Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
301
Məmmədov, Nailə Vəlixanlı, Sara Aşurbəyli, Teymur Bünyadov, Tofiq Köçərli, Qaraş Mədətov, Mahmud
Ismayılov, Karim Şükürov, Oktay Sultanov, Qasım Hacıyev, Şahin Fərzəliyev, Havva Məmmədova, Nazim
Məmmədov, Anar İsgəndərov, Hacı Həsənov, Tofiq Mustafazadə, Cəbi Bəhramov və başqalarının Azərbaycan
tarixinə, Məmmədağa Şirəliyev, Zərifə Budaqova, Əziz Əfəndizadə, Ağamusa Axundov, Əlövsət Abdullayev və
Yusif Seyidovun Azərbaycan dilinə, Əziz Şərif, Məmməd Cəfər, Mir Cəlal, Həmid Araslı, Abbas Zamanov, [səh.
55-56] Məmmədhüseyn Təhmasib, Mirzə İbrahimov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Yaşar
Qarayev, Azada Rüstəmova və başqalarının Azərbaycan ədəbiyyatına, Aslan Aslanov, Firudin Köçərli, Fuad
Qasımzadənin fəlsəfəyə, Əhməd Mahmudov, Asəf Nadirov, Ziyad Səmədzadə, Bəhmən Axundov, Ağasəlim
Ələsgərov, Teymur Vəliyev və digərlərinin iqtisadiyyata dair tədqiqat işləri xalqın mənəvi sərvətlərinə çevrilmişdir.
Bəhs olunan illərdə nəşr olunmuş üç-cildlik “Müasir Azərbaycan dili” (1978- 1981), üçcildlik “Cənubi
Azərbaycan ədəbiyyatı antologiyası” (80-ci illərdə), üç-cildlik “Rusca-Azərbaycanca lüğət” (1970-80-ci illərdə),
dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti” (1964-1987), “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (1975),
“Azərbaycan dilinin etimologiya və onomastikası məsələləri” (1990), “Sovet Azərbaycanın heykəltəraşlığı” (1973),
“Azərbaycan etnoqrafiyası” (I cild, 1988), “Azərbaycan Dram Teatrı” (1974), ikicildlik “Azərbaycan teatrı
salnaməsi” (1975- 1983), üçcildlik “Azərbaycan xalçaları (1961, 1983, 1987)”, “Sovet Azərbaycanı musiqi
incəsənətinin oçerkləri” (1974, 1976), “Azərbaycan tarixi”, “Azərbaycan dekorativ-tətbiqi sənətləri”, “Cənubi
Azərbaycan tarixinin oçerkləri” (1985), “Cənubi Azərbaycan tarixinin məsələləri” (1991) və başqa ümumiləşdirici
əsərlər nəşr olunaraq yayılmışdır.
XX yüzilliyin 70-ci illərində respublika ərazisindəki maddi mədəniyyət abidələri yenidən qeydə alındı, onların
tədqiqinə, mühafizəsinə və səmərəli istifadə olunmasına diqqət artırıldı.
Bütün bunlara baxmayaraq ictimai elmlərin inkişafına “hakim ideologiya”-nın güclü təzyiqi ciddi mənfi təsir
göstərirdi. Xüsusən Azərbaycan tarixinin, ədəbiyyatının, incəsənətinin sovet dövrü birtərəfli öyrənilir, mövcud darin
ziddiyyətlər və onların kökü, ictimai quruluşun, təsərrüfatçılıq sisteminin qüsurları ilə bağlı səbəblər açıqlanmırdi.
Məsələn, 70-ci illərdə müttəfiq respublikaların elmlər akademiyalarının tarix institutlarının əksəriyyəti öz xalqlarının
çoxcildlik tarixini hazırlamağı planlaşdırmışdılar, о cümlədən Azərbaycan E A Rəyasət Heyəti da “Azərbaycan
tarixi”nin yazılması qərarı ilə Baş redaksiya şurası yaratmışdı, cildlərin redaksiyaları, müəllifləri artıq fəaliyyətə
başlamışdılar. Bu təşəbbüs Moskvanı çox narahat etmişdi. Hətta Sov. İKP Mərkəzi Komitəsində bu məsələ
respublika rəhbərlərinin və tarixçilərinin iştirakı ilə müzakirə olunmuşdu. Müzakirədə hər respublikanın fərdi “çox-
cildlik” tarixinin avazina regionlar üzrə birgə kitabın yazılması məsləhət görülmüşdü. Bu səbəbdən bir müddət
respublikalar üzrə çoxcildlik tarixin yazılması ləngidildi. Ancaq Azərbaycan KP MK-nın birinci katibi H.Ə.
Əliyevin
Moskvaya göndərdiyi məktublardan sonra işə yenidən başlanıldı. Bu sahədə çox böyük işlər görüldü.
SSRİ dövründə Azərbaycanda elmin maddi-texniki bazasının inkişafına lazımi qədər vəsait ayrılmırdı. Elmə,
milli gəlirin 0,4 faizindən də az (SSRİ-də 6 faiz idi) vəsait sərf olunurdu. Alimlarin əməyi kifayət qədər
qiymətləndirilmirdi. Tədqiqat aparmaq üçün müasir avadanlıq, hesablama texnikası, cihazlar çatmırdı. Alimlara
xarici ədəbiyyatdan, arxivdən istifadə etmək, beynəlxalq alama çıxmaq çatin idi. Əsərlər mərkəzin diktəsilə yazılırdı.
[səh. 56-57]
Azərbaycan dövləti öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ictimai və humanitar elmlər “sovet
dövrünün hakim” ideologiyası təzyiqindən xilas olaraq yeni, özü da çətin, ancaq çox mühüm, azad yaradıcılıq
dövrünə başladı. Bu sahəyə diqqət artırıldı.
Keçən əsrin 90-cı illərində Azərbaycan tarixinin an mürəkkəb və mübahisəli problemlərini şərh edən əsərlər
yazıldı. Bu əsərlər tarix sahəsində elmi fikri daha da zənginləşdirdi.
Azərbaycan arxeoloqları ilk dəfə “Azərbaycan arxeoloji abidələr Bankı”nı yaratdılar. Qobustan qayaüstü
təsvirləri UNESCO xətti ilə Ümumdünya Qayaüstü İncəsənət Arxivinə daxil edildi. 1999-cu ildə Elmlər
Akademiyası Rəyasət Heyəti nəzdində “Naxçivan Ensiklopediyası” redaksiya heyəti təşkil olundu. 2002-ci ildə
“Naxçivan Ensiklopediyası” çap edildi. Hamin ildə Tarix Institutunda “Azərbaycanın tarixi coğrafiyası”, “Müstəqil
Azərbaycan Respublikasinın tarixi”, “Qarabağ tarixi” və digər şöbələr təşkil olundu. Tarix İnstitutunun əməkdaşları
xarici dövlətlərin arxivlərindəki əhəmiyyətli tarixi mənbələri Azərbaycana gətirərək, onu təhlil edib dünya
ictimaiyyətinə çatdırdılar.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
302
Ümummilli liderimiz Heydər Əliyev tarixçi alimlar qarşısında fundamental “Azərbaycan tarixi”nin
yaradılması kimi mühüm vəzifə qoymuşdu. Azərbaycanın siyasi, iqtisadi və mədəni tarixində çox mühüm dövr olan
XIX və XX əsrlərin tarixinin əhatəli tədqiqi və nəşri üçün xüsusi qrant ayrılmışdı. Respublikanın an görkəmli tarixçi
alimləri bu işə cəlb olunmuşdu. Şərqdə ilk demokratik respublika olmuş Azərbaycan Cümhuriyyətinin tarixi geniş
şəkildə öyrənilməyə başlandı. Tarix İnstitutunda “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” şöbəsi təşkil edildi.
Azərbaycanın
siyasət və dövlət xadimləri, generalları, siyasi partiyaları haqqında yeni əsərlər meydana gəldi. 1997-ci
ildə Azərbaycan EA Rəyasət Heyətin, nəzdində yaradılmış “Azərbaycan tarixi” Baş Redaksiya Şurasının rəhbərliyi
altında 7 cildlik “Azərbaycan tarixi” hazırlanmış və nəşr olunmağa başlanmışdı. Tarix institutunda “Azərbaycan XX
əsrin əvvəllərində. Müstəqilliyə aparan yollar”, “Azərbaycan Cümhuriyyəti, 1918-1920”, “İkinci Azərbaycan
Respublikasinın təşkili tarixinə dair”, “Azərbaycan tarixi. 1920-1991” və “Azərbaycan Respublikası: əsrə bərabər on
il - 1991-2001”, “XVIII yüzillikdə - XIX yüzilliyin əvvəllərində Osmanlı Azərbaycan münasibətləri”, Azərbaycan
Tarixi Muzeyində “Azərbaycanda dövlətçilik və onun rəmzləri” kitab-albomu, Arxeologiya və Etnoqrafiya
institutunda “Azərbaycan epiqrafik abidələrinin korpusu” və digər əsərlər hazırlanmış, nəşr olunaraq dünya
ictimaiyyətinə çatdırılmışdır.
Bəhs olunan dövrdə Ermənistan azərbaycanlılarının soyqırımı və etnik tarixi, ərazilərdən deportasiyası
haqqında çoxsaylı tədqiqat işləri aparılmış, “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası”, “Türklər,
azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı” kimi dəyərli kitablar çap etdirilmişdir. Dünya siyasətçisi
Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” adlı çoxcildlik monumental külliyyatı müasir tarixin öyrənilməsi üçün
çox qiymətli mənbədir. Heydər Əliyev Azərbaycan tarixçilərinin əməyini qiymətləndirərək yazırdı: “Keçid dövrünün
çətinliklərinə, ağır proseslərə baxmayaraq, biz öz tarixi keçmişimizin çox [səh. 57-58] dəyərli səhifələrini qısa bir
müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq”.
Keçən əsrin 90-cı illərindən tarixi mənbələrin toplanması və araşdırılmasına diqqət daha da artırıldı.
Azərbaycanda 7 respublika dövlət arxivi, onların 15 filialı, Naxçivan MR arxivi və 56 rayon dövlət arxivi fəaliyyət
göstərirdi. Bu arxivlərdə elmin, mədəniyyətin, iqtisadiyyatın və ictimai həyatın ən müxtəlif sahələrini əks etdirən
sənədlər mühafizə olunurdu. 1999-cu ilin iyun ayında “Milli arxiv fondu haqqında” qanun qəbul edildi. 2002-ci il
dekabrın 2-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında”
fərman verdi. Baş Arxiv İdarəsinin bazasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yaradıldı. Arxivlərin
maddi-texniki bazası möhkəmləndirildi və arxiv işçilərinin sosial vəziyyəti yaxşılaşdırıldı. “Azərbaycan tarixi: İlk
mənbələr”, “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı (sənədlər toplusu)” III cilddə, “Naxçivan”; “Gəncə-
Qarabağ əyalətinin icmal dəftəri”, “Yeni siyasi xətt”, “Azərbaycan nefti dünya siyasətində”, “Qaçqınlar” və digər
əsərləri, “Qayıdış 1990-1993”, “Qəsd”, “Azərbaycan milli Dövlət quruculuğu yollarında”, “Azərbaycan - 93” və
digər qiymətli sənəd və material topluları hazırlanıb nəşr olunmuşdur.
Tarixçi alimlər “Ümumi türk tarixinə giriş”, “Cənubi Azərbaycan tarixinin qısa oçerkləri”, “Güney
Azərbaycan” kitablarını hazırlamış və çap etdirmişlər. Azərbaycan tarixçiləri 1999-cu ildə Ankarada nəşr olunmuş
12 cildlik “Osmanlı”, 2002-ci ildə nəşr olunmuş 21 cildlik “Türklər”, 10 cildlik “Genel Türk tarihi” kimi
fundamental əsərlərin hazırlanmasında iştirak etmişlər.
Bütün bunlarla yanaşı, “Üzeyir Hacıbəyov Ensiklopediyası”, “Kitabi-Dada Qorqud Ensiklopediyası”, M.
Füzuli əsərlərinin 6 cildliyi, “Azərbaycan ədəbi dili tarixi” nəşr edilmişdi. “Füzuli Ensiklopediyası” hazırlanmağa
başlamışdı. “XIX əsr türk ədəbiyyatı oçerkləri” kitabı nəşr olunmuşdu. Tarix institutunda “İrəvan xanlığı (Rusiya
işğalı və ermənilərin Şimali Azərbaycana köçürülməsi”;) “İrəvan əyalətinin müvəssər dəftəri”; “İrəvan əyalətinin
icmal dəftəri”; “Qarabağ” (real tarix, sənədlər və faktlar)”, Dilçilik institutunda “Azərbaycan dilinin orfoqrafik
lüğəti”, “Azərbaycan dilinin izahlı lüğəti”, “Azərbaycan dilinin işgüzar üslubu” kitabları hazırlanmışdı.
Akademiyanın Dilçilik, Telekommunikasiya və İnformasiya institutları birlikdə “İngiliscə-Azərbaycanca,
Azərbaycanca-İngiliscə maşın tərcüməsi sistemi” və digər əsərlər nəşr olunmuşdur.
Görkəmli Azərbaycan filosofları, hüquqşünasları Azərbaycan fəlsəfi fikrinin və hüquq elminin inkişafında
mühüm rol oynamışlar. “Azərbaycan fəlsəfə tarixi”nin birinci cildi çapdan çıxmışdır. “Azərbaycanın inkişaf
dinamikası”, “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi” və s. əsərlərdə müasir cəmiyyətdə baş verən mürəkkəb
proseslər dərindən təhlil olunur, fəlsəfi baxımdan mənalandırılır. Azərbaycan memarlıq və sənətşünaslıq elminin