Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə204/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   200   201   202   203   204   205   206   207   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
311 
İstər  münaqişənin  bu  müharibə  ərəfəsi  mərhələsində,  istərsə  də  sonrakı  dövrdə  Azərbaycan  tərəfi  mənəvi 
baxımdan  haqlı  idi.  Qeyd  etmək  yerinə  düşər  ki,  DQMV-nin  sosial  inkişafının  əsas  göstəriciləri  həm 
Azərbaycan  SSR-in,  həm  də  Ermənistan  SSR-in  orta  respublika  səviyyəsindən  yüksək  idi.  SSRİ-nin  ümumi 
dövlət  orqanı  zəiflədikcə,  DQMV-də  azərbaycanlı  və  erməni  icmalarının  barışdırılmasına  yönəlmiş  bütün 
tədbirlər  heçə  enirdi.  Bu  baxımdan,  Xüsusi  İdarəetmə  Komitəsinin  (XİK,  12  yanvar  -  28  noyabr  1989-cu  il) 
fəaliyyəti  uğursuzluqla  nəticələndi.  SSRİ  ilə  ABŞ  arasındakı  “soyuq  müharibə”  bu  vəziyyəti  daha  da 
mürəkkəbləşdirirdi.  1989-cu  il  iyulun  19-da  ABŞ  Senatı  “Sovet  Ermənistanı  xalqının  arzusuna  uyğun  olaraq, 
Dağlıq  Qarabağa  dair  mübahisənin  sülh  yolu  ilə  tənzimlənməsinə  ABŞ-ın  köməyi  haqqında”  qətnamə  qəbul 
etdi.  1989-cu  il  noyabrın  19-da  ABŞ  Senatı  “Sovet  İttifaqı  ilə  ikitərəfli  diskussiyaların  gedişində  Dağlıq 
Qarabağ ətrafında münaqişənin ədalətli, həqiqətən bu vilayətin xalqının baxışlarını əks etdirən tənzimlənməsinə 
kömək etmək” arzusunda olduğunu bəyan edir. SSRİ-də yeni yaranmaqda olan hüquq müdafiə hərəkatı, xüsusən 
“Memorial” təşkilatı erməni separatçılarını birmənalı şəkildə müdafiə edir. 
 1989-cu  il  dekabrın  1-də  Ermənistan  SSR  Ali  Soveti  “Ermənistan  SSR-in  və  Dağlıq  Qarabağın  yenidən 
birləşməsi  haqqında”  görünməmiş  bir  qərar  qəbul  edir.  1990-cı  il  yanvarın  9-da  Ermənistan  Ali  Sovetinin 
sessiyası DQMV-nin sosial-iqtisadi inkişaf planını respublikanın 1990-cı il üçün planına daxil edir. 1990-cı il 
mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirildi. Bütün 
bu hadisələr Ermənistanın ilhaqçılıq mövqeyi tutmasına artıq şübhə yeri qoymurdu. Sonralar bu mövqe  yalnız 
ört-basdır edilmişdi. 1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli 
hərəkatı qalib gəldi. Separatçıların hakimiyyətə gəlməsi yalnız bir məqsəd güdə bilərdi – “yenidən birləşmə” və 
“millətin  öz  müqəddəratını  təyin  etmək  hüququ”  şüarları  altında  təcavüzkar  müharibə.  Mahiyyət  etibarilə 
Ermənistanda problemlərin zor işlətməklə həll edilməsi üsullarını təbliğ edən militokrat etnokratiya hakimiyyətə 
gəlmişdi. 
“Ermənistan  SSR-in  və  Dağlıq  Qarabağın  yenidən  birləşməsi  haqqında”  1989-cu  il  1  dekabr  tarixli  qərar 
Azərbaycanla Ermənistan arasında soyuq müharibənin genişlənməsinə və buna müvafiq surətdə təcavüzkarlara 
kütləvi nifrətin güclənməsinə səbəb olmaqla xalqlar arasında münasibətlərdə çox ağır nəticələrə gətirib çıxardı. 
Əslində, bu, münaqişə zonasının keyfiyyətcə genişlənməsi, onun yayılması demək idi. 1990-cı ildə Bakıda baş 
vermiş  məlum  yanvar  hadisələrindən  sonra  Kremlin  və  şəxsən  prezident  Qorbaçovun  nüfuzu  heçə  enməyə 
başladı. 
1990-cı  ilin  yanvarında  Azərbaycan  SSR-in  əvvəlki  rəhbərliyinin  iflasa  uğraması  böyük  bir  imperiya 
məkanında sinfi beynəlmiləlçilik ideyaları üzərində qurulmuş siyasətin qeyri-adekvat olmasının rəmzi idi. SSRİ 
Ali Sovetinin qərarına əsasən yaradılmış DQMV üzrə Respublika Təşkilat Komitəsi lap əvvəldən uğursuzluğa 
məhkum  idi  -  bu,  indi  daha  aşkar  görünür,  -  çünki  həmin  komitə  obyektiv  olaraq  özünü  qoruyub  saxlamaqda 
maraqlı  olan  ümumittifaq  sisteminin  get-gedə  zəifləyən  imkanlarına  əsaslanırdı.  Buna  baxmayaraq,  Təşkilat 
Komitəsi 1990-cı il yanvarın 20-dən başlayaraq, DQMV-nin siyasi-hüquqi və psixoloji məkanını addım-addım 
fəth edir, əhalini etnik dözümsüzlük xülyalarından xilas edirdi. Ümumittifaq dövlətçiliyini qəti şəkildə dağıtmış 
1991-ci  ilin  avqust  hadisələrindən  sonra  bu  komitənin  fəaliyyəti  sakitcə  heçə  endi.  Qorbaçovun  ikiüzlü  və 
riyakar  siyasəti  yeni  siyasi  reallıq  “quruculuğunun”  elementlərinə  çevrildi.  1991-ci  ilin  payızında  bu  siyasət 
Azərbaycan millətinə heç bir fərəhli perspektiv vəd etmirdi.  
 1991-ci  il  sentyabrın  2-də  DQMV  və  Azərbaycan  SSR-in  Şaumyan  (kənd)  rayonu  hüdudlarında  “Dağlıq 
Qarabağ  Respublikası”  (DQR)  elan  edildi.  Buna  cavab  tədbiri  kimi,  1991-ci  il  noyabrın  23-də  Azərbaycan 
Dağlıq  Qarabağın  muxtariyyət  statusunu  ləğv  etdi.  Lakin  Qorbaçovun  son  əməli  olan  “SSRİ  Dövlət  Şurası” 
1991-ci  il  noyabrın  27-də  Azərbaycanın  həmin  qərarının  Konstitusiyaya  zidd  olduğunu  elan  etdi.  1991-ci  il 
dekabrın  10-da  “DQR”-də  erməni  icmasının  müstəqilliyi  barədə  əvvəlcədən  proqramlaşdırılmış  referendum 
keçirildi. 1992-ci il yanvarın 6-da monoetnik “Dağlıq Qarabağ Respublikası”nın müstəqillik bəyannaməsi elan 
edildi. Erməni separatçılar bu qərarı qəbul etməklə soyuq müharibəni heç bir günahı olmayan azərbaycanlıların 
və  Yerevanın  təcavüzkar  xülyalarının  girovlarına  çevrilmiş  ermənilərin  kütləvi  şəkildə  həlak  olmasına  gətirib 
çıxaran “qaynar mərhələyə” keçirdilər. 
 
Xalq Cəbhəsi”.-2015.-17 yanvar.-N 8.-S.11. 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
312 
 
Qarabağ: tarix olduğu kimi - I 
 
İxtiyar HÜSEYNLİ 
 
1. Qarabağ dünyanın ən qədim insan məskənlərindəndir 
 
Dağlıq  Qarabağ  əzəli  Azərbaycan  torpağıdır.  Tarixi  və  hüquqi  nöqteyi-nəzərdən  Qarabağ  həmişə 
Azərbaycan  torpağı  olmuşdur.  Azərbaycan  xalqı  Dağlıq  Qarabağda  və  işğal  edilmiş  digər  torpaqlarda 
əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları 
Azərbaycan mənşəlidir...  
Dağlıq Qarabağa ermənilər XIX əsrin birinci yarısında Şərqi Anadoludan və İrandan köçürülmüşdür. 
Onlar  orada  məskən  salmışdır  və  ondan  sonra  dinc  Azərbaycan  əhalisinə  qarşı  öz  təxribatlarını 
başlamışlar. 
İlham ƏLİYEV 
 
Azərbaycanın  əsrlərdir  ki,  ən  ağrılı  problemi  olaraq  qalan Qarabağ münaqişəsinin  son mərhələsinin 
başlanmasından artıq 27 il ötür. Geridə qalan müddət ərzində müharibənin qanlı mahiyyəti səngisə də, 
savaşın  və  təcavüzün  “bəxş”  etdiyi  faciələr,  itkilər,  qurbanlar  azalmadı.  Çünki  cəbhə  bölgəsində  əldə 
olunan atəşkəsə baxmayaraq, müharibə davam edir və onun fəsadlarının sayı da durmadan çoxalır.  
Müharibə məmləkətdə hər an duyulur, Qarabağ itkisi ölkədə addımbaşı özünü yada salır. Qaçqınlıq 
və  məcburi  köçkünlük  həyatının  çətinliklərində,  vətəndə  vətənsizlik  taleyinə  məhkum  olan yüz  minlərlə 
insanın  iztirablarında,  Qarabağdan  kənarda  doğulan  qarabağlı  körpələrin  görmədikləri  vətənə  doğru 
uzanan  baxışlarında,  inamlarında,  əsgərimizin  qələbə  və  intiqam  yanğısında  davam  edir  Qarabağ 
savaşı... 
 
Qarabağda 400 min il öncə yaşayış olub 
 
Qarabağ ən qədim zamanlardan indi Azərbaycan türkü adlanan millətin əcdadlarının əzəli topağı olub və bu 
ərazidə  yaradılmış  bütün  dövlətlər,  xanlıqlar,  inzibati  vahidlər  də  məhz  bizlərə  məxsus  idi.  Qarabağın 
Azərbaycana aidliyini sübut etmək üçün fakt axtarmağa ehtiyac yoxdur, çünki əslində, bunu təkzib edən ən adi 
bir arqument belə mövcud deyil.  
Qarabağ ifadə forması olaraq həm də coğrafi ərazi mənasında qəbul edilir. Tarixən Qarabağ Azərbaycanın 
müxtəlif  ərazilərini  əhatə  edib.  Məsələn,  vaxtilə  Qarabağ  xanlığının  vəziri  olmuş  Mirzə  Camal  Cavanşir 
“Qarabağ  tarixi”  əsərində  yazırdı:  “Qədim  tarix  kitablarının  yazdığına  görə,  Qarabağ  vilayətinin  sərhədləri 
belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, 
Şəmşəddil və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahı ilə Krasnı most, 
yəni  Qızıl  körpü  adlandırırlar.  Şərq  tərəfdən  Kür  çayıdır  ki,  Cavad  kəndində  Araz  çayına  qovuşaraq  Xəzər 
dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı 
çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”. 
Tarixi  mənbələr  Qarabağı  təkcə  Azərbaycanın  deyil,  ümumiyyətlə,  dünyanın  da  ən  qədim  tarixə  malik 
diyarlarından biri kimi səciyyələndirir. Daha dəqiq desək, Qarabağ bölgəsi Aralıq dənizi sahilləri, Şimali Afrika 
və Çindən sonra dünyanın ən qədim insan məskənidir. Sadəcə, bir faktı göstərək: bu ərazidəki Azıx mağarasında 
ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Azıx mağarasının alt təbəqələrindən aşkar olunmuş əmək 
alətlərinin Quruçay mədəniyyətinə aid olduğu öz təsdiqini tapmışdır. Quruçay mədəniyyətinin yaşı isə 1 milyon 
200  min  ildən  də  qədimlərə  aiddir.  1968-ci  ildə  isə  Azıx  mağarasında  Azıx  adamının  -  azıxantropun  çənə 
sümüyü  tapılmışdı.  Burada  Azıx  adamının  400  min  il  əvvəl  yaşadığı  güman  olunur.  Bu  nadir  tapıntıya  görə 
Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.  
Qarabağın  Quruçay  vadisində  öz  əhəmiyyətinə  görə  Azıxdan  sonra  ikinci  böyük  kəşf  Quruçayın  sol 
sahilində,  Azıx  mağarasının  yaxınlıqlarında  yerləşən  Tağlar  mağarasının  aşkar  edilməsi  oldu.  Azıx  və  Tağlar 
mağaraları  arasında  məsafə  3  kilometrdir.  Qazıntılar  nəticəsində  Tağlar  mağarasının  aşağı  təbəqələrində 
onurğalılar  faunasının  qalıqları,  habelə  çoxlu  sayda  daş  əmək  alətləri  aşkar  edilmişdir.  Onların  arasında 
hazırlanması ustalıq tələb edən çoxsaylı daş məmulatları da var.  
Füzuli rayonunda Qarabağın unikal arxeoloji abidəsində - Qaraköpəktəpədəki tapıntılar isə söyləməyə imkan 
verir  ki,  burada  qədim  insanın  həyatı  mezolit  (təqribən  e.ə.  X-VIII  minilliklər)  dövründən  etibarən  başlayırdı. 
Sonrakı dönəmlərdə Qaraköpəktəpə nəinki Qarabağ və Azərbaycan, bütünlükdə Qafqaz ərazisində canlı yaşayış 
məskənlərindən  biri  idi.  Antik  çağlarda  Qaraköpəktəpə  Qafqaz  Albaniyasının  mədəni  və  sosial-iqtisadi  həyatı 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə