Azərbaycan Respublikası Prezidenti yanında



Yüklə 215,75 Kb.
səhifə3/3
tarix27.10.2017
ölçüsü215,75 Kb.
#6893
1   2   3

Kommersiya sirri — hüquqi və fiziki şəxslərin istehsal, texnoloci, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.


Qanunun məqsədi:

  1. Bu Qanun Azərbaycan Respublikasında kommersiya sirri ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

  2. Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslərin kommersiya sirrini təşkil edən məlumatlarının, onların ifadə edilməsi üsulundan və daşıyıcısından asılı olmayaraq qorunma hüququ vardır.

  3. Kommersiya sirrindən dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin ziddinə istifadə edilə bilməz.

Kommersiya sirri hesab edilən məlumatlar :

  • Aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir:

  • dövlət sirrini təşkil edən məlumatlar;

  • təsis sənədlərində əksini tapan məlumatlar;

  • sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar;

  • qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə (mühasibat) hesabatlarında olan məlumatlar;

  • Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə kommersiya sirri hesab olunmayan məlumatlar;

  • əməyin ödənilməsi formaları və məbləği barədə, əmək haqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibini, boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar;

  • patent və digər mühafizə sənədləri ilə qorunan əqli mülkiyyət obyektləri haqqında məlumatlar;

  • qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qiymətli kağızların emitenti, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı və qiymətli kağızların mülkiyyətçiləri tərəfindən açılmalı olan məlumatlar;

  • qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə məlumatlar;

  • özəlləşdirmənin dövlət proqramının həyata keçirilməsi və konkret obyektlərin özəlləşdirmə şərtləri barədə məlumatlar;

  • hüquqi şəxsin ləğvi və onun kreditorları tərəfindən tələblərin irəli sürülməsi qaydası və müddəti barədə məlumatlar;

  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən barəsində məsuliyyət növü nəzərdə tutulan əməllərə dair məlumatlar;

  • ekoloci və antiinhisar qanunvericiliyinə əməl olunması, əməyin təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığına ziyan vura bilən məhsulların satışı ilə bağlı məlumatlar;

  • kommersiya sirri reciminin qoyulması qüvvədə olan qanunvericiliklə məhdudlaşdırılan məlumatlar;

  • qanunvericiliyə əsasən kommersiya sirri hesab edilməyən digər məlumatlar.

  • Hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir.


Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 4 dekabr 2001-ci il

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

Bu Qanun Azərbaycan Respublikasında elektron ticarətin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını, onun iştirakçılarının hüquq və vəzifələrini, habelə elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edir.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 may 2005-ci il
Bilavasitə kommersiya əməliyyatları ilə bağlı məsləhətlər, iqtisadi və maliyyə məlumatlarının verilməsi qabiliyyəti bankları başqa uyğun subyektlərdən əsaslı şəkildə fərqləndirir. Belə ki, kommersiya sahəsindəki vəziyyətə mütəmadi olaraq nəzarət etmək və məlumatlara malik ola bilmək imkanına görə kommersiya bankları öz müştərilərinə vergi deklarasiyalarını və biznes –planları tərtib etməkdən tutmuş daxili və xarici bazarlarda marketinq araşdırmaları, mal və xidmətlərin bazarda irəliləməsi barədə məsləhətlər verir. Banklar hesablaşma əməliyyatı, əmanət qoyanların, kredit götürmək istəyənlərin arasında vasitəçi olaraq külli miqdarda informasiyanı təhlil edirlər. Kommersiya bankları bank sistemi içərisində ən önəmli fəaliyyətlərindən biri də bank pulunu yarada bilməsidir. Bank pulu banka qoyulan əmanətin məcburi ehtiyat normalarına ayrılan miqdarı çıxıldıqdan sonra, təkrar kredit olaraq verilməsi nəticəsində olur. Bank pulu çek sisteminin uyğunlaşdığı ölkələrdə böyük bir rola sahibdir. Azərbaycanda çeklə ödəmələr inkişaf etməmişdir. Bunun bəzi tarixi və sosioloji səbəbləri vardır. Xalq ödəmə məqsədilə nəzərdə tutduğu pulu banka qoymağa alışmamışdır. Bundan başqa bank menecmentinin zəifliyi və onlara qarşı inamın yoxluğu, banklarda etibar səviyyəsinin azlığı kimi fikirləri də söyləmək mümkündür.

Azərbaycanda kommersiya və depozit bankların fəaliyyəti hal –hazırda qüvvədə olan 14 iyul 1994 –cı il tarixli “Azərbaycan Respublikasında banklar və bank fəaliyyətri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Onların icra etdikləri əməliyyatlar toplusu həmin qanunun 27 –ci maddəsinin 1 –ci bəndi ilə müəyyənləşdirilmişdir. Kommersiya və depozit banklarının artıq formalaşmış olan, bütün dünya tərəfindən qəbul olunmuş əməliyyatlar toplusuna qanunvericilik əsasında yeniləri daxil olur. Bazar şəraitində fəaliyyət göstərən bu banklar artıq qarşılıqlı olaraq bir –birinə xas olan əməliyyatları icra edirlər.



Ümumilikdə depozit bankların verdiyi kreditlər üzrə xüsusi çəkisi də xeyli artmışdır. Əmanət banklarında bu rəqəmlərin müstəqillik illərindən sonra çəkisinin tədricən yox olduğunu demək olarsa, kommersiya bankları tərəfindən verilən kreditlərin ümumi həcmi xeyli artmışdır:


































İllər

2000

2001

2002

2003

2004

2005

2006

2007

2008

2009

Kommersiya bankları

386.5

422.1

463.2

490.3

518.6

667.8

989.5

1441.0

2362.7

4664.6

Əmanət bankları

3.8

2.0

1.2

0.6

-------

-------

-------

-------

-------

-------

Cəmi

400.3

424.1

464.2

490.9

518.6

667.8

989.5

1441.0

2362.7

4664.6

Cədvəl 1. 1Depozit banklar (milyon manat)


4.Elektron-kommersiya sistemləri və potensial istehlakçılar
Müasir İKT-yə əsaslanan E-kommersiyanın əsas xüsusiyyəti alıcı ilə satıcı arasındakı bir çox əlaqələrin məhz İnternet vasitəsilə həyata keçirilməsidir. İnternet iqtisadi mühitdə yaranan problemlərin həll olunmasında yeni variantlar təklif edir. Təsadüfi deyildir ki, E-kommersiya sisteminin internetdən istifadəyə görə də təsnifatında çoxlu sayda variantlar mövcuddur. Onlardan ən əsaslarını qeyd edək:

1. Korporativ sayt. Pərakəndə sferada malların və xidmətlərin satışının təmini üçün təyin olunmuşdur. Qiymətlər, xidmətlər, çeşidlər, satışdan sonrakı xidmətlər, ödəniş, satış şərtləri və kompaniya haqqında müxtəlif informasiyalar təqdim edir, ancaq satış prosesini həyata keçirmir.

2. Veb-vitrin (elektron köşk). Bilavasitə alıcı aktlarının məhdud imkanlarla olsa da, həyata keçirilməsini təklif edir. Satışdan sonrakı xidmət funksiyalarını yerinə yetirmir, bir qayda olaraq, elektron ödəniş vasitələrindən istifadə etmir, məhdud çeşidlidir, bir müəssisə daxilində fəaliyyət göstərir, və ya bütöv bir auditoriyanı cəlb edir.

3. Elektron maqazin (on-layn maqazin). Kompaniyalar, mallar və xidmətlər haqqında informasiya verməklə bərabər, həm də satışdan sonrakı xidmətləri təmin edərək, satış aktını həyata keçirməyə imkan verir. B2C-nin İnternet veb-fəzasında həyata keçirilməsinin ən geniş yayılmış növü olub, məhdud məhsul çeşidlərinin və ya bir kompaniyanın çeşidlərinin satışını həyata keçirir.

4. Elektron univermaq (ticarət sıraları). Müxtəlif əmtəə bazarlarında başqa kompaniyaların geniş çeşidlərini təklif edir. Klientləri cəlb etmək və informasiya ilə təmin etməyin bütün vasitələrindən istifadə edir, klientlərlə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.

5.İnformasiya saytları (kontent layihələr, istehlakçı ensiklopediyaları). Müxtəlif kompaniyalar, satış şərtləri, qiymətlərin səviyyəsi, satılan malların keyfiyyəti, müxtəlif müqayisəli xüsusiyyətlər, kompaniyaların veb-resurslarına giriş haqqında informasiya təqdim edirlər.

6. Elektron ticarət portalı (ticarət sistemləri). Ayrılıqda veb-resurs kimi mövcuddur, müxtəlif kompaniyaların məhsullarının geniş çeşidlərini, onlar haqqında informasiya təqdim edir, uzunmüddətli əsasda malların hərəkətındə bir neçə təşkilatın kommersiya fəaliyyətinin onların iştirakı ilə bilavasitə təşkili üçün nəzərdə tutulmuşdu. Bəzi hallarda kommersiya fəaliyyəti ilə əlaqəsi olmayan müxtəlif sahələrdə geniş xidmətlər sahəsi ilə seçilir, satış aktının zamini kimi çıxış edir, geniş istifadəçilər auditoriyasına malik olur.

7. Elektron auksion. Öz funksiyalarına görə ticarət meydançalarına çox yaxındır, ancaq burada fəaliyyət, bir qayda olaraq, tez satılması lazım olan malların böyük tədavüllərilə aparılır.

8. İnteqrallaşmış proqram kompleksi. Kompaniyalara proqram komplekslərini biznes tranzaksiyanın inteqrallaşmış sisteminə tətbiq etməyə, həmçinin hazır proqram məhsullarından satış prosesinin (elektron poçt, veb-brouzer, onlayn elanlar sistemi və s.) strukturunda istifadə etməyə imkan verir.

E-kommersiya sisteminin təşkilində hər bir variantın üstünlüklərini və qüsurlarını, eləcə də təşkilati məsrəflərini nəzərə almaq lazımdır.

İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı elektron kommersiya sistemində yeni təşkilati-texnoloji modellərinin yaranmasına gətirib çıxarır.



E-kommersiya sisteminin təşkilati-iqtisadi modellərində aşağıdakı əsas funksional elementlərin olmasına da diqqət yetirilməlidir:

1) Cəlbetmə sistemləri;

2) Sifariş sistemləri;

3) Ödəniş sistemləri;

4) Çatdırma sistemləri;

5) İnformasiya xidmətləri və s.

Qeyd olunmalıdır ki, şəbəkənin bütün istifadəçiləri arasında birbaşa (on-layn) qarşılıqlı əlaqəni təmin edən əsas texniki vasitə saytdır. Elektron-kommersiya fəaliyyətinin təşkilində sayt texnologiyasının aşağıdakı üstünlüklərini qeyd etmək lazım gəlir:



    • geniş alıcılar auditoriyasına satışların təmini;

    • verilənlərin hazırlanmasının yüksək sürəti;

    • ixtiyari növ informasiyanın verilməsi (mətn, qrafik, səs);

    • alıcı və onun yerləşdiyi sayt haqqında informasiya yığımı;

    • müxtəlif avtomatlaşdırılmış sistemlərlə satışın təminatı sisteminin inteqrasiyası.

Sayt texnologiyasının köməyilə şirkətlərin qarşısında duran kompleks məsələləri - alıcılar potensialının cəlb edilməsi, klientlərin və partnyorların informasiyalaşdırılması, marketinq tədqiqatları, Public Relation, şirkətin daxili kommunikasiya məsələləri, imicin dəstəklənməsi və inkişafı, həmçinin bir çox digər məsələləri səmərəli həll etmək olar. Kommersiya saytı məhsulun hərəkəti prosesini, məhsulların və ya xidmətlərin satışı prosesini vahid sistem halında birləşdirməyə imkan verir, həm də sayt kompaniyanın, ofisin nümayəndəliyinə xidmət edə bilir. Ona görə də bu texnologiya şirkətin əsas məqsədinin şəbəkədə həyata keçirilməsi üçün ən effektiv vasitədir. İnternet-maqazinlərin əksəriyyətinin təşkili üçün sayt texnoloji cəhətdən ən geniş yayılmış əlverişli formadır.

Kommersiya veb-saytı ixtiyari kompaniyanın olduqca ucuz və böyük olmaqla ən səmərəli “klientlərlə iş ofisi” ola bilər, belə ki, bu “ofis” nəzəri olaraq istənilən qədər potensial klientləri qəbul edə, onların şirkətin xidmətlərindən istifadə etmək imkanını və bütün lazımi informasiyalarla təminini həyata keçirə bilər. Praktiki olaraq pərakəndə kommersiya fəaliyyəti ilə məşğul olan firmaların bütün fəaliyyət sferası İnternet virtual fəzasında həyata keçirilə bilər. Hal-hazırda bütün mövcud texnoloji imkanlardan istifadə kompaniyaya malların və xidmətlərin alıcılara bütün lazımi vasitələrlə satış prosesini tam mənasında təmin etməyə imkan verir.



Elektron-mağaza veb-resursların təşkilati-iqtisadi modellərinin ən çox istifadə olunan növlərindən biridir. O, satış prosesi üçün zəruri olan bütün vasitələri reallaşdırır.

Kommersiya veb-resursuna daxil olmuş potensial alıcılar axınının hesabına satışın həcmini genişləndirmək və son nəticədə gəlirin artmasını həyata keçirmək mümkündür.

E-kommersiya sisteminin tətbiqinin xarici və ölkə təcrübəsindən çıxış edərək E-kommersiyanı alıcıları cəlb etmələrinə görə də təsnif etmək olar.

Elektron - kommersiya sistemində istehlakçıların klassifikasiyası. İstehlakçıları özlərini aparmalarına görə 2 əsas növə ayırırlar:

(1) - bazarlıq etmək niyyətilə İnternet-maqazinə daxil olanlar;

(2) - bazarlıq etmək niyyəti olmadan İnternet-maqazinə daxil olanlar.

Bazarlıq edən ziyarətçilərə xas olan cəlbedici amillər və hərəkət tərzləri əsasında alıcıları aşağıdakı qaydada təsnif etmək olar:



  1. - “Bazarlıq etməyi sevənlər”

Cəlbedici amillər: aşağı qiymət, pulsuz çatdırma, güzəştlər, hədiyyələr.

  1. - “Həyat tərzini asanlaşdırmaq prinsipinə görə hərəkət edənlər”

Cəlbedici faktorlar: vaxta qənaət, tez çatdırılma, malların eyni bir yerdən alınması imkanı.

  1. - “Müqayisəyə meyllilər”

Cəlbedici faktorlar: mal haqqında tam informasiya, kifayət qədər stabil çeşid, maqazinlə əks əlaqə.

(4)- Maraqla bağlı hərəkət edənlər

Cəlbedici faktorlar: bazarlığın yeni üsuluna maraq, malın yeniliyi, ödəniş və ya çatdırma üsulları, yeni İnternet-mağazanı sınaqdan keçirmək arzusu.

Ancaq bu üsulların qarışığı da mümkündür və müxtəlif vəziyyətlərdə eyni bir adam özünü başqa cür apara bilər. Bəzi mütəxəssislər özlərini aparma tərzinə görə alıcıları aşağıdakı kimi təsnif edirlər:
1) “Tənhalar”- bu alıcılar real mağazalarda bazarlıq etməkdə çətinlik çəkdiklərindən İnternetin onlara verdiyi imkanlara böyük qiymət verirlər və şəbəkədə bazarlıq edirlər;

2) “Arsızlar” - bu alıcılar İnternet - bazarlıqda uğursuz təcrübəyə malik alıcılardır;

3) “Evdən çıxmayanlar” - bu alıcılar İnternet-bazarlığın əsas üstünlüyünü evdən çıxmadan bazarlıq etməkdə görürlər;

4) “Avtomatlaşdırılmanın tərəfdarları” - belə alıcılar İnterneti malların və xidmətlərin alınması prosesini asanlaşdırdığına və avtomatlaşdırdığına görə qiymətləndirirlər.

Alıcıların verilmiş təsnifatları bir çox elmi mənbələrdə yetərincə təsvir olunmuşdur, lakin onlar klientin bazarlıq proseslərinə (motivasiya) münasibətlərini nəzərə almırlar. Bu bazarlığın satış prosesinin alıcının tələblərinə uyğunluğu nöqteyi-nəzərindən məqsədəuyğunluğunu və ya zəruriliyini xarakterizə etməyə imkan verən tamamilə yeni yanaşma lazımdır.

Bu səbəbdən potensial alıcıları hərəkət tərzlərinə görə əsaslandırılmış modellərə ayırmaq tövsiyyə edilir:


  1. adi” alıcılar; 3.“yadda qalan” alıcılar;

  2. xüsusi” alıcılar. 4. “imicli” alıcılar;

Birinci növ alıcılar mərhələnin amillərini qiymətləndirərək həmin mağazada bazarlığın səmərəliliyi haqqında ümumi təsəvvür yaratmırlar; ucuz mallar; kitablar, CD-disklər və s. alırlar.

İkinci növ alıcılar elektron mağazanın imicinə uyğun olması nöqteyi-nəzərindən bazarlıq prosesini qiymətləndirirlər: bahalı “brendli” mallar alırlar.

Üçüncü növ alıcılar bazarlıq haqqında qərarın qəbulunda satış prosesinin strukturunun bəzi funksional elementlərinin ümumi qiymətini formalaşdırırlar: yüksəktexnologiyalı mallar və xidmətlər alırlar.

Dördüncü növ alıcılar bütün funksional elementləri qiymətləndirərək, bazarlığın səmərəliliyi haqqında inteqral təsəvvür formalaşdırırlar. Bu qrupa aid olan alıcılar satış prosesinə yüksək tələblərlə yanaşırlar və bir qayda olaraq sənaye malları alırlar.

Potensial alıcıların davranış tərzinə əsaslanan motiviasiya-modellərə görə təsnifatını E-kommersiya sistemlərinin təşkilati-iqtisadi modellərinin yaradılmasında, satış proseslərinin həyata keçirilməsində və uyğun assortiment siyasətinin tətbiqində istifadə etmək məsləhət görülür



Nəticə

Qeyd etdiyimiz kimi kommersiya fəaliyyəti iqtisadiyyatın əvəzedilməz fəaliyyət sahələrindən biridir.

Mürəkkəb və çoxşaxəli bazar münasibətləri şəraitində kommersiya fəaliyyətini yalnız yaxşı hazırlanmış yüksək ixtisaslı və kommersiya işinin müasir təşkili və texnologiyası, marketinq, menecment sahəsində dərin hazırlıq keçmiş və ya ixtisaslarını yükşəltmiş kadrlar müvəfəqqiyətlə həyata keçirə bilərlər. Ticarət müəssisələrinin, kommersiya xidmətlərinin başında kommersiya işini yaxşı bilən ixtisaslı kommersant-təşkilatçılar, komersant-əmtəəşünaslar, komersant-menecerlər durmalıdırlar.

Kommersiya fəaliyyəti milli iqtisadiyyatın təkmilləşməsi və sahələri arasında əlaqələrin genişlənməsinə öz töhvəsini verməkdə davam edir. Belə ki, milli istehsalçıların məhsaullarının maldövriyyəsinə daxil edilməsində ticarət müəəsisə və təşkilatlarının kommersiya işçilərinin aktual vəzifəsidir.

Kommersiya işinin səviyyəsinin artırılması onun texnologiyasının daim təkmilləşdirilməsini, idarəetmənin yeni texnikasından, avtomatlaşdırılmış idarəetmə sistemindən, kommersiya işçilərinin avtomatlaşdırılmış iş yerlərindən istifadə olunmasını, kommersiya proseslərinin, o cümlədən əmtəələrin topdan və pərakəndə satışının idarə olunmasının kompüterləşməsini tələb edir. Kommersiya əməliyyatlarının kompüterləşməsi kommersiya məlumatlarının işlənməsi və ötürülməsi üzrə informasiya sisteminin yaradılmasına imkan verir ki, bu da əmtəə tədavülü sferasında bazar, marketinq fəaliyyətlərinin texniki əsasını təşkil edir.

İstifadə olunmuş ədəbiyyat siyahısı


  1. A.Əmiraslanov “Azərbaycan iqtisadiyyatı və bazar münasibətləri “ Zaman nəşriyyatı – 2002




  1. İ.Ə. Feyzullayev “ Ticarətin iqtisadiyyatı “ Bakı 1995




  1. R.Əsgərova -“Pul, Kredit və Banklar”, Bakı-2007




  1. M.Q.Ağamalıyev –“Kommersiya fəaliyyətinin təşkili”, Bakı-2004




  1. Tofiq Məmmədov “Ticarətin təşkili və texnologiyası “ Dərs vəsaiti Bakı 2006




  1. Abbasova S.H.,Haqverdiyeva S.H. Azərbaycan Respublikası beynəlxalq iqtisadi əlaqələrinin dövlət tənzimlənməsi.”Azərbaycanşünaslar” VIII Beynəlxalq Elmi-Praktiki Konfrans, 2003.

  2. K.R. Paşayev , T.C.Məmmədov “Ticarətin idarə edilməsi “ Dərs vəsaiti Bakı-1981

  3. M.M.Sadıqov, E.Ə.Balayeva, Ş.Ü.Həmişəyeva –“Beynəlxalq valyuta-kredit münasibətləri və xarici ölkələrin pul-kredit sistemi”, Bakı-2003

  4. Z.Məmmədov, Ə.Abbasov, R.Rzayev. Ş.Həmişəyevə.-“Bank işi və elektron bankçılıq”, Bakı-2003

  5. ЛАВРУШИН – «Денги, Кредит, Банки» МОСКВА 1998

  6. Винаградова С.Н. “Коммерческой деятельность”Москва 1995

  7. В. И. Синицкин “ Основые коммерсической деятельнсти” Москва 1998

  8. Максютов А.А. Основы банковского дела.-М.: Бератор – Пресс,2003


Qəzet və jurnallar:

1. “İqtisadiyya və həyat” - 2008, № 8

2. “Maliyyə və uçot” - 2008, № 5

3. “Xalq qəzeti” - 2008, 1 yanvar

4. “Respublika qəzeti” - 2008, 26 aprel
İnternet səhifələri:

1. www.nba.az 6. www.anfes.gov.az

2. www.adif.az 7. www.economy.gov.az

3. www.ifc.org/acgp 8. www.maliyye.gov.az

4. www.azstat.org 9. www.firststeps.az

5. www.amf.com 10. www.elibrary.az




1 Azərbaycan Dövlət Statistika Komitəsi “Azərbaycanın statistik göstəriciləri” Bakı-2008



Yüklə 215,75 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə