Sən köpək kimi, hiss etdiyin yerə geədəndə - nəzərlərini
daldalanacağa yetir.
Sən qoyun kimi daimi yaşayış yerinə gedəndə - nəzərlərini
daldalanacağa yetir.
Növbəti abzas güclü zədələnmişdir, ancaq başa düşmək olar ki,
müəllif “onun “Balığı” ilə birgə “müqəddəs yerə” girməli olan
müxtəlif balıq növlərini təsvir edir:
Ey balığım mənim, qoy bütün balıqlar, nə qədər varsa səninlə
getsin!
Yumşaq saqqalı olanlar, şirin otları yeyənlər,
Qoy mənim böyük saqqallı balığım səninlə girsin, ey mənim
balığım!
Qamışı içəridən gəmirən, sənin ağzına tərəf çəksin,
Qoy mənim balaca bığlı balığım səninlə girsin, ey mənim
balığım!
Və o qalındodaq, bitili qamışı soran,
Sürüyə yığışanlar.
Qoy mənim karp balığım səninlə girsin, ey mənim balığım!
Və o qara, şüvül kimi yumru,
Çoşqalayan donuz, çay kənarında özünə yem tapan,
Qoy mənim ilan-balığım səninlə girsin, ey mənim balığım!
Müəllif balıqların çoxunu ümumi qaydada, adətən iki-üç
sətirdən çox olmayaraq təsvir edir. Lakin bir balığa o, tam on bir sətir
həsr edir! Müəmmalı təsnifata görə söhbət, yəqin ki, çılpaq dərili,
yastı bədənli, sivri quyruqlu elektroskatdan gedir:
Başı - toxa, dişləri - dərə,
Onun sümükləri - şam budaqları,
Onun qarnı - çoban Dumuzinin su üçün dərisi,
Kisə yeməklə dolu, kisə hərəkətsiz.
Onun nazik quyruğu - balıqçı qamçısı,
Tullanan - balıq kisə, özünə oxşarları yeyir.
Başında içalatı yoxdur.
Rəqiblərini əl-ayağı ilə qapır.
Onun neştəri kəlbətin - dırnaq
Qadağan olunmuş balıq - şəhərlərdə, müqəddəs yerlərdə
162
Allahlara onu qurban vermirlər.
Ancaq qoy mənim qığırdaqlı skat - balığım, qoy səninlə girsin,
ey mənim balığım!
Müəllif bir sıra başqa balıqları (hansılardır - indiyədək məlum
deyil) - kin, peşkid, qur, aqarqar, saqqa, turxar (?), azaqqa, muş, giru
və salsal - qısa təsvirdən sonra müxtəlif quşların, həmçinin timsahın,
yəni balıqları məhv edən yırtıcıların təsvirinə keçir. Onların üzündən
balıqlar üçün sığınacaq daha da vacibdir.
Abzasın əvvəli qalmamışdır. Qalan sətirlər belə səslənir.
Çayların və göllərin ortasında qəzəblə qışqıran,
Mənim “akan quşum”, onun caynaqlarından, ey mənim
balığım, asılırsan!
Su üstündə sərilmiş torun üzərində fırlanır,
Mənim “ubur-quşum”, onun caynaqlarından, balığım mənim
asılarsan!
Və o, uzunayaq, o qaqqıldayan
Su üstündə qaçır, palçıq üstə qazan kimi.
Mənim
“anşe-bar-quşum”,
balığım
mənim,
onun
caynaqlarından asılarsan!
Və o. Tamamilə çılpaq
Bu quşun ayaqları balıqdır,
Mənim “ki-ib-quşum”, balığım mənim, onun caynaqlarından
asılarsan!
Və o, bataqlıqda, yanından qaçan dördayaqlıları qapır.
Günahsız, heç nədən şübhələnməyən balığı hər addımda
gözləyən çoxsaylı təhlükələrdən qorumaq üçün sığınacaq çox vacib
xarakter alır. Bizim balıq həvəskarı öz monoloqunu aşağıdakı
sözlərlə bitirir:
Ancaq yox, sən onların caynaqlarından asılmayacaqsan, onların
ayaqlan səni məhv etməyəcək.
Ey mənim balığım, gün gəlir - yanıma, cəsarətlə, tez ol.
Vaxt çatdı - yanıma, cəsarətlə!
Və bütün balıqların hakimi
İlahə Nanşe gəlişinə şad olacaq!
163
Atalar sözləri, zərb-məsəllər və təmsillərin külliyyatı ibrətli
qədim Şumer ədəbiyyatının ancaq bir hissəsidir. Şumer mirzələri
həmçinin nəsihət janrı da yaratmışlar. Onlar “əkinçi təqvimi” kimi
(bax. f. 11) ya məsləhət və göstəriş toplularıdır, yaxud məktəb
həyatının təsviridir (bax.f.2). Lakin şumerlərdə daha populyar olan
xüsusi ədəbi janr da olmuşdur, bu şifahi yarışma, disput janrıdır. Belə
əsərlərdə əsasən iki rəqib tərəfin mübahisəsi təsvir olunurdu.
Tərəflərdən hər biri nə istəsələr təcəssüm etdirə bilərdilər, ilin vaxtı,
heyvan, bitki, metal, daş, yaxud Kain və Avel haqqında Bibliya
əfsanəsinin çox ixtisar edilmiş variantı kimi müəyyən məşğuliyyət
növü.
Aşağıdakı fəsil bəşəriyyət tarixində ilk belə ədəbi mübahisəyə
həsr olunmuşdur.
164
20. DISPlİTLAR.
İLK ƏDƏBİ MÜBAHİSƏLƏR.
Şumer
müəllimləri
və
ədibləri
həqiqi
filosoflar
və
mütəfəkkirlər deyildilər və ola da bilməzdilər. Ancaq təbiətə və ətraf
mühitə aid hər şeydə onlar özlərini diqqətli müşahidəçi kimi
göstərirdilər. Məktəblərdə təlim vəsaiti kimi bitkilərin, heyvanların,
metalların və daşların tərtib edilmiş uzun siyahıları (bax.f. 1) təbiət
hadisələrinin və canlı aləmin hərtərəfli öyrənildiyi, heç olmazsa
onlann xarakter xüsusiyyətlərinin öyrənilməsi barədə təsəvvür
yaradır.
Bundan
başqa,
mədəniyyət
tarixi
üzrə
müasir
mütəxəssislərin şumer sələfləri o dövrün mədəniyyətinin nədən ibarət
olduğunu ilk dəfə şüurlu surətdə analiz etməyə çalışmışlar, bu
məqsədlə yüzdən çox daxil olan elementlərin adlarının siyahısını
hazırlamışlar: müxtəlif ictimai institutlar, peşələr, sənətlər, qiymətlər
və davranış normaları.
Bizim ətraf mühitə, yaxud əşyalara - ilin fəsillərinə, heyvan
yaxud bitki növlərinə, metallara, istehsal alətlərinə münasibətimizin
xüsusiyyətlərindən biri hər hansı iki anlayışın təbii müqayisəsidir.
Bizim şüurumuzda onlar bir-biri ilə o qədər möhkəm bağlıdır ki, bir
şeyin adını çəkərkən digərini yada salmaya bilmərik. Kənd təsərrüfatı
ölkəsi olan Şumerdə, məsələn, belə cütlüklər: qış və yay, heyvan və
taxıl, quş və balıq, ağac və qamış, gümüş və bürünc, toxa və kotan,
heyvandar və əkinçi və s. var idi. Bütün bu cütlüklər müəyyən
şəraitdə, müəyyən dərəcədə bir-birinə əks mövqedə dururdular.
Onlatnn ümumi cəhəti isə bir idi: onların insan üçün əhəmiyyəti və
xeyri. Ona görə də təbii sual meydana çıxırdı: insan üçün ikisindən
hansı və yaxud kim insan üçün daha xeyirlidir9 Bu suala cavab
verməyə nə isə özünəməxsus qaydada qiymətləndirməyə cəhdlər
Şumer pedaqoqlarını ədəbi mübahisə, yaxud disput janrına cəlb
etmişdir. Onlann daha istedadlılan xüsusən bu məqsədlə həmin
əsərləri yaratmışlar.
Bu cür disputlarda rəqiblərin gətirdikləri dəlillər əsas rol
oynayırlar. Onlardan biri özünü “yüksəkdə tutaraq” rəqibini alçaldır.
165
Dostları ilə paylaş: |