Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Əlavə 2
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka
kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası
[21]
1. Ümumi müddəa
[22]
Bu Qayda Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra –
Fond) vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin (bundan
sonra – ipoteka krediti) verilməsinə dair tələbləri, ipoteka kreditinin verilməsi prosedurunu,
ipoteka krediti üzrə hüquqların əldə olunmasını və geri alınmasını, habelə ipoteka
kreditləşməsi ilə bağlı digər məsələləri müəyyən edir.
[23]
2. Əsas anlayışlar
2.0. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. ipoteka krediti - yaşayış sahəsi almaq üçün müvəkkil bankın verdiyi və həmin
yaşayış sahəsinin ipotekası ilə təmin edilən borc;
2.0.2. müvəkkil bank - ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsinə və
bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Fond ilə müvafiq müqavilə
bağlamış bank;
2.0.3. baş saziş - ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsi qaydalarını və
bununla bağlı yaranan münasibətləri tənzimləyən Fond ilə müvəkkil bank arasında bağlanan
razılaşma;
2.0.4. xidmət müqaviləsi - Fond tərəfindən tələb hüquqları əldə olunmuş ipoteka
kreditinə xidmət göstərilməsinə dair Fond ilə müvəkkil bank arasında bağlanan müqavilə;
2.0.5. borcalan - müvəkkil bankdan ipoteka krediti almış Azərbaycan Respublikası
vətəndaşı;
2.0.6. ipoteka kreditinin ilkin maliyyələşdirilməsi - Fondun müəyyən etdiyi şərtlərlə
müvəkkil bankın verdiyi ipoteka kreditinin qabaqcadan maliyyələşdirilməsi;
2.0.7. ipoteka kreditinin yenidən maliyyələşdirilməsi - müvəkkil bankın verdiyi ipoteka
krediti üzrə tələb hüquqlarının ipoteka kağızının tərtib olunması yolu ilə Fond tərəfindən əldə
olunması;
2.0.8. Fondun kotirovka dərəcəsi - Fond tərəfindən tələb hüquqları əldə olunan ipoteka
kreditinin yenidən maliyyələşdirilməsi üzrə illik faiz dərəcəsi.
3. İpoteka kreditinin verilməsinə dair tələblər
3.1. Fondun vəsaiti hesabına verilən ipoteka krediti aşağıdakı tələblərə cavab verməlidir:
3.1.1. kredit Azərbaycan manatı ilə verilməlidir;
3.1.2. kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
3.1.3. kredit 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə verilməlidir;
3.1.4. kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan
qeydiyyata alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;
[24]
3.1.5. güzəştli ipoteka krediti, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti güzəştli
ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin
digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan yaşayış sahələrinin alınmasına
verilməlidir;
[25]
3.1.6. kreditin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləği ölkədaxili
sosial-iqtisadi vəziyyətin təhlili əsasında Fondun Himayəçilik Şurası tərəfindən müəyyən
edilir (maksimal məbləğ Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə
uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi Bakı şəhəri
üzrə 7-ci zonada yerləşən, sahəsi 100 kvadratmetr olan təmirli yaşayış sahəsinin 1
kvadratmetrinin orta bazar qiyməti ilə hesablanmış dəyərindən artıq olmamalıdır);
[26]
3.1.7.
kredit,
o
cümlədən
güzəştli
ipoteka
krediti
üzrə
illik
faiz
dərəcələri Fondun Himayəçilik Şurası tərəfindən müəyyən olunur;
3.1.8. güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış
sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox
olmamalıdır.
[27]
3.1.9. güzəştli ipotekaya aid olmayan kreditin məbləği kreditin verildiyi tarixə ipoteka
ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizindən çox və 75 faizindən az olmamalıdır
(ipoteka kreditinin məbləğinin 75 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi
hallar istisna olmaqla);
[28]
3.1.10. ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq
məcmu gəlirinin 70 faizindən çox olmamalıdır;
3.1.11. kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunla müəyyən olunmuş pensiya
yaşı həddindən çox olmamalıdır;
3.1.12. kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;
3.1.13. ipoteka ilə yüklü edilən yaşayış sahəsini müstəqil qiymətləndirici
qiymətləndirməlidir;
3.1.14. ipotekasaxlayanın hüquqları qanunla müəyyən edilmiş qaydada dövlət
qeydiyyatına alınmalıdır;
3.1.15. kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet
ödənişlər) ödənilməlidir;
3.1.16. borcalan ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, ipoteka ilə yüklü
edilmiş yaşayış sahəsi isə bazar qiyməti əsas götürülərək, ipoteka ilə təmin edilən kreditin
həcmindən az olmamaq şərtilə, sığortalanmalıdır.
3.2. Aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:
3.2.1. gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
1. şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
3. məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
4. ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi
növündə xidmət keçən şəxs;
5. ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
6. fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
7. idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi,
ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III
yer);
3.2.2. elmlər doktoru elmi dərəcəsi olan şəxs;
3.2.3. ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə
xidmət keçən şəxs;
[29]
3.2.4. ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi
qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının
hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci
maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular
istisna olmaqla);
3.2.5. ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
3.2.6. ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.
[30]
3.3. Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu
hüquqdan yalnız bir dəfə istifadə edə bilər.
3.4. Güzəştli ipoteka krediti dövlət büdcəsindən ayrılan vəsait hesabına, habelə dövlət
zəmanətli istiqrazların emissiyasından əldə olunan vəsaitin güzəştli ipoteka kreditinə
yönəldilən hissəsi hesabına verilir. Dövlət büdcəsindən ayrılan vəsait yalnız güzəştli ipoteka
kreditinin maliyyələşdirilməsinə yönəldilir.
3.5. Fond müvəkkil banklardan ipoteka kreditini kotirovka dərəcəsi ilə alır. Kotirovka
dərəcəsi Fondun Himayəçilik Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə
müəyyən olunan illik faiz dərəcələrinin 70 faizi səviyyəsində müəyyənləşdirilir.
[31]
3.6. Kotirovka dərəcəsi barədə məlumatı Fond müvəkkil banklara yazılı olaraq göndərir,
öz rəsmi saytında yerləşdirir və kütləvi informasiya vasitələrində dərc etdirir.
3.7. Fond hər bir müvəkkil bankdan alınacaq ipoteka kreditinin həcminə limit tətbiq edir.
Limitin müəyyənləşdirilməsi qaydasını Fondun Himayəçilik Şurası təsdiq edir.
4. İpoteka kreditinin verilməsi proseduru
4.1. Fondun vəsaiti hesabına ipoteka kreditini, bu Qaydanın 3-cü hissəsində müəyyən
edilmiş tələblərə müvafiq olaraq, müvəkkil banklar verir.
4.2. İpoteka kreditinin verilməsi “Elektron hökumət” portalında olan “Elektron ipoteka”
sistemi (bundan sonra – elektron sistem) vasitəsilə həyata keçirilir.
4.3. İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən
birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron
sistem vasitəsilə müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır.
Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir.
4.4. İpoteka krediti aşağıdakı sənədlər əsasında verilir:
4.4.1. şəxsin şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
4.4.2. nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
4.4.3. şəxsin yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum
haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
4.4.4. şəxsin iş yerini və gəlirlərini təsdiq edən sənədlər;
4.4.5. şəxs fərdi sahibkar olduqda:
1. sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;
2. vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi
bəyannaməsi;
4.4.6. şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli
kateqoriyaya aid olduqda).
4.5. Bu Qaydanın 4.4-cü bəndində nəzərdə tutulmuş hər hansı sənədin elektron sistem
vasitəsilə alınması mümkün olmadıqda, ipoteka krediti almaq istəyən şəxs həmin sənədi
müvəkkil banka təqdim etməlidir. Müvəkkil bank təqdim olunmuş sənədi elektron sistemdə
həmin gün yerləşdirməlidir.
4.6. Müvəkkil bank elektron sistem vasitəsilə əldə olunan sənədlər və həmin sistem
vasitəsilə əldə edilməsi mümkün olmadığı üçün şəxsin təqdim etdiyi sənədlər əsasında 3 iş
günü müddətində ipoteka krediti almaq istəyən şəxsə ipoteka kreditinin verilməsinə dair
ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Həmin qərar qəbul
edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə, elektron sistemdə
yerləşdirilməlidir.
4.7. İpoteka krediti almaq istəyən şəxs, müvəkkil bank tərəfindən kreditin verilməsinə
dair ilkin razılıq qərarı elektron sistemdə yerləşdirildiyi gündən 45 gün müddətində ipoteka
krediti hesabına almaq istədiyi yaşayış sahəsini müəyyənləşdirməklə, müvəkkil edilmiş
istənilən qiymətləndirici tərəfindən həmin yaşayış sahəsinin qiymətləndirilməsini
aparmalıdır. Qiymətləndirici ipoteka krediti almaq istəyən şəxsin müraciət etdiyi gündən 3 iş
günü müddətində qiymətləndirməni apararaq, qiymətləndirmə aktını müraciət edən şəxsə
təqdim etməli və elektron sistemdə yerləşdirməlidir.
4.8. Qiymətləndirmə aktı elektron sistemdə yerləşdirildikdən sonra müvəkkil bank 5 iş
günü müddətində kreditin verilməsinə dair qərar (razılıq və ya əsaslandırılmış imtina) qəbul
etməlidir. Həmin qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə,
elektron sistemdə yerləşdirilməlidir.
4.9. Müvəkkil bank tərəfindən ipoteka kreditinin verilməsinə razılıq barədə qərar
elektron sistemdə yerləşdirildiyi gündən 10 iş günü müddətində ipoteka kreditinin
rəsmiləşdirilməsi və kreditin verilməsi həyata keçirilir.
4.10. İpoteka kreditinin verilməsi zamanı bu Qaydanın 4.7-ci və 4.9-cu bəndlərində
nəzərdə tutulmuş müddətlərə ipoteka krediti almaq istəyən şəxs tərəfindən riayət
edilmədikdə (qiymətləndirici tərəfindən bu Qaydanın 4.7-ci bəndinin ikinci cümləsində
nəzərdə tutulmuş müddətin ötürülməsi istisna olmaqla), ipoteka kreditinin verilməsindən
elektron sistem vasitəsilə avtomatik şəkildə imtina edilir.
4.11. Bu Qaydada nəzərdə tutulmamış əsaslara görə ipoteka kreditinin verilməsindən
imtina edilə bilməz.
4.12. İpoteka kreditinin verilməsindən imtina edilmiş şəxsin ipoteka krediti almaq üçün
təkrar müraciət etmək hüququ vardır.
5. İpoteka krediti üzrə hüquqların əldə olunması
5.1. İpoteka kreditinin maliyyələşdirilməsi və onlara xidmət Fond və müvəkkil bank
arasında bağlanan baş saziş və xidmət müqaviləsi əsasında həyata keçirilir.
5.2. Müvəkkil bank verilmiş ipoteka kreditinin ilkin və yenidən maliyyələşdirilməsi
üçün Fonda müraciət edir və tələb olunan sənədlərin surətlərini Fonda təqdim edir.
5.3. İpoteka kreditinin ilkin və yenidən maliyyələşdirilməsi qaydasını, o cümlədən
təqdim edilməli sənədlərin siyahısını Fondun Himayəçilik Şurası müəyyən edir.
5.4. Fond ipoteka kreditinin bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu
yoxlayır və müvəkkil banka ilkin maliyyələşdirmə üzrə qərarını 3 iş günü, yenidən
maliyyələşdirmə üzrə qərarını isə 10 iş günü müddətində bildirir.
5.5. Fond ipoteka krediti üzrə hüquqların əldə edilməsinə razılığını bildirdiyi təqdirdə,
müvəkkil bank kredit sənədlərinin əsli ilə Fondun tanış olmasını təmin edir.
5.6. Yenidən maliyyələşdirilməsinə razılıq verilmiş ipoteka krediti, ipoteka kağızının
üzərində
qanunla
müəyyən
olunmuş
qaydada
indossamentlə
verilmə
qeydi
aparılaraq, Fonda ötürülür.
5.7. Fond ipoteka
kreditini
ipoteka
kağızında
göstərilən
qiymətlə
yenidən
maliyyələşdirir.
5.8. Müvəkkil bank Fond tərəfindən əldə edilmiş ipoteka kreditini bu Qaydanın 6-cı
hissəsində müəyyənləşdirilmiş qaydada geri almaq öhdəliyi götürür.
5.9. Tərəflər arasında imzalanmış sənədlər əsasında yaranmış hüquqlar dövlət
qeydiyyatına alındıqdan sonra müvəkkil bank baş sazişdə müəyyən olunan sənədləri təhvil-
təslim aktı ilə Fonda təhvil verir.
5.10. Fond ilə müvəkkil bank arasında bağlanan müqavilələrin təsdiq edilməsi və ipoteka
saxlayanın hüquqlarının əlavə dövlət qeydiyyatına alınması ilə bağlı xərcləri müvəkkil bank
ödəyir.
5.11.
Müvəkkil
bankların Fond qarşısında
öhdəliyi
onların
borcalanlarla
münasibətlərindən asılı deyildir. Borcalanların müvəkkil banklar qarşısında öhdəliklərini
yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil bank Fond qarşısında öz
öhdəliklərini yerinə yetirməlidir.
6. Müvəkkil bank tərəfindən ipoteka kreditinin geri alınması
6.1. Aşağıdakı hallarda Fond müvəkkil banka bildiriş göndərərək kredit üzrə tələb
hüququnun geri alınmasını tələb edir:
6.1.1. borcalan ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam
həcmdə ödəməyi 90 gün gecikdirdikdə;
6.1.2. qəbul edilmiş sənədlərin bu Qaydaya uyğun olmadığı müəyyənləşdirildikdə.
6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş bildirişə geri alınmalı ipoteka krediti
barədə məlumat əlavə edilir.
6.3. İpoteka kreditinin geri alınması zamanı təhvil-təslim aktına əsasən sənədlərin əsli
müvəkkil banka qaytarılır.
6.4. Müvəkkil bank Fonddan ipoteka kreditini kredit üzrə əsas borcun ödənilməmiş
qalığını və cərimə olduğu halda onların cəmini özündə əks etdirən məbləğdə geri alır.
7. Keçid müddəalar
7.1. Elektron sistem fəaliyyətə başlayanadək:
7.1.1. ipoteka krediti almaq istəyən şəxs Fondun rəsmi internet səhifəsi vasitəsilə və ya
birbaşa müvəkkil banka gəlməklə ipoteka kreditinin verilməsi üçün müraciət edə bilər;
7.1.2. bu Qaydanın 4.6-cı, 4.8-ci və 4.10-cu bəndlərində nəzərdə tutulmuş qərarlar
müvəkkil bank tərəfindən ipoteka krediti almaq istəyən şəxsə həmin qərarlar qəbul edildiyi
gündən 2 iş günü müddətində rəsmi qaydada göndərilməli və ya təqdim edilməlidir;
7.1.3. bu Qaydanın 4.7-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş müddət bu
Qaydanın 4.6-cı bəndində nəzərdə tutulmuş ilkin razılıq qərarını ipoteka krediti almaq
istəyən şəxsin rəsmi qaydada aldığı gündən hesablanır;
7.1.4. bu Qaydanın 4.8-ci bəndində nəzərdə tutulmuş müddət qiymətləndirici tərəfindən
qiymətləndirmə aktının müvəkkil banka təqdim edildiyi gündən hesablanır;
7.1.5. bu Qaydanın 4.9-cu bəndində nəzərdə tutulmuş müddət bu Qaydanın 4.8-ci
bəndində nəzərdə tutulmuş qərarı ipoteka krediti almaq istəyən şəxsin rəsmi qaydada aldığı
gündən hesablanır.
7.2. Fondun Himayəçilik Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə
illik faiz dərəcələri müəyyən olunana qədər, kredit üzrə illik faiz dərəcəsi 8 faizdən, güzəştli
ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.
Dostları ilə paylaş: |