Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə201/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   197   198   199   200   201   202   203   204   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
305 
XX yüzilliyin 80-ci illərinin ortalarından “yenidənqurma” və “aşkarlığın” yaratdığı imkanlardan istifadə edən 
erməni millətçiləri daha böyük bir qüvvə ilə Azərbaycana qarşı qərəzli təbliğata başladılar. Z. Balayan, P. Qazaryan, 
S.  Xanzadyan,  B.  Ulubabayan,  S.  Kaputikyan  və  başqalarının  Azərbaycan  tarixini  saxtalaşdıran,  azərbaycanlıları 
təhqir edən qızışdırıcı “əsərləri” erməni millətçiliyinin daha da dərinləşməsində, milli münaqişənin alovlanmasında 
müstəsna rol oynadı. Z. Balayanın “Ocaq”, “İki od arasında”, “Qəza” kitabları “əzabkeş xalqa” daha emosional təsir 
göstərmiş,  tətil  və  nümayişlər  dalğasını  genişləndirmişdir.  1989-cu  il  iyunun  2-də  SSRİ  Xalq  Deputatlarının  II 
qurultayında  akademik  B.  Hambarsumyanın,  B.  Dadamyanın,  Q.  Voskanyanın,  1987-ci  ildə  Parisdə  akademik  A. 
Aqambekyanın  çıxışları  açıq-aşkar  antiazərbaycan  xarakteri  daşımış,  Azərbaycan  xalqına  qarşı  böhtanlar 
deyilmişdir.  Onlar  Dağlıq  Qarabağın  tarixən  Ermənistana  məxsus  olmasını,  1923-cü  ildən  Ermənistandan  alınıb 
Azərbaycana “bağışlanması”, bölgədə yaşayan ermənilərin Azərbaycan rəhbərliyi tərəfindən sıxışdırılması, vilayətin 
sosial-iqtisadi cəhətdən Ermənistanla bağlılığı və sair cəfəng uydurmalar yazmışlar. Bütün bunlar isə əsassız yalandır 
və xalqımızın ünvanına deyilmiş böhtan kimi qiymətləndirilməlidir. 
Marşal İ.X. Baqramyanın 1979-cu ildə yazdığı “Xatirələr”ində minlərlə azərbaycanlını məhv etmiş Andranik 
çox böyük məharətlə təriflənmişdir. 
Ermənilər  Dağlıq  Qarabağ  məsələsində  yalanı  həqiqət,  ağı  qara  kimi  təqdim  və  təbliğ  etməkdə  ustadırlar. 
Hətta iş  о  yerə  çatmışdır  ki,  erməni  təbliğatı  akademik  D.  Saxarov  kimi  dünyada  tanınan  alimi  də  bu  işə  cəlb  edə 
bilmişdir.  Onun  1989-cu  ildə  yazdığı  “Yenidənqurmanın  labüdlüyü”  əsəri  sırf  antiazərbaycan  xarakteri  daşıyırdı. 
Həmin  əsərdə  göstərilir  ki,  “1920-ci  illərin  əvvəllərində  Dağlıq  Qarabağ  Stalinin  təşəbbüsü  ilə qeyri-qanuni  olaraq 
Ermənistanın  tərkibindən  çıxarılmış  və  Azərbaycana  birləşdirilmişdir”.  Faktlara  əsaslanaraq  tam  əminliklə  deyə 
bilərik  ki,  tarixin  heç  bir  mərhələsində  Dağlıq  Qarabağ  Ermənistana  aid  olmayıb  ki,  о  da  “qeyri-qanuni  çıxarılıb 
Azərbaycana  birləşsin”.  Əlbəttə  Saxarovun  yuxarıdakı  saxta  fikri  xalqımıza  qarşı  xəyanətkarlıqdan  başqa  bir  şey 
deyildir. 
Uzun  müddət  Bakıda  yaşayan  və  rus  dilində  yazan  Leonid  Qurunts  özünün  əsərlərində  Qarabağı  daim 
Ermənistanın  “ayrılmaz”  ərazisi  sırasında  xatırladır.  Eyni  zamanda  L.  Qurunts  Dağlıq  Qarabağda  yaşayan 
ermənilərin  sosial-iqtisadi  cəhətdən  əziyyət  çəkdiklərini,  siyasi  cəhətdən  sıxışdırıldıqlarını  çox  miskin  şəkildə 
vurğulayır. О göstərir ki, DQMV-i Ermənistan birləşərsə bütün bu və ya digər “problemlər” aradan qalxar. Halbuki, 
aparılan  tədqiqatlar  nəticəsində  məlum  olmuşdur  ki,  DQMV-də  yaşayan  ermənilərin  sosial-iqtisadi  durumu 
ümumrespublika  səviyyəsində  birinci  yerdə  dayanmış,  bölgədə  sıxışdırılma  isə  yalnız  azərbaycanlılara  aid 
edilmişdir. 
Erməni tədqiqatçıları mənfur niyyətlərinə çatmaq məqsədilə uzun müddət apardıqları antiazərbaycan təbliğatı 
öz nəticəsini verdi. Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya kimi böyük dövlətlər də ermənilərin sərsəm “böyük 
Ermənistan” yaratmaq ideyasını dəstəklədilər. Həmin ölkələrin tarixşünaslığında Dağlıq Qarabağda gedən [səh. 62-
63] proseslər müxtəlif səviyyələrdə, bəzi hallarda isə ziddiyyətli işıqlandırılmışdır. 
Gverik  Eminin  1987-ci  ildə  5  dildə  50  min  nüsxə  ilə  nəşr  olunan  “Ədəbiyyat  yolçusu”nda,  V.  Stupişinin 
“Rusiyanın  Zaqafqaziyada  mənafeləri”ndə,  Q.  Starovoytovanın  1982-1990-cı  illərdə  “Moskovskiye  novosti” 
qəzetində  “Əzab  çəkmiş  ermənilər”,  “Genosid”,  “Kütləvi  qırğın”,  “Ermənilərin  hüququ”,  “Erməni  əhalisinin  öz 
müqəddəratını həll etmək  hüququ” və digər məqalələrində, leninqradlı şair M. Dudinin 1988-ci ildə nəşr olunmuş 
“Ermənistana  3  məktub”  əsərində,  İ.  Belyayevin  “Dialoq”  jurnalının  6-cı  nömrəsində  nəşr  olunmuş  “İslam  ayrı-
seçkiliyi”,  “Müsəlman  ekstremizmi”,  “İslam  təməlçiliyi”  və  sair  məqalələrində,  L.  Belesiyanın  1989-cu  ildə  nəşr 
olunmuş “Ərazi təsərrüfat hesabı və münasibətlər” əsərində, A. Saxarovun 1990-1991-ci illərdə “Znamya” jurnalının 
müxtəlif  nömrələrindəki  məqalələrində  və  digər  erməni  millətçilərinin  əsərlərində  Azərbaycanın  Dağlıq  Qarabağ 
bölgəsinin tarixi təhrif olunmuş formada təhlil edilmişdir. 
Ermənilərin Azərbaycana qarşı fitnəkarlığı Ermənistanın kino sənətində də özünü göstərirdi. Belə ki, Gverik 
Eminin 1978-ci ildə çəkilmiş “Ermənistan haqqında yeddi nəğmə” filmi (“Mosfilm”), S. Xanzadyanın 1980-ci illərdə 
“Ermənifilm”  və  “Mosfilm”in  birgə  istehsalı  olan  “Ümid  ulduzu”  filmi,  L.  Babacanyanın  “Gəncliyin  sahili” 
(“Lenfilm”) filmi və digər filmlər sırf antiazərbaycan motivləri əsasında təqdim olunmuşdur. Eyni zamanda “mahir” 
erməni heykəltəraşları, rəssamları, musiqiçiləri də öz sənətlərində öz “sözlərini” demişdilər. Belə ki, onlar “əzilən”, 
“sıxışdırılan”,  “kimsəsiz”,  “yazıq”  erməni  obrazı  yaradır  və  bütün  dünyada  özlərinə  qarşı  müsbət  fikir 
formalaşdırırdılar. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
306 
Erməni  millətçiləri  təxminən  yuxarıdakı  mülahizələr  əsasında  “böyük  Ermənistan”  yaratmaq  üçün  bütün 
dünyada  antiazərbaycan  təbliğatı  aparır  və  ictimai  rəy  formalaşdırırdılar.  Doğrudan  da,  erməni  yalanının  təkzib 
edilməməsi  onun  yayılmasına  imkan  verdi.  Sonralar  isə  bu  ağ  yalan  mənfur  siyasətə  çevrildi.  Qarşısı  alınmayan 
həmin məkrli siyasət isə xalqımızı qaçqınlığa, köçkünlüyə, terrora, deportasiyaya, soyqırıma məruz qoydu. 
Məkrli niyyət sahibləri olan erməni tədqiqatçıları Azərbaycan ərazisi hesabına “böyük Ermənistan” yaratmaq 
ideyasının reallaşdırılması istiqamətində geniş iş aparmaqla Moskvada özləri üçün əlverişli şərait yaratdılar. 1988-ci 
ildən  Dağlıq  Qarabağda  baş  verən  hadisələrə  Moskvanın  biganə  yanaşması  vəziyyəti  daha  da  gərginləşdirdi.  Bəhs 
etdiyimiz  dövrdə  İngiltərə,  Fransa,  ABŞ,  Rusiyanın  Cənubi  Qafqazda  gedən  proseslərdə  iştirakı  məsələləri  həmin 
dövlətlərin tarixşünaslığında bəzi hallarda ziddiyyətli işıqlandırılmışdır. 
İ.Q. Çavçavadzenin, N.N. Şavrovun, A.A. Qreçkonun, K.X. Kuznaçevin, V.P. Smirnovun, V.L. Veliçkonun, 
S.  Liddelin,  V.  Qurko-Kryajinin,  C.  Makkarti  və  K.  Makkartinin,  Y.A.  Pompiyevin  (7)  və  digər  tədqiqatçıların 
əsərləri  erməni  millətçilərinin  müxtəlif  dövrlərdə  azərbaycanlılara  olan  münasibətləri,  onun  müxtəlif  cəhətlərinin 
qismən  də  olsa  açıqlanması  ilə  bərabər,  həm  də  erməni  –  Azərbaycan  münaqişəsinin  meydana  gəlməsi,  “böyük 
Ermənistan” ideyasının doğurduğu ağır nəticələrin öyrənilməsi baxımından əhəmiyyətlidir. 
Eyni  zamanda,  tədqiq  olunan  dövrdə  [səh.  63-64]  DQMV-nin  mərkəzi  olan  Xankəndidə,  kitab,  kitabça  və 
statistik  idarənin  göstəricilərinə  aid  nəşr  olunmuş  sənədlərdə  Dağlıq  Qarabağın  iqtisadi-siyasi  və  mədəni 
quruculuğuna  dair  materialların  izahı  təəssüf  ki,  erməni  müəlliflərinin  məkrli,  riyakar  niyyətlərinə  uyğun  şəkildə 
verilmişdir.  Bütövlükdə  erməni  müəlliflərinin  yazdığı  əsərlər  birtərəfli,  obyektivlikdən  kənar,  saxtakarlıqla  təqdim 
olunmuşdur. 
Tarixi  şəxsiyyət  M.K.  Atatürk  demişdir  ki,  tarixi  yazmaq  -  tarixi  yaratmaq  qədər  mühümdür.  Əgər  yazan 
yaradana  sadiq  qalmazsa,  yazılan  tarix  insanları  çaşdırmaq  mahiyyəti  alır.  Erməni  müəlliflərinin  yazdığı  “əsərlər” 
yalnız  çaşdırma,  yanıltma  xarakteri  daşıyır.  Acınacaqlı  hal  ondan  ibarətdir  ki,  müasir  erməni  millətçiləri  - 
Aqambekyan, Hambarsumyan, İkityan, Balayan, Kaputikyan və başqalarının DQMV-nin tarixinə dair böhtan, yalan, 
fitnəkarlıqla  dolu  “əsərləri”nin  əksəriyyəti  1920-1970-ci  illəri  tədqiq  edən  erməni  müəlliflərinin  “əsərlərinə” 
əsaslanmışdır.  Balayanların,  Kaputikyanların,  Xanzadyanların  Dağlıq  Qarabağ  haqqında  fitnələri,  qarışdırıcı 
böhtanları, ağ yalanları Ermənistanın dövlət siyasətinə çevrildi və bu iyrənc siyasət Ermənistanın Azərbaycana qarşı 
hərbi  təcavüzü  ilə,  qanlı  müharibə  ilə  nəticələndi.  Aparılan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  Azərbaycanın 
arxivlərində,  kitabxanalarında  saxlanılan,  həmin  erməni  müəlliflərinin  fitnəkarlıqla  yazılan  əsərlərinin  böyük  qismi 
müxtəlif yollarla Azərbaycandan Ermənistana aparılmışdır. 
Erməni tədqiqatçılarının əsərləri Türkiyə və Azərbaycana qarşı ərazi iddialarının tarixi baxımdan saxtakarlıqla 
əsaslandırılmasına  xidmət  etdiklərinə  görə  elmi  obyektivlikdən  uzaqdır.  Yuxarıda  adlarını  çəkdiyimiz  və 
sadalamadığımız  “əsərlər”də  başlıca  olaraq  Şərqi  Anadolunun  Ermənistanın  qərb  hissəsi  kimi  göstərilməsi, 
qondarma  genosid,  Azərbaycandan  Naxçıvanın,  Zəngəzurun  və  Qarabağın  qoparılması  məsələləri  saxta  erməni 
riyakarlığı mövqeyindən təhlil olunmuşdur. 
Erməni tarixçilərinin Dağlıq Qarabağın tarixinə dair yazdıqları  əsassız, saxta tədqiqatlardan, monoqrafiya və 
məqalələrdən  fərqli  olaraq  Azərbaycan  tarixşünaslığında  Dağlıq  Qarabağ  tarixi  faktlara,  materiallara  əsaslanaraq 
doğru işıqlandırılmış və Dağlıq Qarabağın tarixən Azərbaycan ərazisi olması sübuta yetirilmişdir. Bu işdə gənc və 
istedadlı  Prezidentimiz  İlham  Əliyevin  tarixçi  alimlərimiz  üçün  yaratdığı  əlverişli  şəraiti  xüsusi  qeyd  etməliyik. 
İlham Əliyevin “Azərbaycan tarixi üçün həlledici hadisələr-iqtisadi, siyasi, tarixi cəhətdən önəmli hadisələr düzgün 
araşdırılmalıdır.  Bu  bizim  üçün  lazımdır.  Bu  günümüz  üçün  önəmlidir,  gələcəyimiz  üçün  vacibdir”  devizini  əldə 
rəhbər tutan tarixçi  alimlərimiz  faktlara,  materiallara  əsaslanaraq  Dağlıq  Qarabağ  tarixini  obyektiv  tədqiq etmişlər. 
Tarixçi alimlərimizdən - H. Məmmədovanın, N. Məmmədovun, Y. Ağamalının, R. Babaşovun, G. İsmayılovanın, N. 
Əlizadənin, 
Axundovanın,  Y.  Fərzəliyevin,  A.  İsmayılovanın,  V.  Abışovun,  Q.  Mustafayevin,  А.  Məhərrəmzadənin  (1) 
namizədlik  elmi-tədqiqat  əsərlərində  Dağlıq  Qarabağın  sosial-iqtisadi,  siyasi  və  mədəni  həyat  həqiqətləri  öz  əksini 
tapmışdır. 
Azərbaycan  tarixinə  dair  yazılmış  ümumiləşdirici  əsərlərdə  də,  Dağlıq  Qarabağın  iqtisadi,  siyasi  və  mədəni 
həyatmı əks etdirən materiallar verilmişdir. Xüsusilə, yeddi cildlik “Azərbaycan tarixi”nin V, VI [səh. 64-65] və VII 
cildləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə