Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə75/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   71   72   73   74   75   76   77   78   ...   84

masının davam etdirilməsi  və həmin ərazilərdə qanunsuz olaraq ermə­
ni  millətindən  olan  şəxslərin  köçürülməsindən  dərin  narahatlıq  hissi 
ifadə edərək;
Erməni  təcavüzü  nəticəsində  bir  milyondan  çox  azərbaycanlının 
qaçqın və məcburi  köçkünə  çevrilməsindən  və  bu  nəhəng  humanitar 
problemin ağırlığından dərin narahatlıq keçirərək;
İslam  Konfransı  Sammitinin  bütün  əvvəlki  qətnamələrini, 
xüsusilə 20-21  Şaban,  1424-cü il Hicri tarixində (16-17 oktyabr 2003) 
Putracayada  keçirilmiş  zirvə  görüşündə  qəbul  olunmuş  21/10-P(IS) 
saylı qətnaməsini bir daha təsdiq edərək;
BMT Nizamnaməsinə ciddi  şəkildə əməl  edilməsinə,  Təhlükəsiz­
lik  Şurasının müvafiq qətnamələrinin tam  şəkildə yerinə yetirilməsinə 
çağıraraq;
Ermənistan  və Azərbaycan  arasındakı  münaqişənin  həll  edilməsi 
üçün bütün diplomatik və digər cəhdləri alqışlayaraq;
Bütün  üzv  dövlətlərin  Azərbaycan  Respublikasının  suverenliyi, 
ərazi  bütövlüyü və  siyasi  müstəqilliyinə  hörmət etmək öhdəliyini  bir 
daha təsdiq edərək;
Ermənistan  Respublikasının  təcavüzkar  siyasətinin  ATƏT 
çərçivəsindəki  sülh prosesinə dağıdıcı təsir göstərdiyini bir daha qeyd 
edərək;
Baş  katibin  hesabatını  (OIC/TCFM  -   33/POL/SG-REP.7)  nəzərə 
alaraq:
1. 
Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzünü sərt şəkildə ittiham edir.
2. 
İşğal  olunmuş  Azərbaycan  torpaqlarındakı  mülki  azərbaycanlı 
əhaliyə qarşı törədilmiş hərəkətləri insanlığa qarşı cinayət hesab edir.
3. 
Azərbaycanın  işğal  edilmiş  ərazilərindəki  arxeoloji,  mədəni  və 
dini  abidələrin  talan  edilməsini  və  yandmlmasını  sərt  şəkildə  ittiham 
edir.
4. 
BMT  Təhlükəsizlik  Şurasının  822,  853,  874  və  884  saylı 
qətnamələrinin  tam  şəkildə  yerinə  yetirilməsini,  Ermənistan  silahlı 
qüvvələrinin Azərbaycanın  Dağlıq  Qarabağ regionu da daxil  olmaqla 
bütün  işğal  olunmuş  ərazilərindən  tam  və  qeyd-şərtsiz  çıxarılmasını 
qəti  şəkildə  tələb  edir  və  Ermənistanı  Azərbaycan  Respublikasının 
suverenliyi və ərazi bütövlüyünü tanımağa çağırır.
5. 
Ermənistanın  yuxanda  göstərilən  BMT  Təhlükəsizlik  Şurası 
qətnamələrinin tələblərini hələ də yerinə yetirməməsindən narahatlığı­
300
nı ifadə edir.
6. 
BMT  Təhlükəsizlik  Şurasını  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzü  tanımağa;  BMT  Nizamnaməsinin  VII  fəslinə  uyğun  olaraq 
öz  qətnamələrinin  yerinə  yetirilməsini  təmin  etməyə;  Azərbaycan 
Respublikasının  suverenliyi  və  ərazi  bütövlüyünə  qarşı  təcavüzü 
ittiham etməyə və aradan qaldırmağa çağmr və bu məqsədlə BMT-də 
əlaqələndirilmiş tədbirlər görməyi qərara alır.
7. 
Təcavüzkarı münaqişəni genişləndirmək və Azərbaycan ərazilə­
rini  işğal  altında  saxlamaq  imkanlarından  məhrum  etmək  məqsədilə 
bütün üzv  dövlətləri  Ermənistana silah və hərbi ləvazimatla təchiz et­
məkdən  çəkinməyə  çağırır.  Üzv dövlətlərin  əraziləri  belə bir təchizat 
üçün tranzit kimi istifadə olunmamalıdır.
8. 
Üzv  dövlətləri,  həmçinin  beynəlxalq  birliyin  digər  üzvlərini 
Ermənistanın  təcavüzünə  və  Azərbaycan  ərazilərinin  işğalına  son 
qoymaq  məqsədilə  bütün təsirli  siyasi  və iqtisadi  vasitələrdən  istifadə 
etməyə çağırır.
9. 
Ermənistan  və  Azərbaycan  arasındakı  münaqişənin  dövlətlərin 
ərazi  bütövlüyü  və  beynəlxalq  birlik  tərəfindən  tanınmış  sərhədləri 
çərçivəsində ədalətli və sülh yolu ilə həllinə çağmr.
10. 
Üzv  dövlətlərin  Nyu-Yorkdakı  Daimi  Nümayəndəliklərini 
BMT Baş  Məclisində səsvermə zamanı Azərbaycanın ərazi  bütövlüyü 
məsələsini müdafiə etmək üçün təlimatlandırmağı qərara alır.
11. 
Ermənistanı  və ATƏT-in Minsk Qrupunun bütün üzv dövlətlə­
rini  BMT  Təhlükəsizlik  Şurasının  müvafiq  qətnamələri  və  ATƏT-in 
sənədləri, o cümlədən 24 mart  1992-ci  ildə keçirilmiş ATƏT Şurasının 
Birinci Əlavə Görüşünün, 5-6 dekabr  1994, 2-3 dekabr  1996 və  18-19 
noyabr  1999-cu  il  ATƏT Sammitlərinin  sənədlərinə  əsasən ATƏT-in 
davam  etməkdə olan sülh prosesində konstruktiv şəkildə  iştirak  etmə­
yə və sülhə nail olmağı daha da çətinləşdirə biləcək istənilən hərə-kət- 
dən çəkinməyə çağmr.
12. 
Ermənistan  və  Azərbaycan  arasındakı  münaqişənin həlli  üçün 
ATƏT-inFəaliyyətdə  olan  Sədrinin  1996-cı  il  Lissabon  Zirvə  Görü- 
şündəki  bəyanatında əks olunan prinsipləri  Ermənistan  Respublikası 
və Azərbaycan Respublikasının ərazi  bütövlüyünün tanınması,  Dağlıq 
Qarabağa Azərbaycanın tərkibində yüksək özünüidarə statusu verilmə­
si  və  bütün  regionun  əhalisinin  təhlükəsizliyinə  təminat  verilməsini 
tam dəstəklədiyini bəyan edir.
13.  Baş  vermiş  faktın  münaqişənin  həlli  üçün  əsas  ola  bilmə­
301


yəcəyini  və nə Azərbaycan Respublikasının işğal  edilmiş ərazilərində­
ki mövcud vəziyyətin,  nə də mövcud status-kvonu saxlamaq  üçün  hə­
min ərazilərdəki  istənilən fəaliyyətin, o cümlədən təşkil  edilən səsver­
mənin hüquqi cəhətdən keçərli qəbul olunmayacağını vurğulayır.
14. 
Beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması  olan, 
münaqişənin sülh yolu ilə həlli  prosesinə pozucu təsir göstərən  Azər­
baycanın  işğal  olunmuş  ərazilərində  erməni  millətindən  olan  əhalinin 
yerləşdirilməsinin  dayandırılmasını  və  bunun  nəticələrinin  aradan 
qaldırılmasını  tələb  edir və  Azərbaycanın  BMT  Baş  Məclisi  də  daxil 
olmaqla  bu  məqsədlə  göstərdiyi  səyləri  o  cümlədən  Nyu-Yorkda 
BMT-dəki Daimi Nümayəndəlikləri vasitəsilə müdafiə edir.
15. 
ATƏT-in Minsk Qrupunun fəaliyyətini  və Azərbaycan  və  Er­
mənistanın xarici  işlər nazirləri  səviyyəsində apanlan  məsləhətləşmə­
ləri  müdafiə  etdiyini  və  mərhələli  həllin  Azərbaycan  Respublikasına 
qarşı  təcavüzün  ən  ağır  nəticələrini  aradan  qaldıracağına  inandığını 
bildirir.
16. 
Baş  Katibdən  İKT-nin  Ermənistanın  Azərbaycana  qarşı  təca­
vüzünə qarşı  prinsipial  və qəti  mövqeyini  Avropada Təhlükəsizlik  və 
Əməkdaşlıq Təşkilatının indiki sədrinə çatdırmağı xahiş edir.
17. 
Azərbaycan  hökumətinin  və  xalqının  öz  ölkələrini  müdafiə 
etmək üçün göstərdiyi cəhdlərlə tam həmrəyliyini bir daha təsdiq edir.
18. 
Məcburi  köçkünlərin  və qaçqınların  təhlükəsiz,  şərəf və  ləya­
qətlə qayıtmasına şərait yaradılmasına çağırır.
19. 
Məcburi köçkünlərə və qaçqınlara humanitar yardım göstərmiş 
bütün üzv dövlətlərə minnətdarlığını  ifadə edir və digərlərini də həmin 
insanlara yardım göstərməyə çağırır.
20. 
Azərbaycan  Respublikası  ərazisində  bir  milyondan  çox  məc­
buri  köçkünlərin  və  qaçqınların  mövcudluğu  ilə  əlaqədar  humanitar 
problemlərin  kəskinliyindən  narahatlığını  ifadə  edir və  İKT  üzv  döv­
lətlərini, İslam İnkişaf Bankını və digər İslam iııstitutlannı Azərbaycan 
Respublikasına  böyük  ehtiyac  duyulan  maliyyə  və humanitar yardım 
göstərməyə çağırır.
21. 
Azərbaycanın  məruz  qaldığı  zərərlərə  görə  müvafiq  kom­
pensasiya  hüququ  olduğunu  hesab  edir  bu  zərərlərə  görə  adekvat 
kompensasiya ödənilməsi məsuliyyətini  Ermənistanın üzərinə qoyur.
22. 
Baş  Katibdən  bu  qətnamənin  yerinə  yetirilməsinə  nəzarət 
etməyi və bununla bağlı  İslam  Konfransı  Xarici  İşlər Nazirlərinin  34- 
cü Sessiyasına məruzə etməyi xahiş edir.
302
6.2.15.3.2.  “Azərbaycan  Respublikasına iqtisadi yardımın 
göstərilməsi haqqinda” adlı 10/33-E nömrəli Qətnamə.
Hicri tarixi  ilə  23-25  camadal  avval  1427H ildə (miladi  tarixi  ilə
19-21  İyun  2006  il)  Bakı  şəhəri,  Azərbaycan  Respublikasında 
keçirilmiş  İKT  Xarici  İşbr  Nazirləri  Şurasının  33-cü  Konfransı 
(Hüquqların, Azadlıqların Harmoniyası və Ədalət sessiyası),
İKT-nirı  7-8  dekabr  2005-ci  il  3-cü  Fövqəladə  Məkkə  Zirvə 
Görüşünün On İllik Fəaliyyət Proqramına istinad edərək,
İKT  dövlət  və  hökumət  başçılarının  X  Zirvə  Görüşünün  qəbul 
etdiyi 21/10-E saylı Qətnaməyə istinad edərək,
Eləcə  də,  İKT Xarici  İşlər Nazirləri  Şurasının  32-ci  Konfransının 
qəbul etdiyi  10/32-E saylı qətnaməyə istinad edərək,
İKT üzv dövlətlərinin ölkə tarixinin bu ciddi  və çox kritik anında 
Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyini təsdiqləyərək;
BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi 
ilə əlaqədar müvafiq qətnamələrinə istinad edərək,
Ermənistanın  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ 
bölgəsində  apardığı,  təqribən  20%-dək  ərazinin  işğalı  və  bu  təcavüz, 
insan  hüquqlarının  kobud  şəkildə  pozulması  və  qəddarlıqla  həyata 
keçiri hin  hücumlar  nəticəsində  1  milyon  Azərbaycan  xalqı  övladının 
öz  doğma yurdlarından  zorla,  qovulması  ilə  müşayiət  olunan təcavüz­
kar əməllərini pisləyərək,
Ermənistan  tərəfindən  işğal  edilmiş  ərazilərdə  Azərbaycana 
dəymiş  iqtisadi  zərərin  həcminin  60  mlrd.  ABŞ  dollara  olduğunu 
nəzərə alaraq.
Bir sıra İKT üzv dövlətlərinin və müvafiq  qurumların,  BMT  təsi­
satlarının,  beynəlxalq  təşkilatların  təqdim  etdiyi  yardımı  alqışladığını 
ifadə edərək,
Eləcə də Baş Katibin məruzəsini nəzərə alaraq:
1 .Üzv  dövlətləri  və islam qurumlarını  Azərbaycan xalqının əzab­
larını  yüngülləşdirmək  məqsədi  ilə  Azərbaycan  hökumətinə  lazımi 
iqtisadi  və humanitar yardım göstərməyə çağırır.
2. 
Beynəlxalq  təşkilatlan  Azərbaycanı  təxirəsalınmaz  maliyyə  və 
humanitar yardım ilə təmin etməyi davam etdirməyə çağırır.
3. 
Baş  Katibdən  bu  Qətnamənin  yerinə  yetirilməsinə  nəzarət 
etməsini  və  bu  barədə  İKT  Xarici  İşlər  Nazirlər  Şurasının  34-cü
303


Yüklə

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə