Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
303
inkişafında da böyük uğurlar olmuşdur. Elm sahəsində nailiyyətlər respublikada iqtisadiyyatın, mədəniyyətin
inkişafını və mənəvi həyatın bütün sahələrini əhatə edərək inkişafa takan vermişdir.
Başdan-ayağadək silahlanmış erməni cəlladları sovet canişinləri ilə əlbir olaraq əliyalın dinc azəri-türklərinə
qarşı soyqı- [səh. 58-59] rımı aktını reallaşdıraraq, qəsbkarlıq, işğalçılıq və vəhşilik aktlarmı XX əsrin qısa bir zaman
kəsiyində həyata keçirdilər. Onlar növbəti dəfə Azərbaycan xalqına qarşı törətdikləri kütləvi zorakılıq və
vəhşiliklərlə bizi dünyanın müasir inkişafından sapdırmağa, “böyük Ermənistan” yaratmağa çalışdılar. Artıq iki yüz
ildir ki, ermənilər Qafqazda türk və digər müsəlman xalqlarını məhv etmək və bu qədim türk diyarında “Xristian
böyük Ermənistan” yaratmaqla məşğuldurlar. Ermənilərin özləri haqqında dediklərini xatırlamaq, yerinə düşərdi.
Akademik Manuk Avaqyan “Erməni xalqının ədəbiyyatı” (Yerevan, 1975) kitabında qeyd edir ki, “Erməni xalqının
kökləri hardadır?.. Ermənistana necə, haradan, hansı yolla gəlib?.. Bizdə bunun dəqiq və aydın sübutları yoxdur”.
Tanınmış erməni tarixçisi Samvel Lexasi “Yol qeydləri”ndə (Moskva, 1975) qeyd edir ki, “Moldaviyadan İstanbula,
Romeliyadan Böyük Venesiyaya elə bir şəhər, kənd yoxdur ki, orada erməni olmasın. Biz-ermənilər toz kimi bütün
dünya torpaqlarına səpələnmişik” (s.4). Əlbəttə, bu və ya digər tarixi faktlara müraciət edərək ermənilərin kimliyini
dünya ictimaiyyatina çatdırmalıyıq.
Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı, bölgənin erməni müəllifləri tərəfindən
saxtalaşdırma obyektinə çevrilməsi, erməni terrorunun dünyada təhlükəli qüvvəyə çevrilməsi DQMV-nin tarixinin
tarixşünaslığını tədqiq etməyi zəruriləşdirdi.
Təəssüf hissi ilə qeyd etməliyik ki, DQMV-nin iqtisadi, siyasi və mədəni həyatına həsr olunmuş elmi-tədqiqat
əsərlərini nəzərdən keçirərkən məlum olur ki, həmin tədqiqat əsərlərinin demək olar ki, əksəriyyəti erməni
müəlliflərinə “qismət” olmuşdur. DQMV-nin sosializm quruculuğu dövrünü tədqiq edən erməni “alimləri” - Q.B.
Abramyan, Q.A. İonesiyan, Q. Koçəryan, Q. Seyriyan, S. Avaqyan, Ş.M. Mkrtıçyan (3) və digərləri Azərbaycan
SSR-in DQMV-nin tarixini tamamilə təhrif etmiş, öz əsərlərində “böyük Ermənistan” xülyasını əsaslandırmağa
çalışmışlar. Yuxarıda adıçəkilən erməni müəlliflərinin əsərlərini nəzərdən keçirərkən məlum olur ki, həmin tədqiqat
işlərindəki tədqiq olunan məsələlərə saxta erməni riyakarlığı mövqeyindən yanaşılmışdır. Erməni tədqiqatçı
alimlarinin əsərlərində Dağlıq Qarabağda iqtisadi və mədəni inkişaf inkar edilmir, lakin bu inkişafda Azərbaycan
hökumətinin, bölgədə yaşayan əli-qabarlı, zəhmətkeş azərbaycanlıların adi çəkilmir, əksinə inkişafın başlıca amili
kimi Ermənistanın və ermənilərin rolu yüksəklərə qaldirılir.
Sosializm quruculuğu dövrünə həsr edilmiş erməni
müəlliflərinin tədqiqat işləri birtərəfli, obyektivlikdən kənar aparılmışdır. Məsələn, S. Avaqyanın 1962-ci ildə
“Dağlıq Qarabağda mətbuat” mövzusunda yazdığı namizədlik elmi tədqiqat işində, vilayətin ayrı-ayrı
rayonlarında nəşr olunan qəzetlər haqqında geniş məlumat verilir, lakin qədim tarixə malik Şuşada nəşr
olunmuş qəzetlərin adı belə çəkilmir. Dağlıq Qarabağda sosializm quruculuğu dövrünün tadqiqatçılarından sayılan
Q.A. İonesiyan isə bir daha hadisələrə riyakar mövqedən yanaşaraq öz dissertasiyasında qabaqcıl kolxoz və
kolxozçuların sırasında heç bir azərbaycanlılar yaşayan kənd və azərbaycanlı adı çəkilməmişdir.
Bəzi erməni tarixçiləri isə öz tədqiqat- [səh. 59-60] larında Dağlıq Qarabağın tarixinə dair yazdığı əsərlərində
DQMV-nin tarixini Azərbaycan tarixi kimi yox, Ermənistan tarixinin bir hissəsi kimi yanaşmışlar. Belə tarixçilərə
misal olaraq A. Akopyanı, İ. Aqayanı, Q. Qolayanı (4) və başqalarını göstərmək olar. Onlar faktları təhrif etmiş,
Azərbaycanın tarixi həqiqətlərini saxtalaşdırmışlar. Bu tarixçilər Dağlıq Qarabağda və Azərbaycanın digər
ərazilərində azərbaycanlılara qarşı qırğınlar törədən Dro, Njde və Andranikin çirkin əməllərini ört-basdır edir və ya
admı belə çəkmir, Nuru Paşanın, S. Sultanovun adlarını isə cəfəng uydurmalarla vurğulamışlar.
Ş. Mnatsakanyan 1969-cu ildə Yerevanda nəşr etdirdiyi 200 səhifəlik “Qafqaz Albaniyasının ədəbiyyatı
haqqında” əsə- rində saxtakarlığın yüksək zirvəsinə çataraq “böyük Ermənistan”dan ağızdolusu danışır, Dağlıq
Qarabağı da Ermənistanın bir hissəsi kimi qələmə verir və azərbaycanlıların “gəlmə” olması vurğulanır.
Müəllif qeyd
edir ki, “böyük Ermənistan” Sasani və Bizans arasında bölüşdürülmüşdür. Bütün bu uydurma fikirlər Yeremyanın
“Ermənistan SSR” əsərində də öz əksini tapmışdır.
S.P. Aqayanın 1978-ci ildə nəşr etdirdiyi “Erməni xalqının tarixi taleyində Rusiyanın rolu” kitabı sırf
Azərbaycan əleyhinə yazılmış cəfəng bir uydurmadır. Əsərdə “böyük Ermənistan” təbliğ olunur və belə bir bədxah
ideya vurğulanır ki, “1812-ci ildən Lori, Qafan, Qarabağ, Zəngəzur kimi erməni torpaqları Rusiyaya keçmişdir”. Bu,
azğın düşmənin növbəti namərdliyindən başqa bir şey deyildir.