A Dustaqların burun deşiklərinə taxılan halqaya işarədir. Qey.tərc.
Cürdək səhrada - kişinin həyatı,
Ayaqqabı - kişinin göz bəbəyi,
Arvad - kişinin gələcəyi.
Oğul - kişinin sığınacağı,
Qız - kişinin xilaskarı,
Ancaq gəlin - kişi üçün lənətdir!
Şumerlər dostluğu yüksək qiymətləndirirdilər. Ancaq ingiliscə
deyirlər ki, “lood is ihisker than water”A. Şumerdə də təxminən belə
deyirdilər:
Dostluq bir gün çəkər,
Qohumluq əbədidir.
Müxtəlif mədəniyyətlərin özəlliklərini müqayisə nöqteyi-
nəzərindən maraqlıdır ki, qədim Şumerdə heç bir vəchlə iti insanın
dostu hesab etmirdilər. Əksinə, aşağıdakı hikmətli ifadələrə görə o,
məkrli hesab olunurdu:
Öküz əkir,
İt dərin şırımları korlayır.
Ancaq köpək öz damını tanımır.
Dəmirçinin iti zindanı aşırmağı bacarmadı,
Lakin su dolu bardağı aşırdı.
Əgər şumerlərin itlərə münasibəti bizə o qədər də aydın
deyilsə, başqa hallarda onların qiymətləndirmələri bizimkilərlə
oxşardır, ancaq onlar bunu başqa sözlərlə ifadə edirdilər. Məsələn,
ingilislər deyir: “A sailor will sight at the drop of a hat” (“Dənizçi
düşmüş şlyapasına görə dalaşmağa girir”). Şumerlər isə təsdiq
edirdilər: “Qayıqçı həmişə dalaşqandır”. Başqa bir şumer atalar sözü:
O hələ tülkünü tutmamış,
Artıq ona çax-çax düzəldir.
Bu, “cücəni payızda sayarlar” zərb-məsəlinə uyğun gəlir.
Yaxud başqası:
Vəhşi öküzdən qaçdı
Vəhşi inəklə toqquşdu.
150
4 Hərfi tərcüməsi, “qan su deyil"; nıs alalar sözü ilə miiq: “özününkü qeyri-ixtiyan
özünə qardaşdır. Qcvd. lərc.
Bu isə birbaşa “oddan alova” hikmətinin analoqudur.
Bütün vaxtlarda və bütün xalqlarda səy böyük ləyaqət hesab
olunmuşdur, lakin bu fikri heç kəs
şumerlərdən yaxşı ifadə
etməmişdir:
Əl və
yenə əl - və ev tikildi,
Gödən və yenə gödən və ev yıxıldı.
Şumerdə elə insanlar vardı ki, başqalarından geri qalmaq
istəmirdi və varına görə həyat sürmürdü. Onlar
üçün kəlam var idi.
Ağa kimi tikən qul kimi yaşayır,
Qul kimi tikən, ağa kimi yaşayır.
Müharibə və sülh şumerlər qarşısında bu gün bizim
toqquşduğumuz kimi problemlər qoyurdu.
Bir tərəfdən müharibəyə daim hazır olmaq yaşamaq üçün vacib
idi. Şumerlər deyirdilər.
Əgər ölkə pis silahlanıbsa,
Düşmən həmişə darvaza yanında olacaq.
Digər tərəfdən düşmən borclu qalmayacaq faktı müharibənin
ağılsızlıq olduğuna dəlalət edirdi:
Sən gedirsən, düşmən torpağını zəbt edirsən,
Düşmən gəlir, sənin torpağını zəbt edir.
Amma sülh günlərində də, müharibə günlərində də “dörd gözlə
baxmalısan” ki, səni aldatmasınlar. Şumerlər bu gfıtı də öz qiymətini
saxlayan yaxşı məsləhət verirlər:
Hökmdarın ola bilər, çarın ola bilər,
Ancaq “ağadan” daha çox qorx!
Şumer mirzələri özlərinin çoxsaylı toplularına nəinki müxtəlif
hikmətlər, atalar sözləri, zərb-məsəllər və aforizmlər, həmçinin
təmsillər də daxil edirdilər. Axırıncılar klassik “Ezop təmsillərini”
xatırladır və həmin prinsiplə qurulurlar, əvvəlcə qısa giriş, sonra
təmsilin əxlaqını
təşkil edən birbaşa nitq, bəzən isə personajlar
arasında həqiqi dialoq gəlir Biz növbəti fəsildə Edmund Qordonun
tərcümə etdiyi bir sıra ən qədim “Ezop təmsilləri” ilə tanış olacağıq.