Bütün bunlar poetik əsər formasında deyilir, çünki Şumer
müəllifləri daha erkən epoxaların hələ savad nə olduğunu bilməyən
müğənnilərin birbaşa xələfləri idilər və onlara poeziya prozadan daha
yaxın idi.
Adətən belə mübahisələrin kompozisiyaları rəvayəti girişlərlə
yüklənirdi. Burada rəqib tərəflərin yaranmasından söhbət gedir və
Şumer panteonunda hər hansı hörmətli allahın yaxud bir neçə allahın
tərəflərdən birinə üstünlük qazandırdıqları ilə əlaqədar uyğun
sonluqla bitir.
Bu gün bizim əlimizdə hissə-hissə, yaxud tam mətni olan yeddi
belə ədəbi mübahisə var. Lakin onlardan hələ ancaq üçü
öyrənilmişdir. Birincisi artıq 15-ci fəsildə ətraflı işıqlandırılmış
heyvan və taxıl allahları arasında mübahisədir. İkincisini belə
adlandırmaq olar: “Yay və Qış. Yaxud Enlil əkinçilərin himayədarı
allahı seçir” .
Bu ən uzun “disputlardan” biridir. Sərəncamımızda olan
materillann hamısından istifadə edilərək
mətni
tam
bərpa
olunduqdan sonra o yəqin ki, əkinçilik və qədimlik haqqında konkret
məlumatlar baxımından daha maraqlı mətnlərdən biri olacaq. Onun
məzmununu təxmini olaraq aşağıdakı qaydada ifadə etmək olar.
Hava allahı Enlil cürbəcür ağaclar və dənli bitkilər yatarmaq
qərarına gəlir ki, yerdə çiçəklənmə və bolluq hökm sürsün. Bu
məqsədlə o, iki qardaş - Emeşi (Yay) və Enteni (Qış) yaradır və
onların hər birinin üzərinə müəyyən vəzifələr qoyur. Onların nədən
ibarət olduğu bu sətirlərdən görünür:
Enten qoyuna əmr edir quzunu doğsun, keçiyə - oğlaq
İnəyə əmr edir çoxaltsm buzovları, yağ, süd versin.
Keçilərə, qoyunlara, eşşəklərə vadidə şadyana ürək verir.
Göy quşlarına yuva verdi geniş yerdə,
Dəniz balıqlarına - dalda buxtalarda kürü tökmək verdi.
Tənəyə, palmaya o, şərab, pivə bolluğu verdi.
Ağaclara, otlara cücərmək, meyvə gətirmək tapşırdı.
Şırımda taxılı böyüdüb artıracaq
Qışda Aşnan kimi şəfəqlərdə parlamaq verdi.
166
Emeş meşələrə və tarlalara həyat verdi, o, otlaqları və damları
genişləndirdi.
O, təsərrüfatda nəticələri çoxaltdı.
O, torpağı yerin ban ilə örtdü.
O, məhsulu ambarlara yığmağı tapşırdı, taxılı tayalara vurmağı,
O, evlər, şəhərlər, bütün ölkədə yaşayış evləri tikməyi tapşırdı.
Yüksək, dağabənzər məbədləri.
Hər iki qardaş, Enten və Emeş öz işlərinin öhdəsindən gələrək
qərara alırlar ki, Nippura, “həyat evinə” getsinlər və orada
minnətdarlıq qurbanları ilə öz ataları Enlili şərəfləndirsinlər. Emeş
müxtəlif vəhşi və ev heyvanları, həmçinin quşlar və hər cür bitkilər
aparır. Enten qiymətli daşlar və metallar, ağaclar və balıqlar aparır.
Ancaq “həyat evinin” kandarına çatanda paxıl Enten qardaşı ilə
dalaşmağa başlayır. Onlar qaynar mübahisəyə girişirlər və nəhayət,
Emeş deyir ki, qardaşını “allahların əkinçisi” kimi tanımır. Bundan
sonra hər ikisi Ekura, En lilin mərkəzi məbədinə yollanır və hər biri
öz nöqteyi-nəzərini izhar edir. Enten Enlilə şikayət edir:
Enlil ata!
Sən mənə tapşırdın ki, kanallara qayğı göstərim!
Mən həyatverən su gətirdim, bolluq gətirən.
Tarlaları bir-birinin ardınca artırdım, taxıl ambarlarını
Mən şırımlarda taxıl böyütdüm, ağzınacan doldurdum.
Mən ona gözəl qız Aşnan kimi şəfəq içində parıltı verdim
İndi isə qardaşım Emeş...
O mənim əlimi itələdi, mənimlə dava saldı...
Emeş dava-dalaş barədə öz rəvayətini deyir. O, tərifli ifadələrlə
başlayır ki, Enlinin rəğbətini qazansın. Ancaq onun nitqinin son
hissəsi gözlənilmədən qısadır və onu başa düşmək hələlik mümkün
olmamışdır. Enlil bundan sonra Emeşə və Entenə deyir:
Enten
o, kanallara və xəndəklərə baxır, su ilə ölkəyə həyat
verən,
O, allahların əkinçisidir, o hər şey istehsal edir.
Emeş, oğlum mənim, qardaşın Entenlə münaqişəyə necə qərar
verdin9
167
Enlil dediyi sözlər alidir, onun dərin mənası sarsılmazdır!
Onun sözləri dönməzdir - onlara toxunmağa kim cürət edər?
Ona görə də Emeş Entenin qarşısında baş əydi, ona yalvarışla
müraciət etdi.
O, Entenə gümüş və qızıl verdi,
O, şərab və pivə hazırladı.
Hər ikisi qardaşlıq nişanlarını dəyişdilər, dostluq nişanlarını
dəyişdilər.
Şənlənmək üçün, bayram etmək üçün, budur, onlar bir-birinə
yaxşıdır.
Emeş və Entenin arasındakı mübahisədə
Etmen, allahlann sadiq əkinçisi Emeşi üstələdi.
Eşq olsun Həhəng sıldırım Enlilə!
Üçüncü ədəbi mübahisəni “İnaıına ər seçir’7 adlandırmaq olar.
O formasına görə bu janrın başqa əsərlərindən seçilir. Bu,
lazımi anda növbə ilə meydana çıxan və öz nitqini söyləyən bir neçə
şəxsin iştirak etdiyi pyesdir. Bundan əlavə, əsərdə rəvayəti çıxışlar
yoxdur.62 Beləliklə, bu əsərin böyük hissəsi mübahisə, dialoq
formasında deyil, uzun monoloqdur. Burada əvvəlvcə rədd edilmiş
və pərt olmuş personajlardan biri öz ləyaqətlərini saymaqla işi yoluna
qoymaq istəyir. Doğrudur, bu personaj sonra öz rəqibi ilə dava-dalaş
salmaq istəyir, ancaq o birisi öz sülh tərəfdarlığı, həmçinin
ehtiyatlılığı ilə mübarizəyə qoşulmur və işi sülh ilə qurtarır
Poemada dörd iştirakçı şəxs var: İlahə İnanna, onun qardaşı,
günəş allahı Utu, çobanlar allahı Dumuzi və əkiçilər allahı Enkimdu.
Tamaşa aşağıdakı qaydada inkişaf edir: allah LTtu qısa çıxışdan
(yalnız parçalarda qalmışdır) sonra bacısı İnannaya müraciət edir və
onu çobanlar allahı Dumuzinin arvadı olmağa razı salmağa çalışır.
Onun qardaşı, döyüşçü, qəhrəman Utu,
Təmiz İnannaya o belə deyir:
-
Bacım, ərin olacaqdır çoban sənin!
Qız İnanna, niyə razı deyilsən?
Yaxşıdır qaymağı onun, südü əladır onun,
Çobanın istehsalı, hər nə var - əladır!
İnanna, Dumzi ərin olacaq sənin!
168
Sən, parlayan daşlarla bəzənmiş, nədən istəmirsən?
Xaması yaxşıdır onun, sən onunla birlikdə içəcəksən onu,
Sən, çarların kölgə salanı, nədən razı deyilsən?
İnanna qəti surətdə imtina edir. O, əkinçi Enkimduya ərə
getmək qərarına gəlir:
-
Ərim olmayacaq o çoban mənim!
Təzə yundan örtüyü ilə örtməyəcək məni!
Onunla ikilikdə yatmaq üçün - deməyəcəm bir söz də!
Mən, qızam, alacaq əkinçi məni!
Kim yerə kəndir, kim bolluq otu becərir,
Kim yerə kəndir, kim bolluq taxılı becərir!
Çox pis qalmış və az başa düşülən bir neçə sətirdən sonra
çobanın görünür, İnannaya müraciətlə uzun niqi gəlir. O, burada öz
ləyaqətlərini sayır və sübut etməyə çalışır ki, əkinçi onunla
müqayisəyə gələ bilməz.
Yerəkən və mən, yerəkən və mən, nəyi yaxşıdır məndən
yerəkənin?
Enbkimdu, şırımların, xəndəklərin ağası,
Nəyi yaxşıdır məndən yerəkənin?
Əgər o mənə qara unumu versə,
Mən onu, yerəkənə qara qoyunlarımı verərəm
Əgər o mənə ağ ununu versə,
Mən ona, yerəkənə qara qoyunlarımı verərəm.
Əgər o mənə yaxşı pivə versə,
Mən ona, yerəkənə qatı süd verərəm.
Əgər o mənə şirin pivə versə,
Mən ona, yerəkənə qatıq verərəm
Əgər o mənə süzülmüş pivə versə,
Mən ona, yerəkənə süzülmüş xama verərəm.
Əgər o mənə yüngül pivə versə,
Mən ona, yerəkənə otla süd verərəm.
Əgər o mənə şirin meyvələrindən versə,
Mən ona, yerəkənə hər şeylə qarışdırılmış süd verərəm.
Əgər o mənə şirin çörək versə,
169
Dostları ilə paylaş: |