tövlükdə dünya dövlətləri birliyinə münasibətdə öhdəliklərin
mövcud olması göstərilirdi. Təcavüz, soyqırım, irqi ayrı-seçki
lik, etnik təmizləmə, aparteid, humanitar faciə və s. əməllərin tö
rədilməsi BMT Nizamnaməsi, 1973-cü ildə qəbul olunmuş apar
teid cinayətlərinin qarşısının alınması və onun cəzalandirilması
haqqında Beynəlxalq Konvensiya və '‘Soyqırım cinayətlərinin
qarşısının alınması və cəzalandırılması haqqında” 1948-ci il 9
dekabr tarixli Konvensiya kimi digər ən vacib beynəlxalq sənəd
lərin pozulmasına yönəlib və dünya birliyi dövlətləri tərəfindən
beynəlxalq cinayətlər kimi tövsif edilir. Belə növ əməllərin
törədilməməsi öhdəlikləri bütövlükdə dünya birliyi dövlətləri
qarşısında xüsusi kateqoriyalı öhdəliklər xarakteri daşıyır,
erga
omnes (hamı arasında) öhdəlikləri. Nəzərə alsaq ki, bütün
dövlətlərin hüquqi marağı var, onlar erga omnes öhdəliyini
pozmuş dövləti məsuliyyətə cəlb etmək hüququna malikdirlər.
Bu müasir beynəlxalq hüquqda, bütövlükdə dünya birliyi
dövlətlərinin marağlarına toxunan beynəlxalq cinayətlərə qarşı
kollektiv surətdə əks hərəkət etmə konsepsiyasının əks olun
masıdır. BMT-nin Beynəlxalq Hüquq Komissiyası “Beynəlxalq
hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı
maddələr lahiyəsini qəbul edib BMT Baş Məclisinə təqdim etdi.
BMT Baş Məclisi 12 dekabr 2001 -ci ildə özünü plenar iclasında
bu layihəyə baxıb qətnamə qəbul etdi. Qətnamədə deyilir ki, bu
maddələr layihəsi dövlətlər tərəfindən nəzərə alınır, bu
qətnaməyə əlavə kimi daxil edilir. Dövlətlərin məsuliyyəti
haqqında maddələr layihəsinə şərhdə deyilir ki: “Hər
bir dövlətin
özünün beynəlxalq dünya birliyi üzvü olması gücünə bəzi əsas
hüquqların müdafiəsində və bəzi əsas öhdəliklərin yerinə
yetirilməsində hüquqi marağı var”.
Ermənistanın dünya birliyi dövlətləri qarşısında məsuliyyəti
14
Azərbaycana qarşı təcavüzə son qoyulması və işğal olunmuş
ərazilərdən bütün işğalçı qüvvvələrin çıxardılması, Xocalı soy
qırımını törətmiş və təcavüzkar müharibəyə başlamış təqsirkar
şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və bununla yanaşı
Ermənistanın azərbaycan xalqından rəsmi üzr istəməsi zərurətini
yaradır.
2.
Vurulmuş konkret maddi və mənəvi zərərə ğörə Ermə
nistanın Azərbaycan qarşısında məsuliyyəti
Yaxşa bəlli olunduğu kimi, Ermənistanın Azərbaycana qarşı
təcavüzü nəticəsində azərbaycan torpaqlarının 20% işğal edilmiş
və bir milyona yaxııı insan qaçqın və köçkün olmuş, Azərbayca
nın əhalisinə, ərazisinə, iqtisadiyyatına, ekologiyasına, bitki və
heyvanat aləminə böyük maddi və mənəvi ziyan vurulmuşdur.
Vurulmuş zərərin miqdarı həqiqətən çox böyükdür. 900 ya
xın yaşayış məntəqəsi dağıdılmış və məhv edilmişdir. 20 mindən
çox azərbaycanlı həlak olmuş, 50 mindən çox azərbaycanlı isə
yaralanmış və ya almış zədə nəticəsində əlil və ya şikəst olmuş
lar. Bir necə min insan isə xəbərsiz itkin düşmüşdür.
Bütövlükdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəti
cəsində Azərbaycanın 17000
k v
.
km ərazisi işğal edilmişdir. İş
ğal edilmiş ərazilərdə 6 minə yaxın sənaye, kənd təsərrüfatı və
digər obyektlər, ümumi sahəsi 9.1 mln kv. m olan 150 min ya
şayış evləri və mənzillər, 4366 sosial-mədəni təyinatlı obyekt, 7
min ictimai bina, 693 məktəb, 855 məktəbəqədər müəssisə, 4
sanatoriya-müalicə kompleksi, 695 xəstəxana və digər tibb
müəssisəsi dağıdılmışdır.
31 məçid, 9 tarixi saray, 6 dövlət teatrı və konsert təşkilatı,
368 klub, 927 kitabxana, 85 musiqili məktəb, 464 tarixi abidə ta
15