərçivəsində ədalətli 
və sülh yolu ilə nizamlanmasına çağırır.
10. 
Ennənistanın  və  Azərbaycanın  har  ikisini  və  Minsk  qrupuna 
daxil  olan  bütün  üzv  dövlətlərini  BMT  Təhlükəsizlik  Şurasının 
müvafiq  qətnamələri  vəvə  ATƏT-in  müvafiq  qərarlarına  və 
sənədlərinə,  o  cümlədən  24  mart  1992-ci  il  tarixli  ATƏT  Şurasının 
Birinci Əlavə Görüşünün,  ATƏT-in 5-6 dekabr  1994-cü il  tarixli Zirvə 
Görüşünün,  ATƏT-in  2-3  dekabr  1996-cı  il  tarixli  və  ATƏT-in 
Nazirlər Şurasının  18-19 dekabr  1997-ci  il  tarixli görüşlərinin müvafiq 
qətnamə  və  sənədləri  əsasında  ATƏT-in  davam  edən  sülh  prosesində 
konstruktiv  surətdə  iştirak  etməyə  dəvət  edir  və  problemin  sülh  yolu 
ilə həllini çətinləşdirə biləcək hər cür əməldən çəkinməyə çağırır.
11. ATƏT-in  1996-cı  ildə Lissabonda keçirilmiş Zirvə Görüşündə 
ATƏT-in  Fəaliyyətdə  olan  Sədrinin  Ermənistanla  Azərbaycan 
arasındakı  silahlı  münaqişənin  həlli  üzrə  üç  prinsipi  -   Azərbaycan 
Respublikasının  və  Ermənistan  Respublikasının  ərazi  bütövlüyünü, 
Azərbaycanın  tərkibində  Dağlıq  Qarabağın  özünüidarəetmənin  ən 
yüksək  dərəcəsini,  Dağlıq  Qarabağın  və  onun  bütün  əhalisinin  təmin 
edilmiş  təhlükəsizliyini  əhatə  edən  Bəyanatına  ö/.iinün  tam  dəstəyini 
bildirir.
12. 
Ermənistanla  Azərbaycan  arasındakı  silahlı  münaqişənin 
mərhələlərlə  həlli  istiqamətində  Minsk  Qrupu  Həmsədrlərinin 
təkliflərini  ATƏT-in  Minsk  Qrupu  çərçivəsində  danışıqlar  üçün  əsas 
hesab edir və  dərk  edir ki,  bu şəkildə yanaşma  Azərbaycan  Respubli­
kasına qarşı  təcavüzün  ciddi  nəticələrinin  aradan  qaldırılmasını  dərhal 
təmin etməlidir.
13. 
Öz  ölkəsinin  müdafiəsi  üçün  Azərbaycan  hökuməti  və  xalqı 
tərəfindən  edilmiş  səylərə  özünün  tam  həmrəyliyini  və  dəstəyini  bir
264
daha təstiq edir.
!4.Qaçqın  və  məcburi  köçkünlərin  təhlükəsiz,  şərəf və  ləyaqətlə 
öz doğma yurdlarına qayıtmasına imkan verilməsinə çağırır.
15. 
Qaçqın  və  köçkünlərə  humanitar yardım  göstərmiş  bütün üzv 
dövlətlərə  öz  təşəkkürünü  bildirir  və  bütün  digər  dövlətləri  bu 
insanlara öz yardımlarının genişləndirilməsinə çağırır.
16. 
Azərbaycan  Respublikasının  ərazisində  bir  milyondan  çox 
qaçqın və  məcburi  köçkünlərin  olması  ilə bağlı humanitar problemlə­
rin kəskinliyinə dair öz narahatçılığını  bildirir və üzv dövlətləri, İslam 
İnkişaf  Bankını  və  digər  İslam  institutlarını  Azərbaycan  Res-pub- 
likasına təcili maliyyə və humanitar yardım gös  tərməsini xahiş edir.
17. 
Hesab  edir ki, Azərbaycan ona dəymiş ziyanın müqa 
bilini 
almaq  hüququna  malikdir  və  Ermənistan  bu  ziyanın  müqabilini 
ödəmək üzrə tam məsuliyyət daşıyır.
18.  Baş  Katibdən  bu  məsələ  üzrə  üzv  dövlətlərin  mövqeyini 
Avropada Təhlükəsizlik  və Əməkdaşlıq  Təşkilatının  Fəaliyyətdə olan 
sədrinə çatdırmağı xahiş edir.
19. 
Baş  Katibdən  bu  qətnamənin  yerinə  yetirilməsinə  nəzarət 
etməyi  və  bununla  bağlı  İslam  Konfransı  Xarici  İşlər  Nazirləri 
Şurasının 26-cı Sessiyasında məruzə etməyi xahiş edir.
6.2.1.2.2. 
“Azərbaycan  Respublikasına  iqtisadi yardım 
göstərilməsi  haqqında”adlı  18/25-E nömrəli  Qətnamə.
Hicri  tarixi  ilə  17-19  Dhul  Quida  1418H  (miladi  tarixi  ilə  15-17 
Mart  1998-ci  il)  tarixində  Doha  şəhəri,  Qətər  dövlətində  keçirilmiş 
İKT  Xarici  İşlər  Nazirləri  Şurasının  25-ci  Konfransı  (İslam  Umması 
Xalqları  üçün daha yaxşı gələcək sessiyası),
İKT  Dövlət  və  Hökumət başçılannın  VIII  Zirvə Görüşünün qəbul 
etdiyi  18/8-E (IS) nömrəli qətnaməsinə istinad edərək;
Eləcə də  İKT  Xarici  İşlər Nazirləri  Şurasının  24-cü  Konfransının 
18/24-E nömrəli qətnaməsinə istinad edərək;
İKİ' üzv dövlətlərinin ölkə tarixinin  bu ciddi  və  çox kritik anında 
Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyini təsdiqləyərək;
BMT  Təhlükəsizlik  Şurasının  bu  münaqişə  ilə  əlaqədar müvafiq 
qətnamələrinə istinad edərək;
Ermənistanın  Azərbaycanın  Yuxarı  Qarabağ  bölgəsində  apardığı 
hərbi əməliyyatlar nəticəsində Azərbaycan ərazisinin təqribən 20%-nin
265


işğalı,  həmçinin  qəddarlıqla  həyata  keçirilən  hücumlar  nəticəsində  ! 
milyonadək  azərbaycanlının öz doğma yurdlarından  zorla qovulmağa 
məcbur edilməsi, eləcə də insan hüquqlarının kobud şəkildə pozulması 
ilə müşayiət olunan bu təcavüz əməllərini pisləyərək;
İKT-yə üzv dövlətlərin Azərbaycan hökuməti  və xalqı  ilə həmrəy 
olduğunu daha konkret ifadə etməyin zəruriliyini etiraf edərək;
Bir  sıra  İKT-yə  üzv  dövlətlərin  və  müvafiq  qurumların,  BMT 
təsisatlarının  və  beynəlxalq  təşkilatların  təqdim  etdiyi  yardımı 
alqışlayaraq və qiymətləndirərək;
İqtisadi,  Mədəni və Sosial məsələlər üzrə İslam  Komissiyası  21-ci 
sessiyasının tövsiyələrini nəzərə alaraq;
Baş Katibinin məruzəsini nəzərə alaraq,
1. 
Uzv  dövlətləri  və  İslam  qurumlarını  Azərbaycan  xalqının 
əzablarını  yüngülləşdirmək  məqsədi  ilə  Azərbaycan  hökumətinə 
lazımi  iqtisadi  və  humanitar  yardım  göstərmək  çağırışı  ilə  müraciət 
edir.
2. 
Beynəlxa!q  təşkilatları  Azərbaycana  maliyyə  və  humanitar 
yardım ilə təmin etməyi davam etdirməyə çağırır.
3. 
Baş  Katibdən  bu  Qətnamənin  yerinə  yetirilməsinə  nəzarət 
etməsini  və  bu  barədə  İKT  Xarici  İşlər  Nazirləri  Şurasının  26-cı 
Konfransında məruzə ilə çıxış etməsini xalıiş edir.
6.2.8.  İslam  Konfransı Təşkilatı Xarici işlər nazirləri  Şurasının 26-
ci sessiyası
(“Sülh vəlnkişaf üçün Tərəfdaşlıq” sessiyası)
Uaqaduqu,  Burkina Faso
15-18 Rabi ul aval,  1420,4 (28 İyun -  lİyul,  1999)
6.2.8.1.  YEKUN  KOMMUNİKE
(çıxarış)
Ermənistanın  Azərbaycana qarşı təcavüzü:
63.  Konfrans  azərbaycan  xalqının  mədəni  və  tarixi  irsinə 
təhlükənin  böyüməsindəKrmənistan  Respublikasının  təcavüz  obyekti 
olmuş Azərbaycanın hökumətinə ö/ qəti dəstəyini təsdiqləyir.
Konfrans  bir  daha  ATƏT-in  Minsk  Qrupu  çərçivəsində  apanl.nı
266
danışıqlar vasitəsilə.münaqişənin nizamlanmasına çağırır.
Konfrans  Ermənistan  Respublikasını  bütün  işğal  olunmuş 
azərbaycan ərazilərindən öz silahlı  qüvvələrinin çıxardılmasına çağırır 
və  öz  ərazi  bütövlüyü  üzərində  Azərbaycan  Respublikasının 
suverenliyini dəstəkləyir.
6.2.8.2.  İslam  Konfransı Təşkilatı Xarici işlər nazirləri
Şurasının 26-cı  sessiyasında qəbul olunmuş qətnamələr.
6.2.8.2.1. 
“Ermənistan  Respublikasının Azərbaycan 
Respublikasına qarşı təcavüzü  haqqında” adlı 14/26-P nömrəli
Qətnamə.
Hicri  tarixi  ilə  15-18 Rabiul  Aval  1420H (miladi tarixi  ilə 28 İyun 
- 01 İyul  1999-cu il) tarixində Uaqaduqu şəhəri,  Burkina Faso dövlətin­
də  keçirilmiş  İKT  Xarici  İşlər  Nazirləri  Şurasının  26-cı  Konfransı 
(“Sülh vəlnkişaf üçün Tərəfdaşlıq” sessiyası).
İslam  Konfransı  Təşkilatı  Nizamnaməsinin  prinsip və  məqsədlə­
rinə əsaslanaraq;
Azərbaycan  ərazisinin  20%-dən  çox  işğalı  ilə  nəticələnən 
Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına qarşı  təcavü­
zündən ciddi şəkildə narahat olaraq;
Erməni  təcavüzü  nəticəsində  bir  milyondan  artıq  azərbaycanlı 
qaşqın  və  məcburi  köçkünün  ağır  vəziyyətindən  və  humanitar 
problemlərin  ciddiliyindən  və  miqdarından  dərin  təəssülünii  ifadə 
edərək;
İslam  Konfransı  Sammitinin  bütün  əvvəlki  qətnamələrini  və, 
xüsusilə,  hicri  tarixi  ilə  9-11  Şaban  141811  (miladi  tarixi  ilə  9-11 
dekabr  1997  i!)taıixiııdə  Tehran  şəhəri,  İran  İslam  Respublikasında 
keçirilmiş  VIII  Zirvə  Görüşündə  qəbul  olunmuş  !2/8-P(lS)  nömrəli 
qətnaməsini  bir daha təsdiq edərək;
Ermənistan  təcavüzünün  beynəlxalq  sülhə  və  təhlükəsizliyə  təh­
lükə olduğunu dərk edərək;
BMT  Nizamnaməsinə  və T əhlükəsizlik  Şurasının  qətnamələrinin 
tam  həyata keçirilməsinə ciddi əməl olunmasına çağıraraq;
Münaqişənin  nizamlanması  üçün  bütün  diplomatik  və  digər 
səyləri alqışlayaraq;
Bütün  üzv  dövlətləri  Azərbaycan  Respublikasının  suverenliyi,
267


Yüklə

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə