19. “BALIQ EVİ”
BİRİNCİ BALIQ QORUĞU.
“Balıqlar evi” - Şumer mədəniyyətini ədəbi mətnlər üzrə
öyrənərkən açmaqda davam etdiyimiz təəccüblü kəşflərə xarakterik
misaldır. Haqqında aşağıda söhbət açacağımız mətn nəinki bu qədim
xalqın dəniz və çay sakinlərinə qeyri-adi diqqətinə və onlar haqqında
qayğısına sübutdur, həm də balıqlar üçün birinci qoruğun (yaxud
“müqəddəs yer”) təsvirini verir. Doğrudur, Şumer şəhərlərinin
hansmdasa belə ideallaşdınlmış “akvariumun”həqiqətdə olduğunu
təsəvvür etmək çətindir.
Bizim 150 sətrlik sənəd cəmi bir neçə il əvvəl məlum
olmuşdur. O, hazırda İstanbulda, Londonda və Filadelfıyada
saxlanılan doqquz lövhəcikdə və fraqmentlərdə cızılmışdır. Onlardan
altısı indiyədək dərc edilməmiş, üçü isə (ən böyükləri) Britaniya
Muzeyinin keçmiş əməkdaşı Gedd tərəfindən çıxarılmış surətlərdə
lap bu yaxınlarda mənim sərəncamıma verilmişdir. Mənim ispan
həmkarım və Pensilvani universitetinin Muzeyi üzrə əməkdaşım
M.Sivil
qalan
altı
fraqmentin
bu
sənədə
aid
olduğunu
müəyyənləşdirməyə və onları uyğun gələn qaydada düzməyə nail
olmuşdur. Bundan əlavə, o, üç fraqmentin (ikisi Filadelriyadan və
biri istanbuldan) eyni lövhəciyin hissələri olduğunu müəyyən
etmişdir.
Sivil bu istiqamətdə işləyərək mətni yenidən bərpa və tərcümə
etmişdir. O, həmin işə bir neçə ay gərgin əmək sərf etmişdir. Sivil
mətni tərcümə və şərhlərlə birlikdə nəşrə hazırlamışdır.61
Bu əsər suda yaşayanların həyatına dərin maraq göstərən və
onların tam təhlükəsiz və onlara uyğun şəraitdə yaşamaları üçün
çalışan insanın yaxud allahın monoloqur.
Mətn balıqlar üçün xüsusi tikilmiş yaşayış yerinin təsviri ilə
başlayır. Bu, müəllifin balıqlar üçün “doğma ev” kimi xarakterizə
etdiyi akvariumu xatırladır.
Balığım mənim, mən sənə ev tikmişəm, sənə daldalanacaq
hazırlamışam.
160
Evin yanındakı böyük həyətdə, sənə böyük hovuz tikmişəm.
Orada, içərisində sənə loja tikmişəm.
Bu yerdə sənin üçün suyu şən pıçıltı ilə axmağa məcbur
etmişəm.
Evə tor yaxınlaşa bilməz, yeraltı kanaldan uzana bilməz.
Evdə
yemək var, seçmə yemək.
Bəli, evdə yemək var, ən təzə yemək.
Evə, sənə pivə qoyulan yerə milçək də keçə bilməz.
Şənlik kəsilməz, orda ki, sənin adın eşidiləcək.
Kandar da, siyirtmə də, un da, tiryəkxana da - hər şey hazırdır.
Bu evin rayihəsi - şam meşəsinin ətridir.
Evdə pivə var, əla pivə.
Bəli, şirin pivə var və bal fətiri - qamişdan uzun çəpər kimi.
Poema - bu, şübhəsiz təkrarlara və paralelliyə görə poetik
üsluba xarakterik olan poemadır - sonra balığın bütün qohumlarını
və bütün dostlarını bu evə gəlib istirahət etməyə dəvət edir.
Sənin bütün tanışların - qoy bu evə girsin.
Sənin yaxınların - qoy bu evə girsin.
Sənin atan, nəslin başçısı - qoy bu evə girsin.
Sənin böyük qardaşının oğulları, sənin kiçik qardaşının oğulları
qoy bu evə girsin!
Sənin balacaların, sənin böyüklərin - qoy bu evə girsin!
Arvadın, uşaqların da qoy bu evə girsin!
Sənin dost-tanışların qoy bu evə girsin!
Qaynın və qaynatan - qoy bu evə girsin!
Qoy dəstə ilə, yan-yana səninlə birgə girsin!
Onlardan heç birini qoyma, onlardan heç kəsi çöldə qoyma!
Gir içəri, sevimli qızım,
Şor kanaldakı kimi, axını olmayan,
Çirklənmiş axın kimi hərəkəti olmayan,
Axar su kimi sənin lojan təmizlənəcək,
Ay işığı düşəcək
sənin lojan genişlənəcək.
Sən girəndə - öz baxışlarını daldalanacağa yönəlt.
Sən öküz kimi, sənə hazırlanmış yerə gedəndə - nəzərlərini
daldanacağa yetir.
161