Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə32/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   28   29   30   31   32   33   34   35   ...   66

edilmişdir.  Orada  müxtəlif  vaxtlarda  şumer  mətnlərində  aşkar 
edilmiş nisbətən tam etik və əxlaqi vəsiyyətlər toplanmışdır3 
İlahə Nanşe bu himndə belə ifadələrlə təsvir olunur:
Yetimi  o tanıyır,  dul qadını  o tanıyır,
İnsan insanı necə sıxışdırır,  o bilir:
Yetimə anadır o,
Nanşe!  Dul qadının müdafiəçisi!
Borclunun evinə yol tapmağa,
İlahə qaçqını doğma ocağına qaytarır,
Kasıba у er tapır o...
Mənası  hələlik  tam  aydın  olmayan  sonrakı  parçada  Nanşenın 
təzə  ilin  ilk  günündə  insan  nəslini  necə  mühakimə  etdiyi  barədə 
danışılır.  Yazı  və  hesab  ilahəsi  Nidaba,  onun  əri  Haya,  həmçinin 
çoxsaylı  şahidlər onun yanında əyləşirlər.  Ədalətsiz insanlar ilahənin
qəzəbinə səbəb olurlar:
Şübhələnin əsasları,  dəyişən əsası,
And yerindən baş gicəlləndirən..
Kim, böyük daş əvəzinə kiçik daş  seçir,
Kim, aldıqdan sonra, istəyini  saxlayır.
Kim, yeyəndən sonra deyir:  “mən doydum’  -
“Mən sənə qədəh qoyaram, mən sənə pivə təmizləyərəm!.
Nanşenin sosial vəızifələri belə ifadələrdə müəyyən edilir.
Yetimi  ovundurmaq,  dul qadını təmin etmək,
Güclü hakimiyyətə hədd qoymaq,
Güclünü zəifə vermək.
İnsanların ürəyinə nüfuz edir Nanşenin baxışlaıı.
Beləliklə,  şumerlər  hesab  edirdilər  ki,  byük  allahlar  təbiətən 
xeyirxahdırlar. 
Bununla 
belə, 
onlar 
inanırdılar 
ki,  ^ insan 
mədəniyyətini  yaradarkən  oraya  yamanlığı,  zülmü,  zorakılığı,  bır 
sözlə,  insan  cəmiyyətinə  xas  olan  bütün  naqislikləri  elə^ həmin 
allahalar  gətirmişlər.  Məsələn,  allahların  müəyyən  etdikləri  “me 
qanunlar  siyahısında yerin  yaranması  prosesini  qaydaya  salmaq,  onu
132
daim  hərəkətdə  və  harmonik  etmək  üçün  yalnız  “həqiqət”,  “sülh”, 
“xeyirxahlıq”,  “ədalətlilik”  məvhumları  deyil,  həm  də  “yalan”, 
“çəkişmələr”,  “uydurmalar”  və  “qorxu”  kimi  məvhumlar  da  əksini 
tapır.
Allahlar  günahı,  yamanlığı,  əziyyəti  və  bədbəxtliyi  nə  üçün 
yaratmışlar?  (Hətta  bir  şumer  mütəfəkkir  pessimisti  (bax.  s. 16) 
demişdir:  “Heç  bir  uşaq  anadan  eyibsiz  doğulmur!”).  Əlimizdə  olan 
mətnlərə  görə  şumerlər özlərinə belə  sual  versələr  də,  onun  cavabını 
bilmir və heç axtarmırdılar da.
Allahların  iradəsi  və  fikirləri  çox  vaxt  onlar  üçün  tamamilə 
əlçatmaz  olurdu.  Budur,  şumer  “lovu”  layiq  olmadığı  cəzadan 
narazılıq  və  şikayət  etmək  əvəzinə  göz  yaşlan  axıdır  və 
bilməyərəkdən törətdiyi  giinahlan  boynuna alır.
Bəs  allahlar  özləri?  Onlar  heç  nə  ilə  seçilməyən  sadə  tənha 
insan  onların qabağında yerə sərilərək acizanə yalvararkən  ona diqqət 
yetirə  bilərdilərmi?  Şumer  mütəfəkkirləri  buna  o  qədər  də 
inanmırdılar.  Onların  rəyincə,  allahlar  Yer  aləminin  hökmdarlanna 
bənzəyirdilər  və  təbii  ki,  onların  daha  vacib  işləri  vardı  Yerdəki 
çarlarla  görüşmək  üçün  əvvəlcə  onlann  yaxınlarına  müraciət  etmək 
lazım  gəlirdi,  allahla  danışmaq  üçün  isə  yazıq  insan  xüsusi 
vasitəçilərin  köməyinə  möhtac  idi,  ancaq  allahların  hörmət  etdikləri 
bu  adamlar vasitəsilə,  onlann  xahişi  edilə  bilərdi.  Şumerlərdə  “şəxsi 
allahlara”  pərəstiş  elə  buradan  meydana  gəlmişdi.  Orada  hər  kəsin: 
adi  şəxsin,  ailə  başçısının  bir  növ  ona  həyat  verən  qoruyucu  mələyi 
olurdu.  Şumerlər  kömək  və  qurtuluş  xahişi  və  yalvarışları  ilə  məhz 
onların  vasitəsilə özlərinin  şəxsi  allahlanna müraciət edirdilər.
Artıq  deyildiyi  kimi,  şumerlərin  bütün  etik  təsəvvürlərinin 
əsasını  belə bir möhkəm  əqidə təşkil  edir ki,  insan  palçıqdan allahlara 
xidmət  etmək  üçün  yaranmışdır.  İki  qədim  əfsanədə  buna  parlaq 
dəlillər  var.  Birinci  əfsanə  bütünlüklə  insanın  yaranmasına  həsr 
edilmişdir  İkincidə  isə  iki  aşağı  səviyyəli  allah  arasında  gedən 
mübahisədən  danışılır.  Ancaq  mübahisədən  əvvəl  insanın  niyə  və  nə 
üçün yarandığını  ətraflı  izah edən  maraqlı giriş gəlir.
İnsanın yaranmasından  bəhs edən  əfsanə iki  tam  oxşar lövhəcik 
də  saxlanmışdır.  Onlardan  biri  Nippurda  tapılmış  və  Pensilvani
133


Universitetinin  Filadelfıya  Muzeyində,  digəri  isə  hansısa  qədim 
əşyalar  satandan  alınmış  və  Luvrda  saxlanılır.  Luvr  lövhəciyi  və 
Filadelfıya lövhəciyinin böyük hissəsi  hələ  1934-cü ildə transkripsiya 
olunmuş və  dərc  edilmiş,  lakin  onların  məzmunu  uzun  müddət  aydın 
olmayaraq qalmışdır. Pensilvani  universiteti Muzeyinin lövhəciyi  40- 
50  il  bundan  əvvəl  dörd  parça  şəklində  Filadelfıyaya  gətirilmişdir. 
1919-cu ildə iki fraqmenti tanıyaraq birləşdirmək mümkün olmuşdur, 
onlan  Stefan  Lenqdon  transkripsiya  və  dərc  etmişdir.  1934-cü  ildə 
Edvard  Kyera  üçüncü  fraqmenti  dərc  etdirmiş,  lakin  müəyyən  edə 
bilməmişdir  ki,  onun  fraqmenti  nəsə  1919-cu  ildə  Lenqdon 
tərəfindən  dərc  olunmuş  iki  fraqmentə  birləşir.  Mən  ona  on  il 
keçəndən  sonra “Şumer  mifolofıyası”  kitabım  üçün  əfsanənin  bütün 
mətnini  bərpa  etməyə  çalışarkən  diqqət  yetirdim.  Təxminən  o  vaxt 
Filadelfıya  muzeyinin  kolleksiyasında  hələ  dərc  olunmamış  və 
əvvəlki  üç  fraqmenti  tamamlayan  dördüncü  fraqmenti  aşkar  etdim. 
Ancaq  bundan  sonra  dörd  parçanın  hamısını  lazımi  qaydada  düzüb, 
əfsanənin  təxmini  də  olsa  bütün  mətnini  bərpa  etməyə  çalışdım. 
Buna  baxmayaraq  çoxsaylı  buraxılmalar  üzündən  mətn  hələ  də  çox 
çətin olaraq qalırdı.A
Poema  xüsusən  ilahələrin  dünyaya  gəlişindən  sonra  özlərinə 
qida  əldə  etməkdə  allahların  üzləşdikləri  çətinliklərin  təsviri  ilə 
başlayır.  Allahlar  bu  çətinliklərdən  şikayətlənirlər,  lakin  onlara 
kömək edə bilən,  həm  də müdriklik allahı  olan  su  allahı  Enki  dənizin 
dibində  dərin  yuxudadır  və  onların  şikayətlərini  eşitmir.  Bu  vaxt 
onun  anası  Nammu,  bütün  allahlara həyat vermiş  əzəli  okean  onların 
şikayətlərini  Enkiyə çatdıraraq ona deyir.
Qalx,  ey  mənim  oğlum,  öz yerindən  qalx,  göstər öz  sənətini  və 
müdrikliyini
Elə şey yarat, allahları  dəyişməyə,  qoy  zənbillərini  saxlasınlar!
Enki  anasının  sözlərini  ətraflı  düşünür,  sonra  “ən  yaxşı  və 
əzəməti  ustaların” başında duraraq ona cavab verir:

Anam mənim, yaratdıqların məxluqlar hamısı  yaşayır,
Allahların ağır yükü,  onların zənbilləri,  ona qoyarıq!
Abzunun özəyindən  sən palçıq  qarışdırırsan,
Ana qucağı  kimi  ağırlaşır palçıq
134
лВах. Kramer S.N.  Sumerian Mythology.  Philadelphia,  1944. s.  68-72 
Sən həqiqətən məxluqlar yaradırsan,
Ninmax  sənin  köməkçin  olacaq.  İlahələr  Ninimma,  Şuziana, 
Ninbara,
Ninmııq,  Sarşaqaba,  Ninquzina,
Sənin dövrəndə dayanacaqlar onlar.
O vaxt ki.  ən  doğum  verəcəksən.
Anam mənim,  onun taleyini  sən təyin edəcəksən,
Ninmax zənbili  ona qoyacaq 
İnsan  nəsli  yaranacaq.
Müəllif  burada  ümumiyyətlə  insanın  yaranmasını  unudaraq 
müxtəlif,  natamam  insan tiplərinin yaranmasından  danışır,  əcaiblərin 
varlığı  barədə izahat verməyə çalışır.  Görün bu necə əmələ gəlmişdir. 
Enki,  görünür,  insanın  yaranması  şərəfinə  ziyafət  təşkil  edir. 
Ziyafətdə  Enki  və  Ninmax  həddindən  artıq  içirlər  və  əylənmək 
qərarına  gəlirlər.  Ninmax  palçığı  götürüb  altı  əcaib  yapır,  Enki  isə 
onun  işini  tamamlayır:  onların  taleyini  təyin  edir  və  “onlara  çörəyin 
dadına  baxmağa  icazə  verir”.  Birinci  dörd  əcaibin  nə  olduğunu  başa 
düşmək  çətindir;  beşinci  sonsuz  qadındır,  altıncı  isə  cinsi  olmayan 
varlıqdır  Mətndə onlar haqqında belə deyilir:
Beşinci  qadın  odur ki,  doğa  bilməz -  görün  kimi  yaratdı  o.
Enki  doğa bilməyəcək  qadına baxdı,
Onun taleyini  həll  etdi  -  qadınlar evində toxucu  düzəltdi.
Altıncı 
o,  kişi  kökünə  malik  deyildi,  o  qadın  sinəsinə  malik 
deyildi,  görün
kimi  yaratdı  o.
Enki  kişi  kökü  olmayan,  qadın  sinəsi  olmayan  varlığa baxdı, 
Saray  qulluqçusu  etdi  onu,  belə tale verdi  ona.
Einki  altı  əcaib  yaradan  Ninmaxdan  geri  qalmamaq  üçün  öz 
növbəsində nəsə yaratmaq  qərarına gəlir.  Onu  nəyi  və necə etdiyi  heç 
aydın  deyil,  ancaq  son  nəticədə  o  məğlubiyyətə  düçar  olur:  zəif,
135


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə