Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə72/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   68   69   70   71   72   73   74   75   ...   84

5.  Təhlükəsizlik  Şurasının  qətnamələrinin  müddəalarının  Ermə­
nistan tərəfindən yerinə yetirməməsindən narahat olduğunu bildirir.
6.  Azərbaycana qarşı  edilən təcavüzün  Təhlükəsizlik  Şurası  tərə­
findən  etiraf  edilməsinə;  BMT  Nizamnaməsinin  7-ci  fəslinə  uyğun 
olaraq,  öz  qətnamələrinin  yerinə  yetirilməsinin  təminatı  üçün  lazımi 
addımların  atılmasına;  Azərbaycan  Respublikasının  suverenliyi  və 
ərazi  bütövlüyünə qarşı olan təcavüzü pisləyərək, təcavüzə son qoyul­
masına çağırır və bu məqsədlə BMT-də koordinasiyalı  fəaliyyətdə ol­
mağı qərara alır.
7.  Bütün  üzv  dövlətləri  Ermənistana  -   təcavüzkarı  münaqişəni 
şiddətləndirməyə  və  Azərbaycan  ərazisinin  işğalını  davam  etdirməyə 
təşviq  edən,  silah  və  hərbi  sursatla  təchiz  etməkdən  imtina  etməyə 
çağınr.  İKT-yə  üzv  dövlətin  ərazisi  bu  kimi  yüklərin  tranziti  üçün 
istifadə edilməməlidir.
8.  Ermənistanın  təcavüzə  və  Azərbaycan  torpaqlannm  işğalına 
son  qoyması  üçün  bütün  üzv  dövlətlərə  və  beynəlxalq  birliyin  digər 
dövlətlərinə müraciət edərək, hər cür təsirli  iqtisadi və siyasi tədbirlər­
dən istifadə etməyə çağmr.
9. Ermənistan və Azərbaycan arasındakı münaqişənin dövlətlərin 
ərazi  bütövlüyü  və  beynəlxalq  tanınmış  sərhədlərin  toxunulmazlığı 
prinsiplərinə  ehtiram  əsasında  ədalətlə  və  sülh  yolu  ilə  həll  etməyə 
çağınr.
10.  Ermənistanı, Azərbaycanı və Minsk qrupuna daxil  olan bütün 
üzv  dövlətləri,  BMT-nin  Təhlükəsizlik  Şurasının  bu  haqda  müvafiq 
qətnamələrinə  və  ATƏT-in  24  mart  1992-ci  il  tarixli  Şuranın  Birinci 
Əlavə  Görüşünün,  ATƏT-in  5-6  dekabr  1994-cü  il  tarixli  Zirvə 
Görüşünün, ATƏT-in 2-3  dekabr  1996-cı  il tarixli  və ATƏT-in  18-19 
noyabr  1999-cu  il  tarixli  Zirvə  Görüşlərinin,  ATƏT-in  18-19  dekabr 
1997-ci  il  tarixli  və  3-4  dekabr  2001-ci  il  tarixli  Nazirlər  Şurasının 
görüşlərinin qətnamə və sənədlərinə əsasən ATƏT-in davam edən sülh 
prosesində konstruktiv surətdə  iştirak etməyə dəvət edir və problemin 
sülh  yolu  ilə  həllini  çətinləşdirə  biləcək  hər  cür  əməldən  çəkinməyə 
çağmr.
11. ATƏT-in  1996-cı  ildə Lissabonda keçirilmiş Zirvə Görüşündə 
ATƏT-inFəaliyyətdə  olan  Sədrinin  Ermənistanla  Azərbaycan  arasın­
dakı silahlı münaqişənin həlli üzrə üç prinsipi -  Azərbaycan Respubli­
kasının və Ermənistan Respublikasının ərazi bütövlüyünü, Azərbayca­
nın  tərkibində  Dağlıq  Qarabağın yüksək  idarəetmə hüququnu,  Dağlıq
288
Qarabağın  və  onun  bütün  sakinlərinin  təmin  edilmiş  təhlükəsizliyini 
əhatə edən Bəyanatım tamamilə dəstəklədiyini bildirir.
12. Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişənin mər­
hələlərlə  həlli  istiqamətində  Minsk  Qrupu Həmsədrlərinin təkliflərini 
ATƏT-in  Minsk  Qrupu  çərçivəsində  danışıqlar üçün  əsas  hesab  edir 
və dərk edir ki, bu şəkildə yanaşma Azərbaycan Respublikasına qarşı 
təcavüzün  ciddi  nəticələrinin  aradan  qaldınlmasını  dərhal  təmin 
etməlidir.
13. İKT üzv  dövlətlərin Azərbaycan Respublikasına qarşı erməni 
təcavüzü  barədə  prinsipial  və  qəti  mövqeyini  ATƏT-in  Fəaliyyətdə 
olan Sədrinə bildirilməsini Baş Katibdən xahiş edir.
14. Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafiəsi üçün 
etdiyi cəhdləri bütünlüklə dəstəklədiyini və onlarla tam şəkildə həmrəy 
olduğunu bir daha təstiq edir.
15. Qaçqın və köçkünlərin öz yaşayış yerlərinə təhlükəsiz, hönnət 
və şərəflə dönmələrinə imkan yaratmağa çağınr.
16.  Qaçqın və köçkünlərə humanitar yardım göstərmiş bütün  üzv 
dövlətlərə  öz  təşəkkürünü  bildirir  və  digər  dövlətləri  onlara  yardım 
göstərməyə çağırır.
7.  Azərbaycan  Respublikası  ərazisində  1  milyondan  artıq  qaçqın 
və köçkünün qarşılaşdığı kəskin humanitar vəziyyətlə əlaqədar narahat 
olduğunu bildirir və üzv dövlətlər, İslam İnkişaf  Bankı və digər İslam 
institutlanndan  Azərbaycan  Respublikasına təcili maliyyə  və humani­
tar yardım göstərmələrini xahiş edir.
18.  Hesab  edir  ki,  Azərbaycan  ona  dəymiş  ziyanın  müqabilini 
almaq  hüququna  malikdir  və  Ermənistan  bu  ziyanın  müqabilini 
ödəmək üzrə tam məsuliyyət daşıyır.
19.  Baş  Katibdən  bu  Qətnamənin  yerinə  yetirilməsinə  nəzarət 
etməsini  və  bu  haqda  İKT  Xarici  İşlər  Nazirləri  Şurasının  31-ci 
Konfransına məruzə etməsini xahiş edir.
6.2.12.2.2.“ Azərbaycan Respublikasına iqtisadi yardım 
göstərilməsi haqqında” adlı 21/30-E nömrəli Qətnamə.
Hicri  tarixi  ilə 27-29 rabi-ul avval  1424H (miladi tarixi  ilə 28-30 
may  2003  il)  tarixində  Tehran  şəhəri,  İran  İslam  Respublikasında 
keçirilmiş  İKT  Xarici  İşlər  Nazirləri  Şurasının  30-cu  konffansı 
(Həmrəylik və Ləyaqət sessiyası)
289


İKT Dövlət və  Hökumət başçılarının  IX  Zirvə  Görüşünün  qəbul 
etdiyi 21/9-E (IS) saylı qətnaməsinə istinad edərək;
Eləcə də İKT Xarici İşlər Nazirləri  Şurasının  29-cu konfransının 
21/29-E saylı qətnaməsinə istinad edərək;
İKT üzv dövlətlərinin ölkə tarixinin bu ciddi  və çox kritik anında 
Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyini təsdiqləyərək;
BMT  Təhlükəsizlik  Şurasının  bu münaqişə  ilə  əlaqədar  müvafiq 
qətnamələrinə istinad edərək;
Ermənistanın Azərbaycanın Yuxarı  Qarabağ bölgəsində apardığı 
hərbi əməliyyatlar nəticəsində Azərbaycan ərazisinin təqribən 20%-nin 
işğalı,  həmçinin  qəddarlıqla  həyata  keçirilən  hücumlar  nəticəsində  1 
milyonadək  azərbaycanlının öz doğma yurdlarından  zorla qovulmağa 
məcbur edilməsi, eləcə də insan hüquqlarının kobud şəkildə pozulması 
ilə müşayiət olunan bu təcavüz əməllərini pisləyərək;
İKT-yə üzv dövlətlərin Azərbaycan hökuməti  və xalqı  ilə həmrəy 
olduğunu daha konkret ifadə etməyin zəruriliyini etiraf edərək;
Bir  sıra  İKT-yə  üzv  dövlətlərin  və  müvafiq  qurumların,  BMT 
təsisatlarının  və  beynəlxalq  təşkilatların  təqdim  etdiyi  yardımı 
alqışlayaraq və qiymətləndirərək;
Eləcə də, Baş Katibin məruzəsini nəzərə alaraq:
1. 
Üzv  dövlətləri  və  İslam  qurumlarını  Azərbaycan  xalqının 
əzablarım  yüngülləşdirmək  məqsədi  ilə  Azərbaycan  hökumətinə 
lazımi iqtisadi və humanitar yardım göstərməyə çağırır.
2. 
BeynəLxalq təşkilatlan Azərbaycanı təcili maliyyə və humanitar 
yardım ilə təmin etməyi davam etdirməyə dəvət edir.
3. 
Baş  Katibdən  İKT  Xarici  İşlər  Nazirləri  Şurasının  31 -ci 
Konfransına bu haqda məruzə təqdim etməsini xahiş edir.
6.2.12.2.3. 
Ermənistan Respublikasının Azərbaycan 
Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal 
olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin 
məhv edilməsi və dağıdılması haqqında 10/30-C nömrəli Qətnamə.
İKT  Xarici  İşlər  Nazirləri  Şurasının  İran  İslam  Respublikasının 
Tehran  şəhərində  hicri  tarixi  ilə  27-29  rabi-ul  awal  1424H  (miladi 
tarixi  ilə  28-30  may  2003-cü  ildə)  keçirilmiş  XXX  (Həmrəylik  və 
Ləyaqət)  sessiyası İKT  Zirvə  Görüşlərinin  və  digər  Görüşlərin,
290
xüsusilə  İKT  Dövlət  və  Hökumət  başçılarının  IX  Zirvə  Görüşünün 
qəbul etdiyi qətnamələrə istinad edərək;
İslam  irsinin  qorunması  və  müdafiəsinə  dair  İslam  Konfransı 
TəşkilatmınNizamnaməsinin məqsəd və prinsiplərindən çıxış edərək,
Azərbaycan  larixinin,  mədəniyyətinin,  arxeologiyasının,  etnoqra­
fiyasının  və  memarlığın  Azərbaycanın  və  onun  xalqının  tarixinin 
ayrılmaz hissəsi  kimi  İslam  irsinin  mənbələrindən biri  olduğunu  dərk 
edərək;
BMT-nin  Təhlükəsizlik  Şurasının,  Laçın  və  Şuşa  rayonları  daxil 
olmaqla  Azərbaycanın  işğal  olunmuş  bütün  ərazilərindən  erməni 
silahlı  qüvvələrinin  dərhal,  qeyd-şərtsiz və tam  çıxarılması, Ermə-nis- 
tan tərəfindən Azərbaycan  Respublikasının suverenliyi və ərazi bütöv­
lüyünə  hörmət  edilməsini  israrla  tələbi  barədə  822,  853,  874  və  884 
saylı qətnamələrini təsdiq edərək;
Ermənistan tərəfindən etnik təmizləmə məqsədi ilə Azərbaycanda 
məscidlərin və  İslama aid olan digər müqəddəs yerlərin tam və vəhşi­
liklə dağıdılmasının vandalizm aktı olduğunu bəyan edərək;
Ermənistan  Respublikasının  işğal  etdiyi  Azərbaycan  ərazilərində 
erməni  təcavüzkarları  tərəfindən İslam irsinə vurulmuş böyük zərərlə­
rin,  İslam  mədəniyyətinə  aid  misilsiz  abidələrin,  habelə  məscidlərin, 
mabədiərin,  məzarlıqların,  arxeoloji qazıntıların,  muzeylərin,  kitabxa­
naların, rəsm qalereyalannm, dövlət teatrlarının, musiqi məktəblərinin 
tam və ya bir qisminin dağıdılması, zəbt edilmiş muzeylərdən çoxsaylı 
qiymətli əşyaların,  milyonlarla kitab və tarixi əlyazmaların çıxanlması 
və məhv edilməsi faktlarını diqqətə alaraq;
Bu  barədə  Azərbaycan  hökumətinin  və  xalqının  narahatlığı  tam 
bölüşərək;
Bu  məsələyə  dair  İslam  Konfransı  Təşkilatı  Baş  Katibinin 
hesabatını nəzərdən keçirərək:
1.  Erməni  təcavüzkarlarının  Azərbaycan  Respublikasının  işğal 
olnmuş  ərazilərində  İslam  sivilzasiyasının  tam  məhv  edilməsinə 
yönəldilmiş vəhşi hərəkətlərini ciddi surətdə pisləyir.
2.  Birləşmiş  Millətlər Təşkilatı  Təhlükəsizlik  Şurasının  822,  853, 
874  və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən qeyri-şərtsiz və 
mütləq yerinə yetirilməsini tələb edir.
3.  Hərbi  təcavüzün  dayandırılması  və  onun  nəticələrinin  aradan 
qaldırılmasına  yönəlmiş,  həmçinin,  hərbi  münaqişələr  baş  verdiyi 
zaman dövlətlərin işğal olunmuş ərazilərdən mədəni dəyərlərin çıxarıl­
291


Yüklə

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə