Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə35/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   31   32   33   34   35   36   37   38   ...   66

sahələri  mənə  yalnız  bu  kolleksiya  ilə  məşğul  olmağa  imkan 
vermirdi.  Ona görə də
mən İstanbul  surətlərimi və digər qeydləri  universitet muzeyinin  elmi 
əməkdaşı  Edmund  Qordana  verdim.  Bir  neçə  aylıq  gərgin  işdən 
sonra  Qordan  aydınlaşdırdı  ki,  onun  sərəncamında  olan  materi!adan 
hər birinə bir çox  onluqdan  tutmuş  bir neçə yüzə  qədər  Şumer  atalar 
sözləri  və  zərb-məsəlləri  daxil  etməklə  düjündən  çox  ayrıca  toplu 
tərtib  etmək  olar.  Son  illər ərzində  o,  tam  qalmış  və  əsasən  qabaqlar 
məlum  olmayan  yüzlərlə  atalar  sözləri  və  zərb-məsəllər  dərc 
etdirmişdir.4
Onlardan  bir  neçəsi  aşağıda  veriləcəkdir,  lakin  oxucuya 
xatırlatmaq  istəyirəm  ki,  lakonikliyinə  görə  atalar  sözlərini  tərcümə 
etmək  çətindir;  ola  bilsin  gələcəkdə  bu  və  ya  digər  hikmətli  sözün 
bizim tərcümədə mənasının düzgün verilmədiyi  aşkar edilsin.
Atalar  sözlərinin  əsas  fərqləndirici  xüsusiyyətlərindən  biri 
ümumiyyətlə  onlarm ümumbəşəri  xarakter  daşımalarıdır.  Əgər  sizdə 
nə  vaxtsa  insan  nəslinin  vahidliyinə,  bütün  xalqların  və  irqlərin 
ümumilinə  şübhə yaransa,  onda atalar  sözləri  və  zərb-məsəllərə,  xalq 
aforizmlərinə və  hikmətlərinə  müraciət  edin!  Atalar  sözləri  və  zərb- 
məsəllər  hər  bir  cəmiyyətin  mədəni  və  məişət  qatlarının  zirehini 
digər  bütün  ədəbi  janrlardan  daha  yaxşı  parçalayır,  nə  vaxt  harada 
yaşamasından  və  hazırda  yaşadığından  asılı  olmayaraq  bütün 
insanlara xas olan əsas və ümumi  cəhətləri  açıq göstərirlər.
Şumer atalar  sözləri  və  zərb-məsəlləri  3,5  min  il  bundan  əvvəl 
yazılmış,  bir  çoxu  isə,  yəqin  ki,  daha  əvvəl  yaranmış  və  şifahi 
formada  nəsildən-nəsilə  ötürülmüşdür.  Onlar,  hər  şeylə  bizdən 
tamamilə  fərqlənən  xalq  tərəfindən  yaradılmışdır:  onun  başqa  dili, 
başqa  coğrafi  əhatəsi,  başqa  adətləri,  başqa  dini,  başqa  siyasi  və 
iqtisadi  prinsipləri  olmuşdur.  Buna  baxmayaraq,  qədim  şumer  atalar 
sözləri  öz  əsaslan  ilə  bizimkilərə  təəccüblü  dərəcədə  yaxındır.  Biz 
onlarda  öz  qayğılarımızın,  zəifliyimizin  və  çətinliklərimizin  əksini 
asanlıqla fərqləndirir,  öz baxışlarımızı  görürük.57
Budur,  “daim  inildəyən”  öz  müvəffəqiyyətsizliklərini  taleyin 
qəddarlığının  boynuna  yıxır  və  gileylənməkdən  yorulmur:  “Mən 
bədbəxt gündə doğulmuşam!”
146
Gordon E.  Sumerian Provcrds.  Philadelphia.  1959.
Budur,  hamının  əleyhinə  olduğu  hərəkətlərinə  daim  haqq 
qazandırmağa çalışan  insanlar.  Belələri  haqqında şumerlər deyirdilər: 
Yatmamış hamilə olmazsan,
Yeməmiş piylənməzsən!
Şumerlər köməksiz,  uğursuz adamlar haqqında belə deyirdilər: 
Səni  suya atarsan -   su iylənər,
Səni bağa buraxarsan  - bütün meyvələr iylənər.
Bizim  müasirlərimiz  kimi,  şumerləri  də  şübhə  üzürdü  -   öz 
varını  necə  idarə  etmək.  Bu  aşağıdakı  hikmətli  sözdə  əksini 
tapmışdır:
Onsuz da öləcəyik  -gəl  hamısını  xərcləyək!
Hələ çox  yaşayacağıq  -  gəl  yığaq!
Bu  fikir başqa cür də formalaşmışdır:
Bəlkə faraş arpa yetişəcək  - biz hardan bilək?
Bəlkə sonar arpa yetişəcək  -  biz hardan bilək?
Əlbəttə,  Şumerdə  də  ac-yalavac  yaşayan  kasıblar  vardı; 
aşağıdakı  ibrətamiz  qarşıdurma  üzərində  qurulmuş  sətirlər  onalr 
barədə yazılmışdır.
Kasıba yaşamaqadaıı  ölmək  yaxşıdır:
Əgər onun çörəyi  varsa,  duzu yoxdur,
Əgər duzu  varsa  çörəvi  yoxdur,
Əgər əti  varsa,  quzusu yoxdur.
Əgər quzusu  varsa əti  yoxdur.
Kasıblar cüzi  ehtiyatlarını  tez-tez  xərcləməli  olurdular.  Müəllif 
şumer  atalar  sözlərində  belə  deyir.  “Kasıb  öz  gümüşünü  yeyir” 
Kasıb  ehtiyatı  qurtaranda  müasir  lombardların  qədim  sələflərinə 
müraciət  edirdi  Zərb-məsəl  də  buradandır:  “Kasıb  borc  alır 
özünə 
zəhmət  qazanır”.  0,  müasir ingilis  atalar  sözlərini  xatırladır:  “money 
borrowed  is  soon  sorrowed”  (“borc alınan  pul  -  lənətlənmiş puldur”).
Bütünlükdə  Şumer  kasıbları,  görünür,  sakit  və  itaətkar  idilər. 
Onların  şüuıiu  surətdə  varlı  hakim  sinfin  əleyhinə  qalxdıqlarına  bir 
dənə  də  olsun  işarə  yoxdur.  Bununla  belə,  əgər  düzgün  tərcümə 
olunmuşsa  sinfi  düşüncənin  rüşeymlərinin  yaranmasını  sübut  edən
147


zərb-məsəl  saxlanmışdır:  “Kasıb  ailələrin  heç  də  hamısı  yenilən 
deyil!”
Başqa  Şumer zərb-məsəli  Yekkleznastın  serni  xatırladır (5-11): 
“İşləyənin yuxusu  şirindir”.  Daha çox isə Talmuddan hikmətli  sözləri 
xatırladır:  dövlətini  artıran qayğısını  artırır.  O belə səslənir.
Kimin gümüşü çoxdursa, bəlkə də xoşbəxtdir,
Kimin çox arpası  varsa,  bəlkə də xoşbəxtdir,
Kimin heç nəyi  yoxdursa,  rahat yatır.
Hərdən 
kasıblar 
hesab 
edirdilər 
ki, 
onların 
bütün 
uğursuzluqlarının  səbəbkarı  onlar  özləri  deyil,  onların  əlaqə 
yaratdıqlan  adamlardır.
Mən  əsl  atçapanam.
Ancaq ulaqla bir qoşquya qoyulmuşam,
Arabanı  çəkmək lazım  gəlir,
Qamış, saman daşımaq üçün.
Taleyin  kədiyindən  özünün  hazırladığı  alətdən  istifadə  etmək 
imkanı  olmayan  kasıb  sənətkar  haqqında  şumerlər  deyirdilər: 
“Xidmətçinin (ağanın paltarasılanına baxan) paltarı  həmişə çirklidir”.
Yeri  gəlmişkən,  şumerlər  paltara  böyük  əhəmiyyət  verirdilər. 
Bu,  atalar  sözlərində  əksini  tapmışdır:  “Yaxşı  geyinənə  hər  yerdə 
xoşdur” .
Qulluqçular arasında, görünür, yaxşı  təhsil  alanlar da olmuşdur. 
Hər  halda  zərb-məsəldən  belə  çıxır:  “Bu  qulluqçu  şumer  dilini 
öyrənmişdir”.
Digər  tərəfdən,  Şumer  mirzələrinin  heç  də  hamısı 
müasir 
stenoqrafçılar kimi  -  diktə altında yaxşı  yaza  bilmirdi,  görünür,  zərb- 
məsəl  də buradan yaranmışdır.
Əsl  mirzə odur ki,
Əli  ağızından geri  qalmır.
Şumerdə  elə  mirzələr  də  vardı  ki,  səhvsiz  yaza  bilmirdilər, 
ritorik nida belələrinə aiddir:
Bu nə mirzədir,
Əgər şumer dilini  bilmirsə!
Şumer  atalar  sözlərində  və  zərb-məsəllərində  zəif  cins  geniş 
təqdim  olunmuşdur,  ancaq  heç  də  həmişə  yaxşı  variantda  yox.  Əgər
148
Şumerdə  varlı  kişiləri  müflisləşdirən  cəld  fırıldaqçı  qadınlar  yox 
idisə  də,  öz qiymətlərini  yaxşı  bilən  praktik  qızlarda  çatışmazlıq  hiss 
olunurdu.  Belə  bir  tələbkar  adaxlı  qız  varlı  nişanlısını  gözləməkdən 
yorulub  sual  edir.
Mən öz məhəbbətimi  kimə hədiyyə edim?
Kimdə hər şey  boldur,  kim  kifayət qədər varlıdır?
Şumerlərdə  evlənmək  çox  ağır  yük  sayılırdı.  Onlar  kəbinə  öz 
münasibətlərini  belə bildirirdilər:
Kim  arvad və yaxud uşaq saxlamayıbsa,
O,  halqa gəzdirməyib  burnunda.л
Şumerdə  görününr,  kişilərin  vəziyyəti  o  qədər  də  ürək  açan 
deyildi.  Buradan da belə bir hikmətli  söz:
Arvad -  “məbəddə” (hərfi  mənası  “açıq müqəddəs yerdə”)
Ana -  çayda (görünür,  hansısa bir dini  mərasim yerinə yetirir) 
Mən isə acından ölürəm.
Əsəbi,  həmişə  narazı,  nə  istədiklərini  özləri  də  bilməyən 
arvadlar,  özlərinin  indiki  müasirləri  kimi,  artıq  qədim  zamanlarda 
cürbəcür  ara  həkimlərinin  yanında  yüngüllük  axtarırdılar  Hər  halda 
aşağıdakı  zərb-məsəl  buna işarə verir (əgər tərcümə düzgündürsə). 
Evdə narahat arvad 
Dərd üstünə xəstəlik gətirər.
Şumerdə 
kişilərin 
evlənmək 
kimi 
səhv 
addıma  görə 
təəssüfləndiklərində təəccüblü heç nə yoxdur:
Xoşbəxtlik  evlənməkdə,
Fikirləşdikdə - boşanmada.
Əgər  aşağıdakı  zərb  məsələ  inansaq  adaxlıların  evlənməyə 
münasibətlərinin  müxtəlif olması  təsadüfi  deyil.
Şadlıq  adaxlı  qızın  ürəyində,
Dərd-qəm  adaxlının  ürəyində
Qaynanaya  gəlincə,  qədim  dövrdə,  görünür  o,  indikindən  daha 
yumşaq  xarakterli  olmuşdur.  Hər halda  şumer mətnlərində indiyədək 
kinli  qaynana  barədə  heç  bir  lətifə  aşkar  edilməmişdir.  Halbuki, 
şumer  gəlinlərinin  etibarına,  birbaşa  deyək  ki,  həsəd  aparılası  deyil. 
Bu,  aşağıdakı  epiqrafdan  görünür.  Burada  kişiyə  xas  olan  xoş 
məramlar sadalanır və əksinə:
149


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə