Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə30/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   26   27   28   29   30   31   32   33   ...   66

Ninmuq  -   “qızıl  mil”  (?)  əldə  etdi  (ancaq  onun  hansı  hakimiyyət 
aldığı  məlum  deyil,  çünki  bu  sətir ciddi  zədələnib).  Nəhayət,  üçüncü 
bacı  -  Nidaba  -   ölçü  kəndiri  əldə  etdi,  sərhədlərin  və  müqavilələrin 
qorunmasını,  həmçinin  “allahların  yeməyi  və  içməyi”  işlərini  idarə 
edir.  İnannanm  özünə  gəlincə  ona  ancaq  öz  şikayətini  təkrar  etmək 
qalır:
Mən -  qadın, tək mənim üçün nə deyilir?
Mən -  müqəddəs İnanna, mənim vəzifəm nədir?
Enki  olduqca  geniş  və  müfəssəl  cavab  verir.  Görünür,  o, 
İnannaya böyük hakimiyyət və çoxsaylı  hüquqlar verir,  ancaq təəssüf 
ki,  poemanın  axırıncı  50  sətiri  çox  pis  qalmışdır,  ona  görə  də  hətta 
salamat  qalmış  sətirlərin  belə  mənası  aydın  deyil.  Güman  edilir  ki, 
Enki  İnannaya  “qoyun  otaranın  əl  ağacı”,  müxtəlif  geyimlər, 
döyüşlərə  və  dağıntılara  məhəbbət  və  nəhayət,  kişiləri  cəlb  etmək 
hüququ verir.
Dördüncü  yaradıcı  allah  həm  də  Ninmax  (“yüksək  ilahə”)  adı 
ilə  tanınan  ilahə-ana  Ninxursaq  olmuşdur.  Əvvəllər,  daha  qədim 
zamanlarda  o,  daha böyük  hörmət  sahibi  olmuş  və  allahların bir  çox 
siyahılarında  onun  adı  Enkinin  adından  qabaq  yazılmışdır.  Belə 
güman  etməyə  əsas  var  ki,  əvvəl  o,  Ki  (“Yer”)  adı  daşımış  və  Anın 
(“Göyün”)  arvadı  sayılmış  və  qalan  bütün  allahlar  bu  ikisindən 
törəmişlər.  Bundan  başqa  Ninxursaqın  başqa  bir  adı  Nintu  (“həyat 
verən ilahə”) olmuşdur.  Şumerin  bütün əvvəlki  hökmdarları  özlərinin 
“Ninxursaqın  günahsız  südü  ilə  qidalandıqları”  barədə  danışmağı 
xoşlayırdılar.  O, bütün  canlı  məxluqların  ulu nənəsi, ilahə - ana hesab 
olunurdu.
Ninxursaq  haqqında  rəvayətlərin  birində  insanın  yaranmasında 
bu  ilahənin  vacib  rolu  qeyd  edilir,  (bax,  f.  15);  başqa  bir  rəvayətə 
görə o, bir sıra allahlar nəslini  dünyaya gətirdiyi  bildirilir  Bu rəvayət 
“haram şey”  epizodunu xatırladır (bax.  f.  21).
Nəhayət,  biz  “me”  adlanan  şumer  filosoflarının  rəyinə  görə 
yarandığı  gündən  kainatı  idarə  edən  və  dünyanın  əbədi  hərəkətini 
müdafiə  edən  allah  qanunlanna və  müəyyənetmələrinə  gəlib  çatırıq. 
İndiki  halda insanı  və cəmiyyəti  idarə edən “me”  qanunlarının təsdiqi 
üçün əlimizdə kifayət qədər birbaşa sübutlar var.
124
Qədim şairlərdən biri  növbəti  əfsanəni  yaradarkən,  yaxud  tam 
redaktə  edərkən  cəmiyyətin  həyatına  aid  olan  “me”  qanunlarını 
saymağı 
vacib 
saymışdır. 
O, 
bundan 
ötəri 
öz  dövrünün 
mədəniyyətini  yüzdən  çox  elementə  bölmüşdür.  Hələlik  onlardan 
ancaq  altmış  ad  açılmışdır.  Bəzi  hallarda  kontekstin  olmadığı 
üzündən  onların  həqiqi  mənası  haqqında  təsəvvürümüz  çox  zəifdir. 
Bu gün  “mədəniyyətin atributları” ümumi  termini  ilə müəyyən edilən 
siyahıda  birinci  yazılı  qeydə  alınmış  mədəniyyətin  tədqiqatı  cəhdini 
xarakterizə  etmək  üçün bu  açılanlar da kifayətdir.  Bu  siyahı  müxtəlif 
təşkilatların,  kahin  funksiyalarının,  ayin  vasitələrinin,  emosional  və 
intellektual  vəziyyətlərin,  müxtəlif inam və doktrinaların siyahısıdır.
Budur,  həmin  siyahıdan  daha  anlaqlı  parçalar,  onlar  qədim 
mətndəki  ardıcıllıqla  verilir:  1)  ali  hakimiyyət;  2)  allahların 
hakimiyyəti;  3)  qaldırılmış  və  əbədi  tac;  4)  çar  taxt-tacı;  5) 
qaldırılmış  skipetr;  6)  çar  hakimiyyətinin  nişanları;  7)  yüksəldilmiş 
müqəddəs  yerlər;  8)  keşiş  hakimiyyəti;  9)  çar  hakimiyyəti,  10) 
ilahənin  əbədi  hakimiyyəti;  11)  Allah  xanımı  (kahin  rütbəsi);  12) 
“işib”  (kahin  vəzifəsi);  13)  “lumax”  (kahin  vəzifəsi);  14)  “qutuq” 
(kahin vəzifəsi);  15) həqiqət;  16) yeraltı  səltənətə alçalma;  17) yeraltı 
səltənətdən  qalxma;  18)  “kurqarru”  (hərəmağası);  19)  “girbadara” 
(hərəmağası);  20)  “saqursaq”  (hərəmağası);  21)  (döyüş)  bayraq;  22) 
Nuh  əyyamı;  23)  silah  (?);  24)  cinsi  əlaqə;  25)  fahişəlik;  26)  qanun 
(?),  27)  böhtan  (?);  28)  incəsənət;  29)  mərasim  salonu,  30)  “səma 
ierodulası”,  31) “qusilim”  (musiqi  aləti);  32) musiqi;  33) ağsaqqallıq; 
34)  qəhrəmanlıq;  35)  hakimiyyət;  36)  düşmənçilik;  37)  düzgünlük; 
38)  şəhərlərin  dağılması;  39)  şikayətlənmək;  40)  ürəyin  sevinci;  41) 
yalan;  42)  tabe  olmayan  qadın  (üsyanqaldıran),  43)  xeyirxahlıq;  44) 
ədalət  məhkəməsi;  45)  ağac  emalı  sənəti;  46)  metal  emalı  sənəti;  47) 
mirzənin  sənəti;  48)  dəmirçi  sənəti;  49)  dəriçi  sənəti;  50)  inşaatçı 
sənəti;  51) zəmbilçi  sənəti;  52)  müdriklik;  53)  diqqət,  54) müqəddəs 
təmizlənmə;  55)  qorxu;  56)  vahimə;  57)  ixtilaflar;  58)  sülh;  59) 
yorğunluq;  60) qələbə;  61)  məsləhət;  62) ürəyin  sıxılması,  63) hökm; 
64)  qərar;  65)  “lilis”  (musiqi  aləti);  66)  “ub”  (musiqi  aləti);  67) 
“mesi”  (musiqi  aləti);  68) “ala”  (musiqi  aləti).
125


Bu  siyahı  bizə  ona görə  gəlib  çatmışdır ki,  o,  qədim  Şumerin 
populyar  allahlanndan  biri  İnanna  haqqında  əfsanənin  əsas 
məzmununa  daxil  edilmişdir.  Siyahı  (ona  100-dən  çox  mədəni 
məfhum  daxildir)  əfsanədə  dörd  dəfə  təkrar  olunur,  ona  görə  də 
çoxsaylı  problemlərə  baxmayaraq  onun  çox  hissəsini  bərpa  etmək 
mümkün  oldu.  Artıq  1911 -ci  ildə  Devid  U.  Mirmen  Pensilvani 
Universiteti  muzeyində  saxlanılan  bu  əfsanənin  fraqmentini  dərc 
etmişdir.  Bu,  böyük,  yaxşı  qalmış,  6  sütunlu  lövhəcikdir.  Onun 
yalnız  yuxan  sol  küncü  sınıb  düşmüşdür.  1937-ci  ildə  İstanbulda 
Qədim Şərq Muzeyində bu küncü tapmaq mənə nəsib  olmuşdur.
Əfsanənin  böyük  hissəsi  artıq  1914-cü  ildə  dərc  edildiyinə 
baxmayaraq  uzun  müddət  heç  kim  onun  tərcüməsini  öz  üzərinə 
götürməmişdir.  Çünki  bu  əsərin  məzmunu,  elə  gəlirdi  ki,  mənası  və 
məntiqi  əlaqədən  uzaqdır.  Mənim  İstanbulda  tapdığım  kiçik  parça, 
demək  olar,  insanlardan  heç  nə  ilə  seçilməyən^1  Şumer  allahları 
haqqında  bu  gözəl  nağılı  başa  düşməyə  açar  verdi.  Onun  ilk  dəfə 
“ Şumer mifologiyasf’nda analiz edilmiş qısa süjeti aşağıdakı  kimidir.
Göylər  məlaikəsi,  Urukun  hamisi  ilahə  İnanna  öz  şəhərinin 
gücünü  və fıravanlığım  artırmaq  fikrinə  düşür.  İstəyir  ki,  onu  Şumer 
mədəniyyətinin  mərkəzinə  çevirsin,  bununla  da  öz  adını  ucaltsın, 
ümuminin  hörmətini  qazansın.  Bundan  ötəri  o,  müdriklik  hakimi 
“allahların  lap  ürəyini  bilən”,  özünün  su  dərinliyində,  Abzu 
məbədində  yaşayan  Enkinin  olduğu,  Şumer  mədəniyyətinin  qədim 
ocağı  Eriduya  yola  düşür.  Enki  bütün  allah  qanunları  (“me”)  ilə 
tanışdır,  mədəniyyət  onların  üzərində  bərqərar  olmuşdur.  Əgər 
İnanna  doğru,  yaxud  aldatma  yolu  ilə  bu  qanunları  əldə  etməyə  və 
onlan  öz  şəhərinə  aparmağa  nail  olsa  Urukun  və  özünün  şöhrəti 
əlçatmaz olacaq.
İnanna Abzuya yaxınlaşan zaman onun gözəlliyinə məftun olan 
Enki  öz elçisi  İsimudu yanına çağırıb ona deyir.
Öz məsləhətçisi  İsimuda belə deyir,  ona tapşırıq  verir:

Ey  mənim  məsləhətçim, 
mənim 
sözlərimə  əy  öz 
qulaqlarını!...
Qız Abzyuya,  Eredua yaxınlaşır,
Qız Abzuya,  Ereduqa yaxınlaşanda,
126
İnanna Abzuya,  Ereduqa yaxınlaşanda 
Yağlı  təam,  ballı  təaırı  yesin,
Ürəyi  təzələyən sərin  su içsin!
Ereduqun  şirləri  qarşısında ona pivə ver içsin!
Onu səmimi  qarşıla,  dostcasına salamla.
Anın müqəddəs məclisində 
Sevinclə qarşıla müqəddəs  İnannanı!
İsimud öz ağasının  tapşırıqlarını  dəqiq  yerinə yetirir.  İnanna və 
Enki 
şənlənməyə  otururlar 
Onlar  bərk  içkilərin  təsirindən 
şadlanırlar.  Enki  deyir:
“İşıqlı  İnannaya,  qızım  mənim,  verəcəyəm  ona:
Şücaət,  Qüdrət,  Ədalətsizlik,  Ədalətlilik,
Şəhərlər talamaq,  Ağılar yaratmaq,  ürəkdən  Şadlanmaq 
Təmiz İnanna sahiblik alacaq,
Mənim gücümlə,  mənim  Abzumun  adı  ilə!”
Sonra  o  İnannaya  Şumer  cəmiyətinin  ayrılmaz  hissəsi  olan 
yüzdən  artıq  “allah  qanunları”  verir.  İnannaya da elə  bu  lazım  idi:  o, 
keflənmiş  Enkinin  hədiyyələrini  sevinclə  qəbul  edir,  qanunları 
özünün  Göy barkasına yükləyib  qiymətli  qənimətlə Uruka üzür.
Ancaq  əyləncədən  sonra  keflilik  ötən  kimi  Enki  görür  ki,  allah 
qanunları  “me”  əvvəlki  yerində  yoxdur.  O,  İsumudu  sorğu-suala 
tutur,  o  isə  izah  edir  ki,  Enki  qanunları  öz  qızı  İnannaya 
bağışlamışdır.  Enki  özünün  yersiz əliaçıqlığına acı-acı  təəssüflənir və 
hansı  yolla  olur-olsun  Göy  barkasının  Uruka çatmasına  mane olmağı 
qərara  alır.  Bu  məqsədlə  o,  İsimudu  və  bir  neçə  dəniz  əjdahasını 
İnannanm  arxasınca göndərir.
Eriduda  Abzudan  Uruku  ayıran yeddi  dayanacağın  birincisində 
əjdahalar  Göy  barkasını  ələ  keçirməli  idilər.  İnannaya  gəlincə  Enki 
əmr edir ki,  onu  buraxsınlar  qoy  evə piyada qayıtsın.
Enkinin  İsimuda göstərişlər verdiyi,  həmçinin  İnannaya verdiyi 
hədiyyəni  geri  qaytarmaq  tələbi  üstündə  atasını  qınadığı  barədə 
İsimud və  İnanna arasındakı  dialoq özlüyündə poetik  şedevrdir.
Enki  “Səadətli  göy adına”  söz söyləyir:
Elçim  mənim,  İsimud,  “Səadətli  göy adı!”
Ağam  mənim,  Enki,  dayanmışam qarşında!  İstəyini  söylə!
127


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə