Azərbaycan Respublikası Prezidenti yanında



Yüklə 215,75 Kb.
səhifə2/3
tarix27.10.2017
ölçüsü215,75 Kb.
#6893
1   2   3

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, 2011-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 26,62 mlrd. ABŞ dolları, o cümlədən idxalın həcmi 6,87 mlrd. ABŞ dolları, ixracın həcmi isə 19,75 mlrd. ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində Azərbaycan Respublikası 148 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmiş və xarici ticarət saldosu müsbət 12,88 mlrd. ABŞ dolları olmuşdur.


2. Kommersiya fəaliyyətinin infrastrukturu

(növləri və formaları).
Hər bir elm sahəsinin olduğu kimi kommersiya fəaliyyətinin də özünə məxsus növləri və formaları vardır. Bu da kommersiya fəaliyyətinin daha da dəridən öyrənilib, tətbiq edilməsində mühüm rol oynayır. Bazar iqtisadiyyatı şəraitində kommersiya fəaliyyətinin təşkilati – iqtisadi mexanizmi dedikdə əsasən kommersiya fəaliyyətinin səmərəli həyata keçirilməsi və ahəngdar fəaliyyət göstərməsi üçün zəruri olan sistem elementləri nəzərdə tutulur.

Kommersiya fəaliyyətinin mexanizmini öyrənərkən onun obyekti və subyekti haqqında məlumatlı olmaq yerinə düşərdi.



Əmtəə, məhsul kommersiya fəaliyyətinin obyektidir və buna görə də istənilən əmtəə haqqında zəruri biliklərin olması yüksək ixtisaslı kommersant hazırlanması üçün vacib şərtlərdəndir. Əmtəə haqqında tarixən müxtəlif iqtisadçılar müxtəlif prizmadan çıxış etmişdilər. Məsələn, məşhur alim P. Struve qeyd etmişdir ki, məhsul (əmtəə) həmişə məhsulla dəyişdirilir. Əgər cəmiyyətdə məhsul tələbə müvafiq miqdarda, yəni ayrı –ayrı mallara olan tələbə proporsional miqdarda istehsal olunmuşdursa, həmin cəmiyyətdə məhsul artıqlığı olmayacaq, başqa sözlə, əmtəə mübadiləsi həyata keçiriləcək. K. Marks isə bildirmişdir ki, proporsional bölgüdə satış nəzəriyyəsi kapitalist təsərrüfatında, istehsal və istehlak arasında ona yad ahəngdarlıq bəxş edən apologetik burjua nəzəriyyəsidir. O, heç vaxt etiraf etməmişdir ki, kapitalist üsulu ilə istehsal olunan məhsullar həmişə tam həqiqi mənada realizə edilə bilər. Əksinə, onun bütün mübahisəsi belə fikir yürüdür ki, məhsulun satışı kapitalist cəmiyyətində xroniki və kəskin maneələrlə üzləşir.

Kommersiya fəaliyyətinin subyekti rolunda isə kommersiya fəaliyyətini həyata keçirən və həmin xidmətdən istifadə edən şəxslər nəzərdə tutulur. Bu şəxslər həm hüquqi, həm də fiziki şəxs olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola bilərlər. Onlara ümumi struktur halında baxdıqda, kommersiya fəaliyyətinin subyektlərini müəyyənləşdirmək olar:



Sxem 1.1. Kommersiya fəaliyyətinin subyektləri




Göründüyü kimi kommersiya fəaliyyətinin subyektləri müəyyən təşkilati –quruluş formasında fəaliyyət göstərirlər. Belə ki, onlar fərdi, tərəfdaşlıq, korporasiya formasında öz kommersiya fəaliyyətlərini təşkil edə bilərlər. Ümumilikdə kommersiya fəaliyyətinin təşkilati formalarının xarakteristikasına nəzər saldıqda:






Fərdi müəssisələr

Tərəfdaşlıq

Korporasiya

Yaranma çətinliyi

Sadə və asan yaranma, təşkilatın və rəsmiləşdirmənin aşağı xərclə

Fərdi müəssisələrdə olduğu kimi və əlavə olaraq iştirakçılar arasın- da müqavilə

Xüsusi qanunverici tənzimləmə ilə əla- qədar maddi xərclər tələb edir.

Kapitalın

qabiliyyəti

Mülkiyyətçinin əmanət ölçüsü məhduddur

Iştirakçıların əmanətlə rinin birləşdirilməsi yo lu ilə kapitalın cəlb edilməsi yüksəkdir

Qiymətli kağızların emisiyası vasitəsilə tez pitalı hərəkətə gətirir

Mülkiyyətçinin məsuliyyət miqyası

Mülkiyyət də daxil ol maqla bütün öhdəliklər üzrə tamdır.

İştirakçıların mülkiyyə ti daxil olmaqla tam bölünmüş, subsidiar

Tutulan qiymətli kağızların dəyəri məhduddur.

Mülkiyyətçi tərəfindən nəzarətin səviyyəsi

Bütün fəaliyyət üzərində tam

İştirakçılar arasında bölünür ki, bu da fikir ayrılığı mənbəyidir

Səhmlərin tutulan hissəsinə uyğundur

Mövcudluq davamiyyəti

Sahibkarın həyat davamiyyəti ilə məhdudlaşır.

Tərəfdaşlar arasında razılaşmadan asılıdır

Yalnız iflas halında dayandırılır



Cədvəl 1.1. Kommersiya fəaliyyyətinin təşkilati formalarının xarateristikası

Kommersiya fəaliyyətinin təşkilində, məhsulun istehsaldan son istehlakçıya qədər çatdırılmasında, təsərrüfat subyektləri arasında olan münasibətlərin tənzimlənməsində malgöndərənlər də xüsusi çəkiyə malikdirlər. Malgöndərənlərin müxtəlifliyini nəzərə alaraq, onları müxtəlif əlamətlərinə görə ( funksional, ərazi, mülkiyyət formaları və s. ) bir neçə qrup üzrə təsnifləşdirmək olar.

Ümumiləşdirilmiş şəkildə bütün malgöndərənləri 2 qrup kateqoriyaya bölmək mümkündür : malgöndərən – istehsalçılar və malgöndərən-topdan müəssisələr.

Malgöndərən istehsalçılar – alıcıların tələbatını ödəmək məqsədilə istehlak təyinatlı müxtəlif çeşidli əmtəələr istehsal edən istehsal müəssisələri, firmaları, fərdi sahibkarlar və s. aid edilir.

Malgöndərən – topdan müəssisələr əmtəələri malgöndərən – istehsalçılardan , həmçinin topdan vasitəçilərdən alır və onları topdan alıcılara ( pərakəndə ticarət müəssisələrinə, agentlərə, brokerlərə, pərakəndə müəssisələrə və s. ) satır.

Kommersiya fəaliyyətinin əsas parametrlərinə topdan və pərakəndə satış, birjalar, auksionlar, yarmarkalar, lizinq, faktorinq və s.əməliyyatları göstərmək olar.



Pərakəndə ticarət: istehlakçılara satılan şəxsi və ailəvi istifadə üçün nəzərdə tutulan malların və xidmətlərin dəyərliliyini artıran bütün sahibkarlıq fəaliyyətinin məcmusundan ibarətdir.

Pərakəndə ticarət – şəxsi istifadə üçün nəzərdə tutulmuş, istehlakçılara malları və xidmətləri satan kompaniyalar, obyektlər və s. ibarətdir ki, onlar istehsal və alıcıları birləşdirən, bölgü kanallarında sonuncu halqadır. İstehsal firmaları malları hazırlayır, topdan və pərakəndə ticarətlə məşğul olan firmalara satır.Topdan firmalar bu malları pərakəndə ticarətə, onlar isə son istehlakçılara satır. Bəzi firmalar bir neçə mallar üzrə , digərləri isə geniş mal çeşidini əhatə edən mağazalar vasitəsi ilə pərakəndə ticarəti həyata keçirir. Digər firmalar isə univermaqlar və kataloqlar üzrə pərakəndə ticarəti həyata keçirir və s.

Əmtəələrin pərakəndə satışı üzrə kommersiya işi aşağıdakı mərhələlərdən ibarətdir:

  • mağazalarda satılan əmtəələrə alıcı tələbinin öyrənilməsi və proqnozlaşdırılması;

  • mağazalarda əmtəələrin optimal çeşidinin formalaşdırılması;

  • pərakəndə ticarət müəssisələrinin reklam – informasiya fəaliyyəti;

  • əmtəələrin pərakəndə satışının daha səmərəli metodunun seçilməsi;

  • alıcılara ticarət xidmətləri göstərilməsinin təşkili.

Pərakəndə ticarətdə əmtəə satışının aşağıdakı metodları tətbiq olunur:

    • Özünə xidmət : mütərəqqi metodlarla mal satışının əsas metodudur. Mal satışının bu metodunda alıcı ticarət zalında satışa qoyulmuş bütün mallara sərbəst yanaşılır. Mağazanın işçi heyətinin köməyinə müraciət etmədən müstəqil olaraq mal seçilir, mağazanın çıxışında qoyulmuş hesablaşma qovşağında seçdiyi malın dəyərini ödəyir.

    • Ənənəvi metod vasitəsilə mallar satıcı tərəfindən alıcıya təqdim olunur, satıcının iş yeri alıcıdan piştaxta ilə ayrılır və hesablaşma satıcı tərəfindən aparılır.

    • Pərakəndə mal satışının xüsusi formaları – kreditlə mal satışı, komission qaydada mal satışı, ucuzlaşdırılmış mal satışı.

    • Malların açıq nümayişi və alıcıların əmtəələri sərbəst seçmək yolu ilə satış vaxtı alıcılar nümayiş zallarında olan əmtəələrə nəzər yetirərək və satıcıların məsləhəti ilə azad seçim edir.

    • Əvvəlcədən verilmiş sifarişlər üzrə satış zamanı müəyyən müqavilələr və ya müqaviləsiz müəyyən həcmdə və müəyyən qiymətlə həyata keçirilən alqı-satqı metodu nəzərdə tutulur.

Topdan ticarət. Xalq istehlakı mallarının topdan ticarəti mal tədavülü prosesinin tərkib hissəsini təşkil edir. O, istehsal ilə pərakəndə ticarət arasında aralıq halqa olub, ölkədə səmərəli mal yeridilişinin təmin edilməsinə xidmət edir. Topdan ticarət istehsal ilə istehlak arasında əlaqə yaradılması və möhkəmləndirilməsində mühüm rol oynayır.

Əmtəələrin topdan satışı pərakəndə satışdan fərqli olaraq əmtəələrin topdan alıcılara reallaşdırılmasını nəzərdə tutur ( müəssisələrə və ya fərdi şəxslərə sonradan yenə satmaq üçün ). Belə satışın nəticəsi topdan mal dövriyyəsinin müəyyən məbləğində öz əksini tapır. Topdan maldövriyyəsi isə topdan müəssisənin fəaliyyətinin əsas göstəricilərindən biridir.

Əmtəənin topdan satışı iki formada həyata keçirilə bilər: tranzit formada, bu zaman topdan müəssisə əmtəələri öz anbarına daxil etmədən onların satışını aparır və ya əmtəələrin satışını öz anbarlarından həyata keçirir.

Ümumi şəkildə əmtəələrin topdan satışı üzrə kommersiya fəaliyyətinin mahiyyəti aşağıdakı əsas əməliyyatların yerinə yetirilməsindən ibarətdir:



  • əmtəələrin topdan alıcılarının tapılması (satış bazarının müəyyənləşdirilməsi );

  • əmtəə alıcıları ilə təsərrüfat əlaqələrinin yaradılması;

  • əmtəələrin topdan satış formalarının və metodlarının seçilməsi;

  • topdan müəssisələr tərəfindən müştərilərə xidmətlər göstərilməsinin təşkili;

  • əmtəə alıcıları müqavilələrin yerinə yetirilməsi uçotunun təşkili;

  • topdan müəssisələrin reklam - informasiya fəaliyyəti.

Bazar münasibətləri şəraitində topdan firmalar öz xüsusi mağazaları ( palatkaları ), anbarları vasitəsilə və ya avtomağazalardan istifadə etməklə əmtəələrin əhaliyə pərakəndə satışını da həyata keçirirlər. Bu hallarda topdan müəssisələr faktiki olaraq topdan – pərakəndə firmalara və ya ticarət evlərinə çevrilir.

Ümumiyyətlə kommersiya fəaliyyətinin inkişaf etdirilməsində topdan və pərakəndə ticarətin və onların tərkib elementlərinin nəzərdən keçirilməsi bazar iqtisadiyyatı dövründə mənfəətin artırılması və təkmilləşmək baxımdan məqsədəuyğundur.



Birja ticarəti: Birja- əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır. Onlar bazar iqtisadiyyatının iqtisadi aləti rolunu yerinə yetirir və əmtəələrin, xammalın və qiymətli kağızların alışında və satışında azad bazar münasibətləri formalaşdırılır.

Birja “ termini latın sözü olub ( bursa ) “ çanta “ mənasını daşıyır. XV əsrdə Niderlandın iri ticarət mərkəzi Brugge məhşur dəllal və pul dəyişən Van der Bursanın evinin qarşısındakı meydanda xarici veksellər əldə etmək və ticarət məlumatlarının mübadiləsi məqsədilə dünyanın müxtəlif ölkələrindən tacirlər yığılırdı. Beləliklə XV- XVI - əsrlərdə birjalar Hollandiya , İtaliya, İngiltərədə yaranmışdır.

Birjalar üçün standartlar üzrə ( müəyyən edilmiş sortlar ) və ya standart nümunələr üzrə ( taxıl, qənd, yun, pambıq, kauçuk, metallar) əmtəələrin alqı-satqısı xarakterikdir.

Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə birja ticarəti taxıl və digər kənd təsərrüfatı məhsulları, tikinti materialları, əlvan və qara metallar və digər əmtəə bazarlarının vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Birjaların müasir dövrdə satdığı əmtəələr və etdiyi sövdələşmələrdən asılı olaraq 3 növü mövcuddur :



  1. Faktorinq

  2. Əmtəə

  3. Fond birjaları


Hərraclarda , müsabiqələrdə ticarət. Torqlar hərrac, yaxud da müsabiqə yolu ilə keçirilir. Hərracda udanlar torqlar ən yüksək qiymət təklif edənlər kimi, müsabiqədə qalib gələnlər isə ən yaxşı şərtlər təklif edənlər kimi tanınır.

Hərraclar və müsabiqələr açıq və qapalı ( bağlı ) formalarda aparıla bilər. Açıq hərraclarda və ya müsabiqələrdə yalnız dəvət olunan adamlar iştrak edə bilər. Hərrac ( latın sözü olub mənası kütləvi ticarət formasıdır ) əvvəlcədən yeri və vaxtı müəyyən edilmiş xüsusi və kütləvi xassəyə malik olan malların satış üsuludur.

Hərrac ticarətin satışdan maksimum gəlir əldə etmək məqsədilə istifadə edilən pərakəndə satış ticarət növüdür. Bu zaman satıcı malın ilkin qiymətlərindən asılı olaraq sonralar həmin qiyməti yüksək həddə çatdırırlar.

Sifariş edilən malların göndərilməsi ( verilməsi ) və müəyyən podrat işlərin yerinə yetirilməsi üçün aparılan metodlardan ( üsullardan ) biri müsabiqələrin və ya tenderlərin ( beynəlxalq təşkilat ) keçirilməsidir.



Müsabiqə ( tender ) – malların göndərilməsi üçün sifarişlərin və ya podrat ( öhdəliyə götürülmüş ) işlərin yerinə yetirilməsi üçün qənaətli kommersiya əməliyyatları yerinə yetirmək məqsədilə təşkilatların həyata keçirdikləri formadır.

Müsabiqə yolu ilə satışı aşağıdakı formada xarakterizə etmək olar : alıcı ( sifarişçi ) satıcılar ( malgöndərənlər ) üçün müsabiqə elan edir. Bu zaman podratçılar və sifarişçilər üçün ən əlverişli şərait təklif edilir.



Lizinq: Lizinq termini ( ingilis dilindən tərcüməsi ( lease ) ) – icarəyə götürmək, icarə vermək deməkdir. XIX əsrin ikinci yarısından sonra, 1877 ci ildə “Bell” telefon kompaniyası öz telefon aparatlarını satmayaraq onları icarəyə vermək haqqında qərar qəbul etikdən sonra istifadəyə daxil olmuşdur.

Lizinq - əmlakın əldə edilməsi və onun lizing müqaviləsi əsasında müəyyən ödəniş əsasında, müəyyən müddətə və müqavilədə nəzərdə tutulmuş müəyyən şərtlərlə, lizinq alanın əmlakı olmaq hüququ əsasında fiziki və hüquqi şəxslərə icarəyə verilməsi üzrə investisiya fəaliyyətinin bir növüdür.

Lizinqin əsas formaları daxili və beynəlxalq lizinqdir.

Daxili lizinq həyata keçirilərkən lizinqalan da lizinqverən də və satıcıda(malgöndərən ) Azərbaycan Respublikasının rezidenti olur.

Beynəlxalq lizinq həyata keçirilərkən lizinqverən və ya lizinqalan qeyri-rezident olur.

Lizinqin aşağıdakı növləri mövcuddur :



  • operativ

  • maliyyə

  • qaytarılan

Maliyyə lizinqi lizinqin elə bir növüdür ki, bu zaman lizinqverən müəyyən satıcıdan lizinqalanın qeyd etdiyi əmlakı öz mülkiyyətinə almağı və həmin əmlakı lizinq predmeti qismində müəyyən haqq ilə müəəyən müddətə və müəəyən şərtlərlə lizinqalanın müvəqqəti ixtiyarına və istifadəsinə verməyi öhdəsinə götürür.

Qaytarılan lizinq – maliyyə lizinqinin bir növüdür ki, bu zaman lizinq predmetinin satıcısı ( malgöndərən ) eyni zamanda lizinqalan qismindədə iştrak edir.

Operativ lizinq- lizinqin elə bir növüdür ki, bu zaman lizinq verən öz təhlükə və riski əsasında əmlak əldə edir və onu lizinq predmeti qismində müəyyən haqq ilə, müəyyən müddət və müəyyən şərtlərlə lizinq alanın müvəqqəti ixtiyarına və istifadəsinə verilir.

Yarmarka ticarəti: əmtəələrin satışı-alışı topdan ticarətin ən köhnə formalarından biridir. Respublikamızda topdan tarmarkalar hələ inqilabdan əvvəlki dövrlərdə keçirilirdi.

Bazar iqtisadiyyatına keçidin ilk mərhələsində kommersiya məqsədlərinə daha çox ticarət-vasitəçi strukturlar- daim fəaliyyətdə olan əmtəə birjaları uyğun gəlirdi. Lakin sonralar yarmarkalar öz əvvəlki əhəmiyyətini bərpa etməyə və rolunu artırmağa müvəffəq oldular. Yarmarka ticarətinin əsas məqsədi- əmtəələrin topdan satışı və alışı, satıcılarla alıcılar arasında birbaşa müqavilələrin bağlanmasıdır.Yarmarkalar ticarət təşkilatlarının çeşid və keyfiyyətə görə əmtəə istehsalına təsirini gücləndirir, müqavilələrin bağlanması prosesini sürətləndirir, belə ki, malgöndərənlər və alıcılar birbaşa kontaktda olurlar.

Bazar iqtisadiyyatında beynəlxalq və ümumdövlət miqyaslı, həmçinin regional əhəmiyyətli topdan yarmarkalar geniş yayılmışdır.Ərazi əlaməti ilə yanaşı, yarmarkalar, həmçinin əmtəə və sahə əlamətlərinə görə də təsnifatlaşdırırlar. Bu əlamətə görə yarmarkalar ixtisaslaşdırılmış və universal ola bilər.

Sahə əlamətinə görə yarmarkalar sahələr və sahələrarası, müxtəlif istehsal sahələrinin (maşınqayırma, yüngül, yeyinti və digər sahələri) məmulatlarını əhatə edən yarmarkalara bölünürlər.

Müasir dövrdə yarmarkaların keçirilməsi üçün xüsusi, daim fəaliyyət göstərən təşkilati strukturlar yaradılır, məsələn, Ticarət Palatası, Respublika Sərgi – satış Kompleksi və s.



Sərgilər, əsasən, üç kateqoriyadan birinə aid olur: onlar bir təşkilatın fərdi fəaliyyətinə həsr edilə, bir neçə təşkilatın və ya assosiasiyanın müştərək təqdimat mərasimi kimi keçirilə, yaxud da iştirakçıların öz məhsullarını nümayiş etdirmək üçün təşkil etdikləri kommersiya tədbiri rolunu oynaya bilərlər.

Yarmarka adlanan kommersiya sərgiləri çox vaxt korporativ qaydada keçirilir. Adi sərgilərdən fərqli olaraq, yarmarkalarda məhsulların satışı da təşkil olunur. Lakin adi satışdan fərqli olaraq, yarmarkalar adətən promouşn və digər marketinq tədbirləri ilə (kiçik hədiyyələrin, lotereyaların paylanması və s.) müşaiyət olunur.

Ümumi şəkildə isə sərgilərin keçirilməsində iki məqsəd güdülə bilər: əmtəələrin satışını təşkil etmək və ya onların nümayişini həyata keçirmək.

Faktorinq : Müştərinin debitor borcunun inkasso edilməsi, bu vaxt hesablar dərhal, yaxud borclar ödənildikcə verilə bilər. Faktorinqin qısa müddətli kredit vermə forması daha geniş yayılmışdır. Bu cür əməliyyat nəticəsində tələblərini satan sahibkar 2-3 gün müddətində avans şəklində tələblərinin 70 % dən 90 % -ə qədərini əldə edir. Qalan 10-30 % isə faktorinq firma üçün bir növ zəmanət məbləğini təşkil edir.

İlk dəfə faktorinq xidmətləri 1947-ci ildə amerika bankı “ First National Bank of Boston “ tərəfindən bir sənaye kompaniyasına göstərilmişdir.

Faktorinq- firmanın xidmətlərinə müraciət etdikdə siz lazımi anda gələcək borclarınızı nəğd pula çevirmək imkanı əldə edirsiniz. Faktorinq – firma ödəniş müddəti başa çatana qədər borc məbləğinin 80 % - ə qədərini təqdim etməklə sizi maliyyələşdirir.

Faktorinq ilk növbədə müvafiq olaraq istehlak mallarını istehsal edən va satan istehsal müəssisələrində və topdan firmalarda daha səmərəlidir. Bu halda faktorinq – firmanın müştəriləri bir qayda olaraq xırda və orta müəssisələr olur.



Françayzinqin mahiyyəti və bazar iqtisadiyyatında rolu : Bazar iqtisadiyyatının keçid və sahibkarlıq fəaliyyətinin artması respublikamızın bir çox vətəndaşlarını öz şəxsi işlərini açmağa sövq etdi. Lakin tədqiqatlar göstərdi ki, maliyyə resurslarının çatışmamazlığı iqtisadiyyatın bu yönümlü inkişafında öz sözünü deyir. Bu problem öz həllini iri və xırda sahibkarlığın qarşılıqlı sərfəli əməkdaşlıq sisteminin köməyilə Azərbaycan üçün biznesin aparılmasının yeni metodu – françayzinqin vasitəsilə tapa bilər. Müasir “ françayzinq “ termini fransız sözü olub “ franchise “ sözündən götürülüb və “ güzəşt, üstünlük “ deməkdir. İşə yeni başlayan sahibkar üçün ən dəyərli və sərfəli güzəşt artıq işlənmiş və özünü doğrultmuş texnologiyadan, məhşur və populiyar ticarət markasından istifadə etmək mümkünlüyü, maariflənmək və lazımi informasiya və məsləhət almaq imkanıdır.

Françayzinq” “franşiza” terminləri kommersiya kontraktlarının tərtibatında istifadə olunur ki, bu zaman artıq müəyyən sənaye (kommersiya) fəaliyyəti aparmaq sistemi təcrübəsinə malik bir şəxs ( hüquqa malik ) müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müəyyən xeyirlə həmin sistemdən istifadə etmək hüququnu digər bir şəxsə ( hüquqa malik ) təqdim edir. ABŞ-da françayzinq ilk dəfə tikiş maşınları istehsal edən “Zinger” kompaniyası tərəfindən istifadə edilmişdir.

Françayzinq biznesin ən müxtəlif sahələrində istifadə olunur. Françayzinq əsasən aşağıdakı sənaye və xidmət sahələrində intensiv surətdə inkişaf edir.


  • Avtomobil sənayesi və avtoservis

  • Biznesin təşkili və aparılması üzrə kömək ( mühasibat, kargüzarlıq işləri, reklam )

  • Tikinti, evlərin təmiri üzrə xidmətlər

  • İstirahət və əyləncə

  • İctimai iaşə

  • Tibb və kosmetika xidmətləri

  • Ev işləri sahəsində xidmətlər

  • Pərakəndə ticarət

Françayzinqin üç əsas növü mövcuddur : əmtəə, işgüzar, istehsal



Əmtəə françayzingi ticarət sahəsində istifadə olunur.

İşgüzar françayzing ticarət françayzingindən onunla fərqlənir ki, franşiz müqaviləsinin əsas predmeti texnologiyanın ( nou – hou ) və ondan istifadə lisenziyasının verilməsidir.

İstehsal françayzinqi daha çox popular olub, kiçik bir firma françayzerin markası ilə iştrak edib, onun məhsulları və xidmətlərini satmaqla yanaşı həmçinin iri korporasiyaların tam təsərrüfat tsiklinə qoşulub, onunla bərabər səviyyədə fəaliyyət göstərməlidir.

Reklam anlayışı, mahiyyəti və vəzifələri : Hazırda geniş istifadə edilən “ reklam “ termini latın sözü olub – “reklamera” sözündən götürülmüş və mənası yüksəkdən bağırmaq və ya məlumat vermək deməkdir. Öz mahiyyət etibarılə reklam – malların istehlak xassələri və müxtəlif xidmət növləri haqqında məlumat verməklə onların satışını təşkil etmək və onlara alıcılıq qabiliyyəti yaratmaqdır. Reklamın əsas məzmununu təbliğ edilən obyektin sosial nüfuzunun qaldırılmasından ibarətdir. Reklamın təşkilində bəzi prinisiplərə əməl olunmalıdır. Bunlar aşağıdakılardır :

  • düzgünlük

  • humanistlik

  • etibarlılıq

  • konkretlik

  • məqsədyönlülük

Reklamın əsas vəzifəsi əmtəənin lazımi bazarda tanınması, onun keyfiyyəti barədə istehlakçılara məlumat verilməsi, onların düzgün əmtəə seçimində yardım etmiş olmaqdır.

Əmtəə bazarının səmərəli idarə edilməsində bu və digər kommersiya infrastrukturu amillərini dərindən öyrənməli və onlardan kompleks şəkildə istifadə olunmalıdır.



3.Azərbaycanda kommersiya fəaliyyətinin tənzimlənməsi istiqamətləri
Kommersiya fəaliyyəti ölkə üçün çox mühüm və mürəkkəb bir sistem olduğu üçün onun tənzimlənməsi, tələb və təklifin, eləcə də qiymətin müəyyən olunması birbaşa sahibkarlara həvalə olunması çox da uğurlu olmazdı. Bazar iqtisadiyyatı şəraitində kommersiya fəaliyyətində intensivliyin daha da artırılması və rəqabətin gücləndirilməsi üçün Dövlət bir sıra tədbirlər həyata keçirtməkdədir.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası zamanı kommersiya fəaliyyətinin inkişafı üçün iqtisadiyyatın müxtəlif sektorlarında yeni bazar strukturlarının formalaşması üçün islahatlar aparmağı özünə borc bilmişdir. Belə ki, Azərbaycanda istehsalın daha da dərinləşməsi dövlətin iqtisadi siyasətində mühüm yer tutur. İndi ölkədə iqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. İqtisadiyyatın strukturunda köklü dəyişikliklər baş verir, yeni təsərrüfat strukturuna uyğun iqtisadii strukturlar, təsisatlar və iqtisadi münasibətlər formalaşır.

Azərbaycanda kommersiya fəaliyyətinin tənzimlənməsi və fəaliyyət hüquqlarının təsbit edilməsilə bağlı da qanunlar mövcuddur və öz icrasında bu qanunlara riayət olunmasına nəzarət müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir. Bu qanunlara ''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının Qanununu ,“Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycanda kommersiya və depozit bankların fəaliyyəti hal –hazırda qüvvədə olan 14 iyul 1994 –cı il tarixli “Azərbaycan Respublikasında banklar və bank fəaliyyətri haqqında” Azərbaycan Respublikasının Qanununu göstərmək olar.

Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunu



Yüklə 215,75 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə