Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
110
● Eyni zamanda Millətlər Cəmiyyəti aydın və tanınmış sərhədlərə, status və konstitusiyaya, sabit
hökumətə sahib olmadığı üçün Ermənistanın özünü dövlət kimi tanımırdı. Nəticədə, 16 dekabr 1920-ci il
tarixində Ermənistanın Millətlər Cəmiyyətinə üzvlüyə qəbul edilməsi rədd edilmişdi. (6)
2.2. Dağlıq Qarabağ Azərbaycan SSR tərkibində
● Müttəfiq Dövlətlərin Dağlıq Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıması ilə bağlı yuxarıda
qeyd olunmuş faktlarla yanaşı, Sovet İttifaqı tərkibinə qatılarkən Qarabağın müstəqil Azərbaycanın
yurisdiksiyası altında olmaması ilə bağlı tezis həmçinin Ermənistanın ərazi iddiları ilə əlaqədar olaraq bu
məsələyə bir neçə dəfə baxmış RK(b)P MK Qafqaz Bürosunun qərarları ilə də təkzib edilmiş və özünün 5 iyul
1921-ci il tarixində keçirilmiş iclasında Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində saxlanılması barədə qərar
vermişdir. Eyni zamanda Azərbaycan SSR-ə Dağlıq Qarabağa geniş muxtariyyət vermək təklif olunmuşdur. (7)
● 13 oktyabr 1921-ci il tarixində Qarsda RSFSR-in iştirakı ilə bir tərəfdən Ermənistan SSR, Azərbaycan
SSR və Gürcüstan SSR, digər tərəfdən isə Türkiyə arasında Dostluq haqqında müqavilə imzalandı.
Müqavilənin
5-ci maddəsi ilə Türkiyə, Ermənistan və Azərbaycan hökumətləri "...Naxçıvan vilayətinin Azərbaycanın
himayəsi altında muxtar ərazi kimi yaradılması"na razı olduqlarını bildirdilər. (8)
● 13 dekabr 1922-ci il tarixində Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (ZSFSR)
yaradılmışdır. Onun Konstitusiyası Naxçıvan Respublikasının bir muxtar qurum kimi Azərbaycanın ayrılmaz
tərkib hissəsi olması faktını bir daha təsdiqlədi. Bu konstitusiyaya görə, muxtar respublika və vilayətlərin
(Abxaziya, Acarıstan və Cənubi Osetiya) vəziyyəti dəyişməz olaraq qalırdı.
● Nə Qars Müqaviləsində, nə də ZSFSR Konstitusiyasında Qarabağın dağlıq hissəsi barədə hər hansı bir
qeydə rast gəlinmirdi, çünki bu bölgə rəsmi olaraq Azərbaycanın ayrılmaz hissəsi kimi tanınırdı, o cümlədən
Ermənistan SSR tərəfindən.(9)
● SSRİ-nin ilk konstitusiyasının qəbul edildiyi gündən bir gün sonra, yəni 7 iyul 1923-cü il tarixində
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında"
Fərman dərc etdirdi.
● Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət kimi statusu 1936-cı və 1977-ci illər SSRİ
Konstitusiyalarında təsbit edilmişdir. (10)
DQMV-nin hüquqi vəziyyəti SSRİ və Azərbaycan SSR Konstitusiyalarına müvafiq olaraq, 16 iyun 1981-
ci il tarixində Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul olunmuş "Dağlıq Qarabağ Muxtar Vilayəti
haqqında" Qanunla müəyyən edilirdi. (11)
● SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan
dəyişdirilə bilməzdi. Müttəfiq respublikalar arasındakı sərhədlər yalnız müvafiq respublikaların qarşılıqlı
razılığı əsasında və SSR İttifaqının təsdiqindən sonra dəyişdirilə bilərdi. (12) Bu müddəa Azərbaycan və
Ermənistan Konstitusiyalarında da təsbit edilmişdi.
● Keçən əsrin 80-ci illərinin sonlarında DQMV-nin Azərbaycan SSR-dən ayrılması və vilayətin
Ermənistan SSR-ə birləşdirilməsi istiqamətində qanunazidd qərarların qəbulu ilə əlaqədar olaraq, SSRİ Ali
Soveti və onun Rəyasət Heyəti Dağlıq Qarabağ böhranı nəticəsində yaranmış vəziyyəti bir neçə dəfə müzakirə
etmişdir. Keçmiş SSR İttifaqı dövlət hakimiyyətinin ali orqanı tərəfindən qəbul olunmuş qərarlarda birmənalı
olaraq sərhədlərin və Azərbaycan və Ermənistan SSR-in Konstitusiyaları ilə təsbit olunmuş milli-ərazi
bölgüsünün dəyişdirilməsinin qeyri-mümkün olduğu etiraf olunurdu. (13)
● Beləliklə, Dağlıq Qarabağın Azərbaycan SSR-dən Ermənistan SSR-in xeyrinə rəsmi olaraq 20 fevral
1988-ci il tarixindən başlamış ayrılması prosesi SSRİ Konstitusiyasının açıq-aşkar pozulması ilə müşayiət
olunmuş və bununla da heç bir hüquqi nəticəsi olmamışdır.
● Dağlıq Qarabağın ayrılmasına qanuni don geydirmək məqsədilə erməni tərəfinin 2 sentyabr 1991-ci ildə
etdiyi növbəti cəhd dolayısıyla bu yanaşmanın doğruluğunu təsdiq edir. Əvvəlki bütün qərarlardan fərqli olaraq,
həmin gün "Dağlıq Qarabağ Respublikası"nın elan olunması "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə
əlaqədar məsələlərin həlli qaydası haqqında" 3 aprel 1990-cı il tarixli SSRİ Qanunu ilə əsaslandırılırdı.(14)
● Hər şeydən əvvəl qeyd olunmalıdır ki, bu Qanunun məqsədi SSRİ məkanında qarşılıqlı münasibətləri
müttəfiq respublikaların SSRİ tərkibindən çıxacağı halda riayət etməli olduğu müəyyən prosedurun qurulması
vasitəsilə tənzimləmək idi. Müttəfiq respublikanın SSRİ tərkibindən çıxması həmin respublika əhalisinin öz
iradəsini referendum yolu ilə azad ifadə etməsi əsasında həyata keçirilə bilərdi ki, bu referendumun da
keçirilməsi barədə qərar müttəfiq respublikanın Ali Soveti tərəfindən qəbul edilirdi.
● Eyni zamanda bu Qanuna əsasən, tərkibində muxtar respublikalar, muxtar vilayətlər və muxtar mahallar
olan müttəfiq respublikada referendum hər muxtariyyət üzrə ayrıca keçirilməli idi. Bu muxtariyyətlərin
xalqlarına SSR İttifaqında və ya onun tərkibindən çıxan müttəfiq respublikada qalmaq məsələsini müstəqil həll
etmək, habelə öz dövlət-hüquqi statusu məsələsini qaldırmaq hüququ verilirdi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
111
● Qeyd etmək lazımdır ki, müttəfiq respublika yalnız mürəkkəb və çoxmərhələli proseduru keçdikdən və
nəticədə SSRİ xalq deputatları Qurultayı müvafiq qərar qəbul edildikdən sonra SSRİ tərkibindən çıxmış hesab
oluna bilərdi.
● Lakin SSRİ-nin beynəlxalq hüququn subyekti kimi mövcudluğuna xitam verildiyi ana qədər qeyd
olunan qanun tətbiq olunmadı və müvafiq olaraq, heç bir hüquqi nəticəsi də olmadı. Belə ki, heç bir müttəfiq
respublika, o cümlədən
Azərbaycan və Ermənistan, Qanunda nəzərdə tutulmuş İttifaqdan çıxmaq prosedurundan
istifadə etmədi.
● Azərbaycan Respublikası öz müstəqilliyini tam mənada əldə edənə və beynəlxalq ictimaiyyət tərəfindən
tanınana qədər Azərbaycan SSR DQMV-nin 26 noyabr 1991-ci il tarixinədək mövcud olduğu ərazi
Azərbaycanın tərkib hissəsi olaraq qalmaqda davam edir.
2.3. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası kontekstində ərazi və sərhədlərə
münasibətdə hüquqi varislik
● SSRİ-nin dağılmasından sonra
uti possidetis juris beynəlxalq-hüquqi doktrinası yenicə müstəqillik əldə
etmiş dövlətlərin sərhədlərinin
beynəlxalq, regional və milli legitimləşdirilməsinin əsasını təşkil etdi.
●
Uti possidetis juris doktrinasına görə, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdiyi andan
etibarən hüdudlarına DQMV-nin də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri beynəlxalq
sərhəd hesab olunur və beynəlxalq hüquq tərəfindən qorunur. Qeyd olunan fikir BMT Təhlükəsizlik Şurasının
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum qətnamələrdə də öz əksini tapmışdır.
● 1918-1920-ci illərdəki dövlət müstəqilliyinin bərpasını bəyan etməklə o dövrdə mövcud olmuş ADR-in
hüquqi varisinə çevrilməsiylə Azərbaycanın guya sovet dövründəki sərhədlərə iddia etmək əsaslarından
məhrum
olması barədə erməni tərəfinin irəli sürdüyü tezisə gəldikdə isə, burada diqqət "Müqavilələrə münasibətdə
dövlətlərin hüquqi varisliyi haqqında" Vyana Konvensiyasının 11-ci maddəsinə yönəldilməlidir. Belə ki, bu
maddəyə əsasən, "dövlətlərin hüquqi varisliyi: a) müqavilə ilə müəyyən olunmuş sərhədlərə şamil edilmir ..."
● Başqa sözlə, bilavasitə SSRİ-nin onun tərəfindən bağlanmış beynəlxalq müqavilələrlə müəyyən edilmiş
sərhədlərinə aid olmasına baxmayaraq, qeyd olunan müddəa özündə, faktiki olaraq, hüquqi varislikdən asılı
olmayaraq, mövcud sərhədlərin olduğu kimi saxlanılmasına münasibətdə konseptual beynəlxalq-hüquqi
yanaşmanı ehtiva edir. Bu isə o deməkdir ki, suverenliyin dəyişməsi daimi xarakter daşıyan sərhədləri
sarsıtmağa qadir deyildir.
Yekun
1. Azərbaycanın Millətlər Cəmiyyətinə üzvlüklə bağlı ərizəsinə baxılması məsələsinin işıqlandırılması
zamanı rəsmi Yerevanın açiq-aydın yol verdiyi təhriflərə və eyni zamanda, Ermənistanın Millətlər Cəmiyyətinə
ünvanladığı eyniməzmunlu ərizəyə sonuncunun cavabı barədə susmasına baxmayaraq, bu təşkilatın gəldiyi
nəticələr dövlətlərin sonrakı dövrdə yaranmış ərazi çərçivələrinə yenidən baxılması üçün əsas hesab oluna
bilməz. Əks təqdirdə, əgər erməni tərəfinin dəlilləri ilə razılaşsaq, onda Ermənistanın özünün beynəlxalq hüquq
subyektliyi şübhə altına alına bilər.
2. SSRİ Konstitusiyasına əsasən, Dağlıq Qarabağ Azərbaycan SSR tərkibində muxtar vilayət idi. DQMV-
nin hüquqi vəziyyəti SSRİ və Azərbaycan SSR Konstitusiyalarına müvafiq olaraq, 16 iyun 1981-ci il tarixində
Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Qanunla
müəyyən edilirdi.
3. 2 sentyabr 1991-ci il tarixində "Dağlıq Qarabağ Respublikası"nın elan olunması SSRİ Konstitusiyasına
zidd idi. Belə ki, həmin Konstitusiyaya görə, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə
bilməzdi, müttəfiq respublikalar arasındakı sərhədlər isə yalnız müvafiq respublikaların qarşılıqlı razılığı
əsasında və SSR İttifaqının təsdiqindən sonra dəyişdirilə bilərdi. Məsələ ilə bağlı "Müttəfiq respublikanın SSRİ-
dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" 3 aprel 1990-cı il tarixli SSRİ Qanununa istinad
edilməsi əsassızdır. Belə ki, SSRİ tərkibindən çıxmanın rəsmiləşdirilməsi üçün bu qanunda nəzərdə tutulmuş
məcburi mexanizm nə 2 sentyabr 1991-ci il tarixinə qədər, nə də ondan sonra Azərbaycan tərəfindən tətbiq
edilməmişdir.
4. Muxtar Vilayət 26 noyabr 1991-ci il, yəni Azərbaycan Respublikası Ali Soveti tərəfindən onun ləğvi
barədə Qanun qəbul edildiyi tarixədək mövcud olmuşdur.
5.
Uti possidetis juris doktrinasına əsasən, Azərbaycan Respublikası müstəqillik əldə etdiyi andan
etibarən, DQMV-nin də daxil olduğu Azərbaycan SSR-in keçmiş inzibati sərhədləri beynəlxalq sərhədlər sayılır
və beynəlxalq hüquqla qorunur. Bununla əlaqədar qeyd etmək lazımdır ki, SSRİ-nin süqutu ilə suverenliyin
dəyişdirilməsi və keçmiş müttəfiq respublikalar tərəfindən hüquq varisliyinin elan edilməsi onların müstəqillik
əldə etdikləri ana qədər mövcud olan və daimi xarakter daşıyan sərhədlərini sarsıda bilməzdi.